Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2219/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdehnə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X16) qarşı iş üzrə QƏRARİ Açar sözlər: başqasının əmlakının sökülməsinin hüquqi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X23 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüquqlarına müdaxilə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-535/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu. M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzili xx.xx.2015-ci il tarixdə X12 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X25 27 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra X3i varisi kimi X9 24 saylı Notariat Kontoru tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilindən tam pay alması barədə xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmilmişdir. Qeyd edilən şəhadətnamə əsasında mübahisəli mənzilə X5 hüquqları dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir
2. X2 Flora Şəmistan qızı, X17 və X14 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməsinə dair Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Bakı şəhər İcra Hakimiyyəti Başçisinin xx.xx.2016-cı il tarixli sərəncamına əsasən ünvan 1 ünvanlarda yaşayış binasının tikintisi üçün Cavabdehnə icazə verilmişdir.
4. Bundan sonra Cavabdeh X16 ilə şifahi alğı-satqı müqaviləsi bağlamış, əvəzində X9 həmin binadan 142.7 kv.m sahədən də artıq sahəyə malik ümumilikdə 3 mənzil verilməsi razılaşdırılmışdır.
5. Cavabdeh ilə X16 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüqu qların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M505 nömrə reyestrli Müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.5-ci bəndindən görünür ki, mülkiyyətçi X16 ona 2 (iki) il müddətinə aylıq 1200,0 manat kirayə haqqının ona ödənilməsi və yeni tikilən binadan yeni mənzillərin- A blokunun 8-ci mərtəbəsində yerləşən 2 ədəd 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kvşm olan, 10-cu mrtəbədə 2 ədəd, 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kv.m olan, B blokunun 8-ci mərtəbəsində 1 ədəd 3 otaqlı ümumi sahəsi 136,4 kv.m olan və 1 ədəd 2 otaqlı ümumi sahəsi 87,9 kv.m olan (ümumi sahə 467. 5 kv.m ) verilməsi, lakin mülkiyyətçi X5 da verilən mənzillərin müqabilində 1(bir) il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2 500,0 manat, cəmi 30000 (otuz min) manat Cavabdehnə ödəməyi müqabilində mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142, 7 kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürür.
6. Mübahisəli mənzil cavabdeh MMC tərəfindən sökülən zaman iddiaçı Rusiya Federasiyasında olmuş xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmış, mübahisəli mənzilin söküldüyünü, anasının vəfatından sonra qardaşı X9 24 saylı Dövlət Notariat Kontorunda vərəsəlik şəhadətnaməsi alaraq mübahisəli mənzili adına keçirtdiyini öyrənmiş və cavabdehlər X18, X9, 24 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsası nda yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilinə 24 saylı notariat kontoru tərəfindən cavabdeh X9 xx.xx.2017-ci il tarixində verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək X13 miras qalmış olan Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilin o və digər vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə X5 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilərək həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəti cələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə X5 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilmiş, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış, miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X12 vərəsələri İddiaçı, X26, X16, X19, X27, X24 və X6 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
8. Həmin qətnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X15, 1/7 hissədə X5, 1/7 hissədə X7, 1/7 his sədə X20, 1/7 hissədə X10 və 1/7 hissədə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 24 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
9. Cavabdeh ilə X16 arasında “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli saziş bağlanmışdır. Sazişə görə tərəflər elan edirlər ki, bir-birlərinə qarşı heç bir irad və pul tələbi mövcud deyil. Tərəflər bu sazişi bağlamaqla bildirirlər ki, qeyd edilən müqavilə ləğv edilsin və mənzil ilkin vəziyyətə qaytarılsın. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə və AR Nazirlər Kabinetinə qarşı “mülkiyyət hüquqlarına müdaxilə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələr verərək cavabdehlər "xxxx" MMC AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyətindən 1/7 hissədə mülkiyyətçisi olduğu Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh "xxxx" MMC tərəfindən sökülərək, yerində onun icazəsi olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cava bdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, eləcə də mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun və məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000, həmçinin sökülmüş mülkiyyətin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X18 və qeyrilərinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz v ərəsə hesab olunaraq miras payından məhrum olunmaları, miras əmlakının qəbul edilməsi üçün prosessual müddətin bərpa edilməsi və mirasın bölüşdürülməsi” tələblərinə dair iddiası Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3281/2019 nömrəli 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, X5 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X5 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “reyestrdən çıxarış” ləğv edilmişdir. Mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş m üddət uzadılmışdır. Miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilində mərhum X12 vərəsələri İddiaçı, X26, X16, X19, X27, X24 və X6 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. İş üzrə sənədlərə əlavə olunmuş mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətindən də göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin 1/7 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır. Cavabdeh bina tikintisi ilə məşğul olan şirkətdir. Cavabdeh MMC hələ məhkəmə mübahisəsinin davam etdiyi dövrdə digər vərəsə və mənzilin cəmi 1/7 hissəsində mülkiyyət hüququ olan qardaşı X16 ilə razılığa gələrək onun da mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində ye rləşən 15 nömrəli evin 1 nömrəli mənzili ilə bağlı alqı-satqı müqaviləsi bağlayaraq, əvəzində X9 həmin binadan 86 kv.metr, 210 kv.metr, 74 kv.metr və 140 kv.metrdən ibarət olan mənzillər vermişdir. Bundan əlavə, binanın tikintisi davam etdiyi müddət üçün MMC aylıq kirayənin əvəzi olaraq ona heç bir məbləğ ödəməmişdir. İddiaçı dəfələrlə cavabdeh MMC-yə müraciət edərək dəymiş zərərin əvəzi olaraq, həmin binadan üç otaqlı mənzil verilməyini tələb etsə də, cavabdeh MMC ona yalnız 30 kv.metlik mənzil verə biləcəyini bildirib, zərərin qalan hissəsinin ödənilməsindən imtina etmişdir. Mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşya sökülərkən onun razılığı alınmamışdır. Cavabdeh MMC-nin məhz həmin dövrdə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzil inin faktiki olaraq X5 mülkiyyətində olmasını iddia etsə də, cavabdeh MMC həmin daşınmaz əşyanın vərəsəlik hüququ əsasında digər cavabdeh X1 və aralarında məhkəmə mübahisəsi olduğundan məlumatlı idi. MMC-nin təqsirli hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olmuş və əlavə olaraq beş il ərzində qeydiyyatda olduğu evdən qeyri-qanuni uzaqlaşdırılaraq 30.000 manat (aylıq 500 manat məbləğində kirayə pulu olmaqla) məbləğində maddi zərərə məruz qalmışdır. Həmçinin, cavabdeh şirkətin təqsirli hərəkətləri nəticəsində iddiaçı 50.000 (əlli min) manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Belə ki, iddiaçı dəfələrlə şirkətə müraciət edərək mülkiyyətçi olduğunu, onun icazəsi olmadan ona məxsus əşyanın söküldüyünü və ona zərər dəydiyini bildirsə də, cavabdeh şirkət zərəri ödəməkdən imtina etmişdir. MMC-nin tikdiyi çoxmənzilli bina pilot layihə olub və pilot layihəyə ilə bağlı AR Nazirlər Kabineti qərar, Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti isə icazə verib. Bu onu sübut edir ki, iddiaçının mülkiyyətinin dağıdılaraq yerində çoxmənzilli binanın tikilməsinə görə məsuliyyəti ORXANTİT MMC ilə yanaşı, AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti də daşıyır. Belə ki, onların səhv qərarları və icazələri nəticəsində iddiaçının mülkiyyəti sökülmüş və yerində çoxmənzilli bina tikilmişdir. Ona görə də ORXAN-TİT MMC, AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Nərimanov Rayon icra Hakimiyyəti müştərək məsuliyyət daşımalıdırlar.
12. Məhkəmə iclasında Cavabdeh nü mayəndəsi X21 iddianı qismən qəbul edərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda yeni binanın inşası davam edir. Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır. Həmin mülkiyyətçilərin hamısı Cavabdeh MMC-yə yaxınlaşarsa, onlarla 180 kv.mlik mənzilə dair müqavilə bağlamağa razıdırlar. Lakin hər biri ilə ayrı-ayrılıqla müqavilə bağlamaq qeyri-mümkündür.
13. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X37 məhkəmə iclasında İcra Hakimiyyətinə münasibətdə iddianı qəbul etməyərək, rədd olunmasını xahiş etmişdir.
14. Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X16 izahatında bildirmişdir ki, İddiaçı onun bacıs ıdır. Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır. Cavabdeh bütün mülkiyyətçiləri MMC-yə dəvət edərək müqavilə bağlamağa etiraz etmir. Lakin bacısı məhz onunla ayrıca müqavilə bağlanmağını istəyir. Hər birinin payı həmin mənzilə 1/7 hissədədir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)1206/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddianın qismən təmin edilməsi, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
16. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvan da tikilmiş, cavabdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi qoyulmalı, qalan hissələrdə iddia tələbləri rədd edilməlidir.
17. Belə ki, iddianın “mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun” cavabdehlərdən tutulması hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh "xxxx" MMC arasında hər hansi kirayə haqqının ödənilməsi ilə əlaqədar müqavilə bağlanmamış və müqavilə öhdəliyi yaranmamışdır.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır.
19. İddianın “sökülmüş mül kiyyətin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi” hissəsinə münsibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı sübutlar təqdim edilmədiyindən rədd edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 6, 16.1, 21, 152.1, 152.5, 152.6, 157.1, 157.2, 157.4, 158.3, 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 106.1, 217.3, 217.4-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
21. Qətna mədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə kirayə haqqı, vurulmuş mənəvi və maddi zərərləri nəzərə almaqla iddiaçını ən azı 3 otaqlı mənzillə təmin etməli olduğu halda düzgün olmayan qətnamə qəbul etmişdir.
23. Qətnamədən həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyri-obyektiv, hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan fakti ki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilməmiş, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Belə ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli 142,7 kv.m olan mənzil sökülən zaman iddiaçının özünün qeyd etdiyi kimi, Azərbaycan Respublikasında olmamış, Bakıya xx.xx.2017-ci ildə gəlmişdir. Həmçinin həmin dövrdə qeyd edilən mənzilin tam paya malik mülkiyyətçisi iddiaçının qardaşı X16 olmuş, sonuncu ilə MMC arasında mənzilin sökülməsi və əvəzində yeni tikilən binadan yeni mənzilin verilməsi ilə bağlı razılıq əldə edilmişdir. İddiaçı sonradan məhkəməyə müraciət edərək 2019-cu ildə mübahisəli mənzilin 1/7 hissəsinə mülk iyyət hüququ əldə etmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququ mənzil söküləndən sonra yaranmışdır. Ona görə də mənzilin sökülməsi zamanı iddiaçının razılığının alınması qeyri-mümkün olmuşdur. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsızlığı, miras əmlakda payın müəyyən edilməsi barədə iddiası ilə bağlı məhkəmə mübahisəsinə baxılan zaman MMC işə cəlb edilməmiş belə bir mübahisənin olmasından xəbərdar olmamışdır. Həmçinin qətnamə məhkəmə iddiaçının MMC-yə müraciət edərək 3 otaqlı mənzil istəməsi və qarşılığından MMC-nin 30 kv.metrlik mənzil təklif etməsini qeyd etsə də həmin hal iş materialları ilə təsdiq edilmir.
25. Qətnamədən eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 apellyasiya şikayəti verərək, qətnam ənin dəyişdirilməsini və İddiaçı 26.0 kv.m yaşayış sahəsinin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 3281/2019 saylı qətnaməsilə miras əmlak üzərində bütün vərəsələrin ayrı-ayrılıqda 1/7 hissədə bərabər payları müəyyən edilmişdir. Miras əmlak 142.7 kv.m sahəyə malik olub, cavabdeh tərəfindən həmin əmlakın əvəzi olaraq təxminən 182.4 kv. m sahəni təşkil edən hər biri 60.8 kv m olan 3 ədəd 2 otaqlı mənzil təklif edilib. Məhkəmə qətnamə çıxararkən iddiaçıya 1 otaqlı mənzil verilməsi öhdəliyini cavabdehin üzərinə qoyub. Lakin, ona təklif olunan 182.4 kv.m yaşayış sahəsində 1 otaqlı mənzil yoxdur, bundan başqa, 1 otaqlı mənzillər özü 58 kv.m sahəyə malikdir. Belə olan halda iddiaçıya 2 nəfərin yaşayış sahəsi verilmiş olur ki, 7 nəfər vərəsədən birinin hüququ pozulur, 1 nəfər paydan məhrum olur. Məhkəmə 182.4 kv.m yaşayış sahəsini 7 nəfər arasında bölməklə hər bir payçıya 26.0 kv.m yaşayış sahəsi nəzərdə tutulmaqla iddiaçıya 26.0 yaşayış sahəsi üzrə payın verilməsi öhdəliyini cavabdehin üzərinə qoymalı idi.
27. İşə apellyasiya icraatı qaydasında baxılan zaman iddiaçı tərəf iddia tələbinin həcminin azaldılması (iddiadan qismən imtina edilməsi barədə) ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin «sökülmüş mülkiyyətin hər kv.m-nə görə 2500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi hissəsindən imtina edilməsini göstərmişdir.
28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-424/2022 nöm rəli, 05 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Həsənov Elnur və Sadıqov Vahid) hazırkı mülki iş üzrə icraata iddia tələbinin “sökülmüş mülkiyyətin hər kv.m-nə görə 2500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-424/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Həsənov Elnur və Sadıqov Vahid) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)-1206/2021 saylı qətnamə si “iddianın təmin olunmuş” hissəsində dəyişdirilmiş, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, Cavabdeh MMC-yə məxsus çoxmənzilli yeni yaşayış binasından 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, qətnamə qalan hissələrdə (imtina olunmuş hissə istisna olmaqla) dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsasla ndırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində «İddiaçı 1/7 hissədə məxsus olan mənzilə görə ona həmin mənzilin yerində inşa ediləcək binadan 1 otaqlı mənzilin verilməsi» hissəsi istisna olmaqla digər hissələrində (imtina olunmuş hissə istisna olmaqla) gəldiyi nəticə işin hallarına uyğundur və ədalətlidir. Belə ki, işin materiallarından görünür ki, mübahisəli ev sökülən zaman iddiaçı Azərbaycan Respublikasının ərazisində olmamış və onun həmin ev üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. Bu iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2018- ci il tarixli və onun ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnamələrinin məzmunu ilə təsdiq edilir. Həmin qətnamələrdə əksini tapmış iddia tələb ində iddiaçı göstərmişdir ki, o, xx.xx.1967-ci il tarixində doğulmuş və 1990-cı il tarixində anası X25 və onların bütün ailəsi (5 qardaş 2 bacıdan ibarət) Bakıya gəlmiş, 1992-ci il tarixindən ünvan 4 ünvanına qeydiyyata düşmüş və orada yaşamışlar. Anası X25 xx.xx.2016-cı il tarixində rəhmətə getmişdir. Anası vəfat etməmişdən əvvəl o, Rusiya Federasiyasına getmiş, orada olan zaman sənədlərini itirmiş və bu səbəbdən də uzun müddət Azərbaycan Respublikasına qayıda bilməmişdir. Vətəninə, evinə qatırmaq üçün o, Rusiya Federasiyasında olan Azərbaycan Səfirliyinə sənədlərini itirdiyini, bu səbəbdən də Azərbaycana qayıda bilmədiyini, bunun üçün də ona müvafiq səəndin verilməsi üçün müraciət etmişdi. Müraciəti əsasında ona xx.xx.2017-ci il tarixin AA seriyalı ******* saylı Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmişdir. Bu şəhadətnamə ilə xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmışdır. Qayıdan zaman evinə gemtiş, lakin evlərinin söküldüyünü görmüşdü. Bununla bağlı araşdırma aparan zaman ona məlum olmuşdur ki, anasının vəfatından sonra qardaşı X9 24 saylı Dövlət Notariat Kontorunda vərəsəlik şəhadətnaməsi verilmişdir. Sonuncu da bunun əsasında müvafiq Çıxarış almışdır. İşin mübahisəsiz hallarına görə İddiaçı digər vərəsələr ilə aralarında olan mübahisə 2019-cu ildə məhkəmə tərəfindən araşdırılmış və paylar müəyyən edilmişdir. Qətnamə əsasında da İddiaçı yalnız xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzilin 1/7 hissəsinin mülkiyyətçisi kimi tanınmışdır.
31. Məhkəmə kollegiyası hesab etmiş dir ki, mənzil sökulən zaman onun mulkiyyətçisi X5 olmasına dair müvafiq Çıxarış olduğu üçün cavabdehin onunla şifahi müqavilə bağlayaraq müəyyən razılaşmalara gəlməsində cavabdeh MMC-nin heç bir təqsirli və ya qanunsuz hərəkətləri olmamışdır. Həmçinin, işin materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında X5 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”sinin etibarsız hesab edilib, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr ləğv edildikdən sonra İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə xx.xx.2019-cu ildə mülkiyyət payı dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq iddiaçının mülkiyyət hüquqları bərpa olunmaqla qeydiyyata alındığı ev artıq sökülmüşdür və cavabdeh MMC tərəfindən tikinti işlərinə start verilərək davam olunurdu. Ona görə də apellyasiya şikayətinin cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olması və 3 il ərzində qeydiyyatda olduğu evdən qeyriqanuni uzaqlaşdırılmaqla ona maddi zərər vurması kimi dəlilləri tam əsassızdır.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənəvi ziyan vurulması hissəsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri də əsassızdır.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmamasına dair nəticəsi işin araşdırılmış halarına tam uyğundur.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətin in dəlillərinə hüquqi qiymət verməkdə davam edərək şikayətin məhkəmənin kirayə haqqı, vurulmuş mənəvi və maddi zərərləri nəzərə almaqla ən azı iddiaçının 3 otaqlı mənzillə təmin etməli olmasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, əvvəla iddiaçıya maddi və mənəvi zərər vurulmasının təsdiq olunmamasına hüquqi qiymət verilmişdir. İkincisi də iddia tələblərindən görünür ki, iddiaçı tələbində cavabdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulmasını göstərmişdir. Başqa sözlə, iddiaçının tələbi bu hissədə konkret olmayaraq hansı otaqlı mənzilin verilməsi məsələsinin həllini məhkəmənin üzərinə qoyduğunu müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməs i iddianı qismən təmin edərək cavabdehin üzərinə 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsini qoysa da, iddiaçı apellyasiya şikayətində məhkəmənin ona 1 otaqlı mənzil verilməsi zamanı yalnız mənzilin nominal dəyərinin nəzərə alınmasını göstərmişdir. Başqa sözlə, iddiaçı ona 3 otaqlı mənzil verilməli olmasını göstərsə də, bunu konkret tələb kimi göstərməmiş və ona məhz 3 otaqlı mənzil verilməli olmasını əsaslandırmamışdır.
35. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tələbində cavabdeh "xxxx" MMC-ə məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmasi kimi tələbi anlaşılan deyildir. Belə ki, kollegiyanın qənaətinə görə Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzili nin cavabdeh "xxxx" MMC tərəfindən sökülməsi ilə iddiaçının həmin mənzildə olan mülkiyyət payının əvəzlənməsi mütləqdir və bu hissədə tələbi qanunidir. Həmçinin də hazırki mövcud vəziyyədə iddiaçının mülkiyyət payının yeni tikilmiş yaşayış binasındakı yaşayış sahəsi ilə əvəzlənməsi ilə bağlı məhkəmənin qənaəti də düzgündür. Lakin birinci instansiya məhkəməsinin İddiaçı 1/7 hissədə məxsus olan mənzilə görə ona həmin mənzilin yerində inşa ediləcək binadan məhz 1 otaqlı mənzilin verilməsini hansı əsasla müəyyən etdiyi aydın deyildir. 3-cü şəxsin izahatlarına və apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisəli mənzildə İddiaçı 1/7 hissədə düşən pay 3-cü şəxslə razılaşdırılmış 182.4 kv.m sahəyə münasibətdə 26 kv.m (182.4: 7) hissə təşkil edir. İşin materiallarından görünür ki, 3-cü şəxs b u hesablamanı ona təklif edilən hər birinin sahəsi 60,80 kv.m olan 3 mənzilin sahəsinə nisbətdə götürmüşdür (60,80+60,80+60,80= 182,4).
36. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, yeni yaşayış binasında 1 otaqlı mənzillə təmin olunması qənaətinə gələrkən nəzərə almamışdır ki, həmin binada olan 1 otaqlı mənzilin sahəsi iddiaçının mülkiyyət payına uyğun sahədən çoxdur və bu da digər paylı mülkiyyətçilərin hüqüqlarının birbaşa pozulması ilə nəticələnə bilər.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh MMC tərəfin izahat və təqdim etdiyi sənədlərdən isə görünür ki, mübahisəli mənzilin payçılarına ümumilikdə 178 kv.m yaşayış sahəsi verilməsi nəzər də tutulub. Belə ki, tikilmiş yeni binanın A blokunun 8-ci mərtəbəsində hər birinin sahəsi 60,80 kv.m olan iki mənzil (satış sahələri 69,10 və 68,67 kv.m) 11-ci mərtəbəsində 60,80 kvm olan bir mənzil (satış sahəsi 69,10 kv.m) ayrılmışdır. Lakin iddiaçı ilə digər altı vərəsə arasında mübahisə olduğundan müqavilələr indiyə kimi bağlanmayıb. Cavabdeh MMC-nin təklif etdiyi mənzillərin satış sahələrinin ölçüsü baxımından iddiaçıya düşən pay 29,5 kv.m (69,10+68,67+69,10=206,87: 7) təşkil edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndində dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi nəzərdə tutulsa da, bu müddəalar qanunun analogiyası prinsipinə əsasən hazırki işin hallarına tətbiq edilməlidir. Belə ki, dövlət ehtiyaclarında dövlət satınalmasının məqsədi qazanc deyil, yaranmış dövlət zərurətləridir, sosial ehtiyaclar üçün satınlama da isə sahibkar tikinti şirkətinin məqsədi gəlir və qazanc əldə etməklə yanaşı mülkiyyətinə müdaxilə edilmiş şəxsin yaşayış şəraitinin daha da və əlavə sahələr verilməklə yaxşılaşdırılmasından ibarətdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya kompensasiya edilməli yaşayış sahəsinin sahəsinə 20% əlavə sahə verilməsi tarazlaşdırılmış ədalətli balansa uyğundur. Nə qədər ki, B akı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 142.7 kv.metr ümumi sahədən ibarət olmaqla 1/7 hissədə İddiaçı məxsus olduğundan həmin mənzilin sökülüb yerində tikilmiş Cavabdeh MMC-yə məxsus çoxmənzilli yaşayış binasından onun payına mütənasib, cavabdeh və 3-cü şəxsin təklif etdiyi sahələr üzrə ortalama 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunması işin hallarına uyğun olmaqla ədalətli olardı.
38. Məhkəmə göstərilən nəticəyə gələrkən iddiaçıya düşən paydan artıq sahəsi olan mənzillə təmin edilməsinin digər 6 vərəsənin mülkiyyət paylarına müdaxilə və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilməsini nəzərə almışdır.
39. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.8, 158.4-cü, Mülki Prossesual Məcə lləsinin 9.1, 9.3, 88, 107, 119.1, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat
40. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər İsmayıl Xəlilov (məruzəçi), Mehparə Əhmədova, Ələsgər Əliyev, iş N 2(102)4608/2022) kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılmışdır.
42. İddiaçının kassasiya şikayətinin dəlilərindən biri inşa edilən yaşayış binasında 28 kv.metr ümumi sahədən ibarət mənzilin mövcud olmadığı və həmin qətnamənin icra edilməyəcəyi ilə bağlıdır.
43. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab edir. Apelyasiya Məhkəməsi iddiaçıya 28 kv.metr ümumi sahədən ibarət mənzil verilməsi öhdəliyini şirkətin üzərinə qoysa da, həmin ölçülərə məxsus mənzilin olması halı yoxlanılmamışdır.
44. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3. maddəsi mənzilə anlayış vermişdir. Həmin normada deyilir ki, bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.
45. Apelyasiya Məhkəməsi iddiaçıya verilməsi qət edilmiş sahəyə uyğun mənzilin olu b-olmaması, belə bir mənzil sahəsinin binanın layihəsində nəzərdə tutulubtutulmamasını yoxlamamışdır.
46. Nəzərə almaq lazımdır ki, mənzil yaşayış sahəsi kimi istifadə olunur. Mənzil Məcəlləsinin 12.2. maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür.
47. Yaşayış binasında hansısa sahənin 28 kv.m ölçüdə ayrılaraq iddiaçıya verilməsi mənzil ayrılması anlamına gəlmir. Ayrılan mənzil müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara (mənzilin pəncərəsi, havalndırma sistemi, kanalizasiya sistemi, mətbəxin quraşdırılması üçün lazım olan texniki şərtlər, onların havalandırması və.s.) uyğun olmalıdır. Ona görə mübahisə iddiaçıya vərəsə olaraq payına düşən sahəyə uyğun sahənin ayrılması ilə bitmir, mübahisə iddiaçının əmlakının əvəzi olaraq yaşayış sahəsi, mənzillə təmin olunması ilə həll edilə bilər.
48. Ona görə işə yenidən baxılarkən məhkəmə Cavabdeh MMC-nin mübahisəli ünvanda inşa etdiyi yaşayış binasının layihə sənədlərini tələb edərək öyrənməli, iddiaçının payına uyğun ayrıca mənzilin olub-olmaması məsələsini aydınlaşdırmalıdır.
49. Məhkəmə mübahisənin həll edərkən (o cümlədən ayrıca mənzilin sahəsi ilə bağlı məsələni) işin faktiki hallarından çıxış etməlidir. O cümlədən, məhkəmə Cavabdeh MMC-nin iddiaçının əmlak hüquqlarının pozulmasından vaxtında məlumatlı olubolmaması, şirkətin vicdanlı olub-olmaması məsələs ini aydınlaşdırmalıdır.
50. Yeni məhkəmə baxışı zamanı məhkəmə iddiaçının anası X12 nə vaxt vəfat etməsi (xx.xx.2016-cı il tarixdə), şirkətin həmin ünvanda nə vaxt ev inşa etməyə başlamasına razılıq verilməsi (xx.xx.2016-cı il tarixli sərəncamla) tarixlərini müqayisə etməli, şirkətin sökülməsi nəzərdə tutulan ərazidə əmlak hüquqları olan şəxslər barədə vaxtında məlumatlı olub-olmaması, əgər məlumatlı deyildisə, nəyə görə keçən illər ərzində iddiaçının qardaşı iş üzrə üçüncü şəxs X22 ilə yazılı müqavilə bağlanmaması məsələlərini aydınlaşdırmalı, həmi məlumatları digər sübutlarla məcmu halında qiymət verməklə vicdanlılıq məsələsi həll edilməlidir.
51. Şirkətin vicdanlılığı məsələsinin aydınlaşdırılması həm veriləcək mənzilin sahəsi ilə bağlı mübahisələri həll etmiş olur, həm də iddiaçının di gər tələblərinə-kirayə haqlı, maddi və mənəvi zərər, və.s. tələblərinə münasibət bildirməyə köməklik etmiş olur. Şirkətin vərəsənin hüquqlarının pouzmlasından məlumatlı olmaması iddiaçının həmin tələbləri gələcəkdə öz qardaşına qarşı irəli sürməsi üçün hüquqi zəmin yaradır. Çünki, məhkəmələrin gəldii qənaət ondan ibarətdir ki, iddiaçı-vərəsənin əmlak hüquqlarını onun qardaşı X22 pozmuşdur.
52. Bundan başqa, iddiaçıya əmlakının əvəzi olaraq mənzil sahəsi ayrılarkən onun qardaşı X11 nə qədər sahənin veriləcəyi ilə bağlı şifahi razılaşmanın əhəmiyyəti yoxdur. Çünki şirkətin iddiaçının qardaşı ilə əldə etdiyi razılaşma digər mülkiyyətçi üçün məcburi deyil. Ona görə həmin razılaşmadan çıxış edərək iddiaçıya 1/7 hissədə pay ayrılması əsaslı hesab oluna bilməz. İddiaçı öz əmlakının əvəzi olaraq ş irkətdən mənzil sahəsi tələb etməkdə haqlıdır. Ona görə kassator haqlı olaraq şikayətində qeyd etmişdir ki, mənzil sahəsi verilərkən onların sökülmüş evlərinin sahəsi, yerləşmə yeri, dəyəri və.s nəzərə alınmalıydı. Həm də belə yanaşma digər vərəsələrin əmlak hüquqlarını pozmur. ç)Apelyasiya instansiyası məhkəməsində ikinci icraat:
53. Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədva (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Pərviz Hüseynov, iş N 2(103)-535/2023) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, cavabdehin apellyasiya şikayəti təmin, üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
54. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayəti təmin olunmamalı, Cavabdeh apellyasiya şikayəti təmin olunmalı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 apellyasiya şikayəti qismən təmin olunmal və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)- 1206/2021 saylı qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd olunmalı, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
55. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)-1206/2021 saylı qətnaməsi ilə iddianın qis mən təmin edilməsi, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC-yə məxsus çoxmənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
56. Lakin tərəflərin izahat və təqdim edilən sənədlərdən isə görünür ki, mübahisəli mənzilin payçılarına ümumilikdə 182 kv.m yaşayış sahəsi verilməsi nəzərdə tutulub. Belə ki, tikilmiş yeni binanın A blokunun 8-ci mərtəbəsində hər birinin sahəsi 60,80 kv.m olan iki mənzil (satış sahələri 69,10 və 68,67 kv.m) 11-ci mərtəbəsində 60,80 kvm olan bir mənzil (satış sahəsi 69,10 kv.m) ayrılmışdır.Buna baxmayaraq iddiaçı ilə digər altı vərəsə arasında mübahisə olduğundan müqavilələr indiyə kimi bağlanmayıb. Cavabdeh MMC-nin təklif etdiyi mənzillərin satış sahələrinin ölçüsü baxımından iddiaçıya düşən pay 29,5 kv.m (69,10+68,67+69,10=206,87: 7) təşkil edir.
57. Göründüyü kimi, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, yeni yaşayış binasında 1 otaqlı mənzillə təmin olunması üçün müqavilə bağlanması vəzifəsi qoyulması qənaətinə gələrkən nəzərə almamışdır ki, həmin binada olan 1 otaqlı mənzilin sahəsi iddiaçının mülkiyyət payına uyğun sahədən çoxdur və bu da digər paylı mülkiyyətçilərin və cavabdehin hüquqlarının birbaşa pozulması ilə nəticələnə bilər.
58. İddiaçının iddiası mübahisələndirilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)-1206/2021 saylı qətnaməsi ilə qismən təmin edilərkən və iddiaçı da iddiasını əsaslandırarkən istinad olunmuşdur ki, cavabdeh "xxxx" MMC ilə artıq mübahisəli mənzilin mülkiyyətçisi kimi müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X16 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmışdır.Odur ki, iddiaçı ilə MMC arasında ayrıca müqavilə bağlanmalıdır.
59. Baxmayaraq ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində icraat zamanı da izahatında bildirmişdir ki, tikilən yeni binada ən kiçik sahəsi olan mənzilin sahəsi 60,0 kv.metrdən başlayır.Cavabdeh MMC-nin iddiaçıya haqqı çatandan artıq kvadrat sahəli mənzil verməsi öhdəliyi yoxdur və belə öhdəliyin cavabdehin üzərinə qoyulması MMC-nin hüquqlarının pozulmasına səbəb ola bilər.Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi nəfər paylı mülkiyyətçisi vardır.2017-ci ildə 3-cü şəxs Mübaris Əliyevlə müqavilə bağlanarkən isə MMC vicdanlı hərəkət etmişdir, belə ki, həmin zaman Mübaris Əliyevin vərəsə olaraq tam mülkiyyət hüququna dair sənədləri əsasında onunla müqavilə bağlanmı şdır.Mübahisəli Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır.Cavabdeh bütün mülkiyyətçiləri MMC-yə dəvət edərək müqavilə bağlamağa etiraz etmir. Həmin mülkiyyətçilərin hamısı Cavabdeh MMC-yə yaxınlaşarsa, onlarla 182 kv.mlik mənzilə dair müqavilə bağlamağa razıdırlar. Lakin hər biri ilə ayrıayrılıqla müqavilə bağlamaq qeyri-mümkündür.Çünki onların paylarına uyğun mənzil sahəsi yoxdur.
60. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, yeni apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsinin şifahi vəsatəti təmin olunaraq Bakı apellyasiya məhkəməsinin sorğusu əsasında Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə X16 arasında mü bahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə bağlanmışdır.Həmin 3.5-ci bəndindən görünür ki, mülkiyyətçi X16 aylıq 1200,0 manat kirayə haqqı və yeni tikilən binadan yeni mənzillərin (ümumi sahə 467. 5 kv.m ) verilməsi, lakin mülkiyyətçi X5 da artıq kvadrat sahə üçün 1(bir) il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2500,0 manat Cavabdehnə ödəməyi müqabilində mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142, 7kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürür.
61. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfind ən təqdim edilmiş sənədlərdən həmçinin görünür ki, Cavabdeh ilə X16 arasında “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli SAZİŞ bağlanmışdır.Sazişə görə qeyd edilənxx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə ləğv olunur və tərəflərin ləğv olunmuş müqavilə üzrə bir-birinə tələbi yoxdur.
62. Beləliklə, müəyyən olunmuşdur ki, mübahisəli mənzil cavabdeh MMC tərəfindən sökülən zaman iddiaçı Rusiya Federasiyasında olmuş xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmış, mübahisəli mənzilin söküldüyünü, anasının vəfatından sonra qardaşı X9 24 saylı Dövlət Notariat Kontorunda vərəsə lik şəhadətnaməsi alaraq mübahisəli mənzili adına keçirtdiyini öyrənmiş və cavabdehlər X18, X9, 24 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilinə 24 saylı notariat kontoru tərəfindən cavabdeh X9 xx.xx.2017-ci il tarixində verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək X13 miras qalmış olan Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilin o və digər vərəsələr arasınd a bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
63. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2018- ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, X5 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilərək həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə X5 a dına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilmiş, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış, miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X12 vərəsələri İddiaçı, X26, X16, X19, X27, X24 və X6 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
64. Həmin qətnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X15, 1/7 hissədə X5, 1/7 hissədə X7, 1/7 hissədə X20, 1/7 hissədə X10 və 1/7 hissədə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 24 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ve rilmişdir.
65. Daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçının qardaşı (hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs) X16 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə bağlanmışdır.Həmin 3.5-ci bəndindən görünür ki, mülkiyyətçi X16 aylıq 1200,0 manat kirayə haqqı və yeni tikilən binadan yeni mənzillərin (ümumi sahə 467. 5 kv.m ) verilməsi, lakin mülkiyyətçi X5 da artıq kvadrat sahə üçün 1(bir) il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2500,0 manat Cavabdehnə ödəməyi müqabilində mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142, 7kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürür.
66. Həmçinin, məhkəmənin sorğusu əsasında Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə X16 arasında “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli SAZİŞ bağlanmışdır.Sazişə görə qeyd edilən xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə ləğv olunur və tərəflərin ləğv olunmuş müqavilə üzrə bir-birinə tələbi yoxdur.
67. Beləliklə, Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi nəf ər paylı mülkiyyətçisi vardır.Cavabdeh bütün mülkiyyətçiləri MMC-yə dəvət edərək müqavilə bağlamağa etiraz etmir. Həmin mülkiyyətçilərin hamısı Cavabdeh MMC-yə yaxınlaşarsa, onlarla mübahisəli 142.7 km mənzilin əvəzində 20% artıq sahəsi olan mənzilə, yəni 182 kv.mlik mənzilə dair müqavilə bağlamağa razıdırlar. Lakin hər biri ilə ayrı-ayrılıqla müqavilə bağlamaq qeyri-mümkündür.Çünki onların paylarına uyğun mənzil sahəsi yoxdur.
68. Belə ki, tikilən yeni binada ən kiçik sahəsi olan mənzilin sahəsi 60,0 kv.metrdən başlayır.Cavabdeh MMC-nin iddiaçıya haqqı çatandan artıq kvadrat sahəli mənzil verməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması MMC-nin və digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb ola bilər.
69. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, cavabdeh 2017-ci ildə 3-cü şəxs M übaris Əliyevlə müqavilə bağlayarkən isə Cavabdeh MMC-nin vicdanlı hərəkət etmədiyi barədə iş materiallarında hər hansı sübutlar müəyyən edilməmişdir.
70. Belə ki, Cavabdeh ilə iddiaçının qardaşı (hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs) X16 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M505 nömrə reyestrli Müqavilə bağlanarkən X16 mənzilin tam hüquqla mülkiyyətçisi olmuşdur.X16 mənzilin mülkiyyətçisi olması barədə sənədlər isə sonradan mübahisələndirilmiş, yəni Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Ba kı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, X5 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilərək həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə X5 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilmiş, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış, miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X12 vərəsələri İddiaçı, X26, X16, X19, X27, X24 və X6 hər birinin p ayı 1/7 hissədə müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
71. Həmin qətnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X15, 1/7 hissədə X5, 1/7 hissədə X7, 1/7 hissədə X20, 1/7 hissədə X10 və 1/7 hissədə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 24 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
72. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının 20% də əlavə olunmaqla cəmi 28 kv.metr sahəli mənzil əvəzində daha artıq sahəli mənzil (60,0 kv.m sahəsi ) verilməsi tələbi əsassızdır, odur ki, təmin olunmamalıdır.
73. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, iddiaçının yuxarıdakı tələbi əsassız olduğundan həmin tələblə əlaqəli olan digər tələbləri də təmin olunmamalıdır.Belə ki, mübahisəli mənzillə bağlı paylı mülkiyyətçilərlə müqavilə bağlanarkən, kirayə haqqı və.sair ilə bağlı mübahisələr yaranarsa tərəflərin məhkəməyə müraciət etmək hüququ vardır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
74. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
75. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş yenidən baxılması üçün bakı Apelyasiya Məhkəməsinə qaytarılmış, Bakı Apelyasiya Məhkəməsində müəyyən olunmuşdur ki, cavabdehlərdən biri ORXAN-TİT MMC ilə üçüncü şəxs Əliyev Mübaris arasında razılaşma olmu ş və ona sökülmüş 142 kvm ərazinin əvəzinə əlavə 30000 (otuz min) manat ödəmək şərti ilə 467 kvm ərazisi olan mənzillər verilmişdir. Həmin müqavilə sonradan Mübarisin tələbi ilə ləğv edilmişdir ona görə ki, Mübaris Əliyev həmin müqavilədə kirayə haqlarının ödənilməsinin nəzərdə tutulmadığını və əlavə kirayə haqlarının da nəzərdə tutulmasını özündə əks etdirən müqavilənin bağlanmasını tələb etmişdir. X34 bildirmişdir ki, (bunu ORXAN-TİT MMC-nin nümayəndəsi də təsdiq etmişdir) o şirkətə əlavə 30000 manat pul ödəmidir. ORXAN-TİT MMC-nin nümayəndəsi bildirmişdir ki, o iddiaçıya mənzil verilməsinə bir şərtlə razıdır ki, bu X22 ilə razılaşdırılmış 467 kvm ərazisi olan mənzillərdən ayrılsın. Lakin, sonradan məhkəmə iddianı rədd etmiş və iddianı o əsasla rədd etmişdir ki, həmin binada 28 kvm ərazi si olan mənzil mövcud deyildir. Bununla da, Bakı Apelyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianı rədd etmiş, iddianın digər tələblərinə ümumiyyətlə heç bir hüquqi qiymət verməmiş və onları ümumiyyətlə müzakirə etməmişdir.
76. İş üzrə sənədlərə əlavə olunmuş mülkiyyət hüququnu təsdiq edən Çıxarışın surətindən də göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin 1/7 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ tanınıb. Cavabdeh ORXAN-TİT MMC bina tikintisi ilə məşğul olan şirkətdir. Cavabdeh həmin binanı sökərkən iddiaçıdan razılıq almayıb. Məhkəmə bunun onunla əsaslandırmağa çalışmışdır ki, guya iddiaçının anası vəfat edərkən iddiaçı ölkədə olmamışdır. Lakin, qeyd edilməlidir ki, İcra hakimiyyətləri tikinti ap arılması üçün nişan verərkən həmin mənzildə qeydiyyatda olanların siyahısını vermiş, bu hal şirkətə məlum olmuş, sonradan onu vərəsəlikdən çıxarmaq üçün iddiaçını həmin mənzildən qeydiyyatdan çıxarmışlar və bu 2019-cu ildə baş vermişdir. Deməli, şirkət söküntü apararkən əmlakın vərəsəlik yolu ilə keçməsi, iddiaçının orada qeydiyyatda olması, iddiaçının da vərəsə olmasını bilmişdir.
77. Xüsusilə də bu hal əmlakın sökülməsi halına aiddir. Lakin, məhkəmə şirkətin “vicdanlılığını” qiymətləndirərkən onu bütün prosesə aid etmişdir. Hazırda şirkət bildirmişdir ki, o Mübarisə əmlakları təhvil verməmişdir. Beləliklə müəyyən olunur ki, əmlaklar Mübarisə təhvil verilmədiyindən iddiaçıya vurulmuş zərərə görə məsuliyyət ORXAN-TİT MMC-nin üzərindədir. İşin mübahisə edilməyən halı isə odur ki, ORXAN-TİT MMC sökülən evin əvəzinə 467 kvm ərazisi olan mənzillər verməyə razılaşmış və həmin mənzilləri Mübaris üçün saxlamışdır.
78. Məhkəmə qətnamədə qeyd edir ki, guya əmlak sökülən vaxtı mülkiyyətçi Əliyev Mübaris olmuşdur. Halbuki, əmlakın nə vaxt sökülməsi barədə məhkəmə hər hansı bir araşdırma aparmamış və belə bir halı müəyyən etməmişdir ki, əmlak nə vaxt sökülmüşdür. Məhkəmənin əmlakın söküməsinin qeyri-müəyyən vaxt həmin vaxta istinad etməsi tamamilə absurddur.
79. Məhkəmənin özü də qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamı ilə tikintinin başlanmasına icazə verilmişdir. X25 isə xx.xx.2016-cı ildə vəfat etmişdir. Deməli söküntü və tikinti başlanılan zaman Faya Məmmədova mülkiyyətçi olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti xx.xx.2016-cı il tarixl i sərəncamını verərkən və söküntü-tikinti işlərinə başlanılarkən Əliyev Mübarislə deyil Əliyeva Faya ilə razılaşdırılmalı idi.
80. İkincisi, Əliyev Mübarisin adına çıxarılmış saxta çıxarış etibarsız hesab edilməsinə baxmayaraq məhkəmənin söküntü-tikinti işləri aparılan zaman Əliyev Mübarisi mülkiyyətçi kimi tanıması tamamilə qanunsuzdur. Ona görə ki, hər hansı bir halın etibarsız hesab edilməsi onun əvvəlcədən mövcud olmadığı anlamını verir. Ona görə də, məhkəmə Əliyev Mübarisin mülkiyyət hüququnun varlığına istinad edə bilməzdi.
81. Məhkəmə təkrarən qeyd edir ki, guya ki, İddiaçı ayrıca mənzil verilməsi digər mülkiyyətçilərin də hüquqlarını poza bilər. Halbuki, Ali Məhkəmə iş üzrə qəbul etdiyi 06 sentyabr 2022-ci il tarixli qərarında açıq-aşkar göstərmişdir ki, iddiaçının ayrıca mənzil tə ləb etməsi digər vərəsələrin hüquqlarını pozmur. İş materiallarından görünür ki, digər mülkiyyətçilərin iddia tələbləri mövcud deyildir. Yalnız, İddiaçı iddia qaldırmışdır. Onun iddiası digər şəxslərə qarşı deyil, dövlət qurumlarına və ORXAN-TİT MMC-yə qarşıdır. İddiaçının hüquqlarının təmin olunması nəinki digər mülkiyyətçilərin hüquqlarını pozur, hətta digər mülkiyyətçilərə şirkətdən əlavə pay almaq hüququ verir. Həmçinin onun iddiası ORXAN-TİT MMC-nin dediyi kimi Əliyev Mübaris və qeyrilərinə ayrılan mənzillərə yönəlməmişdir.
82. Digər bir tərəfdən hal-hazırda digər mülkiyyətçilərin özləri yoxdur. Çünki, mülkiyyətin özü mövcud deyil, sökülmüşdür. Hazırda çıxarışda mülkiyyətçilərin adları ümumi qeyd edilsə də, mülkiyyət mövcud olmadığından, ümumi mülkiyyət hüququ ilə deyil, hər bir şəx sin mülkiyyət hüququna müstəqil yanaşılmalıdır. Xüsusilə də nəzərə alınmalıdır ki, İddiaçı digər fiziki şəxslərlə bacı qardaş olsalar da onların birlikdə yaşamaları mümkün deyildir. Həmçinin İddiaçı ayrıca ailəsi, uşaqları və nəvələri vardır. Digər fiziki şəxslərin hamısı Mübaris Əliyevdir, yəni onlar paylarını Mübaris Əliyevə veriblər. Yəni işdə olan 05 aprel 2019- cu il tarixli qətnamədən görünür ki, digər fiziki şəxslər öz paylarından Mübaris Əliyevin xeyrinə imtina ediblər. Deməli, Əliyeva Fayanın cəmi iki övladı olan İddiaçı və Əliyev Mübarisdən gedə bilər.
83. İddiaçının həmin binada 28 kvm ərazisi olan mənzil olmadığı üçün tələbini ümumiyyətlə təmin etməmişdir. Belə çıxır ki, iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınsa da, onun heç bir məhkəmə təminatı olmamışdı r. Halbuki həmin ərazi MMC tərəfindən təklif edilən heç bir mənzilin yarısı etmir, heç üçdə biri də etmir.
84. Ali Məhkəmə iş üzrə qəbul etdiyi 06 sentyabr 2022-ci il tarixli qərarda buna aydınlıq gətirmişdir. Bildirmişdir ki, Bundan başqa, iddiaçıya əmlakının əvəzi olaraq mənzil sahəsi ayrılarkən onun qardaşı X11 nə qədər sahənin veriləcəyi ilə bağlı şifahi razılaşmanın əhəmiyyəti yoxdur. Çünki şirkətin iddiaçının qardaşı ilə əldə etdiyi razılaşma digər mülkiyyətçi üçün məcburi deyil. Ona görə həmin razılaşmadan çıxış edərək idiaçıya 1/7 hissədə pay ayrılması əsaslı hesab oluna bilməz. İddiaçı öz əmlakının əvəzi olaraq şirkətdən mənzil sahəsi tələb etməkdə haqlıdır. Ona görə kassator haqlı olaraq şikayətində qeyd etmişdir ki, mənzil sahəsi verilərkən onların sökülmüş evlərinin sahəsi, yer ləşmə yeri, dəyəri və.s nəzərə alınmalıydı. Həm də belə yanaşma digər vərəsələrin əmlak hüquqlarını pozmur.
85. İddiaçının məhkəməyə təqdim etdiyi ekspertiza rəyindən görünür ki, iddiaçının sökülmüş mənzilinin 1 kvm-nin qiyməti 2500 manat, ORXAN-TİT-in tikdiyi binadan mənzillərin 1 kvm-nin qiyməti isə 1300 manatdır. Qiymətlərdə ən azı iki dəfə fərq vardır. Bundan başqa cavabdehlərdən biri olan (dövlət orqanlarına münasibətdə Bakı Apelyasiya Məhkəməsi iddiaya və apelyasiya şikayətinə heç bir münasibət bildimrəyib) ORXAN-TİT MMC-yə qarşı kirayə tələbi də mövcuddur.
86. Cavabdeh ORXAN TİT MMC-nin 27 oktyabr 2021-ci il tarixli elektron məhkəmə siteminə daxil etdiyi təqdimatdan görünür ki, cavabdeh ORXAN TİT MMC özünün tikdiyi çoxmənzillli yaşayış binasının bir kvm ərazisini 1500 manata təklif edir.
87. Deməli, vurulmuş zərər ən azı bazar qiyməti ilə götürüldükdə sökülmüş İddiaçı məhrum olduğu əmlakın qiyməti ilə yeni tikilən binanın qiymətində ən azı 90% fərq olduğu halda məhkəmənin bunu 20% faiz hesablaması qanunlara deyil, Etibar Məmmədovun qaydalarına uyğun olmuşdur. İddiada, apelyasiya şikayətində dəfələrlə aydınlıq gətirilməsinə baxmayaraq məhkəmə kollegiyası guya başa düşə bilməmişdir ki, iddiada nə üçün 3, 2, 1 otaqlı mənzillər tələb edilmişdir. Bu ona ogörə belə edilmişdir ki, məhkəmə maddi və mənəvi zərəri hesabladığı təqdirdə bunların həmin mənzillərin ölçüsünə görə kompensasiya edə bilsin. Maddi və mənəvi zərəri otaqların sayı ilə əvəzləşdirsin.
88. Cavabdeh məhkəmədə layihənin pilot layihə olduğunu bildirmiş, sonradan sənədlərlə müəyyən olunmuşdur ki, həmin layihə p ilot layihə olmamışdır. Lakin, buna baxmayaraq məhkəmə mülkiyyətin dövlət ehtiyacları üçün alınması qaydasını hazırkı işə tətbiq etmişdir. Xumar Afət qızı qeyd etmişdir ki, dövlət ehtiyacları üçün mülkiyyət alınanda burada gəlir məqsədi güdülmür, hazırkı işdə gəlir məqsədli tikilsə də, 20% artıq verilməsi kifayət qədər kompensasiyadır. Halbuki, yerində baxış protokollarından görünür ki, həmin bina 21 mərtəbə və plus mansardan ibarətdir. Deməli cavabdeh ORXAN TİT ona tikintiyə qanunsuz icazə vermiş dövlət orqanları ilə birləşərək iddiaçının mənzilindən 21 dəfə artıq xeyir götürmüşdür. Yəni, iddiaçıdan qanunsuz alınaraq sökülmüş yerin üzərində 440 kvm ərazidən çox ərazisi olan mənzil tiklmişdir ki, həmin 440 kvm-dən məhkəmə iddiaçıya cəmi 28 kvm ərazi vermişdir.
89. AR MPM-nin 387.1. maddə sinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Hazırkı işdə məhkəmə MPM-nin 9-cu, 14-cü, 77.1., və 88-ci maddələrinin tələblərini kobud şəkildə pozmuş və bu mahiyyəti üzrə yanlış qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə işdə olan sökülmüş və yeni tikilmiş binanın qiymətlərinə hüquqi qiymət verməyib. Məhkəmə ümumiyyətlə iddianın digər tələblərinə, xüsusilə də, dövlət orqanlarının məsuliyyəti ilə bağlı tələblərə heç bir münasibət bildirməyib. Onlara qiymət verməməsinin nəticəsi olaraq Prezidentin yuxarıda qeyd edilən fərmanın hazırkı işə tətbiq edilməsinə qərar verib.
90. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsini tələb ini kobud şəkildə pozub. Belə ki, AR MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəməni qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. AR Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(102)-4608/2022 saylı qərarı ilə BakıApelyasiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qətnaməsini ləğv edərkən iddiaçının mənzil tələb etməkdə haqlı olduğunu, bunun digər vərəsələrin hüquqlarını pozmadığını qəti şəkildə bildirməsinə baxmayaraq Bakı Apelyasiya Məhkəməsi AR Ali Məhkəməsinin qəti mövqeyinin əksinə qətnamə qəbul etmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
91. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
92. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız baş qa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
93. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
94. Maddə 157.1 Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
95. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
96. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
97. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birb aşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
98. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
99. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
100. Maddə 1097.3 Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər Mülki Prossesual Məcəllə
101. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir.
102. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
103. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
104. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
105. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
106. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
107. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
108. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
109. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
110. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
111. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
112. Məhkəmə kollegi yası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
113. Cavabdeh ilə X16 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M505 nömrə reyestrli Müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.5-ci bəndindən görünür ki, mülkiyyətçi X16 ona 2 (iki) il müddətinə aylıq 1200,0 manat kirayə haqqının ona ödənilməsi və yeni tikilən binadan yeni mənzillərin- A blokunun 8-ci mərtəbəsində yerləşən 2 ədəd 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kvşm olan, 10-cu mrtəbədə 2 ədəd, 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kv.m olan, B blokunun 8-ci mərtəbəsində 1 ədəd 3 otaqlı ümumi sahəsi 136,4 kv.m olan və 1 ədəd 2 otaq lı ümumi sahəsi 87,9 kv.m olan (ümumi sahə 467. 5 kv.m ) verilməsi, lakin mülkiyyətçi X5 da verilən mənzillərin müqabilində 1(bir) il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2500,0 manat, cəmi 30000 (otuz min) manat Cavabdehnə ödəməyi müqabilində mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142, 7 kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürür.
114. Cavabdeh ilə X16 arasında “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli saziş bağlanmışdır. Sazişə görə tərəflər elan edirlər ki, bir-birlərinə qarşı heç bir irad və pul tələbi mövcud deyil. Tərəflər bu sazişi bağlamaqla bildirirlər ki, qeyd edilən müqavilə ləğv edilsin və mənzil ilkin vəziyyətə qaytarılsın.
115. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh ilə X16 arasında bağlanmış Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair dair xx.xx.2017-ci il tarixli, 3M505 nömrə reyestrli Müqavilənin şərtlərinin icra edilib–edilmədiyini araşdırıb hüquqi qiymət verməmişdir. Məhz həmin müqavilədən görünür ki, haliyyədə iddiaçının da 1/7 paya sahib olduğu Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142,7 kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürülməsini X16 ona 2 (iki) il müddətinə aylıq 1200,0 manat kirayə haqqının ona ödənilməsi və yeni tikilən bin adan yeni mənzillərin- A blokunun 8-ci mərtəbəsində yerləşən 2 ədəd 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kvşm olan, 10-cu mrtəbədə 2 ədəd, 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kv.m olan, B blokunun 8-ci mərtəbəsində 1 ədəd 3 otaqlı ümumi sahəsi 136,4 kv.m olan və 1 ədəd 2 otaqlı ümumi sahəsi 87,9 kv.m olan (ümumi sahə 467. 5 kv.m ) verilməsi, lakin mülkiyyətçi X5 da verilən mənzillərin müqabilində 1(bir) il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2500,0 manat, cəmi 30000 (otuz min) manat Cavabdehnə ödəməyi müqabilində razılaşdırmışlar.
116. Apellyasiya instansiyası məhkəməsi həmin müqavilənin icra edilib-edilməməsi məsələsinə araşdırıb hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəməsi işə əvvəlcə kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişin ə uyğun olaraq CavabdehMMC-nin vicdanlı olduğunu müəyyənləşdirsə də, iddiaçının da 1/7 paya sahib olduğu Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142,7 kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürülməsi qarşılığında iddiaçının qardaşı X8 əldə etdiklərini müəyyənləşdirməmişdir. Bu ona görə əhəmiyyətlidir ki, şirkətin vərəsənin hüquqlarının pozulmasından məlumatlı olmaması iddiaçının həmin tələbləri gələcəkdə öz qardaşına qarşı irəli sürməsi üçün hüquqi zəmin yaradır. Çünki, məhkəmələrin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçı-vərəsənin əmlak hüquqlarını onun qardaşı X22 pozmuşdur.
117. Cavabdeh ilə X16 arasında “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M5 05 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli saziş bağlanmışdır. Həmin sazişə görə tərəflər elan edirlər ki, bir-birlərinə qarşı heç bir irad və pul tələbi mövcud deyil. Tərəflər bu sazişi bağlamaqla bildirirlər ki, qeyd edilən müqavilə ləğv edilsin və mənzil ilkin vəziyyətə qaytarılsın.
118. Apellyasiya instansiyası məhkəməsi iş üzrə iddia ərizəsinin 03 mart 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olduqdan sonra, yəni tərəflər arsında məhkəmə mübahisəsi davam etdiyi halda Cavabdeh ilə X16 arasında “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyes trli saziş bağlanmasının doğurduğu nəticələri nəzərə almaqla mübahisəyə hüqiqi qiymət verməli idi.Lakin apellyasiya instansiyası məhkəməsi bu hala hüquqi qiymət verməmişdir.
119. Həmin sazişdə göstərilir ki, mənzil ilkin vəziyyətə qaytarılsın.Apellyasiya məhkəməsi onu araşdırıb hüquqi qiymət verməli idi ki, mənzil ilkin vəziyyətə qaytarılıbmı və ya ilkin vəziyyətə qaytarılma mümükündürmü?
120. Əgər ilkin vəziyyətə qaytarma mümükün deyilsə, Cavabdeh ilə X16 arasında bağlanmış Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilədə öhdəlik kimi göstərilənlərdən fərqli olaraq, Cavabdeh bütün mülkiyyətçilərin hamısının Cavabdeh MMC-yə yaxınlaşa rsa, onlarla mübahisəli 142.7 km mənzilin əvəzində 20% artıq sahəsi olan mənzilə, yəni 182 kv.mlik mənzilə dair müqavilə bağlamağa razı olmasını bildirməsinin hüquqdan sui-istifadə halı olub-olmamasına apellyasiya məhkəməsi hüquqi qiymət verməmişdir.
121. Belə ki, Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
122. Yuxarıda göstərilənlərə müvafiq olaraq da kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytar ılmalıdır.İşə apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılarkən yuxarıda göstərilən nöqsanlar aradan qaldırılmalı, işə əvvəlcə kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri də nəzərə alınmaqla qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
123. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən onu da nəzərə almalıdır ki, işə kassasiya qaydasında baxan əvvəlki məhkəmə tərkibinin göstərişlərindən biri də belə olmuşdur ki, iddiaçıya əmlakının əvəzi olaraq mənzil sahəsi ayrılarkən onun qardaşı X11 nə qədər sahənin veriləcəyi ilə bağlı şifahi razılaşmanın əhəmiyyəti yoxdur. Çünki şirkətin iddiaçının qardaşı ilə əldə etdiyi razılaşma digər mülkiyyətçi üçün məcburi deyil. Ona görə həmin razılaşmadan çıxış edərək iddiaçıya 1/7 hissədə pay ayrılması əsaslı hesab oluna bilməz. İddiaçı öz əmlakının əvəzi olaraq şirkətdən mənzil sahəsi tələb etməkdə haqlıdır. Ona görə kassator haqlı olaraq şikayətində qeyd etmişdir ki, mənzil sahəsi verilərkən onların sökülmüş evlərinin sahəsi, yerləşmə yeri, dəyəri və.s nəzərə alınmalıydı. Həm də belə yanaşma digər vərəsələrin əmlak hüquqlarını pozmur. 124. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks e tdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
125. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli 2(103)-535/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.