Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-225/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər C1 və Cavabdeh2 qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əşya üzərində mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-105/2019 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə icl asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kirovabad şəhəri X3 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11 nömrəli qərarına əsasən, Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin qərar əsasında İddiaçı adına xx.xx.2006-cı il tarixli, JN559 A nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti tərəfindən verilmiş ******* nömrəli şəhadətnaməyə əsasən, Gəncə şəhəri, Kəpəz rayonu Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır.
3. İddiaçı, cavabdehin faktiki olaraq onun mülkiyyətində olan torpaq sahəsinə çıxarış əldə etdiyini bildirərək aşağıdakı iddia tələblərini irəl i sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək (sonradan tələb dəyişdirilmişdir), Gəncə şəhəri “Bahar” BYB-nin xx.xx.1989-cu il tarixli, 43 saylı iclas protokolundan çıxarışın, Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı sərəncamına əsasən Cavabdeh2 0,04 ha bağ sahəsi ayrılmasına dair Gəncə şəhəri Cihazqayırma zavodunun “Bahar” BYB-yi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 240 saylı arayışın, Cavabdeh2 istifadəsində olan torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin xx.xx.2007-ci il tarixli TŞ-7-636 saylı rəyinin, torpaq sahəsinə dair hazırlanmış xx.xx.2008-ci il tarixli A026862 saylı «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin, eyni zamanda DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı bildirir ki, mübahisəli torpaq sahəsi ona məxsusdur, və o, xx.xx.2013-cü il tarixli 50 illik baş etibarnamə ilə həmin torpaq sahəsini Nicat Əliyevə vermişdir. Sonradan isə müəyyən edilmişdir ki, ona məxsus olan torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir.
6. Cavabdeh isə bildirir ki, mübahisəli torpaq sahəsinə dair ona qanuni şəkildə çıxarış verilmiş, orada özü tikinti işləri aparmışdır.
7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim F.Mirabov) xx xxxxxxx 2020-ci il tarixli, 2(043)-5313/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmə mövqe yini belə əsaslandırmışdır ki, “X5 “ASC-nin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 “X5 “ zavodunda işləməmişdir. Kirovabad şəhər, XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 satlı sərəncamına əsasən Cavabdeh2 0,04 ha bağ sahəsi ayrılmasına dair Gəncə şəhəri, Cihazqayırma zavodunun “Bahar” BYB-yi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 240 saylı arayışı, Gəncə şəhəri “Bahar” BYBnin xx.xx.1989-cu il tarixli, 43 saylı iclas protokolundan çıxarış, Cavabdeh2 istifadəsində olan torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin xx.xx.2007-ci il tarixli TŞ-7-636 saylı rəyi, torpaq sahəsinə dair hazırlanmış xx.xx.2008-ci il tarixli A026862 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi və həmin sənədlər əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına olan xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış qanunsuz və əsassız verildiyindən ləğv edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şəfiyev (sədrlik edən və məruzəçi), R.Mamedov və A.Hüseynzadə) xx xxxxxx 2020-ci il tarixli, 2(104)-105/19 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5313 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməməsi, iş üzrə 200 manat ekspertiza xərcinin İddiaçı tululu b Kadastr xxx -nin hesabına keçirilməsi qət edilmişdir.
10. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı mülkiyyətinə verilmiş JN 559A saylı şəhadətnamədə ayrılan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmədiyindən, X2 adına rəsmiləşdirilmiş RX seriyalı ******* saylı çıxarışla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, iddiaçı mübahisəli sahənin özünə məxsus olmasını sübuta yetirə bilməmişdir. Ona görə də Hamaya Bayramovanın adına verilmiş mübahisə predmeti olan çıxarışın ləğvi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün ape lyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apelyasiya instansiya məhkəməsi iş üzrə ziddiyyətli ekspert rəyləri olmağına baxmayaraq sonuncu ekspert rəyinə əsaslanıb iddia tələbini təmin etməmişdir. Belə ki, işdə olan ekspertin xx.xx.2017ci il tarixli, 5484 nömrəli rəyindən görünür ki, iddiaçı və cavabdehin torpaq sahələri üstüstə düşür. İşdə olan xx.xx.2018-ci il tarixli, 14178 saylı və xx.xx.2019-cu il tarixli, 25831 saylı ekspert rəyləri ilə isə torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Belə olan halda iddiaçı tərəfindən vəsatət verilərək təkrar məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının ünvan 1 ünvanında yerləşən "X1 "nə həvalə edilməsi barədə qəra rdad qəbul edilməsi xahiş edilsə də, məhkəmə kollegiyası hansısa maraqdan işdə ziddiyyətli ekspert rəyləri olmağına baxmayaraq təkrar ekspertizanın aparılması barədə vəsatəti təmin etməkdən imtina etmişdir. Halbuki iş materiallarında olan AR ƏN MEM tərəfindən verilmiş rəylər arasında kəskin ziddiyyət vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102-ci maddəsinin tələbinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdaf iə edərək, onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
17. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
18. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin ap arılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
19. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
20. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsi:
23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
27. Maddə
416. Kassasiya instansiyası məhk əməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. 32. xx.xx.2006-cı il tarixli JN559 A KOD 20000002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, 0,04 ha torpaq sahəsi Kirovabad XDS İcraiyyə Komi təsinin xx.xx.1988-ci il tarixli 11 nömrəli qərarı əsasında İddiaçı mülkiyyətinə verilmişdir.
33. İddiaçı əmək kitabçasının notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, o həqiqətən də xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi “X5 “ASC-də işləmişdir. 34. “X5 “ASC-nin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 “X5 “ zavodunda işləməmişdir.
35. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, DƏDRX tərəfindən Cavabdeh2 adına Gəncə şəhəri Kəpəz rayonu, Məhsəti qəsəbəsində 0,04 ha torpaq sahəsi verilmişdir. 36. xx.xx.1988-ci il tarixli 240 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Cihazqayırma zavodunda Kirovabad İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 saylı protokolunun qər arı əsasında verilmiş Bahar bağçılıq torpaq sahəsindəki nömrəsiz torpaq sahəsi ona məxsusdur.
37. Bahar BYB tərəfindən verilmiş çıxarışdan görünür ki, Həmkarlar Komitəsinin xx.xx.1989-cu il tarixli 43 nömrəli protokolu əsasında Gəc zavodu ərazisində bağçılıq üçün birliyinin üzvü Cavabdeh2 0,04 ha torpaq sahəsi bağ evi üçün ayrılmışdır. 38. “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin xx.xx.2007-ci il tarixli TŞ-7-636 saylı rəyindən görünür ki, Cavabdeh2 istifadəsində olan torpaq sahəsi Gəncə şəhərinin 6-cı qiymət zonasında yerləşir.
39. Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli A026862 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cavabdeh2 Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı qərarına və Bahar BYB-nin xx.xx.1989-cu il tarixli 43 saylı protokoluna əsasən 400 kv.m torpaq sahəsi bağ evi tikmək üçün verilmişdir.
40. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2-1(83)-12/2017 saylı qərarından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir.
41. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarından görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2-1(83)-12/2017 saylı qərarı ləğv olunaraq iddia ərizəsi mümkün hesab edilməmişdir.
42. Ekspertin xx.xx.2017-ci il tarixli 548 4 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Kirovabad XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 nömrəli qərarı əsasında xx.xx.2006-cı il tarixli JN559 A KOD 20000002 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə İddiaçı verilmiş 0,04 ha torpaq sahəsinin koordinatları ilə həmin ərazidə yerləşən 17.022016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 məxsus 0,04 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir.
43. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, **********725 saylı rəyindən görünür ki, iddia olunan mübahisəli torpaq sahəsinin döngə koordinatları ilə Gəncə şəhəri XDS İK-nin xx.xx.1988 -ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş JN 559A saylı şəhadətnamənin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, mərkəzin elektron bazasında JN 559A saylı şəhadətnamə olmadığından ayrılan 0,04 ha torpaq sahəsinin döngə koordinatlarını müəyyən etmək mümkün deyildir. İddiaçı mülkiyyətinə verilmiş JN 559A saylı şəhadətnamədə ayrılan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmədiyindən, X2 adına rəsmiləşdirilmiş RX seriyalı ******* saylı çıxarışla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 14178 saylı rəyindən görünür ki, mərkəzin elektron bazasında JN 559A saylı şəhadətnamədə olmadığına görə iddia olunan mübahisəli to rpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə Gəncə şəhəri XDS İK-nin xx.xx.1988-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş JN 559A saylı şəhadətnamənin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçı mülkiyyətinə verilmiş JN 559A saylı şəhadətnamədə ayrılan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmədiyindən, X2 adına rəsmiləşdirilmiş RX seriyalı ******* saylı çıxarışla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
45. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, 164 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli, JN-559A (KOD ********) saylı torpağın mülkiyyətə v erilməsinə dair şəhadətnamədə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və hər hansı istinad nöqtəsi qeyd edilmədiyindən, həmçinin JN 559A saylı şəhadətnamənin elektron baza məlumatlarında öz əksini tapmaması səbəbindən, həmin 0,04 ha torpaq sahəsini naturada müəyyən etmək mümkün deyildir. X2 adına qeydə alınmış 0,04 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən torpaq sahəsinin plan və ölçü sənədi iş materiallarına əlavə edilmədiyindən və eləcə də yuxarıda qeyd olunduğu kimi xx.xx.2006-cı il tarixli, JN-559A (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron baza məlumatlarında öz əksini tapmadığından, həmin torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyini müəyyə n etmək mümkün deyildir.
46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 25831 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli, JN-559A (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və hər hansı istinad nöqtəsi qeyd edilmədiyindən, həmçinin JN 559A saylı şəhadətnamənin elektron baza məlumatlarında öz əksini tapmaması səbəbindən, həmin 0,04 ha torpaq sahəsini naturada müəyyən etmək mümkün deyildir. X2 adına qeydə alınmış 0,04 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən torpaq sahəsinin plan və ölçü sənəd i iş materiallarında əlavə edilmədiyindən və eləcə də yuxarıda qeyd olunduğu kimi xx.xx.2006-cı il tarixli, JN-559A (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron baza məlumatlarında öz əksini tapmadığından, həmin torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün deyildir.
47. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 0,04 ha torpaq sahəsi Kirovabad XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 nömrəli qərarı əsasında İddiaçı mülkiyyətinə verilmiş və onun mülkiyyət hüquqları xx.xx.2006-cı il tarixli JN559 A KOD 20000002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmçinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış üzrə Cavabdeh2 adına Gəncə şəhəri Kəpəz rayonu, Məhsəti qəsəbəsində 0,04 ha torpaq sahəsi qeydə alınmışdır. Həmin çıxarışın verilməsinə əsas Gəncə şəhəri, Bahar BYB-nin xx.xx.1989cu il tarixli 43 nömrəli protokolundan çıxarış, Gəncə şəhəri İHB-nin xx.xx.1988-ci il tarixli 11 saylı sərəncamına əsasən Cavabdeh2 0,04 ha bağ sahəsi ayrılmasına dair Gəncə şəhəri, Cihazqayırma zavodunun Bahar BYB-i tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 240 saylı arayış, Cavabdeh2 istifadəsində olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin xx.xx.2007-ci il tarixli TŞ-7-636 saylı rəyi, torpaq sahəsinə dair hazırlanmış xx.xx.2008-ci il tarixli A026862 saylı torpaq sahəsinin planı və ölçüsü sən ədi olmuşdur.
48. Apelyasiya məhkəməsi hesab etmişdir ki, ilk növbədə iddiaçının mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olub-olmaması araşdırılmalıdır.
49. Belə ki, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında deyilir: «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır».
50. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olun muş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
51. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə y aranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz."
52. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətinə 0,04 ha torpaq sahəsi Kirovabad XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 nömrəli qərarı əsasında verilmiş və onun mülkiyyət hüquqları xx.xx.2006-cı il tarixli JN559 A KOD 20000002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İddiaçı məhz həmin şəhadətnaməyə istinad edərək və bu torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünü iddia edərək, Hamaya Bayramovanın adına olan çıxarışı mübahisələndirir. Yəni şəhadətnamənin mövcudluğu iddiaçının subyektiv hüququnun olmasına dəlalət edir.
53. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının Hamaya Bayramovanın adına olan çıxarışı və çıxarışın verilməsinə səbəb olmuş hüquqmüəyyənedici sənədləri mübahisələndirməyə hüququ olsa da iddia tələbi əsassızdır.
54. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının xx xxxxxx 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
55. Apelyasiya instansiyası məhkəməsi onu da nəzərə almışdı r ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına d air konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.
56. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin Hamaya Bayramovanın mülkiyyətində olan 0,04 ha torpaq sahələri üst-üstə düşəcəyi halda sonuncunun çıxarışı mübahisələndirilə bilər. Bu halın müəyyən olunması xüsusi bilik tələb etdiyinə görə məhkəmə kollegiyası tərəfindən iş üzrə ilkin və təkrar məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir.
57. Hər iki ekspertiza və mütəxəssis rəyləri ilə birmənalı müəyyən edilmişdir ki, iddia olunan mübahisəli torpaq sahəsinin döngə koordinatları ilə Gəncə şəhəri XDS İK-nin xx.xx.1988-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş JN 55 9A saylı şəhadətnamənin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Çünki Mərkəzin elektron bazasında JN 559A saylı şəhadətnamə olmadığından ayrılan 0,04 ha torpaq sahəsinin döngə koordinatlarını müəyyən etmək mümkün deyildir. İddiaçı mülkiyyətinə verilmiş JN 559A saylı şəhadətnamədə ayrılan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmədiyindən, X2 adına rəsmiləşdirilmiş RX seriyalı ******* saylı çıxarışla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
58. Apelyasiya instansiyası məhkəməsi rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Çünki hər iki ekspert və mütəxəssis rəyi verilən zaman mübahisəli torpaq sahəsinin yerləşmə mövqeyi, koordinatları və ölçüləri kameral şəraitdə elekt ron baza və ortofoto materialları üzrə dəqiqləşdirilmişdir.
59. Apelyasiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçının torpaq sahələrinin üst-üstə düşməsi barədə istinad etdiyi xx.xx.2017-ci il tarixli ekspert rəyi sübut kimi qəbul edilə bilməz. Çünki həmin rəy kifayət qədər əsaslandırılmamış, müfəssəl tərtib edilməmişdir və iddiaçının torpaq sahəsinin yerində müəyyən olunması üçün hansı koordinat məlumatlarına istinad edildiyi müəyyən deyildir. Halbuki, torpaq sahəsinin yerini dəqiq müəyyən etmək onun koordinatları əsasında müəyyən oluna bilər. Digər tərəfdən apelyasiya qaydasında işə baxılan zaman keçirilmiş hər iki ekspertizanın rəyi, habelə mütəxəssislərin rəyləri yuxarıda göstərilən rəyi təkzib etmişdir.
60. Odur ki, Hamaya Bayramovanın adına verilmiş mübahisə predmeti olan çıxarışı n ləğvi üçün əsas yoxdur. Çünki iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Hamaya Bayramovaya məxsus torpaq sahəsi ilə eynilik təşkil etməsi iş materiallarından müəyyən edilmədiyi halda, cavabdehin reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasından irəli gələn müdafiə hüququna müdaxilə olunması qanunaziddir.
61. Kollegiya, apellyasiya instansiyası məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının tələbinin əsasının ilkin şərti mülkiyyət şəhadətnaməsində göstərilən torpaq sahəsinin sərhədləri ilə mübahisəli torpaq sahəsinin sərhədlərinin üst-üstə düşməsidir. Qanunvericiliyə əsasən, torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir (§ 23). İddiaçı isə özünə məxsus olduğunu iddia etdiyi sahənin sərhədlərinin müəyyənliyinə və mübahisəli sahə ilə üst-üstə düşdüyünə dair adı çəkilən reyestrin məlumatları ilə dəstəklənən sübutu təqdim edə bilməmişdir. Halbuki, bu hal, hər hansı dəlillə deyil, məhz daşınmaz əmlakın dövlət reyestri məlumatları əsasında aparılmış tədqiqatla (ekspertizanın rəyi ilə) müəyyən oluna bilər (§ 26). Bu xüsusatı isə məhkəmənin keçirdiyi tikinti-texniki ekspertizaları ilə müəyyən etmək mümkün olmamışdır.
62. Kollegiya bildirir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir.
63. Belə olan halda, iddiaçı özünə məxsu s mülkiyyət şəhadətnaməsindəki torpaq sahəsinin döngə koordinatlarını rəsmiləşdirmədən hazırkı iddia tələbləri üzrə subyektiv hüquqa malik olan şəxs hesab edilə bilməz.
64. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-105/2019 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.