Məhkəmə qərarları › İş №2(102)-2217/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2217/2025

21.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2217/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: məhkəmə aidiyyəti haqqında qərardaddan verilən şikayətin mümkünlüyü, hakimlərin qarışıq tərkibinin baxdıqları şikayətlərin dairəsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İsmayıllı Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tar ixli, e-2(037)-605/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İsmayıllı rayonu, İvanovka kəndində yerləşən şəxsi mülkiyyətində olan 0,07 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 121,5 kv.metr olan fərdi yaşayış evindən (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024 olan çıxarışa əsasən) çıxarılması və həmin evin və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Cavabdeh qarşılıqlı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, İvanovka kəndi, Telefonnaya küçəsi ev 19 ünvanında yerləşən 1995-ci ildən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh faktiki sahibliyində (mülkiyyətində) olan fərdi yaşayış evinə ilkin olaraq X1 adına hazırlanmış hüquqmüəyyənedici sənədlərin və onun əsasında aparılmış alğı-satqı aktının (alğısatqı müqaviləsinin) və cavabdeh İddiaçı adına verilmiş Çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2(037)-605/2024 nömrəli qərardadı ilə (hakim İ.Hüseynov) İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş “hüquqi əsası olmadan qeydə alınmış mülkiyyət hüququnun və onun əsasında aparılmış alğı-satqı aktının (alğı-satqı müqaviləsinin) və cavabdehin adına verilmiş çıxarışın ləğv olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır.

4. Həmin qərardaddan Cavabdeh şikayət vermiş, İsmayıllı Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, e-2(037)-605/2025 nömrəli qərardadı ilə (hakim İ.Hüseynov) şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Qarışıq Tərkibin mövqeyi:

6. İş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

7. Belə ki, iş materiallarından müəyyən olunur ki, qarşı lıqlı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən bu əsasla icraata qəbul edilməmişdir ki, həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz: qarşılıqlı iddiaçı hüquqi əsası olmadan qeydə alınmış mülkiyyət hüququnun və onun əsasında aparılmış alğı-satqı aktının (alğısatqı müqaviləsinin) və cavabdehin adına qeydə alınmış Çıxarışın həqiqi hüquqi vəziyyətinə uyğun olmamasını mübahisələndirir; ləğvi tələb olunan sənəd mülki hüquq münasibətləri nəticəsində (məs. alğı-satqı, bağışlama, vərəsəlik və s) yox, məhz inzibati orqanın əldə etdiyi müvafiq sənəd əsasında verilmişdir. Ona görə də, qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində qeyd edilən tələblə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı aidiyyət qaydalarına riayət etməkl ə qarşılıqlı iddia tələbində mübahisələndirdiyi tələblə bağlı aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etməli olduğu halda, həmin qaydalara əməl etməyərək, qarşılıqlı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmişdir.

8. Bu zaman birinci instansiya məhkəməsi, mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları ilə yanaşı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına istinad etsə də, qərardaddan cavabdeh tərəfindən verilən şikayətə baxarkən bu Qərardakı hüquqi mövqeyi tam nəzərə almamışdır.

9. Belə ki, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı bu əsasla icraata q əbul etməmişdir ki, həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

10. Cavabdeh qərardaddan şikayət vermiş və birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

11. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, aidiyyətlə bağlı mübahisələrə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılıqlarının olduğu hallara aiddir. Buna görə, mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 26 1.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. Eyni ilə, inzibati məhkəmələr də onların icraatına daxil olmuş işlər üzrə işin mülki və ya kommersiya məhkəməsinə aid olduğu nəticəsinə gəldikdə, yenə də işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, iddianı mümkün saymamalıdırlar. Bu qaydalar apellyasiya icraatına da şamil edilir.

12. Qərarın 4-cü bəndində isə göstərilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şi kayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir.

13. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə qarşılıqlı iddia ərizəsindəki tələbin inzibati məhkəməyə aid olması qənaətinə gəlindiyindən, yəni məhkəmə aidiyyətinə dair mübahisə iddiaya ümumi və kommersiya məhkəmələri tələfindən baxılmalı olması ilə bağlı olmadığından, həmin qərardaddan verilən şikayətə baxılması səlahiyyəti Mülki Prosessual Məcəllənin 403-1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi tərəfindən deyil, Məcəllənin 397-401-ci maddələrinə əsasən a pellyasiya instansiyası məhkəməsinə aiddir.

14. Odur ki, iş materialları mülki prosessual qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 403-1.4, 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş materialları İsmayıllı Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(037)-605/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsi ilə nəzərdə tutulmuş hərəkətlərin edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar