Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2220/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin ödənilməsi, əmlakın qeri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəsi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin ödənilməsi və avtomobilin qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-50/2020 nömrəli 14 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kass asiya şikayətinə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Lizinq verən” İddiaçı2 MMC-nin direktoru X1 ilə "xxxx" MMC arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli, 1404/0140 saylı Daxili Lizinq müqaviləsi ilə, lizinq verən bu müqavilədə göstərilmiş 2007-ci il buraxılışlı, “Mercedes-Benz ML 63” minik markalı, 99AFXXX dövlət qeydiyyat nişanlı, XXX ban, qara rəngli avtomobili "xxxx" MMC-yə müvəqqəti sahiblik və istifadəyə vermişdir. "xxxx" MMC borcu illik 22% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı2 MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.
2. Hüquq və öhdəliklərin keçirilməsi haqqında 15 sentyabr 2016-cı il tarixli, 1404/0140 nömrəli Lizinq müqaviləsinə əlavə sazişə əsasən, "xxxx" MMC 1404/0140 sayl ı lizinq müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirə bilmədiyinə görə, həmin müqavilənin 6.4.2-ci bəndinə uyğun olaraq, 1404/0140 saylı lizinq müqaviləsində göstərilən hüquq və vəzifələri, “Lizinq Verən”nin yazılı razılığı ilə “Üçünçü tərəfə” Cavabdeh1 vermişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, 1404/0140 saylı lizinq müqaviləsində göstərilən “Lizinq Alan” yerinə, çıxış edən “Üçünçü tərəf” Cavabdeh1 həmin müqavilədən irəli gələn tələb və öhdəlikləri öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, 1404/0140 saylı lizinq müqaviləsinə əsasən, “Lizinq Verən” İddiaçı2 MMC 1404/0140 saylı lizinq müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirə bilmədiyinə görə yazılı ərizə əsasında Lizinq alanın hüquqlarının “Üçünçü tərəfə” Cavabdeh1 keçirilməsini təsdiq et mişdir. 3. “Lizinq verən” İddiaçı2 MMC ilə “Zamin” Cavabdeh2 arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli, 1404/0140/ZM02 saylı zaminlik müqaviləsinə əsasən “Zamin” “Lizinq alan”ın öhdəliklərini yerinə yetirməyəcəyi və ya lazımınca yerinə yetirməyəcəyi təqdirdə onunla bərabər qaydada məsuliyyət daşıyacaqlarını öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı2 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 MMC-nin mülkiyyətində olan “Mercedes-Benz ML 63” minik markalı, 99-AFXXX dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Cavabdeh1 qanunsuz istifadəsindən alınması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı2 MMC-nin xeyrinə 13.104 manat əsas lizinq borcu, 4.558 manat lizinqdən istifadəyə görə faiz borcu, 26.000 manat hesablanmış penya olmaqla, cəmi 43.662 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı2 MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC-nin direktoru X1 ilə "xxxx" MMC arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli, 1404/0140 saylı X2 əsasən, İddiaçı2 MMC lizinq alan "xxxx" MMC-nin ərizəsinə əsasən sonuncu tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-də göstərilən və ümumi dəyəri 30.300 (otuz min üç yüz) manat olan 01 ədəd “Mercedes-Benz ML 63” minik markalı, **AF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili öz mülkiyyətinə əldə edərək, onu "xxxx" MMC-yə müvəqqəti sahiblik və istifadəyə vermişdir. "xxxx" MMC isə öz növbəsində 21.210 (iyirmi bir min iki yü z on) manat məbləğində borcu illik 22% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı2 MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Hüquq və öhdəliklərin keçirilməsi haqqında 1404/0140 nömrəli Lizinq müqaviləsinə əlavə sazişə əsasən sözügedən müqavilə öhdəlikləri üçüncü şəxs Cavabdeh1 ötürülmüşdür. Cavabdeh1 ilə müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh2 ilə lizinq verən arasında 25 oktyabr 2016-cı il tarixli, 1404/0140ZM-02 saylı zaminlik müqaviləsi bağlanmış və zamin məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 Lizinq müaviləsinə Əlavə № 2-də Lizinq ödənişləri cədvəli üzrə 36 ay müddətinə, illik 22% faiz mütəmadı olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış və müqavilə şərtlərinə tam əməl etməmiş və bununla da, müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər, cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmişdir. İddiaçı2 MMC tərəfindən verilmiş 20 aprel 2018-ci il tarixli, P13-01/508 maliyyə arayışı ilə 12 noyabr 2014-cü il tarixli, 1404/0140 saylı X2 əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya 13.104 manat əsas lizinq borcu, 4.558 manat lizinqdən istifadəyə görə faiz borcu və 26.000 manat hesablanmış penya olmaqla, cəmi 43.662 manat borcu vardır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir.
6. Abşeron Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov, iş № 2(012)-3017/2018) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13.104 (on üç min yüz dörd) manat ə sas lizinq borcu, 4.558 (dörd min beş yüz əlli səkkiz) manat faiz borcu, 2.600 (iki min altı yüz) manat penya olmaqla, cəmi 20.262 (iyirmi min iki yüz altmış iki) manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın tutularaq İddiaçı2 MMC-nin xeyrinə verilməsi, “Mercedes-Benz ML 63” minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı, WDCBB77E27A153829 ban, qara rəngli avtomobilin Cavabdeh1 alınaraq İddiaçı2 MMCnin sahibliyinə qaytarılması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, zaminlik müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı2 MMC qarşısında digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıdığından, iddia tələbi hər iki cavabdehə münasibətdə təmin edilməlidir. Dəbbə pulu məbləğinin yüksək olduğunu nəzərə alaraq, iddia tələbi qismən təmin edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.2.1, 448.1, 462, 467, 472.1, 472.2, 747.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh2 (nümayəndə və Vəkil) apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsinin qismən ləğv etməklə, işin həqiqi hallarını əks etdirən qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov, iş № 2(105)-50/2020) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3017/2018 saylı, 27 iy un 2018-ci il tarixli qətnaməsinin faiz borcu və dəbbə pulunun tutulması hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3316,14 (üç min üç yüz on altı manat on dörd qəpik) faiz borcu, 1000 (min) manat penya olmaqla, cəmi 17420,14 (on yeddi min dörd yüz iyirmi manat on dörd qəpik) manat məbləğində pul vəsaitinin tutulması, qətnamənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13.104 (on üç min yüz dörd) manat əsas lizinq borcu məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın tutularaq İddiaçı2 MMC-nin xeyrinə verilməsi, “Mercedes-Benz ML 63” minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı, XXX ban, qara rəngli avtomobilin Cavabdeh1 alınaraq İddiaçı2 MMC-nin sahibliyinə qaytarılması hissəsində dəyişdirilmədən saxlanılması, Cavabdeh2 ödədiyi 15,40 manat döv lət rüsumunun onun özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 245 manat pulun 45 manat hissəsi iddiaçı, 200 manat hissəsi isə cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizaları keçirilmiş, 30.10.2019-cu il tarixli, 2201 saylı ekspert rəyinə əsasən Cavabdeh1 12.11.2017-ci il tarixinə İddiaçı2 MMC-yə olan borcu 11666,76 manat müəyyən edilmiş, o cümlədən əsas borc 9301,99 manat, faiz borcu 2364,77 manat, dəbbə borcu 0 manat və 20.05.2020-cu il tarixli, 1057 saylı ekspert rəyinə əsasən Cavabdeh1 12.11.2017-ci il tarixinə İddiaçı2 MMC-yə olan borcu 32209,07 manat müəyyən edilmiş, o cümlədən əsas borc 13103,87 manat, faiz borcu 3316,14 manat, dəbbə borcu 15789,06 manat.
12. Məhkəmə kollegiyası belə gənaətə gəlmişdir ki, Cavabdeh1 öhdəliklərini yerinə yetirmədiyi üçün Lizinq Şirkəti qarşısında borcu yaranmışdır. Bu borc işdə olan sübutlarla, ekspert rəyi ilə təsdiq olunur. Bu baxımdan iddiaçı yaranmış borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Hazırki mübahisə üzrə 20.05.2020-cu il tarixli, 1057 saylı ekspert rəyi əsas götürülməli, faiz borcu həmin rəyə uyğun müəyyən edilməlidir. İşə baxan birinci instasiya məhkəməsi cavabdehlərdən 2.600 (iki min altı yüz) manat penya tutulması nəticəsinə gəlmişdir. Apellyator apelyasiya şikayətində maddi durumu ilə bağlı problemlərinin olduğu, hazırda işsiz olmasını bildirmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hesablanmış dəbbə pulunu məhkəmə azaltsa da, apellyasiya şikayəti vermiş cavabdehin hazırki maddi durumunda bu məbləğ də yüksəkdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, dəbbə pulunun 1000 manat müəyyən edilməsi tərəflərin hər birinə münasibətdə mütənasib məbləğdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 445.2.1, 448.1, 448.2, 460, 465.2, 467, 470.1, 472.2, 747.1, 748-10.1,ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh2 (Vəkil) qətnamədən kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 avqust 2020-ci il tarixli, 2(105)-50/2020 nömrəli qətnaməsini ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37.2-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88-ci maddələrinin tələbi üzrə qanun pozuntularına yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, “Mercedes-Benz ML 63” minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı, XXX ban, qara rəngli avtomobilin Cavabdeh1 alınaraq İddiaçı2 MMC-nin sahibliyinə qaytarılması hissəsində qətnamədən apellyasiya şikayəti verilmədiyindən həmin hissədə araşdırma aparılmadı. Kassator məhkəmənin bu mövqeyi ilə razılaşmamış, çünki, apellyasiya şikayətinin xahiş hissəsində məhkəmədən xahiş edilir ki, apellyasiya şikayətini təmin edib, Abşeron Rayon Məh kəməsinin 2(012)-3017/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsini qismən ləğv etməklə işin həqiqi hallarını əks etdirən qətnamə qəbul edilsin. Belə olan halda avtomobilin cavabdehdən alınaraq İddiaçı2 MMC-nin sahibliyinə qaytarılması hissəsində qətnamədən apellyasiya şikayəti verilməməsi qənaətinə gəlinməsi və bu səbəbdən həmin hissədə araşdırma aparılmaması prosessual pozuntudur.
16. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən ədalət mühakiməsinin mühüm prinsiplərindən olan çəkişmə prinsipi pozulmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsində birinci prosesdə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, məhkəmə vəsatəti təmin edərək ekspertiza təyin etmişdir. İş materiallarından görünür ki, 2018-ci ilin oktyabr ayında ekspertiz a təyin edilməsinə baxmayaraq ekspert rəyi 1 il 7 ay sonra – 20.05.2020-ci il tarixdə gəlmiş, bu müddət ərzində iş dayandırılmışdır. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra məhkəmə həmin rəyin surətini Cavabdeh2 və ya onun nümayəndəsinə göndərməmiş, Cavabdeh2 və ya onun nümayəndəsinə növbəti məhkəmə prosesinin vaxtı barədə məlumat verməmişdir. Bu səbəbdən Cavabdeh2 və nümayəndəsi məhkəmə prosesində iştirak edə bilməmişdir. Cavabdeh2 və ya nümayəndəsi məhkəmə prosesində iştirak etmədiyindən ekspert rəyinə münasibət bildirə bilməmiş, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra əldə edilmiş iş üzrə mühüm sübutu apelyasiya instansiya məhkəməsinə təqdim etmək imkanından məhrum olmuşdur. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə Cavabdeh1 əməlində cinayət tərkibinin olub-olmaması ilə bağlı araşdırmanın aparılması üçün prokurorluğa məlumat vermişdir. Abşeron Rayon Prokurorluğunda araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 15 iyul 2018-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarla təsdiq edilmişdir ki, “MercedesBenz ML 63” minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil 17 dekabr 2016-cı il tarixdə Tovuz Gömrük İdarəsi “Sınıq Körpü” Gömrük Postundan keçirilməklə Gürcüstan Respublikasının ərazisinə aparılmış, avtomobil orada oğurlandığından geri qaytarılması mümkün olmamışdır. Cavabdeh1 Firudin oğlu avtomobilin oğurlanması barədə Gürcüstanın hüquq mühafizə orqanlarına müraciət etmişdir. Göründüyü kimi, “Cinayət işinin başlanılmasın ın rədd edilməsi haqqında” 15 iyul 2018-ci il tarixli qərarla təsdiq edilmişdir ki, obyektiv səbəbdən (avtomobilin oğurlanması səbəbindən) avtomobil cavabdehdə deyil. Belə olan halda (avtomobil cavabdehdə olmadığı halda) avtomobilin Cavabdeh1 alınaraq İddiaçı2 MMC-nin sahibliyinə qaytarılması mümkün deyil. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 15 iyul 2018-ci il tarixli qərarın apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır. Həmin qərar iş apellyasiya məhkəməsinin təyin etdiyi ekspertizada olarkən (iş dayandırılmış vəziyyətdə olarkən) prokurorluq tərəfindən cavabdehlərə təqdim edilmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 15 iyul 2018-ci il tarixli qərarda əks olunanlar avtomobilin cavabdehdən alınaraq İddiaçı2 MMC-yə verilməs inin obyektiv səbəbdən (avtomobilin oğurlanması səbəbəbindən) mümkünsüzlüyünü təsdiq edir. Lakin, apellyasiya instansiyası məhkəməsi avtomobilin cavabdehdən alınaraq İddiaçı2 MMC-yə verilməsi ilə bağlı obyektiv səbəbdən icrası mümkün olmayan nəticəyə gəlmişdir. Çünki, qətnamə gələcəkdə icraya yönəldikdə obyektiv səbəbdən (avtomobilin oğurlanması səbəbindən) cavabdehdə olmayan avtomobilin ondan tələb edilməsi hallarına uyğun deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı2 MMC (vəkil X4) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 20 20-ci il tarixli, 2(105)-50/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülə n digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
21. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdə liklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
25. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
26. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
27. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
28. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
29. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
30. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyə n əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
31. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 76.1. Tərəflərin tələb və etirazlar ını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edi lmiş qüvvəsi yoxdur.
37. Maddə 217.4. Maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
42. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
44. Kassasiya şikayəti dəlilləri bunlardır: 1. işə baxarkən apellyasiya instansiyası məhkəməsi çəkişmə prinspini pozmuş, sübutlara düzgün qiymət verməmiş;
2. Məhkəmə avtomobilin iddiaçı təşkilata qaytarılmasının düzgün olmaması ilə bağlı dəlilini yoxlamamış; 3. iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə tanış edilməmiş; 4. “MercedesBenz ML 63” minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı a vtomobilin idiaçıya qatarılmasının faktiki olaraq qaytarılması mümkün olmamasına baxmayaraq icrası mümkün olmayan qətnamə çıxarmışdır.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmənin vaxtı və yeri barədə cavabdehə bildiriş, eyni zamanda onun mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərilmiş, cavabdeh bildirişləri almış, məhkəmnin gedişi barədə məlumatlı olmuş, məhkəməyə borcun müəyyən edilməsi barədə ekspertiza keçirilməsinə dair vəsatət vermiş, cavabdehin nümayəndəsi məhkəmə baxışlarında iştirak etmiş, onun vəsatəti təmin olunaraq ekspertiza təyin edilmiş, iş üzrə rəy verildikdən sonra keçirilmiş məhkəmə iclasında iddiaçı tərəf təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermiş, cavabdehin nümayəndəsi vəsatəti rədd edərək (mülki iş səhifə 146) ekspert rəyi ilə razı olduqlarını, rəyin düzgün və obyektiv olduğunu təsdiq etmişdir. İş üzrə təkrar ekspertiza təyin edilmiş, ekspert rəyi alındıqdan sonra yenə tərəflərə dəfələrlə məlumat verilmiş, SMS xəbərdarlıqlar göndərilmiş, cavabdehə telefonoqram göndərilmiş, lakin tərəf bildirişləri və telefonoqramı alsa da heç bir üzrlü səbəb göstərmədən sonuncu məhkəmə baxışına gəlməmişdir. Ona görə məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmaması və çəkişmə prinspinin pozulması, o cümlədən əlavə vəsatət vermək hüquqlarından məhrum edilməsi barədə dəlillər əsaslı hesab oluna bilməz.
46. Avtomobilin Gürcüstan Respublikasında oğurlanması və bu səbəbdən qətnamənin gələcəkdə icrasının mümkün olmaması ilə bağlı dəlillə bağlı qeyd olunur ki, əvvəla, sübutları məhkəməyə tə rəflər təqdim etməlidir. Bundan başqa, sübutlar işə mahiyəti üzrə baxan məhkəməyə verilməlidir. Apelyasiya icraatında avtomaşının oğurlanması barədə sübutlar təqdim edilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, mülkiyyətiçi özünə məxsus olan əmlakı tələb etməkdə haqlıdır. İddiaçı təşkilatla cavabdeh arasında müqavilə münasibətləri yarandığından iddiaçı avtomaşını müqavilə tərəfindən tələb edə bilər. Cinayət nəticəsində vurulmuş zərəri tələb etmə hüququ həmin cinayətdən zərərçəkmiş şəxsə məxsusdur. İddiaçı təşkilat avtomaşının oğurlanması ilə bağlı zərərçəkən şəxs kimi tanınmamışdır. Ona görə iddiaçı avtomaşını cavabdehdən tələb etməkdə haqlıdır.
47. Gələcəkdə qətnaməinin avtomaşının qaytarılması hissəsinin icrasının mümkün olub-olmaması məsələsi icra icraatı qaydasında həll edilən məsə lədir. İcra qaydalarını nizama salan qanunvericilik hansı hallarda icranın mümkün olmaması əsası ilə icra sənədinin geri qaytarılması məsələlərini tənzimləyir. Gələcəkdə qətnamənin həmin hissəsinin icrası ilə bağlı çətinlik yaranacağı təqdirdə icra məmuru həmin qanunvericilik normalarına istinad etməklə zəruri tədbirlər görəcəkdir.
48. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 49. “Məhkəmə qətna məsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-50/2020 nömrəli 14 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.