Məhkəmə qərarları › İş №2(102)-223/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-223/2025

11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-223/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya: mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin ümumi yığıncağının qərarının mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs " xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4009/2024 nömrəli qətnaməsindən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə 11 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanda "xxxx" MMC tərəfindən 3 ədəd yaşayış, 3 ədəd qeyri-yaşayış binası inşa edilmiş, onlardan ikisi - 1 və 2 saylı yaşayış binaları istismara təhvil verilmişdir.

2. İddiaçı "xxxx" MMC-nin təsisçisidir və "xxxx" MMC-nin inşa etdiyi binalarda ümumilikdə 3276 kv.m. sahəsi olan qeyri-yaşayış sahələri onun mülkiyyətindədir.

3. Həmin ünvanda yerləşən 1 saylı və 2 saylı yaşayış binalarının mənzil mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) təsis edilmiş və cəmiyyətin nizamnaməsi təsdiq edilərək dövlət qeydiyyatına alınmışdır. Sonradan həmin MMMC-nin sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə Cəmiyyətin adı dəyişdirilərək "xxxx" MMMC adlandırılmış və yeni nizamnaməsi təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artı rılması barədə ərizə verərək Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1 saylı və 2 saylı binaların mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsinə dair həmin binaların sahə mülkiyyətçilərinin ümumi yığıncağının çağırılması vəzifəsinin "Nəsimi-48” MMC-nin üzərinə qoyulması və həmin ümumi yığıncağın işə başladığı andan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1 saylı və 2 saylı binaların mənzil mülkiyyətçilərinin "Gülüstan Residence” Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (hazırda "Nəsimi 48” MMMC) təsis edilməsinə dair ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və xx.xx.2022ci il tarixli qərarlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respu blikası Ədliyyə Nazirliyinin qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının vəkilinin sorğusuna verilən cavab məktubuna əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Cəmiyyətin təsis edilməsi bir sıra qanun pozuntuları ilə müşayiət olunmuş, ümumi yığıncağın qərarına, həmçinin qeydiyyat üçün təqdim olunan sənədlərə yalan və natamam məlumatlar daxil edilmişdir. Belə ki, "xxxx" MMMC-nin təsis yığıncağının qərarından görünür ki, həmin qərarda aşağıdakı məlumatlar göstərilir: - 1 -ci Binada 55 mənzil +1 qeyri-yaşayış sahəsi = 56 sahə mülkiyyətçisi; - 1-ci Binada 49 mənzil +1 qeyri-yaşayış sahəsi = 50 sahə mülkiyyətçisi; - İştirak edənlər: 65 sahə mülkiyyətçisi. Təsis sənədlərində Ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərə məxsus sahələr və bun a mütənasib olaraq malik olduqları səs sayı göstərilməmiş, sadəcə sahə mülkiyyətçilərindən 65 nəfərin iştirak etdiyi yığıncaqda guya, yetərsay olduğu qəbul edilmişdir. Bununla da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda istinad edilən normalarının imperativ tələbləri pozulmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, cəmiyyətin təsis edilməsi zamanı keçirilmiş ümumi yığıncaqda sahə mülkiyyətçilərinin həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasib olmaqla malik olduqları səslərin ümumi sayı, həmçinin ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərinin səslərinin sayı deyil, yalnız sahə mülkiyyətçilərinin sayı göstərilmişdir ki, bu da Mənzil Məcəlləsinin normalarının tələblərinin pozulması və nəticə etibarı ilə həmin yığıncağın qərarının etibarsız olmasını t əsdiq edir. Belə olan halda etibarsız hesab edilən ümumi yığıncaq qərarına əsasən cəmiyyətin dövlət qeydiyyatına alınması da qanunsuz olmuşdur. "xxxx" MMMC-nin yaradıldığı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1 və 2 saylı binalarda yaşayış və qeyri-yaşayış sahələri aşağıdakı kimi olmuşdur: - 1 saylı binada: 8 546 kv.m. yaşayış, 1 632 kv.m. qeyri-yaşayış sahəsi; - 2 saylı binada: 8 711 kv.m. yaşayış, 1 644 kv.m. qeyri-yaşayış sahəsi; - 2 bina üzrə cəmi: 17 367 kv.m. yaşayış; 3 276 kv.m. qeyri-yaşayış sahəsi, ümumilikdə 20 593 kv.m.1 və 2 saylı binalardakı 3276 kv.m. qeyri-yaşayış sahəsinin hamısı iddiaçının mülkiyyətindədir. Göründüyü kimi, "xxxx" MMMC təsis edilən vaxt 1 saylı və 2 saylı binalardakı 3276 kv.m. qeyri-yaşayış sahələrinin hamısı İddiaçı mülkiyyətində olmaqla onun payı ümumilikdə 16% təşkil edirdi və ümumi yığıncaqda iştirak etməyən digər 41 sahə mülkiyyətçilərinin də mütənasib payları nəzərə alınmaqla, Mənzil Məcəlləsinin 120.1-ci maddəsinin tələbinin pozulduğu aşkardır. Bundan əlavə, cəmiyyətin yaradılması zamanı digər pozuntulara da yol verilmişdir. Belə ki, ümumi yığıncağın çağırılması sahə mülkiyyətçilərinin əksəriyyətinin, yəni binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı 50%-dən çox olan sahə mülkiyyətçilərinin xəbəri və iştirak olmadan keçirilmişdir ki, bu da "xxxx" MMMC-nin təsis yığıncağında qanunla tələb edilən yetərsay olmadığını və bu səbəbdən də etibarsız olduğunu təsdiq edir. Hazırda MMMC-nin idarəçiliyində olan binaların yaşayış sahələrinin yararlı vəziyyətdə saxlanılmasının, ümumi mülkiyyətin qorunmasının və ya rarlı vəziyyətdə saxlanılmasının davamlılığının təmin edilməsi üçün ümumi yığıncağın mübahisələndirilən qərarlarının etibarsız hesab edilməsi ilə yanaşı qanunvericiliyin tələblərinə riayət olunmaqla yeni ümumi yığıncağın çağırılmasını zəruri edir.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC "xxxx" MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nəsimi-48" MMMCnin təsis edilməsinə dair ümumi yığıncağının, təsis edildikdən sonra da ümumi yığıncağı tərəfindən qəbul edilmiş bütün qərarlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi, özlərini sahə mülkiyyətçilərinin səlahiyyətli nümayəndələri kimi təqdim edən şəxslərin ağır cinayət əməli törətdikləri müəyyən edildiyindən, xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMMC yaranmamışdan əvvəl, xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə, yaşayış kompleksinin sahə mülkiyyətçilərinin ümumi amlakının idarə edilməsi "xxxx" MMC tərəfindən həyata keçirilmiş və bu müddət ərzində, bu əmlakın idarə edilməsi üzrə xərclərə, sahə mülkiyyətçilərinin əvəzindən, RTZ MMC tərəfidən 400 min manatdan artıq pul vəsaiti ödənilmişdir. Nə onların, nə də ki, bina kompleksinin sahə mülkiyyətçilərinin əsas hissəsinin, "xxxx" MMMCnin yaradılmasından, yarandıqdan sonra müzakirə etdiyi məsələlərdən və qəbul etdikləri qərarlardan ümumiyyətlə xəbəri olmamışdır. Ona görə də hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixində 1122- MM9-0269 sayı ilə dövlət q eydiyyatına alınmış ''Nəsimi-48" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin bütün hüquqverici sənədləri, əsasən də hüquqi statusun alınması üçün müraciət etmiş hər bir təsisçinin imzalanmış və notariat qaydasında təsdiq edilmiş ərizəsinin məhkəməyə təqdim edilməsi barədə ərizəsinin təsdiq edilmiş surətləri Ədliyyə Nazirliyinin qeyrikommersiya təşkilatlarının qeydiyyat İdarəsi tərəfidən məhkəməyə təqdim edilməsi təmin edilməlidir. Cəmiyyətin təsis edilməsi kobud qanun pozuntuları ilə müşaiyət olunmuş, ümumi yığıncağın qərarına, həmçinin qeydiyyat üçün təqdim olunan sənədlərə yalan və natamam saxta məlumatlar daxil edilmişdir. Belə ki, "xxxx" MMMC-nin təsis yığıncağının qərarından görünür ki, həmin qərarda aşağıddakı məlumatlar göstərilir: 1-ci binada 56 mənzil - 1 qeyri-yaşayış sahəs i-56 sahə mülkiyyətçisi; 2-ci binada 49 mənzil-1 qeyriyaşayış sahəsi-50 sahə mülkiyyətçisi:iştirak edən sahə mülkiyytəçilərinin sayı-66 sahə mülkiyyətçisi. Təsis sənədlərində Ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərinə məxsus sahələr və buna mütənasib olaraq malik olduqları səs sayı göstərilməmiş, sadəcə sahə mülkiyyətçilərindən 65 nəfərin iştirak etdiyi yığıncaqda guya, yetərsay olduğu qəbul edilmiş və bununla da, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 47.2. ci, 119.1.-ci, 119.3.-cü, 119.4.-cü, 120.1.-ci maddələrinin imperativ tələblərinin pozulduğu qeyd edilməklə göstərilmişdir ki, Cəmiyyətin təsis edilməsi zamanı keçirilmiş ümumi yığıncaqda sahə mülkiyyətçilərinin həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququda payına mütənasib olmaqla malik olduqları səslərin ümumi sayı, həmçinin ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərinin səslərinin sayı deyil, yalnız sahə mülkiyyətçilərinin sayı göstərilmişdir ki, bu da mənzil məcəlləsinin istinad edilən normalarının pozulması və nəticə etibarı ilə həmin yığıncağın qərarının etibarsız olmasını təsdiq edir. Belə olan halda, etibarsız hesab edilən ümumi yığıncaq qərarına əsasən Cəmiyyətin dövlət qeydiyyatına alınması da qanunsuz olmuşdur.

8. Cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə verərək ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının (digər qərarların) etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsasla ndırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45.6-cı maddəsinin tələbinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Qeyd olunanlardan göründüyü kimi iş üzrə iddiaçı "xxxx" MMMC-nin təsis edilməsi ilə əlaqədar qəbul edilmiş qərarları 11 ay keçəndən sonra məhkəmədə mübahisələndirmişdir.

10. Bakı şəhəri Bin əqədi Rayon Məhkəməsinin e-2(006)-781/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) hər iki iddia tələbi təmin edilməmiş, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında mübahisələndirilməyən məsələ cəmiyyətin fəaliyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60, 62 ünvanında inşa edilmiş 1 və 2 saylı binalara aid olmasıdır. Buna baxmayaraq, mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin ərizəsində ümumi yığıncağın təsis qərarlarının qəbul edilməsində yetərsayın olmamasına dair dəlil irəli sürərkən həmin ünvanda yerləşən 3-cü binanın da ümumi sahəsini mübahisələndirilən binaların ümumi sahəsinə əlavə etməklə hesablamalar ap armışdır ki, bu da tələb üzrə göstərilənləri əks etdirmir. Mülki iş üzrə mübahisələndirilən məsələlər cəmiyyətin təsis edilməsi barədə ümumi yığıncağında yetərsəy təmin edilməyərək cəmiyyətin qanun pozuntuları ilə qeydiyyata alınmasından, təsis yığıncağının və cəmiyyətin qərarlarının etibarsız hesab edilməli olmasından ibarətdir. Buna dəlil kimi iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs qeydiyyata alınarkən təqdim edilmiş sənədlərdə ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərinin səslərinin sayı deyil, yalnız sahə mülkiyyətçilərinin sayının göstərildiyini, iki bina üzrə ümumi, yaşayış və qeyriyaşayış sahə ölçülərinin cəmlənib mənzil mülkiyyətçilərinin malik olduğu sahələrə mütənasibliyi hesablanmaqla qərar qəbul etmək üçün yetərsayın təmin edilmədiyi göstərilmişdir. O cümlədə n, sahə mülkiyyətçilərinin iştirakını bildirən siyahının mötəbər olmamasına istinad edilmişdir.

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır (2(006)276/2024 nömrəli qətnamə). Qeydiyyata alınmaya əsas xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, Bülbül prospekti 1-ci və 2-ci bina üzrə iştirak edən 65 nəfər mülkiyyətçinin cəmiyyətin təsis edilməsi barədə qərarın qəbul edilməsi olmuşdur. Belə qərarın qəbul edilməsi əsası isə Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən ya şayış 1 və 2 saylı binalarının istismara yararlı olmasını təsdiq edən xx.xx.2019-cu il tarixli rəy olmuşdur. Qeydiyyat üçün müraciət etməzdən əvvəl həmin binalarının 65 nəfər sahə mülkiyyətçisi xx.xx.2022-ci il tarixli qərarla "xxxx" cəmiyyətinin adını "xxxx" MMMC-yə dəyişdirilməsi və bu adla dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi qərarına gəlmişlər. Qeydiyyat sənədlərinə əlavə edilən cəmiyyətin təsis edilməsi və adını dəyişdirməklə qeydiyyat üçün müraciət olunması barədə ümumi yığıncaqlarda iştirak edənlərin qərar qəbul etmək üçün yetərsay olmasını özlərinə məxsus sahə ölçülərinin həcmi göstərilməklə iştirak etmələri imzaları ilə təsdiq edilən “Sahə Mülkiyyətçiləri” başlıqlı siyahıda Bülbül prospekti 60 ünvanda olan bina üz rə 16 nəfər sahə mülkiyyətçisinin imzası olmamaqla onların iştirak etmədiyi görünür. Bu ünvana aid siyahıda 7,13,17,18,19 saylı sahə mülkiyyətçisinə aid olan ünvanlar Bülbül prospekti 62 ünvanda olan bina üzrə siyahıda 107, 108, 109, 110, 111 saylı sahə mülkiyyətçisinə aid olan ünvanlarla təkrarlanır. Qeyd olunanlardan 17, 18 və 107, 108, 109, 110, 111 saylı sahə mülkiyyətçisi qarşısında imzalar mövcuddur. Bu səbəbdən, yəni sahə mülkiyyətçilərinin ünvanları siyahılar üzrə təkrarlandığından, hər iki siyahı üzrə qeyd olunan sahə mülkiyyətçilərinin iştirakını bildirən imzalar qeyri-mötəbər hesab edilməklə hesablamada nəzərə alınmayacaqdır. Beləliklə, Bülbül prospekti 60 ünvanda olan bina üzrə siyahıya görə bu bina üzrə iştirak edən 37 sahə mülkiyyətçisinə 6070,48 m2 sahə məxsus olmuşdur. Belə ki, siyahı üzrə hesablamalara görə 55 sahə mülkiyyətçisinə məxsus ümumilikdə 8495,48 m2 sahədən iştirak etməyən mülkiyyətçilərə məxsus 2153,1 m2 sahə, o cümlədən 17, 18 saylı sahə mülkiyyətçisinin iştirak etməsi qeyri-mötəbər hesablanmaqla onlara aid 271,9 m2 sahə çıxıldıqda iştirak edən mülkiyyətçilərin sahə göstəricisi ümumilikdə 6070,48 m2 təşkil edir.

13. Məhkəmə qeyd etmişdir ki, “Sahə Mülkiyyətçiləri” başlıqlı siyahıda Bülbül prospekti 62 ünvanda olan bina üzrə 56 sahə mülkiyyətçisinin ünvanı göstərilsə də, həmin siyahıda 61 saylı mülkiyyətçiyə aid ünvan 104 saylı mülkiyyətçiyə aid ünvanla təkrarlanaraq göstərilən hər iki mülkiyyətçinin qarşısında imzalar yoxdur, 99 saylı mülkiyyətçiyə aid ünvan isə 105 saylı mülkiyəyçiyə aid ünvanla təkrarlanmaqla,105 saylı mükiyyətçinin siyahıda i mzası mövcuddur. Bundan əlavə, Bülbül prospekti 62 ünvana aid siyahıda 5 nəfər mülkiyyətçinin ünvanı Bülbül prospekti 60 ünvana adi siyahıda olan mənzil nömrələri ilə təkrarlandığından 107,108,109,110,111 nömrəli mülkiyyətçiyə aid sahələr hesablanmamalıdır. Göstərilənlərdən aydın olur ki, bu siyahıda Bülbül prospekti 62 ünvana aid 38 nəfər sahə mülkiyyətçisinin imzası olmaqla, 12 nəfər sahə mülkiyyətçisi qərar qəbul edilərkən iştirak etməmişdir. Beləliklə, Bülbül prospekti 62 ünvanda olan bina üzrə siyahıya görə bu bina üzrə iştirak edən 38 sahə mülkiyyətçisinə 6864,1 m2 sahə məxsus olmuşdur. Belə ki, siyahı üzrə hesablamalara görə 50 sahə mülkiyyətçisinə məxsus ümumilikdə 8799 m2 sahədən iştirak etməyən mülkiyyətçilərə məxsus 1934,9 m2 sahə çıxıldıqda iştirak edən mülkiyyətçilərin sahə gö stəricisi ümumilikdə 6864,1 m2 təşkil edir. Beləliklə, Bülbül prospekti 60, 62 binaların 103 mənzil ünvanı üzrə sahə mülkiyyətçisindən 75 ünvan üzrə sahə mülkiyyətçisi qərarın qəbul edilməsində iştirak etməklə onlara məxsus sahələrin cəmi 12934,38 m2 sahədən ibarətdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, qeydiyyat üçün təqdim edilən sənədlərdə qeyri-yaşayış sahəsi texniki sahə hesab edilən zirzəmi ilə birlikdə göstərildiyindən binaların ümumi sahəsi hesablandıqda mənzillərin ümumi sahəsinə yalnız iddiaçıya məxsus qeyriyaşayış sahəsinin cəmi əlavə edilməlidir. İddiaçıya çıxarışlarla məxsus olan qeyri-yaşayış sahələrin ümumi cəmi isə 3676 m2 təşkil edir. Beləliklə, təqdim edilmiş “Sahə Mülkiyyətçiləri” başlıqlı siyahıya görə 2 bina üzrə mənzillərin ümumi sahəsi 17294,48 m2 təşkil edir (84 95,48 +8799). Bu rəqəm qeydiyyat üçün təqdim edilən "xxxx" MMC-nin arayışında və xx.xx.2019-cu il tarixli rəydə olan rəqəmlərlə fərqlənir. xx.xx.2019-cu il tarixli rəydə mənzillərin ümumi sahəsi 17366.74 m2 göstərilmişdir. Fərq 72.26 m2 təşkil edir. "xxxx" MMC-nin təqdim etdiyi arayışda isə 1 saylı bina üzrə mənzillərin ümumi sahəsi 8666,71 m2, 2 saylı bina üzrə isə 8723,50 m2 göstərilməklə onların ümumilikdə 17390,21 m2 təşkil etdiyi görünür. Fərq 95,73 m2 təşkil edir. Buna baxmayaraq, siyahı üzrə hər iki binada olan mənzillərin ümumi sahəsi üzərinə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ümumi həcmini və xx.xx.2019-cu il tarixli rəydə, o cümlədən "xxxx" MMC-nin arayışında göstərilən 280 m2 texniki mərtəbə sahəsini (liftlərin maşın şöbəsi) cəmlədikdə (17294,48+3676+280) binanın ümumi s ahəsi 21250,48 m2 təşkil edir. Beləliklə, cəmiyyətin təsis qərarının qəbul edilməsində iştirak edən sahə mülkiyyətçilərinə məxsus mənzil sahəsinin cəmi 12934,38 m2, binanın ümumi sahəsi isə 21250,48 m2 təşkil edir. Ümumi yığıncaqda iştirak edənlərə məxsus sahələrin binanın ümumi sahəsinə mütənasibliyi 60,8% təşkil etməsi ilə təsis qərarı qəbul edilərkən qanunvericiliyin tələbinə uyğun yetərsayın təmin edildiyi müəyyən olunur (100%x12934,38/21250,48=60,8%).

15. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Onların etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir.

16. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin təqdim edilmiş “Sahə Mülkiyyətçiləri” başlıqlı siyahıda olan imzaların həqiqi olmaması ilə cəmiyyətin təsis edilməsi barədə qərarların etibarsız olmasına dair irəli sürdüyü dəlillərə münasibətdə qeyd etmişdir ki, bu halların mübahisələndirilməsi Mülki Məcəllənin 45.6- cı maddəsində nəzərdə tutulmuş müddətdə mümkündür. Həmin siyahıda Bülbül 60 ünvanına aid sahə mülkiyyətçilərinin adları arasında 28-ci sırada "xxxx" MMCnin adı qarşısında imza olmaması qərarın qəbul edilməsində MMC-nin iştirak etmədiyi təsdiq edilir. Lakin iş materiallarına cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə əlavə edilmiş "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə “Azəriqaz” İB-yə ünvanladığı məktubun nüsxəsini, o cümlədən "xxxx" MMMC-yə də ünvanlaması müstəqil tələb irəli sürən üçüncü şəxsin və onun təsisçisi olan iddiaçının cəmiyyətin təsis edilməsindən xəbərdar ol masını bildirmişdir.

17. Məhkəmə cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə, "xxxx" MMC isə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin təsis qərarlarının etibarsız hesab edilməsinə dair tələbləri cavabdehin iddia müddəti tətbiq edilməsi ərizəsinə əsasən deyil, iddia ərizələri verilərkən qanunvericiliklə müəyyən edilmiş müddət ötürüdüyündən mübahisələndirmə hüququna xitam verilməsi əsası ilə də təmin edilməməlidir.

18. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1, 44.3, 45.1, 45.5, 45.6, 47.1, 47.3, 119.1, 120.1, 121.1, 125.1, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2, 379, 380, 382, 383, 477.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il Qərarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, №e-2(006)871/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

20. Apellyasiya şikayətləri iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4009/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Talışinski (sədrliyi və məruzəsi ilə), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, cavabdeh təşkilat hüquqi şəxs olaraq dövlət qeydiyyatından müvafiq tələblərə cavab verməsi (sənədlərin təqdim edilməsi) əsası ilə müvafiq icra hakimiyyətində reyestrdə qeydə alınmış və müvafiq icra hakimiyyətinin səlahiyyətlərinə aid reyestrdə olan qey diyyatlar mübahisələndirilməmişdir. Bu səbəbdən tələb olmadığı halda, qeyd edilən halların müzakirəsi prosessual cəhətdən yolverilməzdir. Qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində iddiaların verilməməsi isə tərəflərin bilməli olduğu hüquqlarından istifadə etməməsi və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətin yaradılması ilə bağlı aparılan prosedurlarla razılaşdığını ehtiva edir.

23. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43, 44, 45, 47, 119, 120, 121, 125-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 24. "xxxx" MMC və İddiaçı ayrı-ayrılıqda kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələblərinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.

25. Kassasiya şikayətlərində aşağıdakı normaların pozuntusuna istinad edilmişdir: -Mülki Məcəllənin 354-cü maddəsinin pozuntusu- Apellyasiya məhkəməsi, müstəqil tələb irəli surən üçüncü şəxsin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin istinad edilən norma ilə bağlı dəlillərinə heç bir münasibət bildirməmişdir. Halbuki, birinci instansiya məhkəməsinin bu məsələ ilə bağlı açıqaşkar əsassız və ziddiyyətli mövqeyi, apellyasiya şikayətində şərh edilmişdi və qətnamənin ləğv edilməli olmasının əsaslarından biri kimi çıxış edirdi. Əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticə ni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlımübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olmasımüəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Belə olan halda, məhkəmə nəzərə almalı idi ki, öz-özlüyündə əhəmiyyətsiz əqdə (lazımi qaydada məlumatlandırılmamış sahə mülkiyyətçisinin mövcud olmayan iradə ifadəsinə) əsaslanmaqla təsis edilməsi barədə qərar qəbul edilmiş MMMC “qanuni əsasla təsis edilmiş” hüquqi şəxs statusu ala bilməzdi. - Mənzil Məcəlləsi 120.1-ci maddəsinin pozuntusu(həmin Məcəllənin 44.4-cü maddəsi il ə birlikdə götürülməklə)- MMMC-nin yaradılması barədə ümumi yığıncaq çağırılması barədə cavabdeh tərəfindən həmin normada imperativ qaydada müəyyən olunmuş məlumatlandırma üsullarından heç birinə riayət edilməmişdi. Mənzil Məcəlləsinin 44.4-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir” Cavabdeh isə 44.4-cü maddəyə riayət edilməsi barədə heç bir sübut təqdim edə bilməmişdir. Mənzil Məcəlləsinin həmin normasına istinad və tətbiq etməyi “unudan” məhkəmə nəzərə almamışdır ki, qanunla imperativ qaydada müəyyən edilmiş qaydada deyil, cavabdehin bildirdiyi “rəsmi” e-mail göndərməsi hələ qanunla müəyyənləşdirilmiş bildiriş verilməsi kimi qəbul edilə bilməz. Apellyasiya məhkəməsi də, birinci instansiya məhkəməsinin səhvlərini təkrarlayaraq, cəmiyyətin yaradılması haqqında qərar qəbul edilərkən, həmin iclasda binanın sahə mülkiyyətçilərinin ümumi s əslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçilərinin iştirak etməsini bildirməklə, MMMC-nin yaradılmasına dair qərarın qanuni olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh MMMC həmin yığıncağın özünün legitim olmasını (yəni, ilk dəfə çağırılan ümumi yığıncağın yeri və vaxtı barədə məlumatlandırma tələblərinə riayət edilməsini) sübut edə bilməmiş, apellyasiya məhkəməsi də bu istiqamətdə heç bir araşdırma aparılmadığını nəzərə almadan, yəni, iclasda iştirak edən sahə mülkiyyətçilərindən başqa digər mülkiyyətçilərin, o cümlədən müstəqil tələb irəli surən üçüncü şəxsin hüquqlarının pozulması faktına maddi hüquq normaları çərçivəsində qiymət verməmiş, ümumi yığıncaqda yetərsay olması ilə ki fayətlənmişdir. -Mülki Prosessual Məcəllənin 217-ci, 81-ci maddələrinin pozuntusu- hazırkı işdə apellyasiya məhkəməsi öz qətnaməsində yalnız bir cümlə ilə verdiyi “əsaslandırma” tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan, "xxxx" MMC-nin dəlillərinə müvafiq maddi və prosessual hüquqi normalarına istinad edilməklə verilən əsaslandırma hesab edilə bilməz. Apellyasiya məhkəməsi isə müstəqil tələb irəli sürən üçüncü şəxsə qanunla nəzərdə tutulmayan məlumatlandırma vasitəsinə (yalnız elektron poçtla məktub göndərilməsinə) istinad edərək, bu “sübutu” qanunla nəzərdə tutulmuş məlumatlandırma vasitəsi kimi qəbul etmişdir. Halbuki, məhkəmə belə “sübutu” Mənzil Məcəlləsinin 44.4-cü maddəsində nəzərdə tutulmuş məlumatlandırma vasitəsi kimi qəbul edə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri

26. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi

27. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır.

28. Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir.

29. Maddə 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla b ilər.

30. Maddə 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir.

31. Maddə 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifariş li məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir.

32. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.143.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağın ın qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir.

33. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir.

34. Maddə 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanu ni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər.

35. Maddə 47.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsə qoyulmuş məsələlər üzrə səs hüququna həmin binanın sahə mülkiyyətçiləri malikdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında şəxsən və ya nümayəndəsi vasitəsilə səs verir.

36. Maddə 47.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayı onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasibdir.

37. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.

38. Maddə 119.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi bu Məcəllənin 44-47-ci maddələrində nəzərdə tutulmuş qaydada keçirilən ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir.

39. Maddə 119.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyəti yaratmış iştirakçılarının səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir.

40. Maddə 120.

1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir.

41. Maddə 120.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

42. Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Mad də 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətlərində iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

53. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq poz untularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

54. Kassasiya şikayətlərinin dəlillərindən biri bundan ibarətdir ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ümumi yığıncağının mübahisələndirilən qərarları əhəmiyyətsiz əqd olduğundan məhkəmə həmin qərarların mübahisələndirilməsi üçün Mənzil Məcəlləsinin 45.6-cı maddəsində nəzərdə tutulmuş müddət deyil, MM-nin 354-cü maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçib-keçmədiyi araşdırılmalı idi.

55. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən çoxmənzilli binaların idarə edilməsi; mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri mənzil qanunvericiliyi ilə tənzimlənir. Mənzil qanunvericiliyində bu münasibətləri tənzimləyən xüsusi normalar nəzərdə tutulduğundan çoxmənzilli binanın mülkiyyətçisi tərəfindən sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları Mənzil Məcəlləsində nəzərdə tutulmuş əsaslar olduqda və həmin Məcəllənin 45.6-cı maddəsində nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilə bilər.

56. Kassasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 44.4-cü maddəsinin tələblərinə riayət edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən iddia tələbləri rədd edilərkən bu pozuntu nəzərə alınmamışdır.

57. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi tərəfindən iddiaçının və üçüncü şəxsin sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə onlara məlumat verilmədiyinə dair dəlilləri üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə iddiaçıya və "xxxx" MMC-yə elektron poçt vasitəsi ilə email göndərilməklə məlumat verilmiş, həmin məktuba "xxxx" MMC-nin direktoru tərəfindən cavab verilərək iddiaçının və "xxxx" MMC-nin nümayəndəsinin iclasda iştirak etməyəcəyi bildirilmişdir. Məlumatın bu qaydada çatdırıldığı kassatorlar tərəfindən mübahisələndirilməmiş, sadəcə bu qaydada məlumatlandırmanın qanunda nəzərdə tutulmadığı əsas gətirilərək mənzil qanunvericiliyinin tələblərinin pozulduğu iddia edilmişdir.

58. Kollegiya k assasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, Mənzil Məcəlləsinin 44.4-cü maddəsinin tələbinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə ən azı on gün qalmış binanın sahə mülkiyyətçilərinə məlumat verilməlidir. Həmin normada bu məlumatın verilməsinin müəyyən üsulları qeyd edilmiş (sifarişli məktub göndərilməsi, binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməsi, bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməsi), o cümlədən məlumatın müəyyənləşdirilmiş digər üsulla göndərilməsi istisna edilməmişdir. 59.Məhkəmə kollegiyası hesab edir ki, ümumi yığıncağın keçiriləcəyi barədə məlumatın sahə mülkiyyətçilərinə hansı üsulla göndərilməsindən asılı olmayaraq bu barədə məlumat çatdırıldığı təqdirdə Mənz il Məcəlləsinin 44.4-cü maddəsinin tələbi pozulmadığından kassasiya şikayətlərinin bu dəlili də əsassız hesab edilir.

60. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə baxmış məhkəmə tərəfindən kassasiya şikayətlərində istinad edilmiş maddi və prosessual pozuntulara yol verilmədiyindən kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2024-cü il tarixli, 2(103)-4009/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar