Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2248/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İlkin iddia tələbi: borcun ödənilməsi Qarşılıqlı iddia tələbi: kredit müqaviləsinin etibarsız hesab edilməsi (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, müqavilənin etibarsızlığı, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(103)-9918/2019 nömrəli iş üzrə 13 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 27.03.2018-ci il tarixdə notariat qaydada təsdiq edilmiş kredit müqaviləsi imzalanmışdır. Müqavilədə iddiaçının cavabdehə 35000 ABŞ dolları pul borc verdiyi, cavabdehin isə həmin pulu 10.05.2018-ci il tarixdə qaytarılmağı öhdəsinə götürdüyü qeyd edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında 27.03.2018-ci il tarixdə bağlanmış kredit m üqaviləsi əsasında cavabdehə verdiyi 35000 ABŞ dolları borcun və dövlət rüsumu üçün ödədiyi pulun əvəzi olaraq 30 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dəfələrlə cavabdehə borcun qaytarılması barədə müraciətlər etməsinə baxmayaraq, cavabdeh müqavilə əsasında aldığı borcu qaytarmamışdır. Cavabdeh qarşılıqlı iddia verərək onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında borc münasibəti 2016-cı ildən başlanmışdır. Cavabdeh iddiaçıdan dəfələrlə faizlə borc almış və qaytarmışdır. Cavabdehin iddiaçıya borcu qalmadığı halda iddiaçının təzyiqləri və hədəqorxusu nəticəsində, cavabdeh, 27.03.2018-ci il tarixli sözügedən kredit müqaviləsini bağlamaq məcburiyyətində qalmışdır. Müqavilədə iddiaçı tərəfindən ona 35000 ABŞ dolları məbləğində borcun verildiyi qeyd edilsə də, həmin müqavilə üzrə cavabdehə hər hansı məbləğdə pul verilməmişdir. Müqavilədə göstərilən məbləğ əvvəlki borcu və faizləri ifadə edir. Maliyyə çətinliklərinə baxmayaraq 2018-ci ilin avqust-sentyabr aylarına kimi cavabdeh həmin borcu da, hissə-hissə olmaqla iddiaçıya qaytarmışdır, hazırda iddiaçıya borcu yoxdur. Cavabdeh tələbinin əsasını sübut etmək üçün iki şahid ifadəsi – dostu x1 və qardaşı x3 ifadələrini təqdim etmişdir. x7 ifadəsində göstərmişdir ki, cavabdeh iddiaçıdan 35.000 ABŞ dolları məbləğində pulu borc almış və hissə-hissə qaytarmışdır. Buna baxmayaraq iddiaçı cavabdehə kredit müqaviləsi imzalatdırmışdır. Cavabdeh həmin borcu 2017-ci ilin dekabr ayına kimi hissə-hissə ödəmişdir. x8 ifadəsində göstərmişdir ki, cavabdeh iddiaçıdan borc aldığı 35.000 ABŞ dollarını 2018-ci ilin sentyabr ayında qaytarmışdır. Cavabdehin iddiaçıya hazırda borcu yoxdur. İddiaçının qarşılıqlı iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Cavabdehin guya onun tərəfindən məcbur edilmə, hədə-qorxu gəlmə və ya aldatma halları ilə bağlı ərizədə qeyd etdikləri əsassızdır, qarşılıqlı iddiaçı bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında əvvəllər də borc müqavilələri olmuşdur. Bütün müqavilələr, həmçinin hazırkı müqavilə tərəfləri arasında qarşılıqlı razılıq əsasında, ş ərtləri tərəflər arasında razılaşdırılmaqla könüllü surətdə imzalanmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-733/2019 nömrəli, 13 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov) ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-9918/2019 nömrəli iş üzrə 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşə baxan məhkəmələr müəyyən etmişlər ki, iddiaçı ilə cavabdeh arasında bağlan mış və Bakı Şəhəri 44 saylı Notariat Kontoru tərəfindən təsdiqlənərək reyestrdə 3M-142 № ilə qeydə alınmış 27.03.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 35000 ABŞ dolları məbləğində pulu faizsiz olaraq borc almış və borcu 10.05.2018-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Apelyasiya instansiyası məhkəməsi cavabdehin bildirdiyi məlumatları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, kredit müqaviləsinin məcburetmə əsası ilə etibarsız hesab olunmasını tələb edən cavabdeh qeyd edilən halı sübuta yetirməlidir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir. Məhkəmə qeyd etmişdir ki, şahid ifadələri bir-biri ilə ziddiyyət təşkil etməklə cavabdehin istinad etdiyi məcburetmə faktının mövcudluğunu təsdiq etmir. MPM-nin 14.2ci maddəsinə görə isə, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi sübuta yetməyən qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlilləri əsassızıdır. İlk iddianın həlli ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlə onun arasında 27.03.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsaslanaraq cavabdehə verdiyi borcun ödənilməsi məqsədi i lə 35000 ABŞ dolları məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Yuxarıda artıq qeyd edildiyi kimi apellyasiya baxışının nəticələri ilə müəyyən edilmişdir ki, həmin kredit müqaviləsi etibarsız deyil. Apelyasiya instansiyası məhkəməsi Mülki Məcəlləsinin 739.1-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh bu öhdəliyin onun tərəfindən icra edildiyi sübuta yetirə bilmir. Bununla da, müəyyən olunmuşdur ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi var və o, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. Məhkəmə işin hallarına Mülki Məcəllənin 442, 445.1, 445.2.1, 448-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliklərinin olması müəyyən edildiyindən o, iddiaçı ilə onun arasında bağlanmış kredit müqaviləsinin predmeti olan 35000 ABŞ dolları məbləğində pulu iddiaçıya ödəməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işdə olan halları tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəm ə iclasında iştirak edən cavabdeh və onun vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilə n və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 739.1. Borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apelyasiya şikayətinin dəlillərini təkrarlayan həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9918/2019 nömrəli iş üzrə 13 sentyabr 2019-cu il t arixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2248/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2248/2020
22.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver