Məhkəmə qərarları › İş №2(102)-2240/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2240/2024

23.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2240/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 (Binəqədi Rayon İcra Şöbəsi və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin mübahisələndirilməsi, qiymətləndirmə rəyinin mübahisələndirilməsi, sübutetmə vəzifəsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddi açı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı (Binəqədi Rayon İcra Şöbəsi və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) hərracın etibarsız hesab olunması və nəticələrinin ləğv edilməsi, əmlakın qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və yenidən qiymətləndirilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1571/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə, Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tari xli, 2(001)-384/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, XDEN-00232-17/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 14 noyabr 2019-cu il tarixli, XDEN-00232-17/19A nömrəli kredit müqaviləsi üzrə 27 avqust 2021-ci il tarixinə yaranmış 49339,83 manat məbləğində əsas, 1996,85 manat məbləğində faiz, 91,62 manat məbləğində məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın 14 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində cavabdeh İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, 19 saylı evin, 39 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləğinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 85.000 manat məbləğində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - cavabdeh İddiaçı qaytarılması, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin cavabdeh İddiaçı tutulması, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, ekspert tədqiqatının ümumi dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin 100 manat hissəsinin iddiaçı "xxxx" ASC-dən, 100 manat hissəsinin isə cavabdeh İddiaçı tutularaq, dövlət gəlirlərinə alınması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3603/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-384/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı (Binəqədi Rayon İcra Şöbəsi və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi və iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddi açı götürdüyü kreditin təminatı kimi Bank "xxxx" ASC-yə ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən, 19 nömrəli evin 39 saylı mənzili barəsində "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən aparılmış xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab olunması və həmin mənzil barəsində yenidən real bazar qiymətinə uyğun olan qiymətləndirilmə aparılması öhdəliyinin Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilməsi, təkrar hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 213/23 nömrəli protokolun etibarsız hesab edilərək nəticələrinin ləğv edilməsi və Cavabdeh2 satılmış əmlaka dair verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır k i, Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2019-cü il tarixli 2(001)-384/2022 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiaçıya qarşı iddiası təmin edilərək iddiaçıdan kredit borcunun tutulması və tutmanın iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 85000 manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamə məhkəmə tərəfindən icraya yönəldilmiş və icra məmurunun sifarişi əsasında Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərrac nəticəsində ona məxsus əmlak Cavabdeh2 satılmışdır. Hərrac etibarsız hesab edilməlidir. Belə ki, birinci hərrac zamanı (16 avqust 2023-cü il tarixdə) iddiaçı xaricdə olmuş, təkrar hərrac zamanı isə Azərbaycanda olmasına baxmay araq ona hərracın vaxtı və yeri haqqında bildiriş göndərilməmiş, telefonla da məlumat verilməmişdir. Hərrac keçirilməsinə baxmayaraq hərrac zamanı bank ondan kredit borcu üzrə 2 dəfə ödəniş qəbul etmişdir. Bundan əlavə mənzilin bazar dəyəri 180000 manat olduğu halda, mənzil 72000 manat dəyərində satılmışdır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4826/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi (hakim T.Xəlilova) ilə iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42, 43, 44-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Ap elyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin bütün hallarının araşdırılmasında və sübutlara hüquqi qiymət verilməsində subyektiv, iddiaçının açıq-aşkar xeyrinə birtərəfli mövqe tutmuşdur. Məhkəmə hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə keçirildiyi qənaətini konkret sübutlarla əsaslandırmamış, sadəcə işdə olan material və sənədləri sadalamış, həmin sənədləri ayrı-ayrılıqda araşdırmamış və hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə öz araşdırmasını iş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 384/2022 saylı qətnaməsinin icrası ilə bağlı keçirilmiş hərrac işinin surəti üzrə aparmış, həmin işin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsinə aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Lakin məhkəmə Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş hərrac işində olan əsl olmayan və lazımi qaydada təsdiq olunmayan yazılı sübutlara əsasən hüquqi qiymətləndirmə aparmışdır ki, bu da prosessual qanun pozuntusudur. Ümumiyyətlə, məhkəmə həm hərracın sifarişçisi olan Binəqədi Rayon İcra Şöbəsi, həm də hərracı keçirən Cavabdeh1 MMC tərəfindən kobud pozuntulara yol verildiyini sübut edən halları araşdırmamışdır. Belə ki, məhkəmə hərrac prosedurlarına başlanıldığı xx.xx.2023-cü il tarixindən sonra bank tərəfində n xx.xx.2023cü il tarixində 3000 manat, xx.xx.2023-cü il tarixində isə 5000 manat kredit borcunun iddiaçıdan qəbul etməsini də nəzərə almamış, araşdırma predmetinə daxil etməmişdir. Halbuki, bu hal iddiaçının iddia tələbini əsaslandıran dəlillərdən biri kimi iddia ərizəsində qeyd edilmişdir. İş materiallarından da göründüyü kimi, Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli xx/xx-145908-16 saylı hərracın keçirilməsi haqqında sifarişi iddiaçı tərəfindən alınmamışdır, eləcə də mülki iş materiallarında həmin sifarişin iddiaçı tərəfindən alınmasına dair hər hansı bir sübut yoxdur. Cavabdeh1 MMC tərəfindən sözügedən hərrac qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmişdir. Belə ki, Cavabdeh1 MMC tərəfindən həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsini qeyd edən məhkəmə, elə bununla da kifayətlənmiş və bu halı axıradək araşdırmamışdır. Məhkəmə ilkin və təkrar hərracın keçirilməsi barədə ipoteka qoyana sifarişli poçt göndərişilərinin üzərində poçt müəssisəsi tərəfindən “bu ünvanda yaşamır”, “bu ünvan düzgün deyil”, “ünvan bağlıdır, telefonuna zəng çatmır” qeydlərini nəzərə almamış, buna hüquqi qiymət verməmişdir. Halbuki, iddiaçının birinci hərrac zamanı (16 avqust 2023-cü il tarixdə) xaricdə olması onun məhkəməyə təqdim etdiyi və iş materiallarında olan təyyarə bileti və pasportunda olan qeydlərlə sübut olunur. Digər tərəfdən, hərracı keçirilməsi barədə bildirişlərin iddiaçı tərəfindən alınmadığı "Əmlak Hərrac Mərkəzi” MMC-nin Binəqədi İcra Şöbəsinə ünvanladığı xx.x x.2023-cü il tarixli 1697/23 saylı məktubu ilə də təsdiq olunur. Həmin məktubda cavabdeh "Əmlak Hərrac Mərkəzi” MMC qeyd edir ki, İddiaçı göndərilmiş bildirişlər rabitə orqanının “bu ünvanda yaşamır” qeyd şərti ilə geri qaytarıldığından, sonuncunun digər ünvanları və ya digər əlaqə vasitələri barədə onlara məlumat verəsiniz. Lakin, iş materiallarında icra şöbəsinin həmin məktuba cavabı, eləcə də iddiaçının digər ünvanları və ya digər əlaqə vasitələri, eləcə də həmin ünvanlara bildiriş göndərilməsi barədə məlumatlar yoxdur. Lakin buna baxmayaraq, "Əmlak Hərrac Mərkəzi” MMC Binəqədi İcra Şöbəsindən müvafiq cavab almadan əmlakın Cavabdeh2 satılması barədə xx.xx.2023-cü il tarixli, 213/23 nömrəli protokol tərtib etmişdir ki, bu da qanun pozuntusudur. Bütün bunlar onu deməyə əsas verir ki, hərr ac barədə bildirişlər cavabdeh "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən formal olaraq göndərilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1571/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə (İ.Şirinov (sədrliyi və məruzəsi ilə), hakimlər E.Kazımov və K.Əkbərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

11. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-384/2022 saylı qətnaməsindən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi əsasında 85000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı həmin qətnamə ilə müəyyən edil miş ipoteka əmlakının ilkin satış qiymətini mübahisələndirməmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)384/2022 saylı qətnaməsinin həmin hissəsindən apellyasiya şikayəti verməmişdir.

12. Mülki iş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-384/2022 saylı qətnaməsinin icrası ilə bağlı keçirilmiş hərrac işinin surətindən görünür ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyan – İddiaçı Seyidrza oğluna sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İpoteka qoyan – iddiaçıya bildiriş onun rəsmi qeydə alındığı (iddia ərizəsində də iddiaçı tərəfindən göstərilmiş) ünvan 3 ünvanına göndərilmişdir.

13. İlkin hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bu barədə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir.

14. İlkin hərrac baş tutmadığından təkrar hərrac təyin edilmiş və bu barədə hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İlkin hərrac baş tutmadığından ipoteka əmlakı ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə təkrar hərraca çıxarılmış və təkrar harracın iştirakçısı Cavabdeh2 tərəfindən alınmışdır. Bu barədə hərracın yek unları baradə 01 sentyabr 2023-cü il tarixli, 213/23 saylı protokol tərtib edilmişdir.

15. Tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla təsbit edilmiş qaydalara əməl edilməklə keçirildiyi müəyyən edilmişdir.

16. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının hərracın qanunsuz keçirilməsi və ona hərrac barədə məlumat verilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığından, əksinə, hərracın keçirilməsi barədə məlumatlı olduğu müəyyən olunduğundan, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 415.2, “İpoteka haqqında” Qanunun 42, 43, MPM-nin 14.1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlil ləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin bütün hallarının araşdırılmasında və sübutlara hüquqi qiymət verilməsində iddiaçının açıq-aşkar ziyanına birtərəfli mövqe tutaraq birinci instansiya məhkəməsinin mövqeyini eynilə təkrarlamışdır. Beləki, birinci instansiya məhkəməsi öz araşdırmasını iş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-384/2022 saylı qətnaməsinin icrası ilə bağlı keçirilmiş hərrac işinin surəti üzrə aparmış, həmin işin əslini v ə ya lazımi qaydada təsdiq olunmuş surətini tələb etməmişdir. İlkin və təkrar hərracın keçirilməsi barədə ipoteka qoyana sifarişli poçt göndərişilərinin üzərində poçt müəssisəsi tərəfindən “bu ünvanda yaşamır”, “bu ünvan düzgün deyil”, “ünvan bağlıdır, telefonuna zəng çatmır” qeydlərini, eləcə də iddiaçının birinci hərrac zamanı (16 avqust 2023-cü il tarixdə) xaricdə olması onun məhkəməyə təqdim etdiyi və iş materiallarında olan təyyarə bileti və pasportunda olan qeydləri nəzərə almayaraq buna hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

24. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi ald ığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qayd ası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

26. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

27. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.

28. Maddə 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır.

29. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

30. Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur.

31. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

32. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka p redmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

33. Maddə

44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. M addə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəç ini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci m addəsinin tələblərinə uyğun, tərəflər arasındakı münasibətləri nisyə alqı-satqıdına irəli gələn münasibətldər kimi dəyərləndirməklə hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrin dən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə bax ılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1571/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar