Məhkəmə qərarları › İş №2(102)-2244/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2244/2024

02.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2244/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddiası, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “tikintiyə sərf olunmuş vəsaitin cavabdehdən tutulması, evdən çıxarılma” tələblərinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2024-cü il tarixli, 2(103)2058/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi Cavabdeh istifadəsində, həmin torpaq sahəsində yerləşən B tikilisi isə mülkiyyət hüququ əsasında ona məxsusdur.

2. İddiaçı 2005-2006-cı illərdən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0,025 ha torpaq sahəsində yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən üç otaqlı ev və təxminən 60 kv.m. sahəsi olan dülgər sexinin ti kintisi üçün sərf olunmuş 80.000 manat pulun, iddia qaldırılan zaman dövlət rüsumu olaraq ödənilmiş 330 manat, ümumilikdə 80.330 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayonu, keçmiş Əhmədli yolu hazırkı Kazımağa Kərimov küçəsində yerləşən torpaq sahəsi yaxın dost münasibətində olduğu Cavabdeh sahibliyində və istifadəsində idi. Aralarında çox yaxşı səmimi münasibət var idi. Rauf özünə məxsus olan torpaq sahəsində iddiaçıya ev tikməyə icazə vermişdir. İddiaçı da bunun qarşılığında heç bir maddiyat güdmədən təmənnasız olaraq cavabdehin evinin tikintisini başa çatdırmışdır. Elə evlər tikilib başa çatan ili, yəni 2005-ci ildə Texniki İnverntarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyya tı İdarəsi tərəfindən yaşayış evlərinə texniki pasportu alınmışdır. 2005-ci ildən hazıradək həmin evdə yaşamaqla evin bütün kommunal xidmətləri iddiaçının adına qeydiyyatdan keçmişdir. Evlə bərabər iddiaçı özünə dülgər sexi də tikmiş və bu gün də fəaliyyət göstərir. 02 dekabr 2006-cı ildə Cavabdeh həmin 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş evlərə ******* saylı çıxarış almışdır. Bir müddət bundan əvvəl cavabdeh heç bir səbəb olmadan iddiaçıya bildirmişdir ki, yaşadığı evdən çıxsın çünki torpaq cavabdehə məxsusdur. İddiaçı cavabdehlə söhbət edərkən bildirmişdir ki, axı iddiaçı kifayət qədər vəsait hesabına ev tikmiş, hətta iddiaçıya özünə məxsus olan torpaqda ev tikməyə icazə verdiyi üçün cavabdehin evinin tikməyə heç bir qarşılıq almadan zəhməti ilə tikib başa gətirmişdir. Nə qədər anlaşmağa çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Aralarındakı narazılıq bu gün də davam edir. Belə olan halda iddiaçı həmin evin tikintisinə, inşa olunmasına çəkdiyi vəsaitin cavabdehdən alınması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Nə qədər ki, nə evin daşınması nə sökülməsi mümkün deyil, hesab edir ki, iddia tələbində də haqlıdır. İddiaçı torpaq üzərində tikilən 3 otaqdan ibarət evə və həmçinin dülgər sexinə 80.000 manatdan artıq vəsait xərcləmişdir.

5. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilərək İddiaçı ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən y aşayış evindən və torpaq sahəsindən çıxarılması və həmin yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 2023-cü ilin may ayından qətnamə çıxarılacağı günədək hər ay üçün 400 manat hesablanmaqla cəmi məbləğin İddiaçı alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbində göstərdiyi hallar tamamilə yalandan ibarətdir. Doğru olan ondan ibarətdir ki, Süleymanın atası iddiaçıya məxsus olan evin yanında sex işlədirdi. Sonradan işdən çıxarıldığı və yersiz qaldığı üçün iddiaçı onlara hazırkı evi yaşamaq üçün vermişdir və qarşılığında da bu günə qədər heç bir haqq əldə etməmişdir. 2019-cu ildə artıq evi satmaq istədiyini Süleymana bildirmiş və sonuncu da demişdir ki, evi o alacaq, bir az vaxt versin pulu çatmır. İddiaçı artıq 4 ildir ki, Süleymanın evi alacağını, pulu nə vaxt düzəldəcəyini gözləyir. Bu ilin may ayında iddiaçı bildirmişdir, ki, artıq evi satmır, kirayəyə vermək istəyir ki, aylıq dolanışığı olsun. Bundan sonra cavabdeh qalmaq istəyirsə hər ay 400 manat kirayə ödəyib qalar. Bu günə qədər Süleyman bir manat da olsun kirayə haqqı ödəmədən iddiaçının evində qalmaqda davam edir. Hal-hazırda cavabdeh könüllü olaraq evi tərk etmir və bu hal iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Nəticə etibarilə iddiaçı evində rahat və firavan yaşaya bilməməklə yanaşı, onun barəsində sərəncam verə bilmir.

7. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini x ahiş etmiş, ərizənin məzmununa uyğun izahat vermiş, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

8. Məhkəmə iclasında Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbinə etiraz edərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5658/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış evindən və istifadəsində olan torpaq sahəsindən çıxarılaraq həmin yaşayış evi və torpaq sahəsi Cavabdeh təhvil verilməsi, qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Məhkəmə il kin iddiaya qiymət verərək hesab etmişdir ki, iddiaçı cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evi inşa etməsini göstərsə də buna dəlalət edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbi nə məhkəmə iclasında verilən izahatlarla, nə hər hansı şahid ifadələri ilə və ya digər yanakı sübutlarla öz təsdiqini tapmamışdır.

11. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək hesab etmişdir ki, nə qədər ki, Cavabdeh əmlakın tam hüquqlu mülkiyyətçisidir, o, öz əmlakından istədiyi kimi istifadə etməkdə haqlıdır. Hazırda əmlakından İddiaçı tərəfindən istifadə edilməsi mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə araşdırması zamanı İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadəsinə əsas ola biləcək qanunla nəzərdə tutulmuş hallar aşkar edilmə mişdir.

12. Məhkəmə qeyd etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də 2 dekabr 2006-cı il tarixli çıxarış əsasında Cavabdeh istifadəsinə verilmişdir. Odur ki, cavabdehin torpaq sahəsindən çıxarılması və oranın iddiaçıya təhvil verilməsi hissəsində də iddia təmin edilməlidir.

13. Məhkəmə iddia tələbinin 2023-cü ilin may ayından qətnamə çıxarılacağı günədək hər ay üçün 400 manat hesablanmaqla cəmi məbləğin İddiaçı alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırmasında tərəflər arasında mövcud olmuş razılaşma əsasında İddiaçı ailə üzləri ilə birlikdə evdən əvəzsiz qaydada istifadə etməsi müəyyən edilmişdir. Tərəflər arasında mübahisə yaranandan sonra evin alğı-satqısı ilə bağlı tərəflər razılığa gəlməyə çalışmış, lakin alğı-satqı baş tutm amışdır. Tərəflər arasında kirayə münasibətlərini əhatə edən kirayə haqqını tənzimləyən hər hansı razılaşmanın mövcud olması məhkəmə araşdırması zamanı aşkar edilməmişdir.

14. Məhkəmə qarşılıqlı iddia tələbinin İddiaçı ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən mənzildən və torpaq sahəsindən çıxarılmasına münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ailə üzvləri dedikdə kimləri nəzərdə tutduğunu iddia ərizəsində və ya onun nəticə hissəsində konkret göstərməmiş, məhkəmə araşdırması zamanı ailə üzvlərinin kimlər olduğunun müəyyən edilməsinə də cəhd və təşəbbüs göstərməmişdir. Bu səbəbdən həmin şəxslər iş üzrə cavabdeh qismində cəlb edilməmişdir.

15. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 157.2, 157.8, 675-c i maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni ilkin iddianın rədd, qarşılıqlı iddianın isə qismən təmin olunduğu hissədə ləğv edilməsini xahiş etmişdir.

17. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun tərəfindən inşa edilmişdir, mənzilə dair kommunal xidmətlər onun adına rəsmiləşdirilmişdir. 2005-ci ildən, yəni evi tikdiyi gündən hazıradək həmin evdə ailəsi ilə bərabər yaşayır. Evlə bərabər özünə dülgər sexi tikmişdir. Məhkəmə təqdim etdiyi sübutları araşdırmadan iddianı təmin etməmişdir. Mübahisəli evin onun tərəfindən tikilməs i, 19 il həmin evin onun sahibliyində və istifadəsində olması, evin sahibi olaraq onun adına bütün kommunal xidmətlərlə bağlı abonent kodunun açılması və s. hallara məhkəmə düzgün qiymət verməmiş, yanlış nəticəyə gəlmişdir. Eyni zamanda, onun öz vəsaiti hesabına ərsəyə gətirdiyi evdən çıxarılması qənaətinə gəlmişdir. Halbuki 19 ildən artıq həmin evdə yaşayır, mənzilin kommunal ödənişləri onun tərəfindən edilir. Buna baxmayaraq məhkəmə qətnaməsində mənzilə istifadə hüquqlarının olmadığını qeyd edərək onun gələcəkdə mənzilə dair bütün hüquqlarını məhdudlaşdırmışdır.

18. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 2(103)-2058/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: E.Kazımov (sədrlik edən və məruzəçi), İ.Şirinov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası bildirmişdir ki, ilkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, qarşılıqlı iddanın isə faktiki əsası (faktiki hallar) təmin edildiyi hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilkin iddiaçı iddia tələbin in əsası kimi istinad etdiyi hallara dair, yəni qarşılıqlı iddiaçının mülkiyyətində olan evin tikintisinə 80.000 manat sərf etdiyini bəyan etsə də buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Çünki istinad etdiyi hallara dair sübut təqdim etmək və həmin halları sübut etmək yükü ilkin iddiaçının üzərinə düşür. Qeyd olunan ünvanda qaz, işıq və su sayğacının ilkin iddiaçının adına olması da ilkin iddianın əsaslı olmasına heç bir təsiri ola bilməz. Çünki ilkin iddiaçının uzun illər ailəsi ilə birgə qarşılıqlı iddiaçının mülkiyyətində olan evdə yaşaması mübahisə predmeti deyildir. Demək ki, ilkin iddiaçı uzun illər yaşadığı evdə kommunal xidmətlərdən istifadə edirsə, qaz, işıq və su sayğacı da onun adına qeydə alına bilər. Yəni, ilkin iddiaçı 19 il yaxud daha çox müddətdə qarşılıqlı idd iaçının mülkiyyətində olan evdə yaşayırsa təbii ki, həmin ev onun istifadəsində və sahibliyində olmalıdır. Əks halda həmin evdə necə yaşamaq olar. Ancaq bu halların həqiqiliyi onun həmin evin və dülgər sexinin tikintisinə 80.000 manat sərf etməsini təsdiq etmir. İlkin iddiaçı tərəfindən kommunal ödənişlərin həyata keçirilməsi həmin xidmətlərdən istifadə etməsi ilə bağlı olmuşdur. Bu faktlar evin tikintisinə onun tərəfindən 80.000 manat vəsait sərf olunduğunu hansısa formada təsdiq etmir.

22. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respubikasının Mülki Məcəlləsinin 157.1, 157.2, 157.4-157.8, 158.2, 158.4, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1093.1, 1095-ci maddələrinə, Azərbaycan Respubikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 217.3, 217.4, 384.0.1, 385-ci maddələrinə i stinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. İlkin iddia üzrə İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş materiallarında olan həm də təqdim edilmiş sübutları araşdırmadan iddianı təmin etməmişdir. Bütün bu mövqeyi ilə məhkəmə sadalanan qanunvericilik normalarının tələblərini pozmuşdur. Mübahisəli evin iddiaçı tərəfindən tikilməsi, 19 il həmin evin onun sahibliyində və istifadəsində olması və evin sahibi olaraq onun adına bütün kommunal xidmətlərlə bağlı abonent kodunun açılması və s. hallara məhkəmə düzgün qiymət verməmiş, belə bir yalnış nəticəyə gəlmişdir. Eyni zamanda iddiaçının öz vəsaiti hesabına ərsəyə gətirdiyi evdən onun çıxarılması qənaətinə gəlmişdir. Halbuki 19 ildən artıq həmin evdə yaşayır, mənzilin kommunal ödənişləri onun tərəfindən həyata keçirilir. Buna baxmayaraq məhkəmə qətnaməsində mənzilə istifadə hüquqlarının da mövcud olmadığını qeyd edərək onun gələcəkdə mənzilə dair bütün hüquqlarını məhdudlaşdırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyan ı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

30. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

31. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın də yərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

32. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

33. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

34. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

35. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

36. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüq uqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

37. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

38. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

39. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

40. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümu mi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kas sasiya baxışının hədləri

48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması xahiş olunsa da, dəlillər ilkin iddianın təmin olunmayan, qarşılıqlı iddianın təmin olunan hissəsi ilə bağlıdır. Bu baxımdan apellyasiya instansiya məhkəməsinin qətnaməsi yalnız ilk iddianın rədd olunan və qarşılıqlı iddianın təmin olunan hissələrində yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətlər i çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, ilk iddiaçı tələbini sübut edə bilməmişdir.

52. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi və bu maddədən irəli gələrək Məcəllənin 1091 və 1092-ci maddələri təşkil edir.

53. Qanunun həmin normalarına əsasən əmlakı mülkiyyətçiyə qaytarmalı olan vicdanlı sahib ayırmaq mümkün olmayan yaxşılaşdırmaların dəyərinin əvəzinin ödənilməsini tələb edə bilər. Belə tələbetmə hüququ isə əsassız varlanmadan irəli gəlir.

54. Hazırki işdə ilk iddiaçı göstərir ki, cavabdehin torpaq sahəsində özünün istifadəsi üçün ev tikmiş, cavabdehə məxsus evi isə tamamlamış və bu tikintiyə cəmi 80.000 manat xərc çəkmişdir. Cavabdeh onun həmin sahədən çıxarılmasını tələb etdiyi üçün və hər hansı məbləği ona ödəmədiyindən, o, əsassız varlanmış hesab olunur və bu səbəblə apardığı yaxşılaşdırmanı götürmək imkanın olmadığı üçün çəkilmiş xərci tələb edir.

55. Xərcin kimi tərəfindən çəkilməsi ilə nəticəyə gələn apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, xərcin məhz ilk iddiaçı tərəfin vəsaiti əsasında aparılmasını təsdiq edən heç bir sübut mövcud olmamışdır. Evin üzərində isə artıq cavabdehin (qarşlıqlı iddiaçının) mülkiyyət hüququnun tanınması təsdiq olunur. Bu halda ilk iddiaçı evə çəkilmiş xərci Mülki Məcəllənin 157.7-ci maddəsinə istinad edərək, yaxşılaşmanın əvəzi olaraq tələb etmək hüququna malik deyildir.

56. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şika yətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2024-cü il tarixli, 2(103)2058/2024 nömrəli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar