Məhkəmə qərarları › İş №2(102)-2240/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2240/2020

18.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2240/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı Cavabdeh, maraqlı şəxslər X2 və Maraqlı şəxs2 qarşı mülkiyyətdə olan torpaq sahəsi və evin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin (hakim M.İsayev) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriyası RX № ******* saylı çıxarışa əsasən 0.0904 ha torpaq sahəsinin 51/63 hissəsinin texniki pasportda göstərilən formada, ümumi sahəsi 137.2 kvm olan fərdi yaşayış evinin 6/9 hissəsində isə sahəsi 14.0 kv.m olan otaqlardan sahəsi 7.1 kv.m olan otağa açılan qapı bağlanmaqla, sahəsi 14.0 kv.m olan otaqdan sahəsi 19.1 kv.m olan 7 saylı tikili arasında qapı boşluğu yaradılmaqla, mübahisəli evin sahələri 28.2 kv.m, 19.1 kv.m 19.1 kv.m 14.0 kv.m və 10.8 kv.m otaqlarının X3 verilməsi, göstərilən tikinti işlərinin İddiaçı vəsaiti hesabına aparılmas ı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərcinin İddiaçı tutularaq Dövlət nəfmə keçirilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən N.Mirzəyev, hakimlər Z.Babayev və Q.Kərimov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublika sı mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh, maraqlı şəxslər X2 və Maraqlı şəxs2 qarşı mülkiyyətdə olan torpaq sahəsi və evin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə onun ümumi mülkiyyətində olan 0.0904 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş ümumi sahəsi 137.2 kv.m olan fərdi yaşayış evinin onun payına münasibətdə natura qaydasında bölünməsi və payının ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 0.0904 ha torpaq sahəsinin 51/63 hissəsi, fərdi yaşayış evinin isə 6/9 hissəsi İddiaçı mülkiyyətinə, torpaq sahəsinin 1/7 hissəsi Cavabdeh mülkiyyətinə verilmiş, 1/3 hissə fərdi yaşayış evi və 1/21 torpaq sahəsi verilmədən açıq saxlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüqu qu vardır. Heç kəs məhkəmnin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddələrı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1 -ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyy ətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər payın həcmində müvafiq o laraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə ve istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyanın ödənilməsidir. İddiaçı və Cavabdeh mübahisə olunan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin mülkiyyətçiləri olması işin mübahisə olunmayan halıdır. Yuxarıda qeyd olunan maddi hüquq normasının tələbinə uyğun olaraq İddiaçı payları müəyyən olunan ümumi mülkiyyətdəki əmlakdan payının naturada ayrılmasını tələb edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014 -cü il tarixli Qərarda həmçinin qeyd olunur ki, əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cü il tarixli rəyi ilə yaşayış evi tikililərinin planlı yerləşməsini, təyinatlılığını, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, həmin tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu nəzərə alaraq, təd qiq olunan evdən İddiaçı məxsus olan 6/9 hissənin İnşaat norma və Qaydalarının 2.08.01,89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu, tədqiq olunan evin yerləşdiyi həyətyanı torpaq sahəsinin texniki pasportda göstərilən formada bölünməsinin mümkün olduğu, tədqiq olunan evdən İddiaçı 6/9 payına düşən hissəsinin ayrılma variantının yuxarıda və rəyə əlavə olunmuş planda ətraflı qeyd olunduğu göstərilmişdir. Eyni zamanda həmin rəylə müəyyən edilir ki, payına uyğun olaraq evin sahələri 28.2 kv.m, 19.1 kv.m 19.1 kv.m 14.0 kv.m və 10.8 kv.m otaqlarının X3 verilməsi ilə evin naturada bölgüsü mümkündür. Bölgü zamanı sahəsi 14.0 kv.m olan otaqlardan sahəsi 7.1 kv.m olan otağa açılan qapı bağlanmalı, sahə si 14.0 kv.m olan otaqdan sahəsi 19.1 kv.m olan 7 saylı tikili arasında qapı boşluğu yaradılmalıdır. Tədqiq olunan evin yerləşdiyi həyətyanı torpaq sahəsi texniki pasportda göstərilən formada bölünə bilər. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar