Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2225/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-2225/22 ( Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi ) Bakı şəhəri, 18 may 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4966/2021 nömrəli, 3 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Mədsud qızı tərəfindən verilmiş kassasiya şikayətinə 18 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı hamiləliyi dövründə Cavabdehnın ginekologiya şöbəsinə müraciət etmiş, onun müraciəti əsasında iddiaçının hamiləliyi doğuş baş verən tarixə qədər qeyd edilən şöbədə izlənilmişdir. Bununla əlaqədar iddiaçıda dölün normal inkişaf edib-etməməsinin müəyyən edilməsi üçün onun üzərinə müxtəlif vaxtlarda instrumental (ultrasəs) müayinələr aparılmışdır. Diaqnoza uyğun olaraq müvafiq müayinə və müalicələr təyin edilmiş, eyni zamanda instrumental müayinələrdə döldə normal fizioloji inkişafdan başqa hər hansı bir patoloji dəyişikliklər aşkar edilməmişdir. Uşaq doğulandan sonra məlum olmuşdur ki, uşaq fiziki qüsurludur və sol əli yoxdur.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli rəyində aşağıdakılar göstərilmişdir: “İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onun hamiləliyi Cavabdehnın ginekologiya şöbəsində izlənilmiş və müxtəlif vaxtlarda instrumental (ultrasəs) müayinələr aparılmışdır. Diaqnoza uyğun olaraq müvafiq müayinə və müalicələr təyin edilmiş, eyni zamanda instrumental müayinələrdə döldə normal fizioloji inkişafdan başqa hər hansı bir patoloji dəyişikliklər aşkar edilməmişdir. Ginekoloji təcrübəyə əsasən, hamiləliyin müşahidəsi klinik, laborator və instrumental müayinə tədqiqatlarına istinad etməklə aparılır. İddiaçı yenidoğulmuş uşağında doğuşdan sonra əl anomaliyasının olduğu müəyyən edilmişdir ki, bunun da hamiləlik zamanı dölün inkişaf xüsusiyyətlərindən və instrumental müayinələrin informativliyindən asılı olaraq aşkar edilməməsi mümkündür. Dölün ana bətnində inkişafı zamanı meydana çıxmış bu kimi ağır inkişaf qüsurlarının tibbi avadanlıqlarla və ya müalicə metodları ilə aradan qaldırılması hal-hazırda mümkünsüz hesab edilir”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Mədsud qızı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə və digər klinikalara edilmiş ödənişlərin, 13.800 manat pulun, cavabdeh tərəfindən ona vurulmuş gələcəkdə çəkiləcək xərclə bağlı maddi zərərə görə 300.000 manat məbləğində pulun, mənəvi zərərə görə 20.000 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hamilə olduğundan və uşağın gələcəkdə sağlam doğulması ilə bağlı Mərkəzi Kl inikada həkim işləyən Mahirə İsmayılovanın sonsuzlara və hamilə qadınlara yardım etməsini eşidərək Klinikaya müraciət etmişdir. xx.xx.2017-ci il tarixdən başlayaraq müayinələrdən keçmək üçün ümumilikdə 3.800 manat məbləğində ödənişlər etmişlər. O, həkimin göstərişi ilə Mərkəzi Klinikada müayinələrdən keçirilmiş və hər müayinələrdən keçərkən ödənişlər etmişdir. Həmçinin həkim M.İsmayılovanın göstərişi əsasında Referans klinikasına, Modern hospitalına, Düzen klinikasına laborator müayinələrdən və digər müayinələrdən keçmək üçün göndərilmişdir və həmin klinikalarda da müayinələrdən keçmək və analizlər verilməsi ilə bağlı xeyli vəsait sərf etmişdir. Həkimin özü tərəfindən müayinə edilərkən və digər klinikalardan müayinələrin nəticələrinə baxan həkim hər şeyin qaydasında olduğunu, uşağın norma daxilində inkişaf etdiyini, uşağın sağlam olduğunu və heç bir qüsur aşkar edilmədiyini bildirmişdir. Həmçinin dəfələrlə rentgen və USM müayinələrindən keçirilmişdir və həkim tərəfindən uşaqda hər hansı bir qüsur olması barədə ona heç bir şey deyilməmişdir. Uşaq doğulan müddətədək Mərkəzi Klinika və digər özəl klinikalarda müayinələrlə bağlı 10.000 manata yaxın vəsait sərf edilmişdir. Uşaq 08 fevral 2018-ci il tarixdə keyser üsulu ilə doğulmuşdur. Uşaq doğulandan sonra məlum olmuşdur ki, uşaq fiziki qüsurludur və sol əli yoxdur. Halbuki doğuşa qədər həkim tərəfindən məqsədli şəkildə bir ana kimi ona bu barədə məlumat verilməmişdir. Bunun nəticəsində o, çox güclü psixoloji stress vəziyyətinə düşmüş və əsəb gərginliyi keçirmişdir. Halbuki vaxtında məlumat verilsəydi hər hansı bir tədbir gör ülə bilərdi, müalicələr almaq olardı və ya uşaq götürülə bilərdi və bu gün bu problemlərlə qarşılaşmalı olmazdılar. Bunun nəticəsində ona aydın olmuşdur ki, həkim tərəfindən aldadılmış, əlavə gəlir və qazanc əldə etmək məqsədi ilə uşağın qüsurlu olması ona vaxtında bildirilməmişdir, yalnız dolayı yolla gəlir əldə etmək naminə müxtəlif klinikalara göndərilmişdir. Bu səbəbdən hesab edir ki, həkim həmin klinikalarla əlbir işləmişdir, Mərkəzi Klinikada müayinələr aparılması üçün hər bir şərait olduğu halda onu özəl klinikalara göndərmişdir. Həmçinin onlar uşağın müalicə edilməsi, yəni əlinin bərpa edilməsinin yalnız xarici klinikalarda mümkün olduğu və bunun üçün 300.000 manata yaxın vəsait lazım olduğu barədə məlumat almışlar. Uşağın əlinin bərpa edilməməsi onun gələcəkdə əlil kimi böyüməsinə, daima insanlar və yaşıdları arasında sıxıntılı vəziyyətdə yaşamasına və onun psixoloji durumuna təsir göstərəcəkdir. Uşağın sağlamlığı və gələcəkdə normal inkişafı naminə onun xaricdə müalicə edilməsi, yəni əlinin bərpa edilməsi zəruridir. Bu cür əməliyyatların Azərbaycanda aparılması mümkün deyildir. Lakin onların bu vəsaiti düzəltmək imkanları yoxdur, həmçinin həkimin səhlənkarlığı ucbatından bu vəziyyətə düşmüşlər, problemlə üzləşmişlər və vaxtında bu barədə məlumatları olsaydı onun qarşısını alardılar. Bu cür hadisə ilə qarşılaşmaları ailələrində və yaxın qohumlarında da ciddi narahatlıq yaratmışdır və uşaq doğulduğu andan gərgin psixoloji vəziyyətdə yaşayırlar.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.A.Bağırova) 21 avqust 2019-cu il tarixli, 2(009)-321/2019 nömrəli qətnamə si ilə iddia təmin edilməmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə iddiaçı üzərində aparılmış müayinələrin hər hansı pozuntu olmadan həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda ekspert rəyi ilə dölün ana bətnində inkişafı zamanı meydana çıxmış yuxarıda qeyd edilən ağır inkişaf qüsurlarının tibbi avadanlıqlarla və ya müalicə metodları ilə aradan qaldırılmasının hal-hazırda mümkünsüz olması müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu h allara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 103.1, 216-220, 360- cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki 1-ci icraat
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməməsi, işin hallarının tam və hərtərəfli araşdırılmaması, qeyri-obyektiv ekspertiza rəyinə əsaslanmaqla əsassız nəticəyə gəlindiyi bildiri lmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) 6 avqust 2020-ci il tarixli, 2(103)1076/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Mülki Məcəllənin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni müalicəsini həyata keçirən cavabdeh MMC-nin həkiminin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi və dünyaya gətirdiyi uşağın fiziki qüsurla doğulmasının onun təqsirli (hüqu qa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamışdır. c)Kassasiya instansiyası məhkəməsində 1-ci icraat
12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlərƏ.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və İ.K.Xəlilov) 11 mart 2021-ci il tarixli, 2(102)-930/21 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1076/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən rəyi sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən rəyi əsaslı, şübhədənkənar və mötəbər sübut kimi qiymətləndirərkən həmin rəyin ekspertin mülahizə xarakterli ehtimallarına əsaslandığını nəzərə almamışdır. Belə ki, rəyin məzmunundan göründüyü kimi, ekspert tərtib etdiyi rəydə iddiaçının üzərində aparılan müayinələrlə döldə olan qüsurların aşkar edilməməsinin mümkünlüyünü göstərməklə faktiki olaraq qeyd edilən müayinələrlə döldə olan qüsurların aşkar edilməsinin mümkün olmasını da istisna etmir. Bununla yanaşı iş materiallarından görünür ki, işə baxan məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallarda aparılmış müayinələrlə yanaşı, aparılmalı olan müayinələrlə uşaqlıqda dölün bədən üzvlərində olan qüsurlar ın aşkara çıxarılmasının mümkünlüyü barədə sual qoysa da ekspert bununla bağlı qoyulmuş suala cavab verməmişdir. İş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu hala münasibət bildirməmiş və qeyd edilən halın araşdırılması üçün iş üzrə əlavə ekspertiza təyin etməmişdir. Halbuki, iddiaçı digər əsaslarla yanaşı pozulmuş hüququnu onunla mübahisələndirir ki, müraciət etdiyi həkim M.İsmayılova ona tam ixtisaslı tibbi yardım göstərməmiş, ona uşağın norma daxilində inkişaf etdiyini, uşağın sağlam olduğunu və heç bir qüsuru olmadığını bildirmişdir. Nəticədə uşaq qüsurlu doğulduqdan sonra çox güclü stress vəziyyətinə düşmüş, əsəb gərginliyi keçirmişdir. Bu halın araşdırılması həmçinin ona görə əhəmiyyət kəsb edir ki, cavabdeh iddia ərizəsinə verdiyi etirazda göstərm işdir ki, iddiaçıya onlar tərəfindən həm Fetal Exokardioqrafiya, həm də ayrıntılı Obstetrik USM müayinədən keçmək tövsiyyə olunmuşdur. Xəstə həmin dövrdə Fetal Exokardioqrafiyadan keçsə də, ayrıntılı Obstetrik USM müayinədən keçməmişdir. Halbuki, iddiaçı ayrıntılı Obstetrik USM müayinədən keçsəydi onun dölündə hər hansı bir qüsurun gözdən qaçması qeyri-mümkün olardı. Bununla yanaşı qanunvericiliyə əsasən xəstənin müalicə üsulları və bununla bağlı risk dərəcələri barədə məlumat almaq hüququ vardır. Bu hüquq isə hazırkı işdə müalicə müəssisəsi üçün İddiaçı bütün müalicə üsulları və bununla bağlı risk dərəcələri barədə sonuncuya dolğun və düzgün məlumat vermək öhdəliyi yaradır. Qeyd edilənlərə baxmayaraq işə baxan məhkəmələr tərəfindən iddiaçıya ayrıntılı Obstetrik USM müayinəsindən keçməsini n təklif edilib-edilmədiyi, edildiyi təqdirdə sonuncunun isə bundan imtina etdiyi, o cümlədən İddiaçı bütün müalicə üsulları və bununla bağlı risk dərəcələri barədə sonuncunun müalicəsi tərəfindən məlumatlandırılıb-məlumatlandırılmaması barədə hər hansı bir araşdırma aparılmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki 2-ci icraat
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) 3 noyabr 2021-ci il tarixli, 2(103)4966/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(009)-321/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək Cavabdeh məhdud məsuliyyətli cəmiyyətdən 2697(iki min altı yüz doxsan yeddi) manat maddi və 1000 (min) manat mənəvi, cəmi 3697(üç min altı yüz doxsan yeddi) manat zərər əvəzi tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edimişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin maddi və mənəvi ziyanla bağlı qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsi iddianı tam rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasınd a səbəbli əlaqə olmalıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim edilməsi mümkün olan sübutlar təqdim edilmişdir. Bununla əlaqədar, mülki hüquq pozuntusunun tərkibi yarandığından, Cavabdeh MMC-nin mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsas olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müayinə və müalicənin düzgün aparıldığı, bunun ekspert rəyi ilə öz əksini tapdığı qənaətinə gələrək maddi və mənəvi ziyanla bağlı iddianı rədd etmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi iş üzrə alınmış məhkəmə tibbi ekspertiza rəylərinin mötəbərliliyi, eləcə də bəzi hissələrinin ziddiyyətli olması barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdən görünür ki, hazırki iş üzrə bir dəfə birinci instansiyası, bir d əfə bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə məhkəmə tibbi ekspertizası, üçüncü dəfə isə kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instaniyası məhkəməsinin qətnaməsi ləğv edildikdən sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə məhkəmə komisyon məhkəmə tibb ekspertizası təyin edilmiş və ekspertiza rəyləri alınmışdır. Hər üç rəydə ekspertlər İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən rəy verdiklərini təsdiq etmişlər. Birinci rəydə göstərilir ki,.. iddiaçının hamiləliyi Cavabdehnın ginekologiya şöbəsində izlənilmiş və müxtəlif vaxtlarda instrumental (ultrasəs) müayinələr aparılmışdır. Diaqnoza uyğun olaraq müvafiq müayinə və müalicələr təyin edilmiş, eyni zamanda instrumental müayinələrdə döldə normal fiziol oji inkişafdan başqa hər hansı bir patoloji dəyişikliklər aşkar edilməmişdir. Ginekoloji təcrübəyə əsasən, hamiləliyin müşahidəsi klinik, laborator və instrumental müayinə tədqiqatlarına istinad etməklə aparılır. İddiaçı yeni doğulmuş uşağında doğuşdan sonra əl anomaliyasının olduğu müəyyən edilmişdir ki, bunun da hamiləlik zamanı dölün inkişaf xüsusiyyətlərindən və instrumental müayinələrin informativliyindən asılı olaraq aşkar edilməməsi mümkündür. Dölün ana bətnində inkişafı zamanı meydana çıxmış bu kimi ağır inkişaf qüsurlarının tibbi avadanlıqlarla və ya müalicə metodları ilə aradan qaldırılması hal-hazırda mümkünsüz hesab edilir. İkinci rəydə də göstərilir ki,... Dölün bədən üzvlərində olan fiziki qüsurlar ultrasəs müayinəsi vasitəsi ilə aşkar oluna bilərdi, lakin ginekoloji təcrübə yə əsasən, instrumental müayinələrin informativliyindən asılı olaraq müayinələrin nəticəsinə tam əminliklə istinad etmək olmur. Dölün bətndaxili inkişafı zamanı ətrafların anomaliyası hamiləliyin 14-cü həftəsindən sonra müəyyən oluna bilər. İş materiallarında olan tibbi sənədlərə əsasən, İddiaçı xx.xx.2018- ci il tarixdə hamiləliyin 33-cü həftəliyində obstetrik ultrasəs müayinəsi aparılmış, lakin hamiləliyinin öncəki müşahidəsi zamanı həkim mamaginekoloqun məsləhəti ilə ona əlavə instrumental müayinələrdən keçirilməsi bildirilsə də, o, məsləhət olunan instrumental müayinələrdən keçməmişdir. Bunun səbəbi haqqında isə fikir söylənilməsi mümkün deyil. Dölün bətndaxili inkişafı zamanı fiziki qüsurların müəyyən olunması üçün instrumental müayinə metodlarından istifadə olunur və hamiləyə bu mü ayinələrdən keçirilməsi bildirilir. Aparılacaq müayinələrin zəruriliyi həkim tərəfindən təyin olunur, lakin müayinədən keçibkeçməməsi xəstənin təşəbbüsünə və ixtiyarına buraxılır.İddiaçı hamiləliyi ilə əlaqədar ona Cavabdeh aparılmış müayinə və müalicələr uşaqda fiziki qüsurların əmələ gəlməsinə səbəb olmamışdır. Sonuncu rəy isə qeyd olunduğu kimi həm də iş üzrə kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinə əsasən keçirilmiş və ekspert komissiyası qarşısında suallar da cavabdehitn iddia tələbinə etirazında və ikinci rəydə göstərilənlərə uyğun qoyulmuşdur. Sonuncu rəyin nəticə hissəsinin 1-ci bəndi əvvəlki rəylərin məzmunu ilə demək olar ki, eyni olmuş, o cümlədən aparılmış müayinələrlə yanaşı, aparılmalı olan müayinələrlə uşaqlıqda dölün bədən üzvlərində olan qüsurların aşkara çıxarılmasının mümkün olub-olmaması sualına cavab olaraq bir daha göstərilmişdir ki, dölün bədən üzvlərində olan fiziki qüsurlar ultrasəs müayinəsi vasitəsi ilə aşkar oluna bilərdi. 2 və 3-cü suallara cavab olaraq ekspertlər göstərmişlər ki, İddiaçı adına Cavabdeh tərtib edilmiş xx.xx.2017-ci il tarixli diaqnostik müayinə vərəqəsindən görünür ki, hamiləyə müalicə həkimi tərəfindən detallı obstetrik utrasəs və fetal exokardioqrafiya müayinələrinin aparılması qeyd edilmişdir.
19. Göründüyü kimi, məhkəmə tibbi ekspertizasının birinci rəyində iddiaçının yeni doğulmuş uşağında doğuşdan sonra əl anomaliyasının olmasının hamiləlik zamanı dölün inkişaf xüsusiyyətlərindən və instrumental müayinələrin informativliyindən asılı olaraq aşkar edilməməsinin mümkünlüyü qeyd olunsa da, ikinci və üçüncü rə ylərdə isə dölün bədən üzvlərində olan fiziki qüsurların ultrasəs müayinəsi vasitəsi ilə aşkar oluna bilməsinin mümkünlüyü də təsdiq olunmuşdur. Hətda ikinci rəydə dölün bətndaxili inkişafı zamanı ətrafların anomaliyasının hamiləliyin 14-cü həftəsindən sonra müəyyən oluna bilməsi də konkret göstərilmişdir. Demək, dölün bətndaxili inkişafı zamanı onda olan fiziki qüsurlar, o cümlədən hazırki işdə olan uşağın sol əlindəki qüsur barədə hamiləliyin 14-cü həftəsindən sonra iddiaçının məlumat almaq haqqı(hüququ)olmuşdur. Bu hüquqa iddiaçı həm də ona görə malik idi ki, o, hamiləliyinin izlənməsini və bununla bağlı müayinə və müalicə olunmasını hər hansı bir dövlət tibb müəssisəsində deyil, məhz cavabdehə, yəni bu sahədə yüksək səviyyədə ixtisaslaşmış tibbi xidmət göstərməli olan özəl tibb müəssis əsinə həvalə etmiş və qeyd olunan xidmətlər də tərəflərin bağladıqları müqaviləyə əsasən əvəzi ödənildiyindən keyfiyyətli göstərilməli idi. Ancaq cavabdeh tərəf iddiaya olan etirazında göstərir ki, iddiaçıya ayrıntılı Obstetrik USM müayinədən keçmək tövsiyyə olunduğu, lakin müayinədən keçmədiyi, halbuki, iddiaçı ayrıntılı Obstetrik USM müayinədən keçsəydi onun dölündə hər hansı bir qüsurun gözdən qaçması qeyri-mümkün olardı, ikinci rəydə isə ekspertlər göstərir ki, həkim mamaginekoloqun məsləhəti ilə iddiaçıya əlavə instrumental müayinələrdən keçirilməsi bildirilsə də, o, məsləhət olunan instrumental müayinələrdən keçməmişdir. Üçüncü dəfə ekspertiza təyin edilərkən 2-ci və 3-cü suallarda etirazda göstərilən tövsiyyənin iddiaçıya çatdırılması və onun həqiqətən bundan məlumatlı olmasının və ikinci rəydə göstərilən mamaginekoloqun məsləhətinin iddiaçıya çatdırılması və onun həqiqətən bundan məlumatlı olması iş materiallarının(tibbi sənədlərin) konkret hansı hissələrində qeyd olunması və əgər qeyd olunmamışdırsa rəydə bu qənaətə nəyin əsasında gəlinməsinin(rəy verərkən konkret iş materialına istinad olunmaqla, işin səhifəsini və vərəqini göstərməklə cavab verilsin) səbəbləri soruşulmuşdur. Sonuncu rəyin nəticə hissəsində ekspert komissiyası 2 və 3-cü suallara birgə cavab verərək göstərmişlər ki, İddiaçı adına Cavabdeh tərtib edilmiş xx.xx.2017-ci il tarixli diaqnostik müayinə vərəqəsindən görünür ki, hamiləyə müalicə həkimi tərəfindən detallı obstetrik utrasəs və fetal exokardioqrafiya müayinələrinin aparılması qeyd edilmişdir. Lakin rəyin bu hissəsindəki məlumatın nə qədər əsa ssız, ziddiyyətli, hətda açıq-aşkar sonradan tərtib edilmiş sənəddə əksini tapması aşağıdakı faktlarla təsdiq olunur. Əvvəla, İddiaçı adına həqiqətən Cavabdeh MMC-də xx.xx.2017-ci il tarixdə diaqnostik müayinə vərəqəsi tərtib edilmişdirsə və həmin vaxt mövcud idisə, cavabdeh 2018-ci ilin noyabr ayında iddiaya etiraz verərkən bu sənədi etirazına əlavə edərdi yaxud etirazın mətnində bu sənədi istinad edərdi. Ancaq etməmişdir. Əksinə, etirazda iddiaçının xx.xx.2017-ci ildə, xx.xx.2017-ci ildə, xx.xx.2017- ci ildə və xx.xx.2017-ci ildə ginekoloqun müayinəsində olduğunu təsdiq etmiş, xx.xx.2017-ci ildə iddiaçının həkim mama-ginekoloqun müayinəsində olmasını isə təsdiq etməmiş, ümumiyyətlə iş materialları ilə də bu təsdiq olunmur. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi və iş m ateriallarına əlavə edilmiş(1-ci cild. səh.107- 201) sənədlərdə də xx.xx.2017-ci il tarixdə diaqnostik müayinə vərəqəsi tərtib edildiyi təsdiq olunmur. Sonuncu rəydə ekspert komissiyası nə rəyin məzmununda, nədə nəticə hissəsində bu sənədi necə və haradan əldə etdiyini göstərmir və buna hansısa formada istinad etmir. Düzdür, iş üzrə bundan əvvəl işə baxmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni baxışa göndərdiyindən kassasiya instansiyası məhkəməsinin qərarındakı məcburi göstərişlərin icrası ilə əlaqədar yenidən ekspertiza təyin etməklə yanaşı, cavabdeh müəssisəyə də sorğu göndərilərək digər məsələlərlə yanaşı iddiaçıya hamiləliyi dövründə müalicə həkimi tərəfindən Obstetrik USM müayinədən keçməyin təklif edilməsini, əgər bundan imtina etmişdirsə imtinanı təs diq edən rəsmi sənədin təsdiq edilmiş surətinin məhkəməyə göndərilməsi xahiş edilmiş və sorğuya cavabla yanaşı 14 iyul 2021-ci il tarixdə xx.xx.2017-ci il tarixli diaqnostik müayinə istək forması adlı vərəqə də məhkəməyə göndərilmişdir(bax.cild.2.i.v.16-19). Lakin həmin vaxt mülki işin materialları ekspertizada olduğundan həmin sənəd də iş materiallarına əlavə olunmamışdır ki, ekspert komissiyası bu sənədə istinad etmiş olsun. Demək, rəyin nəticə hissəsində bu sənədə istinad etsə də, ekspert komissiyası bu sənədi necə əldə etməsini rəyində göstərməli idi. Çünki, bu sənəd əvvəlcədən mövcud olsa idi, yəqin ki, əvvəlki rəydə buna hansısa formada istinad edərdilər. Göründüyü kimi, cavabdeh müəssisənin “xx.xx.2017-ci il tarixli diaqnostik müayinə istək forması” adlı vərəqi sonradan tərtib etmək lə məsuliyyətdən yayınmağa cəhd etməsi açıq-aşkar təsdiq olunur. Hətda hesab edilsə ki, həmin sənəd əvvəldən mövcud olub, yenə də mötəbər hesab edilə bilməz. Çünki, həmin vərəqin şikayətlər və klinik əlamətlər bölməsinin qarşısında yalınz “detallı obstetrik USM, Fetal Exokardioqrafiya” sözləri yazılmış, ekspert komissiyasının qeyd etdiyi kimi, heç də həmin vərəqdə bu cür müayinələrinin aparılması qeyd edilməmişdir. Ona görə də dölün bətndaxili inkişafı zamanı fiziki qüsurların müəyyən olunması üçün instrumental müayinə metodlarından istifadə olunması və hamiləyə bu müayinələrdən keçirilməsi bildirilirsə idi, mütləq ki, bunlar xəstəlik vərəqində qeyd olunmalıdır. Ancaq cavabdeh tərəfindən məhkəməyə elə bir sənəd təqdim edilməmişdir ki, orada müalicə həkimi tərəfindən iddiaçıya bu cür müayin ə metodlarından istifadə olunması və bu mayinələrdən keçməsi bildirilsin. Aparılacaq müayinələrin zəruriliyi həkim tərəfindən təyin olunsa belə, müayinədən keçibkeçməməsi xəstənin təşəbbüsünə və ixtiyarına buraxılsa da, xəstənin bundan imtina etməsi mütləq sənədləşdirilərək rəsmiləşdirilməli idi. Çünki, Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş Təlimatın 41-ci bəndində həkim mama-ginekoloqun tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmçinin həmin Təlimatın 26-cı bəndində mamaginekoloqun müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, diaqnostik, müalicə, reablitasiya və profilaktik prosedur v ə tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq vəzifəsi də nəzərdə tutulmuşdur. Ona görə də etirazda və rəydə göstərilən bu fikirlər, yəni iddiaçının müayinədən imtina etməsi hansısa mötəbər sübutlarla təsdiq olunmur. Ekspertlər bu məlumatı iddiaçının adına sonradan tərtib edilmiş və üzərində düzəliş edilmiş “xx.xx.2017-ci il tarixli diaqnostik müayinə istək forması” adlı vərəqdən götürmüşlər. Yəni, bu onların ekspertiza zamanı müəyyən etdikləri deyil, sonradan üzərində düzəliş edilmiş sənədlərdən götürdükləri məlumatlardır. İşdə olan sənədlərdə də iddiaçının xx.xx.2017-ci il tarixdə müayinədə olması açıq-aşkar təkzib olunur. Ona görə də, ekspertlərin göstərdikləri bu məlumat həm də fakt baxımından yanlışdır. Göründüyü kimi, rəydə ardıcıllıqla gələn bu fikirlər həddindən artıq zi ddiyyətlidir. Belə çıxır ki, cavabdeh müəəsisənin həkimi tərəfindən iddiaçıya dölün fiziki qüsurlarının müəyyən edilməsi məqsədilə müayinədən keçmək təklif edilmiş, lakin iddiaçı bunu istəməmişdir. Bu qənaət inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda baş verən hallara da uyğun gəlmir. Çünki, son zamanla ginekoloji təcrübəyə uyğun hətta hamiləliyin bir neçə həftəliyində dölün cinsinin öyrənmək arzunda olan hamilə qadınların dölün fiziki qüsurlu olub-olmamasını öyrənməyi arzulamaması və bunu istəməmsi qətiyyən inandırıcı və ağlabatan ola bilməz. Səhiyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokolun hamilə qadının tibb müəssisəsinə gəlişləri cədvəlində 2-ci gəlişində (18-20-ci həftə də) və 5-ci gəlişdə(34-36-cı həftədə) USM müayinəsinin keçirilməsi nəzərdə tutulmuşdur. Həmin klinik protokolda antenatal qulluq üzrə tibb işçisinin məsləhətlərinin yerinə yetirilməsinə hamilə qadın özü qərar versə belə həmin müayinədən keçmək barədə məsləhətlərin həqiqətən verilməsi özü təsdiq olunmalıdır. Belə olan vəziyyətdə ekspertlərin bu fikirlərinin əsasının nəyə söykəndiyi də bəlli olmur. Göründüyü kimi, ekspertlərin tərtib etdikləri rəylərdə bu cür fikir bildirmələri, açıq-aşkar olmasa belə həkim olan həmkarlarını müdafiə etmək xarakteri daşıması anlaşılan olsa da, başa düşülən deyildir. Çünki, ekspert prosessual statusa malik olan şəxs olmaqla bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ekspert rəyi xüsusi biliyə malik olan şəxs tərəfindən verildiyindən dəqiq, k onkret, aydın və əsaslandırılmış olmalıdır. Əks halda onun sübut əhəmiyyəti və mötəbərliliyi şübhə altına alına bilər. Ekspert rəyləri məhkəmə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyləri məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyləri ilə razılaşmaya bilər. Ona görə də, apellyasiya instansiyası məhkəməsi yekun qənaətə gələrkən təqdim edilmiş sübutlara məcmu halda qiymət verərək, nəticəyə də məhz bu cür qiymətləndirməyə uyğun gəlir. Göstəriləndən əlavə, cavabdeh iddia tələbinə etirazında “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 30-cu maddəsinə istinad edərək göstərmişdir ki, hamiləliyin süni surətdə pozulması qadını n arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər. Tibbi göstərişlərə və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər. Cavabdeh həmçinin Nazirlər Kabinetinin 1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmş “Hamiləliyin pozulmasına dair sosial göstərişlərin Siyahasına” və Səhiyyə Nazirliyinin kollegiyasının 03 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Qaldın məsləhətxanalarında, ambulator-poliklinik tibb müəssisələrində antenatal xidmətin təşkili haqqında Təlimata” istinad edərək qeyd edir ki, iddiaçıda qeyd olunan tibbi və sosial göstərişlərdən heç biri aşkar olunmadığından hamiləliyinə süni surətdə son verilməsi iddiası tamamilə əsassızdı r. Ancaq iddiaçının iddiası heç də bilavasitə uşağının fiziki qüsurlu doğulduğuna görə hamiləliyinin vaxtında süni surətdə pozulmaq imkanından məhrum edilməsi ilə bağlı olmamışdır. İddianın məzmununa diqqət yetirdikdə aydın olur ki, iddiaçı həkimi məqsədli şəkildə uşağında qüsur olduğu barədə ona məlumat verməməkdə qınayır və doğuş zamanı stress vəziyyətə düşdüyünü və əsəb gərginliyi keçirdiyini, halbuki vaxtında məlumatı olsaydı hər hansı bir tədbir görə biləcəyinə və müalicə almağın mümkünlüyünə inandığı üçün bu iddianı irəli sürdüyü bəlli olur. Hamiləliyin süni surətdə pozulmasını isə yalnız bu tədbirlər nəticə verməyəcəyi təqdirdə ehtimal edirdi. Ancaq cavabdeh hətta bir az da qabağa gedərək heç bir sübuta istinad etmədən iddiaçıda hamiləyin süni suərtdə pozulması üçün sosial göstərişl ərin olmadığı qənaətinə gəlmişdir.
20. Əlbətdə ki, bu cür mövqe əsassız olduğundan, sübutlarla təsdiq olunmadığından iddianın tam rədd edilməsi üçün müstəqil əsas da ola bilməzdi. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı cavabdehə və digər klinikalara edilmiş ödənişlərin əvəzi qismində 13 800 manat, cavabdeh tərəfindən ona vurulmuş zərərlə əlaqədar gələcəkdə çəkiləcək xərclə bağlı 300 000 manat tələb etsə də, məhkəmə tədqiqi zamanı məhkəmənin rəsmi sorğusuna cavab olaraq iddiaçı tərəfindən cavabdeh müəssisəyə 2697 manat ödənildiyi göstərilmiş, iddiaçı isə cavabdehə daha artıq vəsait ödəməsinə dair sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı vurulmuş zərərlə əlaqədar gələcəkdə çəkiləcək xərclə bağlı 300 000 manat tələb etsə də, gələcəkdə çəkiləcək xərclərl ə bağlı indidən ziyan tələb edilə bilməz. Əvvəla, gələcəkdə xərclərin çəkilibçəkilməyəcəyi hələ qeyri müəyyəndir.
21. İkincisi, gələcəkdə çəkilə biləcək xərclərlə cavabdehin iddiaçıya zərər vurması arasında səbəbli əlaqənin olması da təsdiq olunmalıdır. Bu isə hazırki deyil, gələcəkdə qaldırılacaq iddianın predmeti ola bilər və həmin işdə tələb edilə bilər. Bundan başqa, iddiaçı cavabdehdən 20000(iyirmi min) manat mənəvi zərər də tələb etmişdir. Əvvəla, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Çünki, cavabdeh müəssisənin həkimi düzgün və tam olmayan tibbi müdaxiləsi nəticəsində iddiaçı mənəvi iztirab və sarsıntı keçirmişdir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənə vi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin mümkün olduğunu da apellyasiya şikayətində açıqlamır. Belə olan vəziyyətdə apellyasiya şikayətində göstərilən dəlillərin də iddia tələbini tam həcmdə təmin edilməsi üçün yetərli ola biləcək dəlillər kimi qiymətləndirilməsi mümkün olmalıdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh müəssisənin həkimi Mahirə İsmayılovanın düzgün və tam olmayan tibbi müdaxiləsi iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsinə səbəb olmuşdur. Buna görə də, cavabdeh mənəvi zərərə görə də məsuliyyətdən azad edilməməli və o, iddiaçıya vurulmuş mənəvi zərərə görə məsuliyyət daşımalıdır. Bununla yanaşı, iddiaçı vurulmuş mənəvi zərərin miqdarını 20000(iyirmi min) manat məbləğində müəyyən etsə də, apellyasiya baxışı zamanı, həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 1000(min) manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verə rək qətnamənin ləğv edilib, işin mahiyyəti üzrə araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Belə ki, qanunla vurulmuş zərərin əvəzinin tam ödənilməsi nəzərdə tutulsa da, məhkəmə iddianı qismən təmin etmiş, gələcəkdə çəkiləcək xərclər nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına g ətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 222.1 Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifa də edirlər.
28. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
29. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütö vlükdə yoxlanılır.
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Hazırkı iş üzrə iddiaçı cavabdeh müəssisənin əməkdaşının əməli nəticəsində baş övladının fiziki qüsurlu olmasına görə çəkdiyi zərərin əvəzini Cavabdeh MMC-dən tələb edir.
38. Bu baxımdan iddia təl əbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1, 1097.1, 1099.1-ci maddələri nəzərdən keçirilə bilər (§ 25-29).
39. Həmin normalara əsasən cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqa zidd olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə, zərəri vuran şəxsin cavabdehin işçisi olması və zərərin əmək funksiyalarının icrası zamanı yetirilməsi. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir.
40. İşə mahiyyəti üzrə baxan məhkəmələr belə qənaətə gəlmişlər ki, cavabdehin işçisinin təqsirli şəkildə törətdiyi qeyri-hüquqi əməl nəticəsində iddiaçı zərərə məruz qalmışdır. İ ddiaçının övladının fiziki qüsurla doğulması iddiaçının mənəvi zərər çəkməsi nəticəsinə gəlmək üçün kifayətdir. Çünki, övladı fiziki qüsurlu olan valideynin ciddi iztirab keçirməsi, bu sarsıntının mənfi psixi reaksiyaya səbəb olmaqla ona mənəvi əzab verməsi şübhəsizdir və belə halların başqa dəlillərlə sübuta ehtiyacı yoxdur. Odur ki, iddiaçı, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mənəvi zərərin əvəzinə görə tut ulan zərərin məbləğinə aid hissə istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
43. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət ve rildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
44. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi mənəvi zərərin məbləğinə dair hissədə ədalətli sayıla bilməz.
45. Mənəvi zərərin əvəzinin hansı həcmdə tutulması ilə bağlı qeyd edilməlidir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndinə görə, zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntların xarakteri və ağırlığı, zərərvuran şə xsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
46. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
47. Kollegiya, uşağın fiziki qüsurlu doğulmasının iddiaçıya verdiyi sarsıntını və mənəvi əzabı, tərəflərin əmlak vəziyyətini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, 1000 manat mənəvi təzminat ədalətli məbləğ hesab edilə bilməz. Bu cür nəticəyə səbəb olan pozuntuya görə ödənilən təzminat mümkün qədər mütənasib olmalıdır.
48. Kollegiya yuxarıda qeyd olunanları birlikdə dəyərləndirərək bu qənaətə gəlir ki, mənəvi zərərə görə təzminatın 5000 manat məbləğində müəyyən olunması ədalətlidir.
49. Beləliklə, Kollegiya bu nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan zərərin məbləği hissəsində dəyişdirilərək həmin məbləğ 5000 manat müəyyən edilməlidir.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə tərkibi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4966/2021 nömrəli iş üzrə 3 noyabr 2021-ci il tarixli qətnaməsi mənəvi zərərə görə cavabdehdən tutulan pulun məbləğinə aid hissədə dəyişdirilməklə, həmin məbləğ 5000 (beş min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: İlqar Xələfov Abiddin Hüseynov