Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2255/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2255/2022 Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi Bakı şəhəri, 25 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlunun məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1083/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 153151 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 ilə X6 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 664 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra arvada Babayeva soyadı verilmişdir.
2. İş materiallarında olan Əzizbəyov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 102852 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X4, anası İddiaçıdır.
3. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı 517204 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X4, anası İddiaçıdır.
4. İş materiallarında olan "xxxx" (indiki "xxxx" ASC) ASC ilə X4 arasında bağlanmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X4 "xxxx" ASC-nin Xəzər RETSİ-nin elektrik qaz-qaynaqçı vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Suraxanı rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 153546 nömrəli xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 385 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: travm atik ikincili və ya residivləşən qanaxmadır.
5. İş materiallarında olan İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 03/2021 saylı (İZ forması) aktından görünür ki, "xxxx" ASC-nin Xəzər RETSİ-nin qaz-qaynaqçı vəzifəsində işləmiş X4 xx.xx.2021-ci il tarixdə əmək funksiyasını yerinə yetirərkən işıq dirəklərinin yerlərini dəyişmək məqsədilə dirəklərin üzərində qaynaq işləri görən zaman metal materialdan olan işıq dirəyinin üzərinə düşməsi nəticəsində xəsarət alaraq həlak olmuşdur.
6. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(003)285/2021 saylı hökmün surətindən görünür ki, X13 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinərək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 il 6 ay müddətinə az adlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən X9 təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 2 il sınaq müddətinə təyin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzi olaraq (mərhumun əmək haqqı) xx.xx.2021-ci il tarixdən hər ay 560 manat, mənəvi ziyan kimi 50.000 manat, xx.xx.2008-ci il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 175 manat, xx.xx.2010-cu il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə n xx.xx.2028-ci il tarixədək hər ay 175 manat, mərhumun himayəsində olmuş nəvələrinə qulluq etməklə məşğul olan və işləməyən X8 xx.xx.2021-ci il tarixdən hər ay 175 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsi xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının əri X4 xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Xəzər RETSİ-nin qazqaynaqçı vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə əmək funksiyasını yerinə yetirərkən işıq dirəklərinin yerlərini dəyişmək məqsədilə dirəklərin üzərində qaynaq işləri görən zaman metal materialdan olan işıq dirəyinin üzərinə düşməsi nəticəsində xəsarət alaraq həlak olmuşdur. Fakt üzrə Xəzər rayon pr okurorluğu tərəfindən cinayət işi açılmış, cinayət işi üzrə vətəndaş X13 Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinmiş, iş üzrə çıxarılmış 1(003)-285/2021 nömrəli hökm qanuni qüvvəsini almışdır. Həmçinin baş vermiş bədbəxt hadisədə cavabdehin təqsiri qanunveriliciliyə uyğun tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında xx.xx.2021-ci il tarixli 03/2021 nömrəli aktla təsdiq olunur. Həlak olmamışdan əvvəl iddiaçının ərinin orta aylıq əmək haqqı 560 manat təşkil edirdi. Öhdəsində iddiaçı daxil olmaqla xx.xx.2008-ci il təvəllüdlü Məhəmməd Əlimurad oğlu, xx.xx.2010-cu il təvəllüdlü Leyla Əlimurad qızı və 1957-ci il təvəllüdlü anası X11 olmuşlar. Ailə üzvləri ilə birlikdə mənəvi sarsıntı keçirmişlər.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələ bini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçıya və digər ailə üzvlərinə sığorta ödənişləri olunub, çünki iddiaçının yoldaşı "xxxx" Sığorta Şirkəti tərəfindən sığorta olunmuşdur. Belə ki, iddiaçıya 6381,98 manat, iddiaçının qızı X3 15.733,87 manat, iddiaçının oğlu X1 14.212,456 manat və vəfat edən şəxsin anası X8 15.438,19 manat birdəfəlik sığorta ödənişləri olunmuşdur. Həmçinin, iddiaçı ona dəymiş mənəvi zərəri əsaslandırmamışdır.
10. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin (hakim R.Xəlilov) 2(006)-6221/2021 saylı iş üzrə qəbul etdiyi 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “Azərişıq» ASC-dən mənəvi zərərə görə 10.000 (on min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10.030 (on min otuz) manat məb ləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Məhkəmə qeyd edir ki, iddiaçının maddi tələbi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.5-ci maddəsinə əsasən ödənclərin verilməsi icbari sığorta olunan şəxslərə şamil edilə bilməz. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi mərhumun ailə üzvlərinə ailə başçısını itirməyə görə birdəfəlik ödənclər verilmişdir. O, halda iddiaçının maddi tələbi əsaslı hesab oluna bilərdi ki, mərhum iş yerində icbari sığorta müqaviləsi bağlamayaydı, bağladığı təqdirdə bu ödənclər sığorta şirkəti tərəfindən onlara verilməyəydi.
12. Məhkəmə vurulmuş mənəvi ziyana görə 50.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçının həyat yoldaşının əmək funksiyasını yerinə yetirərkən qaynaq işləri görən zaman metal materialdan olan işıq dirəyinin üzərinə düşməsi nəticəsində həlak olmasının iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olması işin mübahisəsiz halıdır. Belə olan halda həyat yoldaşının həlak olması nəticəsində iddiaçının keçirdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Ona görə də vurulmuş mənəvi zərərin 10.000 (on min) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23, 1117, 1121.1.3, 1121.1.4-ci, Əmək Məcəlləsinin 239(5)-ci, Mül ki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məlum haldır ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Lakin məhkəmə mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Qeyd olunanlara əsasən hesab edilir ki, hazırki iş üzrə iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarını 10.000 (on min manat) məbləğində müəyyən etməklə məhkəmə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1083/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.Həsənov və M.Məmmədov) cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)6221/2021 saylı iş üzrə qəbul etdiyi 16 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, dəymiş mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 10000 manat pul tutulması ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, maddi zərər pulla kompensasiya edilə bilər, lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir hazırki vəziyyətdə pulun iddiaçının ailə başçısının ölümü nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin azaldılacağı və ya zərər çəkənin qabiliyyətinin bərpa ediləcəyi düşünülməsə də bu fiksiya, yəni mənəvi zərərə görə 10000 manat pulun tutulması qəbul ediləndir və məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, itirilmişi qiymətləndirmək mümkün deyil, lakin mövcud şəraitdə 10000 manat pul kompensasiyası təsəlli vasitəsi kimi çıxış edə bilər.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2 1 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinadla əsaslandırmışdır.
20. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 21.3 Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkə nin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
29. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şə xsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Prossesual Məcəllə
1. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
2. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
3. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
4. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
5. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə məhkəm ələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
31. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəq qəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər... Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada q iymətləndirməsini aydınlaşdırmağa borcludur... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətində cavabdeh məhkəmələrin kompensasiyanın həcmini müəyyən edərkən gəlinən nəticənin əsaslandırılmamasını qeyd etmişdir.
37. Halbuki işdən görünür ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən iddiaçının həyat yoldaşının əmək funksiyasını yerinə yetirərkən həlak olmasının iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olması işin mübahisəsiz halı kimi qiymətləndirmiş, həyat yoldaşının həlak olması nəticəsində iddiaçının keçirdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmamasını qeyd etmiş, vurulmuş mənəvi zərərin 10000 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatan hesab etmişdir.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazı mi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1083/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev İlqar Xələfov Abiddin Hüseyno