Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2220/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.08.2018-ci il tarixli 2(103)-7965/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim M.Sadıqov) 30.03.2018-ci il tarixli 2(007)8 29/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, dərman vasitələrinin alınmasına çəkilmiş 1073 manat, əldən çıxmış faydanın əvəzi olaraq hadisənin baş verdiyi 23.10.2016-cı il tarixindən qətnamənin çıxdığı hazırki tarixədək hər ay üçün 475.20 manat olmaqla, cəmi 8078.40 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, ümumilikdə 10151.40 manat məbləğində pulun Cavabdehndsan İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, X.Cəmilova, İ.Xəlilov) 14.08.2018-ci il tarixli 2(103)-7965/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrəBakı şəhəri Nizami rayon Mə hkəməsinin ) 30.03.2018-ci il tarixli 2(007)829/2018 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə- iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.08.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 04.01.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, vurulmuş zərərin əvəzi olaraq müalicə, müəyinə və qidalanmaya çəkilmiş 5000 (beş min) manatın, dərman preparatlarının alınmasına çəkilmiş 1073 (min yetmiş üç) manatın, əldən çıxmış faydanın əvəzi olaraq hadisə baş verdiyi gündən, yəni 23.10.2016-cı ildən əməliyyatlardan sonra tam sağlamlığı bərpa olunan günə q ədər hər ay üçün itirdiyi 475.20 (dörd yüz yetmiş beş manat iyirmi qəpik) manat məbləğində gəlirin, əməliyyat olunması və sağlamlığının bərpa olunması üçün 8000 (səkkiz min) manatın və vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə kifayət qədər maddi hüquq normalarına düzgün istinad etsə də, hər iki məhkəmə yekunda yanlış nəticəyə gəlmişdir. Yəni istinad edilən normaların mənasına və ruhuna zidd qətnamələr çıxarılmışdır. Aşağı instansiya məhkəmələri nad di hüquq normalarını yanlış şərh etməklə, sübutları qeyri-obyektiv və birtərəfli qiymətləndirməklə maddi və prosessual normaların tələblərini pozmuşdur. Xüsusilə, hüququ pozulmuş şəxsin ona vurulmuş zəərin əvəzinin tam ödənilməsini, pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərcləri, əldə edəcəyi gəlirləri (əldən çıxmış faydanı) tələb edə bilməsi barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə, mənəvi zərərin ağlabatan və ədalətli olması barədə ətələbə əməl edilməmişdir. İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzinin 1000 manat həddində qiymətləndirilməsini özünə qarşı təhqir və hörmətsizlik kimi qiymətləndirir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 14.1 və 217.1-ci maddəsinin tələblərini pozmuşdur. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.08.2018-ciiltarixli 2(103)-7965/2018 saylı qətnaməsinin qismən, iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Məcidov Meybulla Həbi oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xah iş etdilər. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 14.08.2018-ciiltarixliqətnaməsi ilə İddiaçı apellyasiya şikayətini təmin etməyərək, iş üzrəBakı şəhəri Nizami rayon Məhkəməsinin ) 30.03.2018-ci il tarixli 2(007)-829/2018 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə- iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, maddi və pr osessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı 23 oktyabr 2016-cı il tarixdə sərnişini olduğu, cavabdehin idarə etdiyi “VAZ-****” minik markalı, **-****-*** dövlət nömrə nişanlı avtomaşınla Hacıqabul-Horadiz yolu ilə Horadiz istiqamətində gedərkən, sürücü idarə etdiyi avtomaşını qarşı yola çıxararaq həmin vaxt qarşı yolda düzünə hərəkətdə olan X1 idarə etdiyi “Mersedes Benz 230E” minik markalı, **-****-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Cavabdehin hərəkət təhlükəsizliyi qaydalarını pozaraq, ehtiyatsızlıqla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomaşında sərnişin olan iddiaçının sol bud sümüyün ün qapalı yerdəyişmiş qəlpəli sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər dəymişdir. Hadisədən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasının çatdırılmış iddiaçı burada müalicə almışdır. Sabirabad Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli, 1(056)-35/2017 nömrəli hökmünə əsasən cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 1(106)-367/2017 nömrəli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 23.10.2016-31.01.2017-ci il, 27.03.2017-01.05.2017-ci il və 26.07.2017-17.09.2017-ci il t arixlərdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Travmotologiya şöbəsində stasionar müalicələr qəbul etmişdir. Bu tarixlərdə ona Mərkəzi Xəstəxananın aptek şöbəsində olmayan ümumilikdə 949,88 manat dərman vasitələri ona sərf olunmuşdur. İddiaçı 08 dekabr 2017-ci il tarixdə “bud sümüyü 2 proyeksiya” müayinəsinin aparılması üçün 36 manat və “travmatoloq” müayinəsinin aparılması üçün 20 manat, 26 sentyabr 2017-ci il tarixdə “ortopedin müayinəsi və bud sümüyü rentgenoqrafiyası” müayinəsinin aparılması üçün ümumilikdə 67,17 manat ödəniş etmişdir. İddiaçı 26.07.2017-09.10.2017-ci il tarixlərdə sol bud sümüyünün zəif bitişməkdə olan köhnə sınığı, sol bud sümüyünün intramedulyar metal osteosintez əməliyyatından sonrakı hal, sol aşağı ətrafın 10 sm qısalığı, yerişin pozulması diaqnozu ilə müalicə al mışdır. İddiaçı 01 dekabr 2012-ci il tarixdən 17 iyul 2014-cü il tarixədək xxxxnin Hərəkət xidmətində təmizləmə maşınının maşinisti peşəsində çalışmış, 18 iyul 2014-cü ildən “xxxx” QSC-nin Hərəkət xidmətinin “İnşaatçılar” stansiyasında təmizləmə maşınının maşinisti vəzifəsinə keçirilmiş, orta aylıq əmək haqqı 475,20 manat təşkil etmişdir. O, 11 oktyabr 2017-ci il tarixdə “xxxx” QSC-yə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar işinin oturaq yüngül işlə əvəz olunmasını xahiş etmişdir. 03 noyabr 2017-ci il tarixli məktubla ona bildirilmişdir ki, “xxxx” QSC strateji əhəmiyyətli obyektdir. Burada əksər işlər xüsusilə ağır və zərərli əmək şəraitində aparılır. Hal-hazırda əmək şəraiti yüngül hesab olunan peşə və vəzifələr üzrə vakant yer olmadığından, onun müraciətinin təmin olunması mümkün deyildi r. İşdə olan “Medika Hospital” tibb müəssisəsinin müalicə həkiminin verdiyi arayışda iddiaçıya sol bud sümüyünün intramedulyar osteosintezindən sonrakı qeyri-düzgün bitişməkdə olan vəziyyəti, ətrafın qısalığı, pəncənin bayıra rotasiyası diaqnozu qoyulmuş, 1) sol bud sümüyündən metal fiksatorların çıxarılması 2) fizioterapiya bərpa müalicəsi 3) 4 ay sonra budun aşağı 1/3-dən osteotamiyası ilizarov aparatı ilə osteosintezi, ətrafın uzadılması, rotasiyanın aradan qaldırılması tədbirlərinin zəruri olduğu qeyd edilmişdir. Arayışda, həmçinin qeyd edilir ki, planlaşdırılan müalicə xərcləri: 1-ci etap - cərrahi əməliyyatı 800 manat, 2-ci etap - fizioterapiya 500 manat, 3-cü etap cərrahi əməliyyatı 4000 manat, evdə istifadə olunacaq dərman preparatları əlavə olaraq təxminən 500 manat tuta bilər. İd diaçı əldən çıxmış fayda qismində hadisə baş verdiyi gündən əməliyyatlardan sonra tam sağlamlığı bərpa olunan günədək itirdiyi qazancın ona ödənilməsini tələb etmişdir. İddiaçının sağlamlığının nə zaman tam bərpa olunacağı məlum olmadığı üçün tələbin həmin hissəsi qeyrimüəyyəndir. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı həmin hissədə qətnamənin qəbul edildiyi günədək təmin etməklə qanuni nəticəyə gəlmişdir. Gələcəkdə çəkiləcək xərclərlə bağlı iddiaçının təqdim etdiyi sübuta münasibətdə apelyasiya kollegiyası nəzərə almışdır ki, həmin arayış müalicə həkimi tərəfindən tərtib edilmiş, tibb müəssisəsinin maliyyə qurumu tərəfindən təsdiq edilməmişdir. İstinad olunan rəqəmlər ehtimala əsaslanır və hər hansı maliyyə sənədi ilə təsdiqlənmir. Ona görə də arayış gələcəkdə çəkiləcək dəqiq xə rcləri təsdiq edən mötəbər sənəd kimi qəbul oluna bilməz. Kollegiya qeyd etmişdir ki, iddianın bu hissədə təmin olunmaması real xərclər çəkildikdən sonra iddiaçının zəruri və mötəbər sübutları təqdim edərək, həmin xərclərin cavabdehdən tutulmasını tələb etmək hüququnu istisna etmir. Məhkəmə kollegiyası işin hallarını, tərəflərin əmlak vəziyyətini, cavabdehin törətdiyi əmələ görə cinayət cəzasına məhkum edildiyini və hal-hazırda cəza çəkdiyini, maddi ziyan tələbinin təmin olunmuş hissəsini nəzərə alaraq hesab etmişdir ki, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 1000 manat pulun tutulması ağlabatan və ədalətlidir. Kollegiya oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə almışdır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etm əməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, hazırda kassasiya şikayətinin dəlilləri olan, apelyasiya şikayətinin də dəlilləri olmuş hallara hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mü lki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom e nerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı ba şqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2-ci maddəsinə əsasən, itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlaml ığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.08.2018-ci il tarixli 2(103)7965/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2220/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2220/2019
08.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver