Məhkəmə qərarları › İş №2(102)-2238/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2238/2019

28.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2238/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2238/2019 Bakı şəhəri 28 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 BOKT ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli q ətnaməsi ilə (iş № 2(005)-3168/2018, hakim R.N.Quliyev) İddiaçı iddiası qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən 1615 manat, Cavabdeh1 BOKT ASC-dən 17696,32 ABŞ dolları (manat ekvivalenti ilə) və 20 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11680/2018, hakimlər V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) Cavabdeh1 BOKT ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 BOKT ASC-yə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 BOKT ASC verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın Cavabd eh1 BOKT ASC-yə münasibətdə rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər “Cavabdeh1bank” ASC-yə və qeyrilərinə qarşı iddiası qismən təmin edilmiş, daşınar və daşınmaz əmlakların satışı üzrə “xxxx” MMC-nin 10.05.2016-cı il tarixli razılaşma protokolu və həmin tarixli açıq hərracın nəticələri haqqında protokolun və həmin protokolun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi qət edilmiş və mənzilə dair İddiaçı adına verilmiş çıxarış ləğv edilmişdir. 13.05.2016-cı il tarixli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 17697 ABŞ dolları məbləğində pul bankın hesabına keçirilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə 21.05.2018- ci il tarixdə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 BOKT ASC-dən 17696,32 ABŞ dolları (manat ekvivalenti ilə) və 20 manat, “xxxx” MMC-dən 1615 manat və Bakı şəhəri, Sabunçu rayon İcra Şöbəsindən 2261 manat, həmçinin vurulmuş mənəvi zərərə görə “xxxx” MMC-dən 50000 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əqdlərin etibarsızlığı nəticələrini müəyyən edən normaların tətbiqində səhvə yol vermişdir. Məhkəmə iddiaya cavab verməli olmayan ipoteka saxlayan- kreditora qarşı iddianı təm in etməkdə haqlı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişdlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbin in əsasını hərracın etibarsız hesab edilməsi nəticəsində iddiaçının hərracda satılmış ipoteka predmeti olan mənzilə görə ödədiyi məbləğin və ona dəymiş mənəvi zərərin ödənilməsi təşkil edir. İddianın təmin edilməyən hissəsində qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, yalnız Cavabdeh1 BOKT ASC ondan 17696 ABŞ dollarının manatla tutulması hissəsində qətnaməni mübahisələndirir. Kassatorun da istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi ilə əqdlərin etibarsızlığı və onun nəticələri müəyyən edilmişdir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, hazırki işdə tərəflərin əvvəlki vəziyyətə qayıtması hərracda satılmış mənzilə görə çəkmiş olduğu xərclərin geri qaytarılmasının təmin olunması ilə yekunlaşmalıdır. İddiaçının hazırki iddia tələbi il ə irəli sürdüyü məsələlər faktiki olaraq hərracın etibarsız hesab olunması ilə eyni zamanda həll edilməli idi. Lakin həmin mərhələdə göstərilən məsələlər həll edilmədiyindən iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, keçirilmiş hərracla bağlı iddiaçının ödədiyi pul məbləğindən 17696,32 ABŞ dolları məhz Cavabdeh1 BOKT ASC-nin hesabına daxil olmuşdur. Bu halda hərracın etibarsız hesab edilməsi nəticəsində məhz Cavabdeh1 BOKT ASC-nin ona ödənilmiş pul məbləğinin iddiaçıya qaytarılması öhdəliyi yaranmışdır. Eyni zamanda həmin məbləğin iş üzrə digər cavabdehlərdən tutulmasına dair əsas mövcud deyildir. Əksinə həmin pul məbləğinin kassatorda qalması onun əsassız varlanması halını yaratmış olard ı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsi ilə öhdəliklərin əmələ gəlməsi əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar