Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2239/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və 7 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi, ər-arvadın mülkiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və 7 Saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5267/2024 nömrəli 17 dek abr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xxx 18 oktyabr 2004-cü il tarixində vəfat etmişdir.
2. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı çıxarış ilə ünvan 1 ünvanında yerləşən mənzil X3 xx.xx.2012-ci il tarixində xüsusi mülkiyyətindədir.
3. X6 24 fevral 2023-cü il tarixində dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı səbəbindən Qusar rayonunda vəfat etmişdir. 4. 7 saylı Bakı Cavabdeh2ndə Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 20 sentyabr 2023-cü il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyy ət hüququ haqqında şəhadətnamə ilə Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2023-cü ildə vəfat etmiş X1 qalmış əri (arvadı) olan Cavabdeh1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ yaranmışdır. 5. 7 saylı Bakı Cavabdeh2ndə Notariat ofisinin xüsusi notariusu üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri – arvadı Cavabdeh1, qızı-Qanuni nümayəndə və onların hər biri miras əmlakdan 1/5 irs almalıdır.
6. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 Cavabdeh1 adına 6/10 hissə, Qanuni nümayəndə adına 1/10 hissə, X3 adına 3/10 hissə ilə mülkiyyət hüq uqu ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh1 (bundan sonra “cavabdeh”) və 7 Saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə (bundan sonra “cavabdeh” və ya “Notraiat ofis”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 saylı Bakı şəhəri “Asan xidmət" mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2023cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası xxxnin vəfatından sonra atası cavabdehlə xx.xx.2006-ci ildə rəsmi nikaha daxil olmuşdur. İddiaçı və cavabdeh mərhum X3 miras əmlakının bölünməsi ilə bağlı 7 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə müraciət etmişlər. Cavabdeh eyni zamanda ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüquqi haqqında şəhadətnamənin alınması üçün yuxarıda adı qeyd edilən notariusa müraciət edərək, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə iddiaçının atasının adına verilmiş dövlət reyestrdən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 130,18 kv/m, yaşayış sahəsi 88.8 kv.m yardımçı sahəsi 41.38 kv m 3 otaqlı olan mənzilin birgə nikahda əldə edilməsi əsası ilə bölünməsini xahiş etmişdir. 20 sentyabr 2023-cü il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında mübahisəli mənzilə cavabdehin adına ½ hissəsi mülkiyyət hüququ kimi tanınmışdır. Mübahisəli mənzilə reyesterden çıxarış verilsə də, faktiki olaraq adı çəkilən mənzil iddiaçının mərhum atası tərəfindən 2003-cü ildə müqavilə əsasında tam ödəniş edilərək maliyyə ödənişi alınmışdır. Sonra həmin evin təmir işləri aparılmışdır. İddiaçının anası Zəkiyev Validə həmin evə köçmədən vəfat etmişdir. Sonradan atasının işlərinin çoxluğu və digər səbəblərdən əmlakla bağlı çıxarış vaxtında alınmamışdır.
9. Birinci instansiya məhkəməsi Qanuni nümayəndə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
10. Məhkəmə baxışında cavabdehin və üçüncü şəxsin nümayəndəsi və vəkili iddiaya etiraz olaraq göstərib ki, cavabdeh iddiaçının atasının ikinci həyat yoldaşıdır. Cavabdeh iddiaçının atası ilə 2006-cı ildə ailə həyat ı qurub, birgə nikah dövründə əldə olunmuş əmlaklarla bağlı vərəsəlik şəhadətnamələri verilib. İddiaçını payı açıq saxlanılıb, lakin iddiaçı qəbul etməyib.
11. Məhkəmə baxışında şahid X7 bildirmişdir ki, mərhum xxx onun qonşusunun qohumu və eyni zamanda həkimi olmuşdur. O, döşəmə və parket ustasıdır və qeyd edilən mənzildə 2004 və 2005-ci illərdə usta kimi işləmişdir. Mənzilin hansı nömrəli mənzil olduğunu xatırlamır, lakin 8-ci mərtəbədə yerləşməsindən əmindir. Həmin mənzildə təxminən 2004-cü ilin aprel aylarında işləmişdir. Həmin mənzildə işlədiyinə görə xidmət haqqı xxx tərəfindən tam şəkildə ödənilmişdir.
12. Məhkəmə baxışında şahid X2 bildirmişdir ki, mərhum xxx onun qohumudur. xxx həkim olmuş və onu əməliyyat etmişdir. Bundan sonra onlar daha yaxın olmuşdurlar. xxx 2004-cü ilin əvvəl lərində ev axtarırdı və qeyd edilən ünvanın səkkizinci mərtbəsində ev almışdır. Onun həyat yoldaşı o zaman xəstə idi. Bu səbəbdən də bir müddət təmir işlərini dayandırmış və həyat yoldaşı vəfat etdikdən sonra təmir işlərinə davam etdmişlər. Mənzilin təmiri 2005-2006-cı illərdə bitmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)1044/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Mehriban Əfəndizadə)
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı miras əmlakın atası xxx ilə anası xxxnın nikahda olduqları dövrdə əldə edildiyini, lakin atası tərəfindən daha sonra çıxarış alındığını, həmin əmlakın mərhum atası ilə cavabdehin birgə vəsaiti hesabına əldə edilmədiyini bildirmiş, qeyd etdiyi halları şahid ifadələri, mənzilə dair maliyyə arayışında göstərilən məbləğin (13.888 manat) aşağı olması və kommunal xidmətlərə dair müqavilələrin daha əvvəlki tarixə bağlanması ilə əsaslandırmışdır. Lakin iş materiallarında olan xx.xx.2012-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 185 ünvanında "xxxx" MTK-nın inşa etdiyi binadan 160 saylı mənzilin dəyəri xxx tərəfindən tam şəkildə ödənilmişdir. Bu isə onu deməyə əsas verir ki, xxx 2004cü il tarixində vəfat etdiyindən, 12 dekabr 2006-cı ildə isə xxx cavabdeh ilə rəsmi nikah münasibətlərinə daxil olduğundan, qeyd edilən əmlak xxx ilə xxxnin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməmişdir.
15. Birinci instansiya məhkəməsi onu da diqqətə çatdırmışdır ki, nə iddiaçı, nə də onun mərhum anası tərəfindən mərhum xxxin yaşadığı dö vrdə həmin mənzilin onun anası ilə birgə nikah dövründə əldə edilməsi, mənzilə çıxarışın hansı səbəbə görə sonradan alınması hallarını mübahisələndirməmişdir. Mənzilə dair çıxarış hazırda da qüvvədədir, ləğv edilməmiş, çıxarışın əldə edilməsinə əsas olan müqavilə mübahisələndirilməmiş, etibarsız hesab edilməmişdir. Halbuki iddiaçı kifayət qədər uzun müddət ərzində həmin mənzilin mərhum atasının xüsusi mülkiyyətində, iddiaçı ilə cavabdehin istifadəsində olduğunu bilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Ailə Məcəlləsinin 32.1, 34.1, 35-ci; Mülki Məcəllənin 225.1, 225.2, 1133.1, 1133.2, 1145, 1151, 1159.1.1, 1162, 1243.2-ci, “Notariat haqqında” Qanunun 55, 59-cu maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 8.0.6-cı maddələri, “Azərbaycan Respub likasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 116, 117 və 118-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Hakim işə obyektiv, qərəzsiz və hərətərəfli baxmamış, sübutları araşdırmamışdır. Məhkəmə iddia tərəfinin təqdim etdiyi köhnə tarixli kommunal müqavilələrə qiymət verməmişdir. Cavabdeh tərəf evə köçmə tarixini belə gizlətməyə çalışdığı halda məhkəmə 2012-ci ildə DƏDRX çıxarış verilməsini və mənzilin bu tarixdən alınmasını ə sas götürmüşdür. Çıxarış şəxslərdə əmlak hüququnu yaratmır, sadəcə reyestrdə qeydiyyata alındığını bildirir.
19. Apellyasiya baxışında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 əlavə olaraq bildirmişdir ki, iddiaçı mərhum xxxin birinci nikahdan olan qızıdır. xxx və onun həyat yoldaşı xərçəng xəstəliyindən vəfat etmişdir. xxx ikinci nikahı cavabdehlə qurmuşdur. xxx faktiki olaraq 2003-cü ilin axırlarında Binəqədi rayonu ərazisində yerləşən mənzili alır, daha sonra həmin mənzildə təmir işlərinə başlayır, sadəcə olaraq 2004-cü ilin axırılarında birinci həyat yoldaşı vəfat etdiyinə görə soyuqluq yaranmış və ev qalmışdır. 2004-cü ilin axırından 2005-ci ilədək xxx həmin evin təmirini edir, daha sonra 2006-cı ildə ailə həyatı qurur və ikinci arvadını həmin evə gətirir. Daha sonra vərəsəliklə bağlı işlər açılır, vərəsəlik bölünən zaman cavabdeh notariusa müraciət edərək birgə nikahda olan əmlak kimi həmin evin bölgüsünü tələb edir. Məhkəməyə şahidlər dəvət edildi, birinci şahid evdə parket vuran şəxsdir, həmin şəxs o evlə bağlı bütün nə varsa hər bir şey barədə məlumatlıdır, ikinci şahid isə həm qarşı tərəflə münasibəti olan şəxsdir, həm də xxxin qohumudur, xxx həmin evin təmiri üzərində nəzarəti həmin qohumuna tapşırmışdı. Həmin iki şəxs nə vaxt, haradan evin materiallarının alınması ilə bağlı bütün məlumatları məhkəməyə vermişlər. Mənzilə 2012-ci ildə çıxarış verilmişdir, çıxarış MTK-nın 2011-ci il tarixli qərarı ilə verilmişdir. İddiaçının hazırda 38 yaşı vardır, 2004-cü ildə isə cavan qız idi, atası ilə münasibətləri yaxşı idi, atası sağ idi, belə olan halda nəyə görə iddia qaldı rılmalı idi? Üçüncü şəxs "xxxx" MTK barəsində araşdırma etmiş, lakin onları tapa bilməmişdir. Tərəfindən verilmiş sorğularda qeyd edilmişdir ki, ilk dəfə çəkilən qaz, işıq və su kimin adına olmuşdur. 2012-ci ildə alınmış evə necə olur ki, 2003-cü ildə xxxin evinə qaz, işıq və su çəkilə bilər? Əmlak birgə nikah dövründə əldə olunmamışdır, daha əvvəl əldə olunmuşdur. 2012-ci ildə həmin mənzilin qiyməti 90-100.000 manat olmuşdur. Bina tikən nə səbəbə 90- 100.000 manatlıq mənzili 10.000 manata versin.
20. Cavabdehin, eyni zamanda üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 apellyaiya şikayətinə etiraz edərək bidirmişdir ki, qarşı tərəfin bildirdikləri tamamilə mülahizədir. Qaz, işıq və suyun kiminsə adında olması həmin şəxsin həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəd deyildir. Hazırkı iddianın mahiyyəti düzgün deyildir. Mənzil xxxin sağlığında əldə olunmuş və həmin dövrdə də mülkiyyət hüququ əldə olunmuşdur. İddiaçının iddia etdiyi kimi həmin mənzil 2004-2005-ci ildə əldə edilmiş olsa idi və xxxdə birinci nikahda idisə bu zaman hazırkı iddiaçının hüququ yaranırdı ki, anasına aid hissədə pay tələb etsin, lakin bunu etmir. Şahid ifadələrinə gəldikdə, şahidlər cavabdehin deyil, iddiaçının yaxın qohumları və maraqlı şəxslərdir. Şahidlərə sual verilən zaman hər şey aydınlaşdırılmışdır. Birinci şahid cavabdehi tanımadığını, ikinci şahid isə cavabdehi tanıdığını, çünki yaxın qohumu olduğunu bildirmişdir. Şahidlərin evin təmirində iştirak etməsini təsdiq edən sənədlər yoxdur. Üçüncü şəxs öz payından imtina etməmişdir. Qarşı tərəfin dedikləri mülahizələrdən ibarətdir.
21. Bakı A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5267/2024 nömrəli mülki iş üzrə 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, 7 saylı Bakı şəhəri “Asan xidmət" mərkəzinin notariat ofisinin xüsusi notariusu X5 tərəfindən Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli 2V-326 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilərək ünvan 1 ünvanında yerləşən mənzilin 11/15 hissəsinə - İddiaçı, 2/15 hissəsinə - Cavabdeh1, 2/15 hissəsinə üçüncü şəxs Qanuni nümayəndə miras payının müəyyən edilməsi qət edilmişdir. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Fuad Abdıyev)
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X6 24 fevral 2023-cü il tarixində dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı səbəbindən Qusar rayonunda vəfat etmişdir. Tərəflər onun birinci növbəli vərəsələridir: iddiaçı mərhumun birinci nikahdan olan qızı, cavabdeh isə ikinci arvadıdır. İddiaçı mübahisəli miras əmlakın atası xxx ilə 18 oktyabr 2004-cü il tarixində vəfat etmiş anası xxxnın nikahda olduqları dövrdə əldə edildiyini, lakin atasının mənzil üzərində olan birgə mülkiyyət hüququnu daha sonra çıxarış almaqla rəsmiləşdirdiyini, həmin əmlakın mərhum atası ilə cavabdehin birgə vəsaiti hesabına əldə edilmədiyini iddia etmişdir. İddiaçı qeyd etdiyi halları şahid ifadələri, mənzilə dair maliyyə arayışında göstərilən məbləğin (13.888 m anat) daşınmaz əmlak bazarında 2012-ci ildə mövcud olmuş qiymətlərə nisbətdə aşağı olması və kommunal xidmətlərə dair müqavilələrin daha əvvəlki tarixə bağlanmış olması ilə əsaslandırmışdır. Cavabdeh tərəf isə daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmuş sənədlərə istinadən iddianın əsassız olduğuna, mübahisəli əmlakın onunla mərhumun birgə nikah dövründə əldə edildiyinə, çıxarışın verilməsinə əsas olan sənədlərin tərtib edildiyi tarixin onların birgə nikah dövrünə təsadüf etdiyinə istinad edir.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin əldə edilməsinin hansı dövrə təsadüf etdiyini, xxxin birinci ailəsi ilə həmin mənzildə nə vaxtdan yaşadığını, həmin mənzilə mülkiyyət hüququnun nə vaxt yarandığını araşdırarkən işdə olan bütün sübutlara, o cümlədən şahid ifadələrinə hüquqi qiymət verməmiş, işi hərtərəfli, tam və obyektiv şəkildə araşdımarmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi X3 mübahisəli mənzilə olan mülkiyyət hüququnun xx.xx.2012-ci il tarixində qeydiyyata alındığını nəzərə alaraq hesab etmişdir ki, hazırkı vəziyyətdə bu mənzilin mərhum ilə cavabdehin birgə nikah dövründə əldə olunması prezumpsiyasını aradan qaldıran halların mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək məqsədilə kommunal xidmətlərə dair arayışları, şahid ifadələri təqdim etmişdir. Qeyd edilənlərə əsasən miras əmlak olan mənzilin X8 Validə ilə birgə nikahda olduğu dövrdə sahibliyinə keçdiy i, həmin əmlaka o vaxtdan yiyələndiyi, təmir edib oradan yaşayış sahəsi olaraq istifadə etdiyi müəyyən edilir. Mənzilin maliyyə arayışında göstərilən qiyməti də bu əmlakın iddiaçının istinad etdiyi dövrdə əldə edildiyinə inandırır. Belə ki, daşınmaz əmlak bazarında qiymət səviyyəsi baxımından ünvan 4 ünvanında yerləşən mənzilin satış qiymətinin 2012-ci ildə 13.888 manat məbləğində olması ağlabatan görünmür.
26. Apellyasiya instansiyası məhkəməsi onu da diqqətə çatdırmışdır ki, MTK-ların fəaliyyəti sahəsində təşəkkül tapan və geniş tətbiq edilən daşınmaz əmlaka dair çıxarışların alınması üçün müvafiq sənədlərin hazırlanması praktikasına əsasən MTK üzvlərinin ümumi yığıncağının qərarı, habelə pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışının cari tarixə tərtib edilməsi (mövcud sah ibliyini təsdiq etmək üçün) istisna olunmur.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etdiklərinə əsasən mübahisəli əmlakın dəyərinə münasibətdə qeyd etmişdir ki, xxx ilə xxxnın birgə nikah dövründə onların ümumi əmlakı hesabına ödənildiyi, lakin bu əmlakın xxxnın ölməsi səbəbindən nikah münasibətlərinə xitam verildikdən sonra dövlət reyestrində xxxin adına qeydə alındığı, bununla da mübahisəli mənzilin onların ümumi əmlakı hesab edildiyi qənaətinə gəlmək mümkündür.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının ya da mərhum anasının xxxin yaşadığı dövrdə mübahisəli mənzilə çıxarışın hansı səbəbə görə sonradan alınması hallarını mübahisələndirmədiyi ilə əlaqədar isə qeyd etmişdir ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzi mləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Bu halın mövcudluğu əmlakın birgə nikah dövründə ərin (arvadın) hansının sahibliyində olmasından və ya adına qeydə alınmasından asılı deyildir.
29. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə belə olan halda X3 ünvan 1 ünvanında yerləşən mənzilə dair müqaviləni bağlaması, bu mənzilə olan mülkiyyət hüququnun xx.xx.2012-ci il tarixində qeydiyyata alınması iddiaçının hər hansı hüququnu pozmadığı üçün məhkəmənin bu hala istinad etməsi anlaşılan deyildir. İddiaçının 18 oktyabr 2004-cü il tarixində vəf at etmiş anasının mərhum xxxin adına mübahisəli mənzilə dair çıxarışın sonradan tərtib edilməsi hallarını mübahisələndirmədiyinə məhkəmənin istinadı ümumiyyətlə məntiqi deyildir.
30. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda hesab etmişdir ki, xx.xx.2023cü il tarixli 2V-326 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsızlığı təsbit edildiyindən, tərəflərin miras əmlakdakı payları da müəyyən edilməlidir. Belə ki, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.
31. Nəzərə alınmalıdır ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras ə mlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir.
32. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflərin miras əmlakdakı payı müəyyən edilməli, paylar müəyyən edilərkən ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının valideyinləri - mərhum xxx ilə xxxin birgə nikahda olduğu dövrdə əldə olunduğu, mirasqoyanın oğlu Zakiyev Rustamın və anası Qanuni nümayəndə Suliddin qızının İddiaçı xeyrinə imtina etdikləri nəzərə alınmalı, X3 adına mülkiyyət hüququ ilə xx.xx.2012-ci il tarixində qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən mənzilin 11/15 hissəsinə İddiaçı, 2/15 hissəsinə Cavabdeh1, 2/15 hissəsinə üçüncü şəxs Qanuni nümayəndə miras payı müəyyən edilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 324.1, 337.1, 337.2, 1133, 1145, 1151, 1159, 1159.1, 1257, 1261, 1262, 1265, 1321.3-cü, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, Mülki Məcəllənin 140-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçının anası və ya əvvəlki ailə üzvlərinin həmin mənzildə yaşamasını təsdiq edən hər hansı bir fakt mövcud deyildi və iddiaçı tərəfindən bununla bağlı hər hansı bir dəlil təqdim edilməmişdi. Əksinə, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdi ki, nə iddiaçı, nə də onun mərhum anası tərəfindən mərhum xxxin yaşadığı dövrdə həmin mənzilin onun anası ilə birgə nikah dövründə əldə edilməsi, mənzilə çıxarışın hansı səbəbə görə sonradan alınması hallarını mübahisələndirməmişdi. Xüsusilə vurğulanmalıdır ki, ağlabatanlıq və MTK-larla olan sənədləşmə qaydaları, eləcə də mövcud real vəziyyət arayışlarda qeyd olunan qiymətlər lə müəyyən edilə bilməzdi. Buna görə də yalnız arayışda qeyd olunan məbləğə əsaslanaraq əmlakın əldə olunma tarixi və dəyəri barədə nəticə çıxarmaq mümkün deyildi. Mövcud mənzil bazarında MTK-ların satış şərtləri və qiymət siyasəti nəzərə alınmadan aparılan dəyərləndirmə reallığı əks etdirmirdi və hüquqi əsas kimi heç bir formada istifadə edilə bilməzdi. Hazırkı işdən də göründüyü kimi, nə iddiaçı, nə də onun mərhum anası tərəfindən mərhum xxxin yaşadığı dövrdə həmin mənzilin onun anası ilə birgə nikah dövründə əldə edilməsi, mənzilə çıxarışın hansı səbəbə görə sonradan alınması hallarını mübahisələndirilməmişdi. Apellyasiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, “ünvan 5 ünvanında yerləşən mənzilin satış qiymətinin 2012-ci ildə 13.888 manat məbləğində olması ağlabatan görünmür”. Laki n məhkəmə bu nəticəyə heç bir hüquqi və iqtisadi əsas təqdim etmədən gəlmiş, subyektiv mülahizələr əsasında iddiaçının mənafeyinə uyğun qiymətləndirmə aparmışdı. Qeyd olunan məbləğin "ağlabatanlıq" meyarını müəyyənləşdirmək yalnız şəxsi qənaətlərə əsaslanan mülahizələrlə mümkün olmuş və qərar da məhz bu mülahizələr əsasında qəbul edilmişdi. Bu yanaşma hüququn fundamental prinsiplərindən biri olan "müqavilə azadlığı" prinsipinin kobud şəkildə pozulması demək idi. 13 dekabr 2011-ci il tarixli "xxxx" MTK-nın üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında şəxsi razılıqla bölüşdürülməsi barədə protokoldan çıxarış, xxx tərəfindən mübahisəli mənzilə görə haqqın tam ödənildiyini təsdiq edən 21 oktyabr 2010-cu il tarixli maliyyə arayışı və bu sənədlər əsasında mərhuma verilmiş RX seriyalı, *** **** №-li çıxarışa əsasən məhz 2012-ci ildə, yəni cavabdehlə birgə nikahda olduğu dövrdə mənzilin mülkiyyətinə keçməsi tam təsdiq olunmuşdu. Əlavə olaraq qeyd edilməlidir ki, yuxarıda göstərilən protokol çıxarışı, maliyyə arayışı və çıxarış açıq şəkildə göstərir ki, mülkiyyət hüququ məhz 2012-ci ildə, cavabdehlə birgə nikah dövründə yaranmışdı. Bu sənədlər hüquqi qüvvəyə malik rəsmi sənədlər idi və hər hansı subyektiv şübhə və ya fərziyyədən üstün tutulmalı, hüquqi dəyərləndirmə məhz bu sənədlərə əsaslanmalı idi. Məhkəmənin qeyd olunan sənədləri nəzərə almaması və yalnız subyektiv mülahizələr əsasında qərar verməsi hüquqi prinsiplərə, xüsusilə də sübutetmə yükünün düzgün bölüşdürülməsi və hüquqi müəyyənlik prinsipinə zidd idi. Bundan əlavə, məhkəmənin müqavilə azadlığı prinsipini gözardı e tməsi və rəsmi sənədlərlə təsdiqlənən bir faktı şübhə altına alması hüququn aliliyinə və qanunçuluq prinsipinə açıq-aşkar ziddiyyət təşkil edirdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə. 337.1 və 337.2. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyə t üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1257. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə b ütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1265. Mirasdan nəvənin xeyrinə imtina etməyə o halda yol verilir ki, mirasın açıldığı gün onun miras qoyanın vərəsəsi olmalı valideyni sağ olmasın və ya nəvə vəsiyyət üzrə vərəsə olsun. Maddə 1321.3.Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əl də edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmaya n ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumumun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarı Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olm ayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etm əlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417. 1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Madd ə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
42. İddia tələbi mübahisədə adı keçən mənzil üzərində cavabdehin mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin etibarsızlığı, mahiyyət etibarı ilə isə vərəsəliklə bağlı olmaqla, mirasda payın müəyyən edilməsi barədədir. İddiaçı qeyd edilən mənzilin mərhum valideynlərinin sağlığında dəyərinin ödənilməklə alınmasını, lakin sonradan mərhum atasının adına qeydiyyatın aparılmasına, bununla da həmin mənzilin cavabdehlə mərhum atasının birgə əmlakı olmamasına istinad et mişdir.
43. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə iddiaçının valideynləri olan mənzilin dəyəri xxx ilə xxxnın birgə nikah dövründə onların ümumi əmlakı hesabına ödənilib, lakin bu əmlak xxxnın ölməsi səbəbindən nikah münasibətlərinə xitam verildikdən sonra dövlət reyestrində xxxin adına qeydə alınıb, bununla da mübahisəli mənzil onların ümumi əmlakıdır.
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə ilə razılaşır.
45. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələbl ərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, nəhayət qanuni və əsaslı qətnamə qəbul etmişdir.
46. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
47. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər mübahisəli mənzilin iddiaçının mərhum atası ilə cavabdehin birgə mülkiyyəti sayılmasından ibarət olmaqla iddia tələbinə və apellyasiya şikayətinin etirazın dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib.
48. Eyni zamanda mübahisəli mənzilin iddiaçının mərhum atası ilə cavabdehin birgə nikah vaxtı alınması barədə dəlilə münasibətdə məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, Ailə Məcəlləsinin 32.1, 32.2.2 və Mülki Məcəll ənin 225.1-ci maddələrinin məzmunundan görünür ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak üzərində, əmlakın kimi adına olmasından asılı olmayaraq, onların ümumi birgə mülkiyyəti yaranır.
49. Ümumiyyətlə, Ailə Məcəlləsinin 32.1, 32.2.2 və Mülki Məcəllənin 225.1-ci maddələrində nəzərdə tutulmuş “nikah müddətində ər-arvadın əldə etdikləri əmlak”, “ərlə arvadın nikah dövründə qazandıqları əmlak” dedikdə, əldə etmə anı həmin əmlakın hər hansı hüquqla dövlət reyestrində qeydə alınma anı ilə deyil, əmlakın dəyərinin və ya əmlakın yaranmasına çəkilmiş xərcin ödənilmə anını nəzərdə tutur. Çünki istənilən əmlakın əvəzli əldə edilməsi və ya yaranması onun dəyərinin və ona sərf edilən vəsaitin ödənilməsi ilə həyata keçirilir.
50. Hazırki işdə də apellyasiya instansiyası məhkəmə müəyyən etmiş dir ki, mübahisədə adı keçən mənzili iddiaçının mərhum valideynləri birgə nikah vaxtı müqavilə ilə əvəzini ödəməklə əldə edib, yalnız mərhum ərin adına həmin ev üzərində mülkiyyət hüququ sonuncunun cavabdehlə nikaha daxil olmasından sonrakı dövrə təsadüf etmişdir. Mübahisəli evin birgə nikah dövründə dəyəri ödənilməklə alınması həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması tarixindən asılı olmayaraq ər-arvadın birgə mülkiyyəti sayılması üçün yetərlidir. 51. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumumun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 4.17-c bəndində də mövqe belə olmuşdur ki, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına dəyəri ödənilmiş, lakin nikah pozulduqdan sonra ərin (arvadın) sahibliyinə verilmiş, yaxud dövlət reyestrində onlardan birinin adına qeydə alınmış əmlak ər-arvadın ümumi əmlakı hesab edilməlidir. Misal üçün ər-arvad nikahda olduqları dövrdə onların əmlakı hesabına dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi nikah pozulduqdan sonra ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, bu ümumi əmlak hesab edilir.
52. İşdən görünür ki, iddiaçının təqdim etdiyi müvafiq sübutların qiymətləndirilməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin dəyəri iddiaçının mərhum atasının cavabdehlə nikahından əvvəl tam ödənilib, bununla da ər-arvadın ümumi birgə mülkiyyət ilə bağlı prezumpsiya aradan qalxmışdır. Başqa sözlə, mübahisəli mənzilə cavabdehin iddiaçının atası ilə birgə mülkiyyətini n yaranması müəyyən edilməyib.
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5267/2024 nömrəli 17 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.