Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-226/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ("xxxx" Sığorta Şirkəti ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ iş № 2(102)-226/2024 (Açar sözlər: istehsalat qəzası nəticəsində sağlamlığın pozulmasına görə ödəncin verilməsi, tələbin buna cavab verməli olan şəxsə qarşı yönəldilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı ("xxxx" Sığorta Şirkəti ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ed ilməklə) istehsalat qəzası nəticəsində sağlamlığın pozulmasına görə ödəncin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4648/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) 16 aprel 2020-ci il tarixdə 46 nömrəli əmrlə "xxxx" Şirkətinə istehsal sahəsinə “operator” (qablaşdırıcı) vəzifəsinə işə qəbul olunmuş, 18 may 2020-ci il tarixli 81 nömrəli əmrlə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. (bundan sonra – cav abdeh və ya MMC)
2. Şirkət direktoru tərəfindən tərtib edilmiş istehsalatda bədbəxt hadisə haqqında 1/2020 nömrəli akta (İZ Forma) əsasən, cavabdeh Şirkətin operatoru (qablaşdırıcı) iddiaçı 07 may 2020-ci il tarixdə əmək funksiyasına uyğun olaraq 2-ci sexdə işə başlamışdır. Təqribən 14:15 radələrində istehsal olunmuş hazır məhsulu paketlədikdən sonra yükləyici lift vasitəsilə anbara göndərmişdir. Sonra 2-ci hazır məhsulu paketlədikdən sonra lift birinci mərtəbədə olduğundan liftin yuxarı göndərməsini bildirmək məqsədi ilə liftin qapısını açmış, bu zaman ayağı sürüşərək təqribən 3 metr məsafə hündürlükdən liftin şaxtasına yıxılmışdır. Yaxınlıqda olan 3 nəfər iş yoldaşları tez ona yaxınlaşaraq liftin şaxtasından çıxarmışlar. Hadisə barədə sex rəisi O.Pechorkinə məlumat verildikdən sonra o, h adisə yerinə gələrək şirkətə məxsus avtomobil ilə iddiaçını X4 aparmışlar. Bədbəxt hadisənin səbəbi – “Liftlərin quraşdırılması və təhlükəsizlik istismarı qaydaları”nın 4.2.13cü (lift şaxtasının qapıları enmə meydançasından 150 mm aralanmazdan əvvəl bağlanan avtomatik qapılar kilidlərlə təchiz olunmalıdır), 4.2.14-cü (avtomatik qıfıl elə təchiz olunmalı və quraşdırılmalıdır ki, onu çöldən açmaq mümkün olmasın. Avtomatik kilidlərin çöldən açıla bilməsi üçün lift xidməti personalları üçün xüsusi avadanlıqlar nəzərdə tutulur) və 7.1.1-ci (yeni quraşdırılan lift istismara buraxılmazdan əvvəl texniki nəzarət orqanında qeydiyyata alınmalıdır) bəndlərinin tələblərinə əməl edilməməsidir. Əmək qanunvericiliyinin tələblərini pozan şəxs – Adil Məmmədovdur. Bədbəxt hadisənin şahidləri – Nahid Mehralıy ev, Amil Babayev və Toğrul İsmayılzadədir. Bədbəxt hadisənin son nəticəsi – xəsarət. Təhqiqat aktı 11 dekabr 2020-ci il tarixdə tərtib edilmişdir. 3. 30 oktyabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə iddiaçının istehsalatda xəsarət almasına görə cinayət işinin başlanması rədd edilmiş, Şirkətin direktoru X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) inzibati icraat başlanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 3(001)-5341/2020 saylı qəra rı ilə, sonuncu həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(001)3689/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa, sağlamlığa görə vurulmuş kompensasiyanın, mənəvi ziyanın ödənilməsi və s. tələbləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 5. "xxxx" Sığorta Şirkətinin iddiaçıya ünvanladığı 03 avqust 2022-ci il tarixli məktubda Sığorta Şirkəti ilə cavabdeh şirkət arasında **********89-019 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyy ətinin itirilməsi hallarından icbari sığorta” müqavilə üzrə sığorta haqqının 23 iyul 2020-ci il tarixdə ödənildiyi, buna görə də sığorta müqaviləsinin 24 iyul 2020-ci il saat 00:01-dən qüvvəyə mindiyi, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə zamanı sığorta müqaviləsinin qüvvədə olmadığı göstərilmiş, buna görə də, sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 10 yanvar 2022-ci il tarixli qərarı ilə iddiaçıya üçüncü dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixli 10 yanvar 2027-ci il, əmək qabiliyyətinin itirilməsi faizi 40 faiz göstərilmişdir. İddiaçı istehsalat zədəsi səbəbindən 3-cü dərəcə əlilliyə görə 120 manat məbləğin də sosial müavinət alır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində cavabdeh tərəfindən sağlamlığının pozulduğu və işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmadığı nəzərə alınaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə ödəncin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, işlədiyi dövrdə cavabdehə məxsus “İceland” dondurma istehsalat sexində 07 may 2020-ci il tarixd ə işdə olarkən hazır məhsulları liftə yükləmək üçün liftin düyməsini basdıqdan sonra liftin qapısı açılsa da, kabinə gəlməmiş, həmin vaxt iddiaçının ayağı sürüşmüş və ikinci mərtəbədən liftin şaxtasına yıxılmışdır. Cavabdeh tərəfindən təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisə haqqında” 1/2020 nömrəli, xx.xx.2020-ci il tarixli İZ aktı tərtib olunarkən qəsdən yanlışlıqlara yol verilmiş, ziyanla bağlı, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, ödənişlər və müddətlə bağlı heç bir qeyd yer almamışdır. Həmin aktda bədbəxt hadisənin səbəbləri kimi “Liftlərin quruluşu və təhlükəsiz istismarı” Qaydalarının müvafiq bəndlərinə işəgötürən tərəfindən əməl edilməməsi göstərilmişdir. O baş vermiş hadisə ilə bağlı Binəqədi rayon Prokurorluğuna müraciət etmiş, araşdırma zamanı tibb ekspertizasının xx.xx. 2020-ci il tarixli, 1277 nömrəli rəyinə əsasən, onun bədənində aşkar olunmuş xəsarətlər – 1- ci, 2-ci, 3-cü və 4-cü fəqərələrinin sınıqlarının bərk küt əşyanın təsirindən MRT müayinəsi üçün ilkin olaraq N.Tusi adına klinikaya müraciət etdiyi xx.xx.2020-ci il tarixdən bir qədər əvvəl əmələ gəldiyi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu qeyd olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2412 nömrəli rəyində isə dondurma sexində qaydaların tələblərinə uyğun olmayan, yəni kabinəsi oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftindən istifadə olunmasının hadisəsinin baş verməsini şərtləndirdiyi qeyd olunmuşdur. Daha bir xx.xx.2020-ci il tarixli ek spert rəyində isə 1-5-ci bel fəqərələrində kompression sınıq nəticəsində sağlamlığına az-ağır zərərvurmaya aid xəsarət aldığı qeyd olunmuşdur. Bədənində yaranmış fiziki məhdudliyyətlərlə əlaqədar əmək fəaliyyətini davam etdirmək imkanından məhrum olunmuş, ona üçüncü dərəcəli əlillik təyin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda birbaşa olaraq göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə zamanı sığorta müqaviləsi qüvvədə olmamış, iddiaçı sığorta olunan olmamışdır. Bu o deməkdir ki, iddiaçı ilə baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilməz. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilir ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə 20 aprel 2020-ci il tarixli, əlavədən görünür ki, qurğu operatoru (dondurucu/süd məhsulları) iddiaçı (sığorta olunan) 0,80000% sığorta tarifi ilə "xxxx" Şirkəti (sığortalı) tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-də (sığortaçı) sığorta olunmuşdur (təminat tarixi 19 aprel 2020-ci il, dəyişikliyin tipi təminata daxil olma, bir illik əmək haqqı fondu 3600, peşə riskinin dərəcəsi 4, sığorta məbləği 51422,77, geri qaytarılacaq ödəniş/sığorta haqqı 22.58). Qeyd olunan bu məlumat yanlış və həqiqətdən uzaq olmuşdur. Əmək müqaviləsi bağlanan andan cavabdeh şirkət iddiaçını icbari qaydada sığorta etdirməmişdir. Sığorta müqaviləsi saxtalaşdırılmışdır.
9. Cava bdeh iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı 07 may 2020-ci il tarixdə şirkətdə əmək vəzifələrini icra edərkən özünün kobud ehtiyatsızlığı nəticəsində yıxıldıqdan sonra şirkət tərəfindən dərhal ona lazımi köməkliklər göstərilmiş, həkim müayinəsindən keçirilməsi üçün zəruri tədbirlər görülmüş, aylıq əmək haqları ödənilmiş, digər zəruri xərcləri qarşılanmışdır. Cavabdeh yıxılarkən 5 fəqərə sınığı xəsarəti alması barədə verdiyi məlumatlar da həqiqəti əks etdirmir, əslində isə səhlənkarlığı nəticəsində yıxılarkən onun L-5 fəqərəsi zədə almış və həyata keçirilən yüksək keyfiyyətli müalicə nəticəsində sağalmış, sərbəst hərəkət edir. Cavabdeh tərəfindən iddiaçının müalicəsi üçün 15 dekabr 2020-ci il tarixə kimi 6483,73 manat pul xərclənmişdir. "xxxx" Sığorta Şirkəti tərəfində n verilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilənlər əsassız və qanunsuzdur. Belə ki, cavabdeh ilə bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlərin və ya xidmətlərin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürməklə, cavabdeh ilə "xxxx" Sığorta Şirkəti ASC arasında xx.xx.2020-ci il tarixdə **********89 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləs i” bağlanmışdır. Cavabdeh ilə "xxxx" Sığorta Şirkəti ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış **********89 nömrəli müqaviləyə 20 aprel 2020-ci il tarixdə edilmiş **********89/19 nömrəli Əlavənin 4-cü sırasına əsasən iddiaçı qurğu operatoru 0,8000 faiz sığorta tarifi ilə təminat tarixi 19 aprel 2020-ci il, dəyişikliyin tipi təminata daxil olma, bir illik ödəniş sığorta haqqı 22,58 olmaqla, Cavabdeh tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-də sığorta olunmuş, həmin müqaviləyə Əlavə 20 aprel 2020-ci il tarixdən qüvvəyə minmiş, 07 may 2020-ci il tarixdə iddiaçıya münasibətdə sığorta hadisəsi baş verən zaman həmin müqavilə qüvvədə olmuşdur.
10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərilmişd ir ki, iddia əsassızdır. Belə ki, "xxxx" Sığorta Şirkəti ilə cavabdeh arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə **********89/019 saylı Əlavə əsasında sığorta şirkətində sığorta olunmuşdur. Həmin Əlavə üzrə ödənilməli olan 143,02 manat sığorta haqqı 23 iyul 2020-ci il tarixdə ödənilmiş və nəticədə Əlavə bu tarixdən sonra qüvvəyə minmişdir. İddiaçı 07 may 2020-ci il tarixdə, yəni Əlavə qüvvəyə minməmişdən qabaq iş yerində xəsarət almışdır. Göründüyü kimi, 07 may 2020-ci il tarixdə baş vermiş hadisə zamanı Əlavə qüvvədə olmamış və iddiaçı hadisə zamanı sığorta olunan olmamışdır. Baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilmədiyindən, "xxxx" Sığorta Şirkəti ASC-nin sığor ta ödənişini vermək öhdəliyi yaranmır.
11. Məhkəmənin 01 mart, və 29 mart 2023-cü il tarixdə keçirilmiş iclasları zamanı "xxxx" Sığorta Şirkətinin nümayəndəsi iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərmişdir ki, icbari sığorta müqaviləsi sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir. Məlum hadisə 07 may 2020-ci il tarixdə baş vermiş, Cavabdeh LTD tərəfindən sığorta haqqı və siyahı 23 iyul 2022-ci il tarixdə daxil olmuşdur. Buna görə də, iddia tələbində göstərilən pulu CamalLTD ödəməlidir. Lakin, 17 və 19 may 2023-cü il tarixlərdə keçirilmiş məhkəmə baxışı iclaslarında nümayəndə, iddiaçının tələbi ilə razı olduqlarını, iddiaçıya sığorta ödənişinin aylıq ödənclər şəklində sığorta şirkəti tərəfindən ödəniləcəyini bildirmişdir. Lakin, sığorta ödənişi iddiaçıya əlilliyin təyin edildiyi vaxtdan hesablanmaqla, aylıq ödənclər şəklində verilməlidir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1713/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Musayev) iddia təmin olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən 16 iyun 2023-cü il tarixli qətnaməyə düzəliş edilməsi barədə qərardadı qəbul edilmişdir.
13. Birinci instansiya məhkəməsi ilk öncə 3-cü şəxsin nümayəndəsinin sonuncu məhkəmə iclasında (məhkəmə baxışı mərhələsində) sığorta ödənişini verməyə razı olduqları ilə bağlı izahatına münasibətdə qeyd etmişdir ki, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin mövqeyi əsassızdır, hazırki mübahisənin əsaslı olaraq öz həllini tapması üçün sığorta şirkətinin nümayəndəsinin məhkəmə iclasl arındakı bir-birinə zidd izahatları deyil, onun rəsmi qaydada iddiaçıya ünvanlandırdığı xx.xx.2022-ci il tarixli məktubu əsas götürülməlidir.
14. Məhkəmə qeyd etmişdir ki, sığorta şirkəti müvafiq sığorta ödənişini etməkdən imtina etmiş, bunu, sığortalı, yəni Cavabdeh LTD tərəfindən müvafiq sığorta haqqının ödənilməməsi nəticəsində sığorta müqaviləsinin qəza baş verdiyi anda qüvvədə olmaması ilə əsaslandırmış, bunu təkzib edən hər hansı sübut isə Cavabdeh LTD tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından da müəyyən edilir ki, sığorta müqaviləsi sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir. Halbuki, Cavabdeh LTD iddiaçıya münasibətdə işəgötürəndir və onun faktiki müəyyən olunan hərəkətsizliyi nəticəsində iddiaçının Azərbaycan Respublikasının Ə mək Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulan hüquqları pozulmuşdur. İddiaçının istehsalat qəzası nəticəsində sağlamlığının pozulması işin mübahisələndirilməyən halıdır. Məhkəmənin qənaətinə görə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş Cavabdeh LTD bu vəzifəni yerinə yetirmədiyindən məlum hadisə ilə bağlı iddiaçının qarşısında ən azı həmin icbari sığorta üzrəmüəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.
15. İddiaçının sağlamlığına vurulan zərərin əvəzi onun orqanizminin funksiyalarının 40 faiz pozulmasına nisbətində ödənilməlidir. İddiaçının əlilliyi növbəti müayinə müddəti göstərilməkləmüəyyənedildiyindən, iddiaçının 07 may 2020-ci il tarixdən orta aylıq əmək haqqının 40 faizinin 10 yanvar 2027-ci il tarixədək olan müddət üzrə aylıq ödənclər kimi hesablanmaqla ona ödənilməsi vəzifəsi Cavabdehnə həvalə olunmalıdır.
16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 16.1, 35.6, Mülki Məcəllənin 21.1, 389.1, 399.1, 405.1, 425.1, 430.1, 883.1, 884.1, 884.3, 884.4, 884.5, 884.6, 884.6-2, 885.1, 897.3, 903.1, 903.4, 903.6, 904.1, 907.1, 907.3, 922.1, 926.1, 926.2, 928, 935.1, 935.1.9, Əmək Məcəlləsinin 9, “Sığorta haqqında” Qanuna, “İcbari sığorta haqqında” Qanuna, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və y a bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnanmə çıxarılmasını xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" Sığorta Şirkəti ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış **********89 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin şərtlərinə əsasən "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.x x.2020-ci il tarixli Seriya:EBAG olan 293923 nömrəli Cavabdehnə təqdim edilən “Elektron Qaimə üzrə xx.xx.2020-ci il tarixdə Ödəniş tapşırığı №70722420 (168) ilə cavabdeh tərəfindən “Atəşgah Həyat “Sığorta Şirkəti ASC-nin hesabına 2,063.16 sığorta haqqı ödənilməsi ilə sığorta hadisəsi baş verən zaman həmin müqavilənin qüvvədə olmasına baxmayaraq məhkəmə iddia ərizəsini rədd etmək və iddiaçıya əsl cavabdehə - "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı iddia qaldırmaq hüququnu izah etmək əvəzinə qanunsuz və əsassız olaraq iddia ərizəsini təmin etmişdir. Həmin müqavilənin qüvvədə olmasını üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi Vəkil1 birinci instansiya məhkəməsinin 17 və 19 may 2023-cü il tarixlərində keçirilən iclaslarında təsdiq etmiş və iddiaçıya sığorta ödənişinin aylıq ödənclə r şəklində sığorta şirkəti tərəfindən ödəməyə hazır olduqlarını bildirmişdir. Sığorta haqqı ödənilməsinə dair sübutlar yaddan çıxdığına görə məhkəməyə təqdim edilməmişdir.
19. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş 12 fevral 2020-ci il tarixli elektron qaimədə və 20 fevral 2020-ci il tarixli ödəniş tapşırığında qeyd edilmişdir ki, “cavabdeh tərəfindən 20 fevral 2020-ci il tarixdə 2063,16 manat sığorta haqqı "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına ödənilmişdir.
20. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qeyd etmişdir ki, sığorta ödənişini etməyə razıdırlar.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-608/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruz əçi), A.İsgəndərli və M.Rüstəmov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh ilə üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC arasında 01 fevral 2020-ci il tarixdə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır.
23. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş 12 fevral 2020-ci il tarixli elektron qaimədən, 20 fevral 2020-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh tərəfindən 20 fevral 2020-ci il tarixdə 2063,16 manat sığorta haqqı "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına ödənilmişdir. 20 aprel 2020-ci il tarixli, ******* ***89/19 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə Əlavə”yə əsasən iddiaçı həmin siyahıya əlavə edilmiş və sonuncu üçün sığorta məbləği 51422,77 manat nəzərdə tutulmuşdur.
24. Göründüyü kimi cavabdeh ilə Sığorta Şirkəti arasında icbari sığorta müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmış, 20 fevral 2020-ci il tarixdə isə sığorta ödənişi edilmişdir.
25. İddiaçının sağlamlığının pozulması ilə nəticələnin istehsalat qəzası 07 may 2020-ci il tarixdə baş vermişdir. İstehsalat qəzası baş verən zaman sığorta müqaviləsi qüvvədə olmuşdur. Belə olan halda hazırki tələbə cavab verməli olan şəxs işəgötürən deyil, Sığorta Şirkətidir. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəs i hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz.
26. Məhkəmə, MPM-nin 50-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Cavabdeh deyil, "xxxx" Sığorta Şirkəti ASC olmalıdır. Lakin apellyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün deyil. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilərək mülki işi yenidən apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdır.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən əmək müqaviləsinin bağlanılması zamanı sığorta etmə ilə bağlı məsələ lazımi qaydada həll edilmədiyi üçün, iddiaçıya mülki qanunvericliyin qeyd olunan müddəasında irəli gələn ödəniş məhz cavabdehin hesabına təmin edilməlidir. Cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçı öz hüquqlarını həyata keçirmək imkanından məhrum olunmuşdur. İş üzrə tərəflərin izahatları, təqdim edilmiş sənədlər, habelə iddianı təkzib edəcək hər hansı halların olmaması, cavabdeh şirkət tərəfindən bu qəbildən olan öhdəliklərin yerinə yetirilməməsinə dəlalət edir. Nəticədə qanuni mənafeləri və maraqları pozulmuş iddiaçının əmək, mülki və digər qanunveriliciliyin müddəalarında irəli gələn hüquqlarını həyata keçirə bilmir. Apellyasiya məhkəməsi bu hala səthi yanaşmış, cavabdehin təqdim etdiyi sübutlarla kifayətlənmişdir. "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi öz izahatında sığorta ödənişi etməyə razılığı ifadə etmişdir. İddianın mahiyyəti cavabdehin sığortaetmənin həyata keçirilməməsi səbəbindən iddiaçıya ziyanın ödənilməsi ilə bağlıdır. 3-cü şəxsin nümayəndəsinin bu bəyanatı bir növ iddianın qəbul edilməsinə bərabər tutulur. Halbuki nümayəndə tərəfindən təqdim edilən etibarnamədə belə səlahiyyətlərin verilməsi xüsusi olaraq qeyd edilməmişdir. Nümayəndə tərəfindən şirkətin iddiaçıya ünvanladığı sığorta müqaviləsinin mövcudluğunu təkzib edən xx.xx.2022-ci il tarixli məktubun bir növ əsassız olmasına, habelə yazılı etirazında qeyd edilənləri sübuti əhəmiyyətini heçə endirəcək hər hansı mötəbər sənəd təqdim edilməmişdir. Məhkəmə isə nümayəndənin bu ifadəsini sığorta şirkəti tərəfindən müqavilənin hüquqi qüvvəsinin olduğunu öz tərəflərindən təsdiq et məsi kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsində olan icraat zamanı tamamilə başqa mənzərə müşahidə olunmuşdur. Apellyasiya şikayəti təqdim edilməsi ilə eyni zamanda cavabdeh müqavilənin hüquqi qüvvəsinin təsdiq edəcək qaimələri əlavə etmişdir. Sığorta müqaviləsinin qüvvəyə minməsi ödənişin həyata keçirmə tarixi ilə şərtləndirildiyi məlumdur. Lakin həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməmə və ya təqdim edilməmə səbəblərinin üzrlü olub-olmaması mülki kollegiya tərəfindən yoxlanılmamış, bundan əlavə bir tərəfindən irəli sürdüyü digər tərəfin hərəkətləri ilə hüquqi qüvvəsinin şübhə altına aldığı müqavilə üzrə ödəniş sənədlərinin həqiqiliyi yoxlanılmadan məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə tərəfindən iş materiallarında olan yazılı sübutla münasibət bild irilməmiş, iş üçün əhəmiyyətli sayılıbsayılmaması barədə məhkəmə tərəfindən heç bir mülahizə verilməmişdir. Üçüncü şəxs tərəfindən təqdim edilmiş məktub və etiraza, habelə cavabdehin təqdim etdiyi yazılı sübutların onlarla müqayisəsi barədə heç bir qeyd yoxdur. Hüquqi qüvvəsi olma baxımından üçüncü şəxslə cavabdeh arasında ziddiyyətli yanaşmaların olmasına, hər bir tərəfin həmin müqavilənin fərqli şərtlərlə icra edəcəkləri barədə fikirləri məhkəmə tərəfindən nəzərə alınmamış və mötəbər sübut kimi qəbul edilmişdir. Məhkəmə lazımi diqqət yetirəcəyi təqdirə müəyyən edə bilərdi ki, cavabdeh və 3-cü şəxs arasında sığorta müqavilənin mövcudluğu və onun hüquqi qüvvəsi barədə fikir ayrılığı mövcuddur. Bir tərəfin qəbul digər tərəfin isə inkar etdiyi müqavilə əsas kimi qəbul edilib. Nəticədə apelly asiya məhkəməsi mübahisəli sığorta müqaviləsini hüquqi qüvvəsi olan kimi hesab edərək, tələbin 3-cü şəxs "xxxx" ASC-yə qarşı verilməli olmadığı qənaətinə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı Cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
30. Maddə
239. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin,eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərinəvəzini bütövlükdə ödəməlidir (1-ci hissə).
31. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu
32. Maddə 11.1. İcbari sığorta müqaviləsi yalnız həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətinin həyata keçirilməsinə hüquq verən lisenziyaya vəİcbari Sığorta Bürosunun iştirakçısı olmaqlaistehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə fəaliyyətin həyata keçirilməsinəMərkəzi Bankınverdiyi icazəyə malik olan sığortaçı tərəfindən bağlanıla bilər.
33. Maddə 11.4. İcbari sığorta müqaviləsi sığorta olunanın və ya faydalanan şəxsin vəziyyətiniAzərbaycan Respublikasının Mülki Məcəlləsi,“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanunlamüəyyən olunmuş şərtlərlə müqayisədə pisləşdirirsə, sığortaçı sığorta olunan və ya faydalanan şəxs qarşısında bu Qanunla müəyyən olunmuş sığorta təminatı həcmində öhdəlik daşıyır.
34. Maddə 16.2. Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylı q əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakti ki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən medilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Belə ki, məhkəmə kollegiyası cavabdehin iddia tələbinə cavab verməli şəxs olmaması əsası ilə iddianın rədd edilməsi barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki, MPM-nin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
45. Mülki dövriyyə iştirakçılarının subyektiv hüquq və vəzifələri qarşılıqlı münasibətlər əsasında yaranır. Bu münasibətlər müqaviləyə, qanunla müəyyən olunan əsaslara, ailə üzvü olaraq müəyyən olunan öhdəliklərə və s. əsaslanmış ola bilər. Hər bir halda iddiaçı ilə cavabdeh arasında hüquq münasibəti olmalıdır. Mülki proses iddiaçı ilə cavabdehi n toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafelərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də məhkəmə işə baxılarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək üçün, ilk növbədə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir. Məhz buna görə də MPM-nin 167.1.4-cü maddəsində deyilir ki, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir.
46. Tərəflərin əsl tərəf olması məsələsi məhkəmə tərəfindən onların arasında yaranmış mübahisənin maddi-hüquqi əsasını təşkil edən hüquq normasının tə hlili əsasında həll olunur. Əgər cavabdeh qanuna əsasən irəli sürülmüş tələbə cavab verməli olan şəxs deyildirsə, məhkəmə MPM-nin 54.1-ci maddəsinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər.
47. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir, iddia tələbə cavab verməli olmayan şəxsə qarşı yönəldilmiş və müvafiq olaraq apellyasiya icraatı zamanı əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi yolverilməzdir.
48. Kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən və birinci kassasiya icraatında kassasiya məhkəməsinin göstərişlərinə hüquqi qiymət verilməklə yuxarıdakı qəna ətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
49. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4648/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəsini alır.