Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2232/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılması, müddətin məhkəmə aktının elektron kabinetə yerləşməsindən hesablanması, kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Ca vabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-551/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh3 kassasiya şikayətinə xx.xx.2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən 61 saylı mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaqla mənzil in boşaldılması və sökülməsi, MMC tərəfindən mübahisəli yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 255 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin mülkiyyətinə verilməsi və yeni çoxmərtəbəli yaşayış binası tikilənədək MMC tərəfindən hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-798/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Ceyhun Tağıyev) b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
3. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 255 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin mülkiyyətinə verilməsi” hissəsində dəyişdirilmiş və mülkiyyətinə verilən təmirli yeni mənzilin sahəsinin 260,88 kvadrat metr müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli) c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
5. Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3295/2023 nömrəli qərarı ilə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-551/2024 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qismən təmin edilmiş, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdeh mülkiyyətinə “255 kvadrat metr ümumi sahəsi olan təmirli yeni m ənzilin verilməsi” hissəsində dəyişdirilmiş və cavabdeh tərəfə verilməli olan mənzillər müvafiq yaşayış binasının ("xxxx" MMC tərəfindən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binası) 3-cü blokunun 3-cü mərtəbəsində 179 kvadrat metr ümumi sahəsi olan 4 otaqlı, həmçinin eyni yaşayış binasının 3-cü blokunun 3-cü mərtəbəsində 82 kvadrat metr ümumi sahəsi olan 2 otaqlı, təmirli yeni mənzillər kimi müəyyən edilməsi qət edilmişdir. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Günay Axundova, Fuad Babayev)
8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 özünün və onun nümayəndəsi (vəkili) Nümayəndə2 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir.
9. Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx. 2024-cü il tarixli, 2(103)-551/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-551/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə kassasiya şikayətinin qaytarılması qərara alınmışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Günay Axundova, Fuad Babayev)
11. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh3 və onun nümayəndəsi (vəkili) Nümayəndə2 məxsus elektron kabinetlərə xx.xx.2024-cü il tarixdə, saat 17:12 radələrində yerləşdirilməklə həmin şəxslərə rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti verilməsi üçün sonuncu gün xx.xx.2024-cü il tarixi olmuş (xx.xx.2024 -cü il tarixi qeyri-iş gününə, həftənin bazar gününə təsadüf etdiyindən), kassasiya şikayəti isə qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə verilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı kassasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuş, eyni zamanda şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət də əlavə edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 130.1, 130.3, 135.5, 135.6 və 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh3 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəmə sinin qərardadının ləğv edilməsi və mülki işin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən daha əvvəl kassasiya şikayəti verilməklə qətnamədən və iddia tələbinin təmin edilməsindən narazılıq ifadə edilmişdir. Məhkəmə sırf qətnamədən şikayət verilməsi hüququnu məhdudlaşdırmaq və cavabdehi yanıltmaq üçün qətnamənin surətini poçt vasitəsilə də göndərmiş və tərəfin qətnaməni aldığı tarixdən şikayət vermə hüququnun yaranmasını izah etməklə kassasiya şikayəti verildikdə şikayətin geri qaytarılmasına nail olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti ve rilə bilər. Hazırkı iş üzrə yekun məhkəmə qətnaməsi tərəfə xx.xx.2024-cü il tarixdə verilmiş və qətnamədən kassasiya şikayəti də 2 ay müddətində, yəni xx.xx.2024-cü il tarixdə verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi əsassız olaraq kassasiya şikayətini geri qaytarmaqla cavabdehin hüquqlarını kobud surətdə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iş tirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət k eçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş halla rda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 408.5. Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qərardadı tam yoxlayır.
19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Kassasiya şikayətini qaytarmaqla apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
22. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, qətnamə cavabdehin özünün və nümayəndəsinin elektron kabinetlərinə xx.xx.2024-cü il tarixdə, saat 17:12 radələrində yerləşdirilməklə həm in şəxslərə rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti verilməsi üçün sonuncu gün xx.xx.2024-cü il tarixi olmuş (xx.xx.2024-cü il tarixi qeyri-iş gününə, həftənin bazar gününə təsadüf etdiyindən), kassasiya şikayəti isə qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə verilmiş, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də verilməmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin irəli sürülməməsi kassasiya şikayətinin geri qaytarılması üçün q anuni əsasdır.
24. İşin müəyyən edilmiş hallarından da görünür ki, kassasiya şikayəti verilməsi üçün müddət ötüb, onun bərpası barədə ərizə də verilməyib.
25. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin kassasiya şikayətini qaytarması MPM-nin 130.3, 405.0.1 və 408.1.4-cü maddələrinin tələblərinə uyğun olub.
26. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
27. Məhkəmə kollegiyası hazırkı iş üzrə məhkəmə qətnaməsinin tərəfə xx.xx.2024-cü il tarixdə verilməsi və bu səbəbdən prosessual müddətin ötməməsi barədə kassasiya şikayətinin dəlilini əsassız sayır. İşdən görünür ki, barəsində şikayət verilən qətnamə poçt qəbzi ilə digər cavabdeh xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
28. Məhkəmə kollegiyası bu xüsusatla ba ğlı qeyd edir ki, prosessual qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını – poçt vasitəsi ilə çatdırılma; təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmə – müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır.
29. Qeyd edildiyi kimi barəsində kassasiya şikayəti verilən qətnamə Cavabdeh3 və onun nümayəndəsinin (vəkilinin) elektron kabinetlərinə xx.xx.2024-cü il tarixdə yerləşdirilib.
30. Nəzərə alınsa ki, MPM-nin 135.5-ci maddəsinə görə həmin Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir və MPM-nin 10-1.8 və 135.6-cı maddələrinə görə də elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir və məhkəmə sənədləri elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır, belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini əsassız hesab edir.
31. Bunun əksini düşünmək, MPM-nin yuxarıda qeyd edilən 10-1.3, 135.5 və 135.6cı maddələrinin əhəmiyyətini heçə endirmiş olardı. Bu baxımdan, Cavabdeh3 məhkəmə aktının poçt qəbzi ilə digər cavabdeh xx.xx.2024-cü ildə təqdim edilməsinə istinad etməsi əsaslı sayıla bilməz.
32. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat versə də, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şər tlər daxilində məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur ki, bu cür məhdudiyyətlərdən biri də MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir.
33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cаvаbdеh Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-551/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.