Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2236/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili İddiaçı oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş ümuni istifadədə olan yolun zəbtdən azad olunması və həmin yolun başlanğıcında qoyulmuş hasarın sökülməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-2962/2019 nömrəli qətn aməsindən Cavabdeh və vəkili X2 oğlu tərəfindən verilmiş kassasiya şikayətlərində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıCavabdeh qarşı “qanunsuz zəbt olunmuş ümumi istifadədə olan yolun zəbtdən azad olunması və həmin yolun başlanğıcında qoyulmuş hasarın sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş ünvan 1-da 0.6 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu üçün nəzərdə tutulmuş ümumi sahəsi 80 kv.m istifadədə olan yolun zəbtdən azad olunması və həmin yolun başlanğıcında Cavabdeh tərəfindən tikilmiş hasarın cavabdehin hesabına sökülməsi, həmçinin cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-111/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik еdən hаkim Mütəllim İsayev) İddiaçı iddiasını qismən təmin edilməsi, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş, İddiaçı xxx qızının mülkiyyətində olan xxx həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 35 kv.m hissəsindən çıxarılması, həmin hissədə Cavabdeh tərəfindən inşa olunmuş hasarın cavabdehin hesabına sökülməsi və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsiqət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-2962/2019 nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-111/2019 nömrəli, xx xxx 2019-cu il tarixli qətnaməsini cavabdeh münasi bətdə dəyişdirilmədən saxlamışdır və Cavabdeh apelyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh və vəkili xxx X1 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-2962/2019 nömrəli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, mülki iş üzrə tam, hərtərəfli və ədalətli araşdırma aparılmamış. Apellyasiya instansiya baxışında olan işin hüquqi nəticəsi bilavasitə məlum olmadan baxılması mümkün olmadığı halda işin icraatın ı dayandırmayaraq MPM-nin 254.1.4.-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin vəkili X2 oğlu kassasiya şikayətinin dəlillərini təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət i tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən RX seriyalı ******* saylı çıxarışından görünür ki, İddiaçı mülkiyyətində xxx hektar torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyəti hüququnun qeydiyyat tarixi xx xxxxx 2013-cü il, qeydiyyat nömrəsi isə **********-dır. Həmcinin Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reysteri Xidmətinin xx xxxx 2019-cu il tarixli mütəxəssin rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş və sahəsi 35 kv.metr olan gediş-gəliş yolunun hər iki tərəfində (şimal-qərb və cənub-şərq) Cavabdeh daş hasar inşa etmişdir və iddiaçının sərbəst şəkildə mülkiyyətində olan torpaq sahəsinə getməsinə imkan vermir, onun mülkiyyət hüququnu pozur. Həmin torpaq sahəsinə isə getmək üçün başqa yol yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx xxxxx 2019-ci il tarixli, 9694 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən RX seriyalı ******* çıxarışa əsasən İddiaçı mülkiyyətinə xx xxxxx 2013-cü il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmaqla verilmiş və reyster nömrəsi **********56 olan 0,06 hektar torpaq sahəsi üçün nəzərdə tutulmuş və sahəsi 35 kv.metr olan gediş-gəliş yolunun hər iki tərəfində (şimal-qərb və cənub-şərq) Cavabdeh tərəfindən daş hasar inşa etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşya ya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Həmin Məcəllənin 157.2-ci mаddəsinə əsаsən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 238.1, 238.3–cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq s аhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüququ hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аl ınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvаfiq olаrаq, dövlət torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesa b edir ki,apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələr qanuni və əsaslı olmaqla, işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.3-cü maddəsinə əsasən, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən, A zərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prossesual Mcəllənin 140-cı maddəasinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.Qeyd olanları nəzəərə alaraq, məhkəmə kollegiyası CavabdehLənkəran Rayon Məhkəməsində cavabdeh Lənkəran Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 Saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Torpaq sahəsinin onun mülkiyyətində olmasının müəyyən edilməsi və qeydiyyata alınması tələbinə dair” iddia qaldırması ilə əlaqədar hazırki iş üzrə icraatın dayandırılması barədə vəsatətinə münasibət bildirərək qeyd edir ki, Cav abdeh torpaq sahəsinin onun adına qeydiyyata alınması barədə tələblə məhkəməyə müraciət etdiyindən, həmin idddianın məhkəmədə icraata qəbul edilib baxılması hazırki iş üzrə icraatın dayandırılması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və yuxarıda göstərilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir təsdiqedici sübut nə birinci, nə də apelyasiya icraatı zamanı təqdim edilmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək konkret halda iddiaçıya öz əmlakınd an istifadə hüququnu həyəta keçirməyə maneəçilik yaratdığından o, cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş ümuni istifadədə olan yolun zəbtdən azad olunması və həmin yolun başlanğıcında qoyulmuş hasarın sökülməsinı tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Eyni zamanda 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında ” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1 -ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-c i maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili X2 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-2962/2019 nömrəli qətnaməsi Cavabdeh münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza var Hakimlər: İmzalar var
Məhkəmə qərarları › İş №2(102)-2236/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2236/2020
17.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver