Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2243/2022 11.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2243/22 (açar sözlər: məhkəmə aidiyyətinin dəyişdirilməsi) Bakı şəhəri, 11 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-ə qarşı “cavabdehin üzərinə sənədlərin təqdim edilməsi öhdəliyinin qoyulması” tələbinə dair” Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)664/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (sifarişçi) və Cavabdeh MMC (icraçı) arasında bağlanmış 6 aprel 2008-ci il tarixli, 51 nömrəli sifariş müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa edilmiş 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində, sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsinin tikilməsi İddiaçı tərəfindən MMC-yə sifariş edilmiş, icraçı həmin qeyri-yaşayış sahəsinin bu müqavilə ilə müəyyən edilmiş şərtlər və müddət daxilində, keyfiyyətlə və qüsursuz tikilib təhvil verilməsi öhdəliyini, sifarişçi isə, müqavilə üzrə razılaşdırılmış 630.000 (altı yüz otuz min) manat pulun icraçıya ödənilməsi öhdəliyini öz üzərilərinə götürmüşlər. Maliyyə arayışına əsasən, İddiaçı sif ariş müqaviləsinin 3-cü maddəsinə əsasən, qeyri-yaşayış sahəsinin ümumi dəyərinin tam hissəsi olaraq Cavabdeh MMC-nin xəzinəsinə 630.000 (altı yüz otuz min) manat ödəmişdir.
2. Qeyri-yaşayış sahəsinin inşa edilməsi və müqavilə tərəfinə təhvil verilməsi ilə bağlı mübahisə yoxdur. İddiaçı ona verilmiş sahənin özəlləşdirilməsi üçün zəruri olan sənədlərin MMC tərəfindən ona təqdim edilməsindən imtina edildiyi üçün hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin üzərinə Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa edilmiş 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində onun sifarişi əsasında t ikilmiş, sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin (ümumi yığıncağın qərarı, protokoldan çıxarış, qeyri-yaşayış sahəsinin layihə-planı, tikinti obyektinin istismarına icazə aktı) İddiaçı təqdim edilməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh MMC “məhkəmə aidiyyətinin dəyişdirilməsi” barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, hazırki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh hüquqi şəxsdir, onun VÖEN-i vardır və tələb kommersiya münasibətlərindən irəli gələn münasibətlərdir. Buna görə də, hazırki işə ümumi məhkəmələrdə deyil, kommersiya məhk əməsində baxılmalıdır. Bundan başqa, kommersiya mübahisəsi üzrə isə tərəflərin ilk öncə mediasiya mərhələsindən keçməli olduğu nəzərə alınmalıdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(001)-664/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakim R.Xəlilov) cavabdehin “məhkəmə aidiyyətinin dəyişdirilməsi” barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən müəyyən edilir ki, mübahisə tərəflərin həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərdən yaranmamış və həmçinin İddiaçı adına VÖEN hesabı açılmamışdır (fərdi sahibkar kimi qeydiyyatdan keçməmişdir).
7. Belə ki, iş materiallarından görünür ki, hazırkı mülki iş üzrə tərəflərdən biri İddiaçı fiziki şəxsdir, digər tərəf – cavabdeh "xxxx" MMC hüquqi şəxs olmasına baxmayaraq, hazırki mübahisə onların sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışdır.
8. İş materiallarında olan “Elektron Məhkəmə” sistemi vasitəsilə əldə edilmiş sorğu məlumatına əsasən, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Əhməd Bakıxanov (Binəqədi qəsəbəsi), ev 16-dır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia düzgün olaraq, aidiyyət qaydalarına riayət edilməklə Nəsimi Rayon Məhkəməsinə verilmişdir.
9. Cavabdeh MMC qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh MMC birinci instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın l əğv edilməsi, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini birinci instansiya məhkəməsinə təqdim olunmuş vəsatətin dəlillərinə uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
13. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə ic raatı qaydasında kommersiya məhkəmələri baxır.
14. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
15. Maddə 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər.
16. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.
17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarı: 19. 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün ye tərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 20. 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyat a keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya in stansiyası məhkəməsinin mövqeyi
22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
23. İş materiallarından göründüyü kimi, tərəflər arasında sifariş müqaviləsi bağlandığı tarixdə iddiaçı fiziki şəxs, cavabdeh isə hüquqi şəxs statusu daşıyırdı. Tərəflər arasında bağlanmış sifariş müqaviləsi iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə deyil, qeyri-yaşayış sahəsinin tikintisinin sifariş verilməsi ilə əlaqədar olmuşdur.
24. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçir ilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (§19).
25. Kassasiya kollegiyası qeyd edir ki, kredit müqaviləsi bağlanan anda onun kommersiya fəaliyyəti üçün bağlanmasına dair cavabdeh sübutlar təqdim etməmişdir. Tərəflərin birgə və yaxud ayrı-ayrılıqda kommersiya fəaliyyəti ilə məşğul olmalarına dair sübutlar mövcud deyil.
26. Ona görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mülki işə ümumi məhkəmədə baxılmalıdır.
27. Kollegiya bir məsələni də qeyd etməyi zəruri hesab edir ki, analoji hallarda işə baxan məhkəmələr tərəflərin hüquqdan sui-istifadə etməsi, işə vaxtında və tez baxı lmasını əngəlləmək üçün əsassız vəsatətlər verməsinə diqqət yetirməli və zəruri hallarda qeyd olunan sui-istifadə hallarından çəkindirən prosessual hüquq normalarının tətbiqini müzakirə etməlidirlər.
28. Qeyd olunanları nəzərə alaraq kassasiya kollegiya belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 24.2, 26, 32 və 416-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-664/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Bəhman