Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2256/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X13, Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-223/2024 nömrəli 28 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı Zülfüqar oğlunun qızı Maraqlı şəxs2 ilə Cavabdeh1 oğlu Məlik Babayev 2012-ci ildə ailə qurmuşlar. Sonradan münasibətləri pozulduğu üçün ayrılmışlar. Təxminən 5 il müddət keçdikdən sonra yenidən barışmış, təkrar evlənmişlər.
3. İddiaçının vəsaiti əsasında Cavabdeh1 təqdim etdiyi, Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən torpaq sahəsində yaşayış evi inşa edilmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3 mart 2021-ci il tarixli, 2(001)1009/2021 saylı qətnaməsinə əsasən Maraqlı şəxs1 ilə X6 arasında 26 dekabr 2019-cu il tarixdə bağlanmış rəsmi nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 icarəsində olan Bakı şəhəri, Müşfiqabad qəsəbəsinə bitişik ərazidə (Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində) yerləşən 2 ha torpaq sahəsindən Cavabdeh1 faktiki olaraq verdiyi 0,003 ha hissəsində inşa etdiyi fərdi yaşayış evinin tikintisinə xərclədiyi 29000 manat vəsaitin, habelə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaitinin ümumilikdə 30180 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X12 şəhərində yaşamışlar, sonradan Məlik Bakı şəhərində işlədiyi üçün iddiaçının dəvəti ilə bir müddət Sulutəpə qəsəbəsində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evində ayrıca tikilidə ailə üzvləri ilə birlikdə yaşamışdır. Sonradan isə Cavabdeh1 məxsus, Qobustan şəhərində yerləşən evə köçüb orada yaşamışlar. Məlik Sevincə məlumat vermədən Türkiyə Respublikasına getdiyi üçün aralarındakı münasibət pozulmuş, sonradan isə məhkəmə qaydasında nikahları pozulmuşdur. Maraqlı şəxs2 Maraqlı şəxs1 ilə barışdıqdan sonra Cavabdeh1 iddiaçıya Cavabdeh2 icarəsində olan Bakı şəhəri, Müşfiqabad qəsəbəsinə bitişik ərazidə Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 2 hektar torpaq sahəsindən 0,006 ha hissəsini aldığını, lakin öz adına tam rəsmiləşdirmədiyini bildirmiş, bununla bağlı sənədləri iddiaçıya göstərmişdir. Həmin torpaq sahəsinin 0,003 ha hissəsini oğlu Maraqlı şəxs1, digər 0,003 ha his səsini isə digər oğluna verəcəyini bildirmişdir. Həmçinin, iddiaçıya təklif etmişdir ki, Məlikin yaşamağa evi olmadığından torpaq sahəsini o verir, həmin torpaq sahəsində evi isə iddiaçı tikdirsin. İddiaçı əvvəl etiraz etsə də, sonradan razılaşmış, evin inşası bitdikdən sonra sənədləşmə işləri aparılaraq evin Məlikin və ya Sevincin adına rəsmiləşdirilməsi ilə bağlı da razılığa gəlmişlər. İddiaçı ustalar dəvət etmiş, bütün materialları Sulutəpə qəsəbəsində yerləşən “Eurohome” tikinti materialları bazarından özü almış, usta xərci ilə birlikdə orta hesabla 29000 manat xərc çəkərək evi təmirsiz vəziyyətdə inşa etdirmişdir. X17 boşandıqları üçün iddiaçı çəkdiyi xərci Cavabdeh1 tələb etmiş, sonuncu isə pulu ödəməkdən imtina etmişdir. Torpaq sahəsi rəsmi olaraq Cavabdeh2 istifadəsində olduğundan evin hüquqi müqəddəratını o həll etməlidir. İddiaçı sözügedən fərdi yaşayış evini borc xərclə inşa etdirdiyindən və hazırda Cavabdeh1 ona pulu qaytarmadığından iddiaçı mənəvi-psixoloji sarsıntı, əsəb keçirmişdir. Buna görə də o, cavabdehlərdən mənəvi zərərin də tutulmasını tələb etmiş və məbləği 1000 manat müəyyən etmişdir.
7. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsinin və orada inşa edilmiş evin ümumiyyətlə Cavabdeh1 aidiyyəti olmamışdır. Belə olan halda, iddiaçının inşa etdirdiyi evə çəkdiyi xərcin əvəzinin Cavabdeh1 tutulmasına heç bir əsas olmamışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2(001)1026/2022 saylı qətnaməsi ilə (hakim Etibar M ustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 29000 manat məbləğində pul vəsaitinin, habelə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 160 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissələrdə rədd olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi iş materiallarına və məhkəmə icraatı zamanı keçirilmiş ekspertiza rəyinə istinadən qeyd etmişdir ki, iddia tələbində göstərilən fərdi yaşayış evi Cavabdeh1 tələbi ilə Cavabdeh2 icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsində İddiaçı tərəfindən, sonuncunun hesabına inşa edilmiş, məqsəd isə Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 ailə kimi həmin evdə yaşamaları olmuşdur. Lakin Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 arasındakı nikah pozulduğundan Maraqlı şəxs2, yəni iddiaçının qızı həmin evdə yaşamamışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı halda İddiaçı tərəfindən 32000 manat pul vəsaiti xərclənməklə inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq Cavabdeh1 istifadəsində olan torpaq sahəsində yerləşdiyindən evin inşası üçün çəkilmiş xərc Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddia bu hissədə digər Cavabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, Cavabdeh1 torpaq sahəsinin bir hissəsini oğlu Məlikə, qalan hissəsini isə digər oğluna verəcəyinə dair vədləri ilə torpaq sahəsinin özünə məxsus olmasına əsaslandığından iddiaçı Cavabdeh1 ilə şifahi razılıq əsasında tikinti işlərini öz vəsaiti hesabına məhz İddiaçı aparmışdır. Bu hal iş üzrə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Digər cavabdeh və mübahisəli evin yerləşdiyi torpaq sahəsinin icarədarı Cavabdeh2 isə tikinti aparılmasından v ə bununla bağlı tərəflər arasında hər hansı razılığın olmasından məlumatlı olmasına dair iş üzrə heç bir sübut təqdim edilməmişdir.
11. Bundan əlavə, iddiaçı iddia tələbində cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun tutulmasını xahiş etsə də, mənəvi zərərin nədə ifadə olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.2.7, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edil məsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının onun keçmiş qudası olması, lakin buna baxmayaraq iddia olunan torpaq sahəsinin, eyni zamanda onun üzərində yerləşən tikilinin ona heç bir aidiyyətinin olmaması, iddiaçı tərəfindən təqdim edilmiş 18 noyabr 2014-cü il tarixli çıxarışda onun adının olmaması, başqasının mülkiyyətində olan torpaq sahəsində tikilmiş, mülkiyyətində hətta istifadəsində olmayan əmlaka görə cavabdehlik daşımaması, Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2.0 ha icarə torpaq sahəsi üzərində Cavabdeh2 adına icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə **********5 4 reyestr nömrəsi ilə qeydiyyata alınması, şahidlərin hansı müqavilə əsasında həmin tikilini tikməsi, həmin torpaq sahəsinin cavabdehə məxsus olması barədə dediklərinin həqiqətə uyğun olmaması, əsassız varlanmaması, iddianın tam rədd olunmalı olması və s. kimi dəlillərə istinadən əsaslandırılmışdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 11 oktyabr 2022-ci il tarixli, 2(103)-6021/2022 nömrəli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov - sədrlik edən və məruzəçi, Ş.A.Məmmədova və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni “Cavabdeh1 29000 manat məbləğində pul vəsaiti, habelə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 160 manat tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv olunmuş, iddia həmin hissədə təmin olunmamışdır.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işin müəyyən olunmuş faktiki hallarından Cavabdeh1 iddiaçının hesabına əsassız varlanması halı müəyyən olunmamışdır. Yəni, iddiaçıya məxsus əmlak hesabına (iddia olunan torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış sahəsi) Cavabdeh1 varlanması (həmin əmlakı əldə etməsi və s.) işdə olan sənədlərlə sübuta yetirilməmişdir. İddiaçı bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini əsaslandıra bilməmişdir (iddiaçı əsasən ümumi mülahizələrdən çıxış etmişdir). Əksinə iddiaçının özünün bildirməsindən və təqdim etdiyi sənədlərdən (çıxarış və s.) görünmüşdür ki, iddia olunan torpaq sahəsi cavabdehin adına qeydə alınmamışdır. Bundan əlavə, şahidlərin tikilinin Cavabdeh1 təklifi ilə iddia olunan torpaq sahəsində inşa olunması ilə bağlı bildirdikləri özü-özlüyündə iddianın sonuncuya münasibətdə təmin olunması üçün yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, işdə olan sübutlardan tərəflər arasında iddia olunan tikilinin inşası və onun sonrakı nəticələri ilə bağlı da hər hansı razılaşmanın olması müəyyən edilməmişdir. Hətta, “Cavabdeh1 iddia olunan torpaq sahəsində mübahisəli tikilinin inşasını iddiaçıya təklif etməsi” şərti olaraq qəbul edilsə belə, yenə də hazırkı vəziyyətdə iddiaçının əsassız varlanma əsası kimi həmin cavabdehdən pul tələb etməsi əsaslı və qanuni sayıla bilməz. Ən azından tikilinin inşa olunduğu torpaq sahəsi Cavabdeh1 qanuni sahibliyində (əşya hüquqları üzrə) olmuş olsaydı, o zam an iddiaçının həmin cavabdehə qarşı müvafiq tələb hüququndan söhbət gedə bilərdi. İddiaçı məhkəməyə Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində maddi zərərə düşdüyünü (cavabdehin əsassız varlanmasını) təsdiqləyən mötəbər sübutlar təqdim etməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə şahidlərin ifadələrinə düzgün qiymət verməmişdir. Belə ki, işdə olan şahid ifadələrinə əsasən Cavabdeh1 tərəfindən torpaq sahəsi tikinti üçün təqdim edilmiş, tikinti üçün isə tələb olunan xərcləri iddiaçı çəkmişdir. Cavabdeh sadəcə məsuliyyətdən yayınmaq üçün məhkəməyə yanlış məlumat vermişdir. Bundan əlavə, məhkəmə tərəfindən qərar qəbul edilərkən sübutlara obyektiv yanaşmadan, hərtərəfli və tam tədqiq etmədən qiymət verilmişdir. Məhkəmə Cavabdeh2 məxsus olmuş torpaq sahəsinə dair ekspertiza keçirməmiş, aidiyyətı orqanlardan sorğular vermədən, iddiaçının iştirakı olmadan bir məhkəmə iclasında işi yekunlaşdırmışdır. Həmçinin, məhkəməyə işin təxirə salınması barədə ərizə təqdim edilmiş, lakin məhkəmə ərizəni sübut təqdim edilməməsi səbəbindən nəzərə almamışdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1135/2023 nömrəli 14 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev - məruzəçi, V.T.Həsənov və Ə.A.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhk əməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbinin faktik əsası kimi ona istinad etmişdir ki, Cavabdeh1 Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 2 hektar torpaq sahəsindən 0,006 ha hissəsini aldığını, lakin öz adına tam rəsmiləşdirmədiyini bildirmiş, bununla bağlı sənədləri iddiaçıya göstərmişdir. Həmin torpaq sahəsinin 0,003 ha hissəsini oğlu Maraqlı şəxs1, digər 0,003 ha hissəsini isə digər oğluna verəcəyini bildirmişdir. Cavabdeh1 ona təklif etmişdir ki, Məlikin yaşamağa evi olmadığından torpaq sahəsini o verir, həmin torpaq sahəsində evi isə iddiaçı tikdirsin. Razılığa görə evin inşası bitdikdən sonra sənədləşmə Məlikin və ya Sevincin adına aparılmalı idi. Bu razılıq əsas ında evi inşa etmiş, X17 boşanmışlar. Cavabdeh1 evə çəkilən xərci tələb etsə də, cavabdeh bundan imtina etmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının göstərdiyi bu hallar təsdiq olunacağı halda, cavabdehin iddiaçı tərəfindən evin tikintisinə çəkilən xərcləri ödəmək vəzifəsi yarana bilər.
22. Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş, vəkili ilə təmsil olunmuş, vəkili isə iddiaçının dəlillərini rədd etmişdir.
23. İddiaçı şərh etdiyi işin faktiki hallarını sübut etmək üçün şahidləri dəvət etmişdir. Həmin şahidlər evin inşasında iştirak etməklə, iddiaçı ilə Cavabdeh1 torpaq sahəsi və evin inşası ilə bağlı danışıqları barədə məlumatlı şəxslər olmuşlar.
24. Birinci instansiya məhkəməsi bu şahidlərin ifadələrini sübut kimi qəbul etmiş və iddianı qismən təmin etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi şahidlərin ifadələrini (tikilinin Cavabdeh1 təklifi ilə iddia olunan torpaq sahəsində inşa olunmasını bildirmələrini) özü-özlüyündə iddianın sonuncuya münasibətdə təmin olunması üçün yetərli və mötəbər sübut olmadığını bildirmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi şahid ifadələrini yetərli və mötəbər sübut olmadığını bildirməsinə baxmayaraq, məhz nəyə görə mötəbər olmadığını və yetərsizliyini əsaslandırmamışdır.
26. Bundan başqa, torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olmaması faktı, özlüyündə iddianın rədd olunmasına əsas verməmişdir. İddiaçı tələbinin maddi-hüquqi əsası kimi əsassız varlanmaya istinad etmişdir və torpaq sahəsi üzərində Cavabdeh1 hüququnun olmaması bu iddianın rədd olunması üçün əsas olmuşdur.
27. Bu baxımdan, verilmiş iddia tə ləbinin əsassız varlanmanın dispozisiya şərtlərindən başqa hansı normanın əhatəsinə düşdüyü araşdırılmalı idi. Yəni, hətta torpaq sahəsi Cavabdeh1 sahiblik, istifadə və sərəncamında olmadığı halda belə, tikilinin iddiaçı tərəfindən orada məhz Cavabdeh1 dediklərinə inanıb tikməsi müəyyən olunduğu halda, iddia tələbi başqa maddi-hüquqi əsaslarla təhlil edilə bilər.
28. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı torpaq sahəsinin digər Cavabdeh2 məxsus olması barədə dəlil irəli sürmüşdü və bu barədə ilkin sübut kimi torpaq sahəsinin Cavabdeh2 məxsus olması barədə sübutu təqdim etmişdir. Lakin iddia üzrə cavabdehlərin müştərək cavabdehliyi müəyyən olunmasına baxmayaraq heç bir məhkəmə iclasında Cavabdeh2 iştirak etməmiş, iddia tələbinə qarşı onun münasibəti, tikilinin həqiqətən də həmin torpaq sah əsində yerləşib-yerləşmədiyi müəyyən edilməmişdir.
29. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2 və 1092.3-cü, Torpaq Məcəlləsinin 55, 66.1, 67, 68, MPM-in 14.2, 77.1, 88, 217.4, 407.2 və 416.1-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4801 saylı ekspert rəyinə əsasən Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən fərdi yaşayış evinin tikintisi ilə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 20210,8 manat təşkil etmişdir. Yerinə yetirilmiş tikinti-təmir işlərinin nədən ibarət olması və həcmi rəyə əlavə o lunmuş smetada ətraflı göstərilmişdir.
31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 23 yanvar 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin koordinatları ilə **********03 reyestr nömrəli çıxarışa əsasən X5 üzrə icarəsinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşmişdir.
32. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 13 fevral 2024-cü il tarixli, 32132/1-01690/24 saylı məktubuna əsasən **********03 reyestr nömrəli çıxarışa əsasən X9 icarəsində olan torpaq sahəsi ilə **********24 reyestr nöm rəli çıxarışa əsasən Cavabdeh2 icarəsində olan torpaq sahəsi məktuba əlavə edilmiş ortofoto baza xəritəsindən çıxarışda təsvir edildiyi şəkildə qonşuluqda yerləşməklə ümumi sərhədləri olmamaq şərti ilə bir-birinə yaxın torpaq sahələridir. Bununla əlaqədar olaraq ortofoto baza xəritəsindən çıxarış təqdim edilmişdir.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 43 saylı Notariat Ofisinin 16.2.2024-cü il tarixli, 387 saylı və 21.2.2024-cü il tarixli, 144 saylı məktublarına əlavə edilmiş 17 mart 2017-ci il tarixli, torpaq sahəsinin icarə hüquqlarının alğı-satqısı müqaviləsinə əsasən satıcı X13 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 4 saylı ərazi idarəsi tərəfindən verilmiş **********7 Qeydiyyat №-li xx.xx.2016-cı il tarixli, **********03 reyestr nömrəli çıxarışa əsasən icarəsində olan Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 8,40 ha torpaq sahəsindən 0,04 ha torpaq sahəsinin icarə hüquqlarını alıcıya 800 manata satmışdır.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 43 saylı Notariat Ofisinin 16.2.2024-cü il tarixli, 387 saylı və 21.2.2024-cü il tarixli, 144 saylı məktublarına əlavə edilmiş 15.1.2018ci ildə verilmiş etibarnaməyə əsasən, X10 17.3.2017-ci il tarixli 3M-470 saylı icarə hüququnun alğı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Pirəkəşkül kəndində yerləşən 0,04 ha torpaq sahəsini AR ƏMDK yanında DƏDX-in ərazi idarəsinə təqdim edib çıxarış aldıqdan sonra sənədləşdirmə işləri aparmağı, icarəyə verməyi, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, reyestrdən çıxarışı almağı, tikinti işləri aparmağı, notar iat kontorunda alğı-satqı müqaviləsini rəsmiləşdirmək, bu barədə müqaviləni imzalaması, rüsum ödənilməsi, pulu almağı və bu tapşırığı yerinə yetirilməsi ilə bağlı adından ərizə verməyi və digər hərəkətləri etməyi 5.1.2068-ci il tarixədək Cavabdeh1 etibar etmişdir.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron 2 saylı Notariat Ofisinin 27 fevral 2024-cü il tarixli, 36 saylı məktubuna əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 8,40 ha torpaq sahəsi üzərində X9 icarə hüquqları xx.xx.2016-cı il tarixdə **********03 reyestr nömrəsi ilə 99 il müddətinə qeydiyyata alınmışdır.
36. Azərbaycan Respublikası Əd liyyə Nazirliyi Abşeron 2 saylı Notariat Ofisinin 27 fevral 2024-cü il tarixli, 36 saylı məktubuna əlavə edilmiş xx.xx.2017-ci il tarixdə X13 tərəfindən X16 və Cavabdeh2 verilmiş etibarnaməyə əsasən, Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 8,40 ha torpaq sahəsindən 1,0 ha torpaq sahəsinin icarə hüquqlarını idarə etməyi və onun üzərində sərəncam verməsi və s. həyata keçirməyi etibar etmişdir
37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Ə.Sarıyev – sədrlik edən və məruzəçi, F.V.Abdıyev və F.H.Qasımov) 2(103)-223/2024 nömrəli 28 fevral 2024cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissəd ə qismən təmin edilmiş, Cavabdeh1 20210,8 (iyirmi min iki yüz on manat səksən qəpik) manat məbləğində pul vəsaitinin, habelə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 (yüz iyirmi) manat, cəmi 20330,8 (iyirmi min üç yüz otuz manat səksən qəpik) pulun tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 67 (altmış yeddi) manatın Cavabdeh1, 33 (otuz üç) manatıın İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəm ə prosesinə cəlb edilmədən işə baxılmışdır.
39. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab etmişdir ki, yuxarıda qeyd olunan hal və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməlidir.
40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda mübahisələndirilən hissədə mübahisənin mahiyyəti ondan ibarət olmuşdur ki, iddia tələbində göstərilən fərdi yaşayış evi Cavabdeh1 tələbi ilə icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsində İddiaçı tərəfindən, sonuncunun hesabına inşa edilmiş, məqsəd isə Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 ailə kimi həmin evdə yaşamaları olmuşdur. Lakin, Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 arasındakı nikah pozulduğundan Maraqlı şəxs2, yəni iddiaçının qızı həmin evdə yaşamamışdır.
41. Kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq işin tam və hərtərəfli araşdırmasını həyata keçirmiş və qeyd etmişdir tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, icarəçi X13 tərəfindən 8,40 ha torpaq sahəsinin 0,04 ha hissəsi ilə bağlı icarə hüquqları torpaq sahəsinin icarə hüquqlarının alğı-satqı müqaviləsinə əsasən 17 mart 2017-ci il tarixdə X2, sonuncu isə həmin torpaq sahəsi (0,04 ha) ilə bağlı istifadə hüquqlarını 5.1.2018-ci il tarixli etibarnamə əsasında 5.1.2068-ci il tarixədək Cavabdeh1 vermişdir.
42. Kollegiya buna görə də apellyatorun torpaq sahəsinin ona aidiyyəti olmaması ilə bağlı dəlilini əsassız hesab etmişdir.
43. Gö ründüyü kimi, iddia tələbində göstərilən fərdi yaşayış evi Cavabdeh1 tələbi ilə icarə əsasında onun istifadəsinə verilmiş torpaq sahəsində İddiaçı tərəfindən, sonuncunun hesabına inşa edilmiş, məqsəd isə Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 ailə kimi həmin evdə yaşamaları olmuşdur. Lakin Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 arasındakı nikah pozulduğundan Maraqlı şəxs2, yəni iddiaçının qızı həmin evdə yaşamamışdır.
44. Cavabdeh1 tələbi ilə icarə əsasında onun istifadəsinə verilmiş torpaq sahəsində İddiaçı tərəfindən evin tikilməsi birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə də təsdiq olunmuşdur.
45. Kollegiya qeyd etmişdir ki, şahid ifadələri digər sübutlarla təsdiq olunduğundan, mötəbər sübut kimi qəbul olunmalıdır.
46. Kollegiya hesab etmişdir ki, hazırkı halda İddiaçı tərə findən pul vəsaiti xərclənməklə inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq Cavabdeh1 istifadəsində olan torpaq sahəsində yerləşdiyindən, bununla da, Cavabdeh1 əsassız olaraq varlandığından evin inşası üçün çəkilmiş xərc Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.
47. İddiaçı evin tikintisi üçün 29000 manat xərc çəkilməsini qeyd etmiş, kollegiya bununla bağlı xüsusi biliyə malik ekspert rəyinin alınmasını məqsədəmüvafiq hesab etmişdir.
48. Kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğun olmu şdur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
49. Apellyasiya instansiyası məhkəməsi X13 ilə X11 arasında 23.7.2020-ci il tarixdə aparılmış icarə hüququnun alğı-satqı müqaviləsinə istinad etməsi barədə apellyatorun dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, X13 ilə X11 arasında 23.7.2020-ci il tarixdə aparılmış icarə hüququnun alğı-satqı müqaviləsində Valeh Axundov icarə hüququ əsasında 8,40 ha torpaq sahəsinin yalnız 0,04 ha sahəsinə olan icarə hüququnu X1. Valeh Axundov icarəsində olan 8,40 ha torpaq sahəsinin digər 0,04 ha sahəsinə olan icarə hüququnu 17 mart 2017-ci il tarixdə X3, sonuncu isə həmin torpaq sahəsi (0,04 ha) ilə bağlı istifadə hüquqlarını 5.1.2018-ci il tarixli etibarnamə əsasında 5.1.2068-ci il tarixədək Cavabdeh1 vermişdir.
50. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.7, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2, Torpaq Məcəlləsinin 55, 66.1, MPMin 14.2, 77.1, 119.1, 384.0.2, 385.1.1 və 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
51. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
52. Kassasiya şikayəti Mülki Məcəllənin 139-1.1.1, 1091.1, 1092, Torpaq Məcəlləsinin 55, 66, MPM-in 51.3, 8888, 217, 220.4, 420-ci maddələrinə və istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin 62-ci bəndində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəmə prosesinə cəlb edilmədən işə baxılmışdır. X4 işə cəlb olunması zəruri deyil. Belə ki, Mülki Məcəllənin 139-1.1.10.1-ci maddəsində və Torpaq Məcəlləsinin 55-ci maddəsində göstərilən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd əsasında Valeh Axundovun hüquqları dövlət qeydiyyatına alınmalı və bu qeydiyyatdan sonra o, məhkəmə prosesinə cəlb olunmalı idi. Yəni, X9 torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmadığından hər hansı hüquqdan söhbət gedə bilməz. İş materiallarında Axundov Valehə dair olan yeganə sənəd icarə hüququnun alğı-satqı müqaviləsidir və həmin müqavilə hüququn qeydiyyata alınmasını təsdiq etməmiş, sadəcə olaraq həmin qeydiyyat üçün əsasdır. İddiaçı qeyd olunanlarla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi faktiki iş üzrə əsassız varlanma institutunu rədd etməli olduğu halda qətnamədə bir daha cavabdehin guya əsassız varlandığını göstərmişdir. Ali Məhkəmənin göstərişlərinin məcburi olduğu 2(102)-1135/2023 saylı 14 mart 2023-cü il tarixli qərarının 64-cü bəndində qeyd olunan arqument birbaşa öz əksini tapmışdır. Bu baxımdan, verilmiş iddia tələbinin əsassız varlanmanın dispozisiya şərtlərindən başqa hansı normanın əhatəsinə düşdüyü araşdırılmalı idi. Yəni, hətta torpaq sahəsi Cavabdeh1 sahiblik, istifadə və sərəncamında olmadığı halda belə, tikilinin iddiaçı tərəfindən orada məhz Cavabdeh1 dediklərinə inanıb tikməsi müəyyən olunduğu halda, iddia tələbi başqa maddi-hüquqi əsaslarla təhlil edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin maddi normaları nəzərə almadan qanunsuz və qərəzli qətnamə qəbul etməsinə digər bir əsas da iş materiallarında olan X13 ilə X10 arasında bağlanmış 17 mart 2017-ci il tarixli 3M-470 saylı torpağın icarə hüquqlarının alğısatqısı haqqında müqavilədir. Belə ki, qeyd olunan müqaviləni əsas gətirməklə Anar Gərayev də məhkəmə prosesinə cəlb edilməli idi. Bundan başqa Cavabdeh1 pul tutulması ilə nəticələnən qətnamə çıxarılmasında yeganə sübut X20 Babayevə verdiyi 5 yanvar 2018-ci il tarixli 7E-117 saylı etibarnamə olub. Məhkəmə nəzərə almamışdır ki, qeyd olunan m üddəaların Cavabdeh1 aidiyyəti olmamışdır. Yəni, Anar Gərayev yalnız etibarnamədə göstərilən səlahiyyətləri Cavabdeh1 etibar edib. Sonuncunun qeyd olunan etibarnamə əsasında edəcəyi hər hansı bir hərəkət yalnız Anar Gərayevə münasibətdə hüquq yaratmış olur. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunması qənaətinə gələrkən cavabdeh tərəfindən təqdim edilmiş sübutları qiymətləndirilmədən, məhkəmə tədqiqatı materiallarına istinad olunmadan ümumi mülahizələr irəli sürmüş, təqdim edilmiş sübutlara yalnız iddiaçıların mənafeyi hissəsində qiymət vermiş, qanunsuz qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
54. Maddə 385.1. Öhdəliyə əs asən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
55. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
56. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
57. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. H üquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
58. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 407.2. Kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətb iq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh tərəfin mübahisələndirdiyi faktiki hal – sahənin Cavabdeh1lə hüquqi əlaqəsi müəyyən edilərək sübuta yetirilmişdir. Belə olan halda, İddiaçı, Cavabdeh1 sahibliyində və idarəçiliyində olan torpaq sahəsində inşa etdiyi yaşayış evinin tikilməsinə sərf etdiyi vəsaiti 20210,8 manat həcmində geri tələb etməkdə haqlıdır.
68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh1 dəlillə rinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
69. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şəra it yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
71. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-223/2024 nömrəli 28 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.