Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2247/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əsl olmayan cavabdeh, iddia tələbinə cavab verməli olan şəxs, işçinin vurduğu zərərə görə məsuliyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2601/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair iş ə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7000 manat maddi və 10.000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildə Bakı şəhərinin Yeni Yasamal massivində şirkətdə işləyərkən 10-cu mərtəbədən aşağıya yıxılmış və sol qolundan xəsarət almış, bütün sümükləri sınmışdır. Məcbur olub Şirvan Şəhər Xəstəxanasına getmiş və öz vəsaiti hesabına 2 dəfə əməliyyat olunmuşdur. Sümüyünün birini bitirsələr də, digərini bitirə bilmə mişlər. Sonra qoluna saldıqları mili çıxarmışlar və bir daha əməliyyat etməmişlər. Qolu ağrımadığı üçün dolanışıq xatirinə təxminən 10 il – 2017-ci ilə kimi bənna, suvaqçı kimi tikinti işlərində işləmişdir. Həmin ilin noyabr ayında qolu ağrı verməyə başlamışdır. Sumqayıt Şəhər Təcili X1 travmatoloq həkim olan cavabdehə müraciət etmişdir. Qoluna baxandan sonra cavabdeh söz vermişdir ki, əməliyyat edəcək və əməliyyatdan sonra qolu 100 faiz düzələcəkdir. Cavabdehin özünə 1500 manat pul çatdırmış və 2018-ci ilin mart ayında əməliyyat olunmuşdur. Qolu birinci dəfə əməliyyat olunanda düzəlməmiş, ikinci dəfə əməliyyat edəndə cavabdeh ona bildirmədən salamat sümüyünü kəsmişdir. Cavabdeh qoluna xüsusi aparat qoymuş və 3-4 aydan sonra çıxararaq plastik qaba qoymuşdur. Bütün bunlara baxmayaraq qolu d üzəlməmiş, əksinə vəziyyəti bir az da ağırlaşmışdır. Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra göndəriş əsasında Travmatologiya İnstitutunda onu 02.07.2019-cu il tarixdə «sol said sümüklərinin orta 1/3-nin əməliyyatdan sonrakı yalançı oynağı» diaqnozu ilə həkim xxxxx əməliyyat etmişdir. Sonuncu tam sağala biləcəyinə zəmanət verməmiş, demişdir ki, kəsilən sümüyü bitsə də, gec bitəcək, ümid azdır. Onun dolanışığı, müalicə xərcləri sosial şəbəkələr vasitəsilə insanların hesabınadır. Maddi durumu çox acınacaqlı vəziyyətdədir. 20 aya yaxındır şikəstdir, gecəsi-gündüzü yoxdur, ağrılardan yata bilmir. Özü-özünə xidmət etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X2” X3 tərəfindən verilmiş 23.04.2020-ci il tarixli, 718 nömrəli rəyə əsasən, 1969-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 29.03.2018-ci il tarixdə “Şəfqət” Klinikasına müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona, “Sol mil sümüyü orta 1/3-nin böyük sümük deffekti ilə bitişməyən sınığı. Sol mil-bilək oynağın deformasiyası. Kontrakturası. Funksiya pozğunluğu” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və həmin tarixdə “Sol mil sümüyü deffektinin autotransplantla bərpası. Kilidli metallövhə və vintlərlə m etalloosteosintezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə 31.03.2018-ci il tarixdə ambulator nəzarətə evə buraxılmışdır. Xəstə 16.01.2019-cu il tarixdə “Liman” Klinikasına “Sol mil sümüyün metallövhə ilə təsbit edilmiş bitişmiş sınığı. Sol dirsək sümüyünün deformasiyası. Sol mil-bilək oynağının deformasiyası” diaqnozu ilə daxil olmuş və üzərində “Metallövhənin xaric edilməsi. İlizarov aparatı ilə sol said sümüklərinin osteosintezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstə 17.01.2019-cu il tarixdə kafi vəziyyətdə evə buraxılmışdır. Onun üzərində icra edilmiş etaplı cərrahi müdaxilələr tibbi göstəriş əsasında taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onda keçirilmiş cərrahiyyə əməliyyatlarından s onra said sümüklərinin hipertrofık yalançı oynağının əmələ gəldiyi müəyyən edildi. Bu patologiya sonuncunun almış olduğu travma və eyni zamanda xəstənin təkidi ilə xarici fiksasiya aparatının tez çıxarılması nəticəsində meydana çıxmışdır. Bu patologiyanın aradan qaldırılması üçün onun təkrar opertiv müdaxiləyə ehtiyacı vardır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(060)-568/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mütəxəssis tərəfindən müayinəsi zamanı onda keçirilmiş cərahiyyə əməliyyatlarından sonra said sümüklərinin hipertrofik yalançı oynağının əmələ gəldiyi aşkar olunmuş, bu patologiya iddiaçının almış olduğu travma və eyni zamanda xəstənin təkidi ilə xarici fiksasiya aparatının tez çıxarılması nəticəsində meydana gəlmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim edə bilməmişdir. Ona görə də, iddia tələbi rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2601/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Ta ğızadə və L.Məmmədova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci istansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096.1, 1097.1, 1115-ci, MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qə rarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işi tam araşdırmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kassator göstərmişdir ki, ekspert araşdırılmalı olan sualları tam araşdırmamış, ekspert qarşısında işin aydınlaşdırılması üçün vacib suallar qoyulmamışdır. Apellyasiya məhkəməsində əlavə və ya təkrar ekspertiza təyin olunmasını xahiş etsə də, məhkəmə onun vəsatətini təmin etməmiş, öz təşəbbüsü ilə də məsələnin aydınlaşdırılması üçün tədbir görməmişdir. Məhkəmə təqdim etdiyi sübutları qəbul etməmiş, halbuki onları qəbul edib ekspert rəyi ilə birlikdə məcmu halda tam və ətraflı araşdırıb qiymətləndirməli idi. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 1117-ci, MPM-nin 9.1, 9.3, 77.3, 88, 101, 102.1, 217.3-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakç ılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansi yası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (re al zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülk i hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. MPM Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya inst ansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər... Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçı tələbini cavabdeh qismində onu tibbi əməliyyat etmiş həkim Cavabdeh qarşı yönəltmiş və hesab etmişdir ki, həmin həkimin səhvi nəticəsində dəymiş maddi və mənəvi zərər cavabdehdən tutularaq ona ödənilməlidir. Mülki Məcəllənin 1099 və 1112-ci maddələrinə əsasən, işçinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərər işçisi olduğu hüquqi və ya fiziki şəxs tərəfindən ödənilməlidir. Hazırkı iş üzrə hüquqi şəxs olan tibb müəssisəsində müalicə zamanı iddiaçıya zərərin vurulduğu sübut edildiyi halda həmin zərərə görə məsuliyyəti müəssisənin özü daşımalıdır. İşə birinci instansiya məhkəməsində və apellyasiya qaydasında ba xılarkən iddiaçı tərəfindən MPM-in 51 və 54-cü maddələrinə müvafiq olaraq başqa cavabdehin cəlb olunması və ya cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Apellyasiya instansiya məhkəməsi mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə zidd olaraq, iddia tələbinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olmayan şəxsə qarşı verilmiş iddia tələbinə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verərək iddianı rədd etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş pozuntunun xarakterini, apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini, habelə apellyasiya baxışı zamanı cavabdehin əsl cavabdehlə əvəz edilməsinin və ya əlavə cavabdeh cəlb edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında MPM-in 417.1.4-cü maddəsinə əsasən yeni qərar qəbul olunmasını mümkün hesab edir. Belə ki, hazırkı iş üzrə tələbə cavab verməli olan tibbi müəssisəsi iddiaçı tərəfindən cavabdeh kimi cəlb olunmadığından iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi barədə tələblərinə iddianın əsaslı olub-olmaması baxımından mahiyyəti üzrə qiymət verilə bilməz. Ona görə də iddia ona cavab verməli olmayan şəxsə qarşı verildiyi əsası ilə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Mə hkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2601/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2247/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2247/2021
26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver