Məhkəmə qərarları › İş №2(102)-223/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-223/2023

24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-223/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6594/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Na zirliyi (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 22 dekabr 2018-ci il tarixdə ibtidai araşdırılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən aparılan ********* saylı cinayət işi üzrə şübhəli şəxs kimi tutulmuş və onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir.

2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(089)-61/2019 saylı hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirli bilinib, 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzaçəkmə müddətinin əvvəlinin 22 dekabr 2018-ci il tarixdən hesa blanması hökm edilmişdir. Qərar apellyasiya və kassasiya qaydasında yoxlanılmış, yekunda Şirvan Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 1(106)-250/2021 saylı qərarına əsasən, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş və dərhal məhkəmə zalından həbsdən azad olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 3..İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcmini azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 22 dekabr 2018-ci il tarixdən 19 aprel 2021-ci il tarixə kimi həbsdə saxlanılması nəticəsində dəymiş maddi və mənəvi ziyanlar:

1. Onun məhrum olduğu gəlirlər 40.000 manat;

2. Onun həbsdə saxlanıldığı müddətdə çəkilmiş xərcləri, o cümlədən müdafiəçiyə göstərdiyi xidmətlərə görə ödədiyi pul məbləği, cəmi 35.000 manat;

3. Ona dəymiş mənəvi ziyanın məbəği 500.000 manat olmaqla, cəmi 575.000 manat təşkil edən kompensasiya məbləğinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulub alınaraq, ona ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə 575.000 manat məbləği təşkil edən kompensasiya məbləğinin ödənilməsinin vəzifə öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İdd ia tələbi onunla əsaslandırılmışdır ki, o, 22 dekabr 2018-ci il tarixdə ibtidai araşdırılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən aparılan ********* saylı cinayət işi üzrə şübhəli şəxs kimi tutulmuş və onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli, 1(089)-61/2019 saylı hökmünə əsasən, o, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirli bilinib, 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(089)61/2019 saylı hökmü tam qeyriobyektiv, qanunsuz və əsassız olduğundan, o, qeyd olunan hökmdən apellyasiya şikayəti vermişdir. X1 Məhkəməsinin 03 dekabr 2019- cu il tarixli 1(106)-495/2019 saylı yekun qərarına əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(089)- 61/2019 saylı hökmü dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Onun verdiyi kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2020ci il tarixli 1(102)-798/2020 saylı qərarına əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 1(106)-495/2019 saylı yekun qərarı ləğv olunaraq, cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin baxışına təyin olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 1(106)-250/2021 saylı yekun qərarına görə, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, o, dərhal məhkəmə zalından həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 1(102)- 1413/2021 saylı qərarına əsasən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 2.34.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2021-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının qanunsuz hərəkətləri, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(089)-61/2019 saylı hökmü və Şirvan Apellyasiya Məhkəməsini n 03 dekabr 2019-cu il tarixli 1(061)-495/2019 saylı yekun qərarı nəticəsində, o, 22 dekabr 2019-cu il tarixdən 19 aprel 2021-ci il tarixə kimi qanunsuz azadlıqdan məhrum olunmuş, bütün ətrafında, yaşayış yerində və dost-tanışlar içərisində cinayətkar şəxs kimi tanınmağa başlamışdır. Onun haqqında qanunsuz cinayət təqibi aparılması nəticəsində, ona maddi, mənəvi ziyan dəymişdir. Buna görə də, o, nəinki maddi, eyni zamanda, qohum, qonşu və ətraf içərisində ona ağır mənəvi zərər vurulmuşdur. Onun qanunsuz olaraq, cinayət məsuliyyətinə cəlb olunması və həbsdə saxlanılması nəticəsində ona ağır mənəvi ziyan dəymiş, sağlamlığını tamamilə itirmiş, lakin pulsuzluğuna görə müalicə belə ala bilməmişdir.

5. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2726 /2022 nömrəli iş üzrə 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş mənəvi zərərə görə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində, yəni təxminən 28 ay müddətində əsassız yerə cəza çəkmiş, həbsdə saxlanılmışdır.

7. Məhkəmə mövqeyinə görə, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və b orclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.

8. Məhkəmə iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçının xeyrinə ədalətli həddə, yəni 28.000 (iyirmi səkkiz min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. Maddi ziyan vurulmasına dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia rədd edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1100, 1101.1, 1101.2-ci maddələri, Cinayət Prosessual Məcəllənin 57.1, 58.1, 58.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şə xslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-7-ci maddələrinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 28000 mana t vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin müddəalarını nəzərə almalıdır. Belə ki, həmin maddədə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiyanı almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə -üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə-yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə-əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə-on bir manat) Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda, ona ödənilicək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Göründüyü kimi, 28000 manat məbləğində kompen sasiyanın ödənilməsi tamamilə əsassızdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6594/2022 nömrəli iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(006)-2726/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uy ğun həll etmişdir. Məhkəmə iddiaçının 28 ay qanunsuz həbsdə saxlanılmasına görə 28000 manat mənəvi zərərin məbləğini müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.

14. Kollegiya apellyatorun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin müddəalarına əsasən üç yüz otuz manat mənəvi zərər tutulması ilə bağlı dəlilini də əsassız hesab etmişdir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1101.1-ci maddələri, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, 5, 6, 7, 12-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarlarındakı hüquqi mövqelərə və beynəlxalq hüquqi mənbələrə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi (vəkili Vəkil) kassasiya şikayəti verərək, mülki və inzibati prosessual qanunvericiliyə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 12 oktyabr tarixli 2(103)-6594/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 28.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 28.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Ümumiyyətlə son zamanlar analoji işlər üzrə (eləcə də hazırkı məhkəmə mübahisəsində) məhkəmələr tərəfindən mənəvi zərərin məbləği müəyyən edilərkən zərərçəkən şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmadan birmənalı olaraq həbsdə olma müddətinin hər ayının min manatdan hesablanması həm məntiqi cəhətdən aydın deyildir, həm də Ali Məhkəmənin Plenumunun tövsiyələri ilə ziddiyət təşkil edir. Halbuki, MM-in 1101.1-ci maddəsinin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuli yyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

18. İddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə 20. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) ba şa düşülür. 22. 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu

23. Maddə

4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır.

24. Maddə

5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

25. Maddə

6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

26. Maddə

12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənil ir. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əs as ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi qətnaməsini tam mübahisələndirdiyindən, qətnamə bütövlük də yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Ka ssasiya məhkəməsi həmin əsaslandırma ilə razılaşır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən v erilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6594/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar