Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2258/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı X3 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma; vicdanlı sahib; əmlakda edilmiş yaxşılaşdırmaya çəkilmiş məsrəflərin ödənilməsi 16.08.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 məruzəsi ilə, X5 və Elşanə Rafiq qızı Vəliyevadan ibarət tərkibdə, iddiaçı X3 (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı çəkilmiş məsrəflərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 21 fevral tarixli 2(105)-102/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikay ətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlə 2013-cü il 11 iyul tarixində rəsmi nikah münasibətlərinə daxil olmuşdur. 2018-2019-cu illərdə cavabdehin anası X1 məxsus Qusar rayonu, Urva kəndində yerləşən 0,1 ha torpaq sahəsində 99,9 kv.m. sahəsi olan fərdi yaşayış evi (bundan sonra – “mübahisəli ev”) inşa edilmiş və iddiaçı ailəsi ilə birlikdə həmin yaşayış evinə köçmüşdür. 2. 2021-ci il aprelin 8-də tərəflər arasında bağlanmış nikah pozulmuş, aprelin 28də isə mübahisəli ev iddiaçının qayınanasının adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.
3. Qusar Rayon Məhkəməsinin 2021-ci il 25 avqust tarixli 2(029)-520/2021 nömrəli qətnaməsi ilə iddiaçının mübahisəli evdən çıxarılması qət edilmişdir. 4. 2022-ci il mayın 6-da iddiaçının qayınanası və fat etmiş, ondan qalmış miras əmlak üzrə vərəsəlik cavabdeh tərəfindən qəbul olunmuşdur. 5. 2019-cu il 14 fevral tarixli qaimə-fakturada 200 kv.m. dam örtüyünün 2200 manata alınması, təhvil verən “Ə.Əsgərov”, təhvil alan “S.Əhmədov” olduğu, əlyazma üsulu ilə tərtib edilən qəbzdə isə X4 2018-ci ildə kəndçisi Seymur Əhmədova 80 kisəyə yaxın sement verməsi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 6. 2022-ci il avqustun 19-da iddiaçı Qusar Rayon Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdehdən mübahisəli evin “yaxşılaşdırılmasına çəkilən xərcin” əvəzi kimi 15000 (on beş min) manat, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 125 (yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin t utulub ona verilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə həyatı qurduqdan sonra bir müddət ərinin valideynlərinə məxsus olmaqla Qusar rayonu Urva kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Sonradan qayınanasının adına olmaqla həmin kənddə yerləşən 0,1 ha həyətyanı torpaq sahəsində öz valideynlərinin maddi və fiziki köməyi ilə mübahisəli evi tikmiş və 2019-cu ildən başlayaraq həmin evdə azyaşlı uşağı ilə birlikdə yaşamağa başlamışlar. Mübahisəli evin tikintisi qarşılıqlı razılıq əsasında valideynlərinin, xüsusilə atası Seymur Əhmədovun zəhməti və maddi köməkliyi sayəsində aparılmışdır. Evin tikintisi üçün vəsait olmadığına görə atası özünə məxsus pay torpaq sahəsini satmaqla əldə olunan vəsait hesabına qeyd olunan evin tikintisini başa çatdır mışdır. Sonradan ailə münasibətləri və aralarındakı nikah pozulmuş, qayınanası onun mübahisəli evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. O, iddia ərizəsində qeyd etdiyi məsrəfləri həmin evdə qanuni şəkildə yaşadığı və evin qanuni sahibi olduğu müddətdə çəkmişdir. Mübahisəli evin ümumilikdə tikintisi və təmiri üçün 10696 (on min altı yüz doxsan altı) manat məbləğində xərc çəkilmişdir, iddiaçının atası usta kimi mübahisəli evin təmir-tikintisində birbaşa iştirak edərək gördüyü işlərin dəyəri 4400 manat təşkil etmişdir. Qayınanası həmin evin onların ailəsinə məxsus olduğunu, orada onların daimi yaşayacaqlarını, evin onunla ərinin mülkiyyətinə keçəcəyini bildirmişdir. İddiaçı həmçinin bildirmişdir ki, o, ağır vəziyyətdə bağlarda işləyib qazandığı pulla həmin evə qaz və işıq sayğacları çəkdirmiş, evin pəncərələrini atası qoymuş, atası evə xərclədiyi pulu ona hədiyyə vermişdir. Qayınanasının miras passivi, yəni üçüncü şəxslər qarşısında olan öhdəlikləri cavabdehə keçdiyindən o, iddiası üzrə cavabdehlik daşıyan şəxsdir.
8. Cavabdeh iddiaya qarşı etiraz edərək, iddianı qəbul etməmişdir.
9. Məhkəmə tərəfindən həm iddianın əsası, həm də cavabdehin etirazının əsasını təşkil edən sübut növü kimi şahidlər dindirilmişdir. 10. "xxxx" MMC tərəfindən verilmiş 2023-cü il 9 yanvar tarixli ƏEV/Y 05-005/23 nömrəli ekspert rəyindən görünür ki, mübahisəli evin 2023-cü il yanvarın 9-na olan vəziyyətdə bazar dəyəri 29700 (iyirmi doqquz min yeddi yüz) manat; təmir olunanadək olan vəziyyətdə 9 yanvar 2023-cü il tarixinə bazar dəyəri 26000 (iyir mi altı min) manat təşkil etmişdir.
11. Qusar Rayon Məhkəməsinin 2023-cü il 13 may tarixli, 2(029)-78/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən mübahisəli evin tikintisinə çəkilən xərcin əvəzi kimi 9526 (doqquz min beş yüz iyirmi altı) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 125 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X6 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim – Ə.Cəlilov).
12. Birinci instansiya məhkəməsi şahid ifadələri və evin tikintisi zamanı tikinti materiallarının alınmasına dair təqdim edilmiş sənədlərə istinad edərək göstərilmişdir ki, iddiaçı evin bünövrəsinin salınması, damının quraşdırılması, həmçinin evin təmir olunaraq yaşayış üçün yararlı hala salınması üçün atasının və digər ailə üzvlərinin köməyi ilə müvaf iq xərclər çəkmişdir. Həmin xərclər iddiaçının atasının ona əvəzsiz olaraq, hədiyyə şəklində verdiyi pullar sayəsində çəkilmiş, evin təmir-quraşdırma işlərində atası da bilavasitə iştirak etmişdir. Cavabdeh tərəfindən etirazın əsası kimi istinad olunmuş hallar iddiaçının dəlillərini təkzib edəcək və ya şübhə altına alacaq qədər sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər iddiaçının dəlillərini tam inkar etməmiş, əksinə evin tikintisində iddiaçının atasının da iştirak etdiyini bildirmiş, həmçinin ziddiyyətli ifadələr vermişlər ki, həmin ifadələr cavabdehin özünün etirazının əsaslı olmasını şübhə altına almışdır.
13. Məhkəmə mübahisəyə əsassız varlanma, iddiaçıya isə vicdanlı sahib kimi yanaşaraq qeyd etmişdir ki, mübahisəli ev nikah pozulduqdan sonra qayına nanın mülkiyyətinə keçmiş, iddiaçı həmin evi keçmiş əri ilə birlikdə onların olmasının hesab etməklə evin ərinin mülkiyyətinə keçəcəyini ümid etmiş və məhz bu məqsədlə atasının köməkliyi ilə qeyd olunan xərcləri çəkmişdir. Buna baxmayaraq, həmin ev xüsusi mülkiyyət hüququ üzrə iddiaçının və keçmiş ərinin deyil, mərhum qayınanası İlhanə Vəlibəyovanın adına qeydiyyata alınmış və iddiaçı çəkdiyi xərclərin müqabilində əldə edəcəyini ümid etdiyi əmlakdan məhrum olmuşdur. Buna istinad edən məhkəmə hüquqi dəyərləndirmə zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1091 və 1092-ci maddələrinin tətbiqini də zəruri hesab etmiş və belə qənaətə gəlmişdir ki, işin faktiki halları ilə həmin maddələrin dispozisiya şərtləri uyğun olmalıdır.
14. Məhkəmə iddiaçı tərəfindən çəkilmiş məsrəflərin məbləği ilə bağlı qeyd etmişdir ki, məhkəmə tədqiqatı zamanı iş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə həmin xərclərin 9526 manat olması öz təsdiqini tapmışdır.
15. Məhkəmə gəldiyi nəticəni MM-nin 157.5-157.7, 225.2, 385.1, 386.1, 666.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – “Ailə Məcəlləsi”) 34.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
16. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən (iddia tələbinin təmin olunan hissəsində) ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 21 fevral tarixl i 2(105)-102/2024 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi çəkilmiş məsrəflərin məbləği hissəsində dəyişdirilmiş, cavabdehdən mübahisəli evin tikintisinə çəkilən xərclərin əvəzi kimi 9285,5 (doqquz min iki yüz səksən beş manat əlli qəpik) manatın alınaraq iddiaçıya verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (sədrlik edən hakim L.Rəhimli, hakimlər İ.Dəmirov və F.Məmmədov).
18. Apellyasiya instansiyası məhkəməsinin müvafiq qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 30 dekabr tarixli 3-16-16/2-10/7728-9/7821 nömrəli ekspert rəyinə görə, mübahisəli fərdi yaşayış evi üz rə aparılmış yenidənqurma və təmir işlərinin 2018-2019-cu illər üzrə bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 18571 manat məbləğində olduğu müəyyən edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlarına istinad edərək göstərmişdir ki, bu qərarlarda müəyyən edilmiş şərtlərə müvafiq olaraq, müba hisəli əmlak ər-arvadın birgə nikah dövründə tikilmiş sayılmalıdır.
20. Məhkəmə həmçinin, cavabdehin “İlhanə Vəlibəyovanın vərəsəsi kimi ondan miras qalan mübahisəli evi qəbul etməməsi” ilə bağlı dəlilini Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına” dair 26 dekabr 2023-cü il tarixli Qərarına istinadən əsassız hesab etmişdir.
21. Məhkəmə hesab etmişdir ki, tikintiyə sərf edilmiş 18571 manat pul vəsaiti bərabər bölünməli, 9285,5 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-nin 14.2, 14.2.7, 225.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1093.1 və Ailə Məcəlləsinin 32, 34.1, 37.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
23. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin tam ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Kassator Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, MM-nin 14.2, 14.2.7, 1091, 225.1, Mülki Prosessual Məcəllənin (bundan sonra –“MPM”) 14.2, 76.2, 77.1, 217.1, 218.1, 218.2 və 220.4-cü maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulmasını bildirmişdir.
25. Kassator məhkəmələr tərəfindən araşdırılmış sübutların mötəbərliyini şübhə altına almışdır.
26. Kassasiya şik ayətində həmçinin göstərilmişdir ki, hazırkı mübahisəyə əsassız varlanma kimi yanaşması MM-nin 1091.2-ci maddəsinin tələbi baxımından mümkün deyil; Ailə Məcəlləsinin 32-ci maddəsinə istinadən mübahisəli ev üzrə çəkilmiş xərclərin yarısının iddiaçıya aid edilməsi birgə nikahda olan şəxslərin aralarında olacaq pay hüququna dair məsələnin həll olunmasını müəyyən etmədən əsassız olmuşdur; Qusar Rayon Məhkəməsinin 2021-ci il 25 avqust tarixli 2(029)-520/2021 saylı qətnaməsində müəyyən olunmuşdur ki, “məhkəmə İddiaçı həmin evin onun valideynlərinin vəsaiti hesabına inşa edildiyi barədə dəlillərini müzakirə edərək hesab edir ki, həmin hal evə dair mülkiyyət hüququnun, o cümlədən həmin hüququn tərkib hissəsi olan istifadə hüququnun əmələ gəlməsi əsası kimi qəbul edilə bilməz, belə bir h al mülki qanunvericilikdə nəzərdə tutulmamışdır”; MM-nin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Hazırkı mübahisədə hər hansı bir əmlakın əldə edilməsindən söhbət getmir, çünki iddiaçının tələbi əldə edilmiş əmlakla bağlı olmayıb, pul tələbi ilə bağlıdır. Belə olan halda məhkəmənin mübahisəli evi birgə nikah dövründə iddiaçının və onun həyat yoldaşının əldə etməsi barədə yanaşması ilə əsassız varlanma ilə bağlı yanaşması arasında böyük bir ziddiyyət mövcuddur; Apellyasiya Məhkəməsi tərəfindən mübahisəli evin hansı dövrdə və kim tərəfindən əldə edilməsi məsələsinin tam aydınlaşdırılmaması və bu natamam araşdırma nəticəsində qətna mə qəbul edilməsi cavabdehin konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur.
29. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquq i məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
31. MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:...14.2.7. Əsassız varlanma....” “Maddə
225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir....” “Maddə
386. Öhdəliklərin əmə lə gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir....” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir....” “Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər....”
32. Ailə Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzə rdə tutulur: “Maddə
37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir....”
33. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri, əsas etibarilə, apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Məhkəmə kollegiyası iddia tələbi və şikayətin həmin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiq i ilə bağlı gəldiyi nəticə ilə razılaşır, həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə zərurət görmür.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır
37. Eyni zamanda, kassasiya şikayətində əks etdirilmiş digər dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğvi üçün qanuni əsas ola bilməz. 38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının 2.2-ci bəndinə əsasən,məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2024-cü il 21 fevral tarixli 2(105)-102/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.