Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2263/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9722/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yevlax rayon X3 bölməsinin 27 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 əməllərində dələduzluq cinayətinin tərkibi olmadığından cinayət içinin başlanması rədd edilmişdir.
2. İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə 78256,14 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə isə 46505,86 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 53061 ABŞ dolları və 17760 manat məbləğdə pul vəsaitinin, 15918 ABŞ dolları məbləğində faiz məbləğinin və ödənilmiş 30 manat məbləğ ində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2014-cü ilin əvvəlində Bakı şəhərində tanış olmuşdur. Cavabdehlər ona Rusiya Federasiyasından topdan şin gətirib satdıqlarını bildirmişlər və ona “gəl səndə pul qoy Rusiya Federasiyasından topdan şin gətirək, sənində xeyrin olsun” bildirmişlər. O, cavabdehlərin bu təklifi ilə razılaşmışdır və 2014-cü ildə Ukrayna Respublikasından cavabdehlərin şin aldıqları Rusiya Federasiyasında yerləşən şirkətin hesabına köçürmə yolu ilə 174316 ABŞ dolları pul köçürmüşdür. Cavabdehlər pulunu iki ay müddətinə qaytaracaqlarını və bu işdən onunda xeyrinin olacağını bildirmişlər. Təxminən iki ay sonra cavabdehlərdən bir xəbər çıxmadığından onlarla görüşərək pulunu geri tələb etmişdir. Cavabdeh2 şinləri gətirdiklərini, lakin şinləri paylamadıqlarını, şinləri payladıqdan sonra pulunu ödəyəcəklərini bildirmişlər. Bir neçə ay sonra pulu qaytırılmadığına görə yenidən cavabdehlərlə görüşərək pulunun dərhal ödənilməsini onlardan tələb etmişdir. Cavabdehlər pulunun müəyyən hissəsini hissə-hissə ona qaytarsalar da, pulunu tam həcmdə qaytarmamışlar. Cavabdehlər onu aldadaraq pulunu ödəmədiklərinə görə onlar barəsində şikayəti ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Qeyd olunan ərizəsi əsasında Yevlax rayon X3 Bölməsində araşdırma aparılmış və həmin araşdırma nəticəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 yanvar 2020-ci il tarixli Qərar qəbul edilərək ona mülki qaydada məhkəməyə müraciət etməyi i zah olunmuşdur. Həmin qərarla müəyyən edilmişdir ki, 2014-cü il tarixdə o, Cavabdeh1 və Cavabdeh2 ilə şifahi razılıq əsasında qazanc əldə etmək məqsədi ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin vaxt o, Ukrayna Respublikasından Rusiya Federasiyasında yerləşən şirkətin balansına 174316 ABŞ dolları pul göndərmiş, həmin şirkətin Azərbaycan Respublikasına göndərdiyi avtomobil təkərlərini və yağları X1 və Cavabdeh2 qəbul etmişlər. Cavabdeh1 və Cavabdeh2 pulunun müəyyən hissəsini ödəmiş, onların ona 53061 ABŞ dolları və 17760 manat borcu qalmışdır. Göründüyü kimi cavabdehlərin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində ona maddi zərər vurulmuşdur. Eyni zamanda qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pulunun qaytarılmasını gecikdirdikləri üçün, qaytarılmamış 53061 ABŞ d olları məbləğin illik beş faizini ödəməyə borcludurlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 altı ildən artıq müddətdir ki, 53061 ABŞ dolları məbləğində pulunu qaytarmadıqlarına görə, qanunvericiliyə əsasən 53061 ABŞ dolları məbləğə altı il müddətinə illik beş faiz hesablanmaqla, ümumilikdə ona 15918 ABŞ dolları məbləğində faiz ödəməlidirlər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 53061 ABŞ dolları və 17760 manat məbləğdə pul vəsaitinin, 15918 ABŞ dolları məbləğində faiz məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməlidir.
5. Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin faktiki halları ondan ibarətdir ki, o və digər Cavabdeh2 iş birliyi quraraq Çin Xalq Respublikası və Rusiya Federasiyasından yük və minik avtomobilləri üçün avtomobil şinləri gətirərək onun Azərbaycan Respublikasında satışı ilə məşğul olurmuşlar. 2014-cü ilin əvvəllərində hazırki iş üzrə iddiaçı onlardan mütəmadi olaraq avtomobil şinləri alıb 15-20 manat aldığından baha qiymətə öz müştərilərinə satırmış. İddiaçı onların ofisə tez-tez gələrək onların avtomobil şinlərinin satışı ilə məşğul olurmuş. O, münasibətlərinin yaranması ilə əlaqədar olaraq ona İspaniyadan avtomobil yağlarını gətirib Azərbaycan Respublikasında satışını təşkil etmək təklifini vermişdir. Vüqar onunla razılaşıb lazım olan pulu köçürmüşdür. Aralarında olan razılığa görə Respublikay a gətiriləcək malın gömrük və yol xərcləri o və Cavabdeh2 tərəfindən ödənilməli imiş. Şərikli fəailiyyətlərindən gəlir əldə edirmişlər. 2014cü ilin noyabr ayında Rusiya Federasiyasında infilyasiya olduğu üçün o, Vüqar və Zahidə təklif etmişdir ki, Rusiya Federasiyası və Çin Xalq Respublikasından avtomobl şinləri gətirib satsalar yaxşı gəlir əldə edə bilərlər. Razılığa əsasən Vüqar 135700 manat pulu Rusiya Federasiyasında fəaliyyət göstərən şirkətin hesabına köçürmüş, o və Zahid isə alınmış avtomobil şinlərini avtomobillərlə konteynerlərlə yol və gömrük xərclərini ödəyib Bakı şəhərinə gətirmişlər. Əvvəlcədən olan razılığa görə avtomobil şinlərinin satışından əldə olununan gəlir 3 yerə bölünməli imiş. Vüqar avtomobil yağına və şinlərə ödənilən pulların ona hesabatını verir və o da onların öz dəftərində qeydiyyatını apararaq ona imza etdirirmiş. Çünki köçürülən pullar manatla Banka ödənildikdən sonra Bank avro, dollar və rublla konvertasiya edib ödəniş əməliyyatı aparırmış. Onlar gətirilmiş hər avtomobil şininin satışından əldə olunan gəlirin 5 manatını daxildə yaranacaq anbarda saxlama, fəhlə və daşınma xərclərini nəzərə alaraq 3 yerə böldükdə hər birinə 15 manat gəlir hesablamışlar. 2015-ci ilin əvvəllərində Azərbaycanda da gözlənilmədən infilyasiya baş vermişdir. Buna görə Vüqar onlara narazılıq edib manatın hər gün dəyərdən düşdüyü barədə narahatçılıqla söz-söhbət yaratmışdır. O, Zahiddən dostlarını qəbul etməsi bəhanəsi ilə işlədikləri ofisin açarlarını alıb şərikli ticarət fəaliyyəti ilə bağlı qeydiyyat apardığı dəftəri götürmüş və o, iddiaçıdan bu barədə soruşanda xəbər i olmadığını söyləmişdir. İnfilyasiya ilə bağlı bazarda avtomobil şinlərinin şatışında durğunluq yaranmışdır. Vüqar yaranmış vəziyyətlə razılaşmayıb onlardan Azərbaycan Respublikası DTX-ya şikayət etmişdir. Vüqar həmin idarədə yaxın dostlarının olduğunu bildirirmiş. Onu və Zahidi Azərbaycan Respublikası DTX-ə çağırmışlar. Onlar orada bildirmişlər ki, şərikli avtomobil şinləri gətirib gəlir əldə etmişlər. İddiaçı həmin şərikli ticarətə 135700 manat, o və Cavabdeh2 isə birlikdə 120000 manat pul qoymuşlar. Vüqar hər gün onlardan pul istədiyi üçün avtomobil şinlərini dəyər dəyməzinə satıb ona verirmişlər. Buna görə o və Zahid ziyan etmişlər. Satılan avtomobil şinlərindən Vüqar pul qazanırmış. Onlar razılaşıb avtomobil şinlərini və avtomobil yağlarını iddiaçının qalan pulu əvəzində ona vermişlə r. Bunu DTX əməkdaşlarının göstərişi ilə etmişlər. Sonra 20-30 gün ərzində iddiaçıya 14300 manat pul vermişlər. Ümumilikdə onlar iddiaçıya 75300 manat pul ödəmiş olmuşlar. Bundan sonra iddiaçı onlara dollar kursu ilə bağlı onlarla heç bir söz-söhbət etməyəcəyinə söz vermişdir. O, iddiaçı ilə yaranmış problemlə bağlı keçirdiyi həyəcanlar nəticəsində şəkər xəstəliyinə tutulmuşdur. O, iddiaçının yaratdığı vəziyyətlə əlaqədar banklardan aldığı kreditin ödənişini gecikdirdiyi üçün bank ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və hal-hazırda qalıq borcu 40000 manat təşkil edir. O, vaxtında avtomobil şinlərini ucuz qiymətə satmasaymış bu cür şərait yaranmazmış. Nisyə satılmış avtomobil şinlərinin 30000 manata qədər ödənilməmiş pulunu da Zahid və o ödəmək məcburiyyətindədirlər. Bunun da səbəbkarı iddiaçıdır. Amma iddiaçıya verdikləri avtomobil şinləri və yağlarını o, sərfəli qiymətə sataraq mənfəət əldə etmişdir. Bundan əlavə o, onlarla hesablaşanda öz payına düşən gəliri də onlarda almışdır. Bütün bunlar azmış kimi iddiaçı onu xalası oğlu ilə hədələyirmiş. Bildirirmiş ki, xalası oğlu qanundan kənar belə işlərin həlli ilə məşğuldur. Bundan sonra iddiaçı ondan və Cavabdeh2 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Onu və Zahidi həmin idarəyə dəvət etmişlər və onlar orada izahat vermişlər. Məlum olmuşdur ki, iddiaçı onlardan manatın dollara nisbətdə kursunun dəyişməsi ilə bağlı yaranmış fərqi istəyir. Orada iddiaçıya izah olunmuşdur ki, şərikli mal gətirilib ticarətlə məşğul olmuşlar, verdiyi pulları həm nağd şəki lində, həm də avtomobil şinləri və avtomobil yağları ilə natura formada almışdır. Onu da qeyd etmək istəyir ki, iddiaçı ona nağd şəkildə pul verməyib. O, pulu RF-da fəaliyyət göstərən şirkətin hesabına köçürmüşdür. Onun iddiaçıya heç bir pul borcu yoxdur. Barələrində Azərbaycan Respublikası DİN-nin Yevlax RPŞ-ə iddiaçı tərəfindən verilən şikayət ərizəsi üzrə əməllərində cinayət tərkibi olmadığına görə 27 yanvar 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Onu da qeyd etmək istəyir ki, iddiaçı ilə aralarında heç bir borc münasibəti olmamışdır. Onlar şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. İddiaçı iddia ərizəsində qazanc əldə etmək məqsədi ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqlarını etiraf etmişdir. Göstərilənlərə əs asən, iddiaçının ona qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi)xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Qasımov, iş № 2(007)-589/2021) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 iddiaçının xeyrinə 49805 ABŞ dolları əsas, 14111,45 ABŞ dolları faiz borcu, cəmi 63916 ABŞ dolları borc və dövlət rüsumu olaraq ödənilmiş 22,10 AZN məbləğində pul müştərək qaydada tutulması, ödənilmiş dövlət rüsumunun 7,90 manatı iddiaçıya aid edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, 171160 ABŞ dolları məbləğindən cavabdeh tərəfindən 54300 manat nağd şəkildə, 73018 (47050 manat təkər üçün və 25968 manat yağ üçün) manat isə mal şəklində, cəmi 127318 manat, yəni 121255 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Hazırda isə 49905 ABŞ dolları məbləğində pul iddiaçıya ödənilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərlə birlikdə qazanc əldə etmək məqsədi ilə Rusiya Federasiyasında yerləşən şirkətin hesabına köçürülmüş 171160 ABŞ dolları məbləğində pulun iddiaçıya geri qaytarılmamış 49905 ABŞ dolları məbləğində hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisələndirilən hissədə iddia qaldırmaqda haqlıdır. Belə ki, cavabdehlər 2 aya iddiaçıya olan borclarını qaytaracaqlarını bildirsələr də, buna əməl etməmiş və bu səbəbdən iddiaçı 25 sentyabr 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəticədə cavabdehlər məhkəmədə iddia qaldırılan tarixə borclarını 5 il 8 ay gecikdirmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən 49905 ABŞ dolları məbləğində ödənilməmiş borcdan illik 5 faiz hesablanmaqla 14111,45 ABŞ dolları məbləğində faiz tutulmalıdır.
10. Məhkəmə iddia tələbinin “cavabdehlərdən 17760 manat məbləğdə pul vəsaitinin tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbində göstərmişdir ki, o, cavabdehlərlə birlikdə göstərdiyi sahibkarlıq fəaliyyəti nəticəsində 17760 manat haqq, qazanc əldə etməli imiş, lakin cavabdehlər borcla birlikdə razılaşdırılmış qazanc məbləğini də ona qaytarmamışlar.
11. Məhkəmə qeyd edilənlərə münasibətdə hesab etmişdir ki, iddia tələbi mübahisələndirilən hi ssədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini həmin hissədə əsaslandırmamış, o, göstərilən sahiblarlıq fəaliyyəti nəticəsində məhz bu qədər gəlir əldə edəcəyinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
12. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəmə sində icraat
14. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
15. Qətnamədən cavabdeh X2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov, V.Sadıqov, iş № 2(103)-9722/2021) cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, apellyasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Qətnamədən cavabdehlər kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdirlər.
19. Cavabdehlər (onların vəkili Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apell yasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 739.1, 373.2, 13-ci, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1,14.2.6, 88-ci maddələrinin tələbləri pozulmuşdur.
21. Kassasiya şikayətində qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qətnaməni qəbul etməklə bir sıra maddi hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi demək olar ki, birinci instansiya məhkəməsinin qətnaməsində olan mövqeni qəbul etdiyi qətnaməyə köçürməklə öz işini bitmiş hesab etmiş, özü də qeyd etdiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamalı olduğu halda bu vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə tərəflər arasında olan münasibətləri gah ziyan vurmada n yaranan hüquq münasibəti kimi, gah əsasız varlanmadan irəli gələn münasibət kimi, gah da kredit (borc ) hüquq münasibəi,müqavilə münasibəti kimi təhlii etməyə çalışmışdır. Bununla da apellyasiya instansiyası məhkəməsinin hansı mövqeni sərgiləmək istədiyi məlum olmur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.2.6 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır.
23. Maddə 21.1 Zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəl məsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
28. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə 427.3 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imk an verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
30. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
32. Maddə 445.2 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
33. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhd əliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 88 Məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası iş materiallarına və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şiakyətiu təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
41. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin digər halları ilə yanaşı onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçının Rusiya Federasiyasının şirkətinə ödədiyi 174.316 ABŞ dolları məbləğində pulu iki aya qaytarmağı öhdəsinə götürsələr də onlar üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Ona görə də iddianın qismən təmin edilməsi barədə apellyasissya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
42. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasi bətlərinə uyğun əsaslandırılmamış, nəticədə iş üzrə düzgün olamyan qətnamə qəbul edilmişdir.
43. Belə ki, işin halları, o cümlədən iddiaçının verdiyi iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, tərəflər arasında 2014-cü ildə Rusiya Federasiyasından avtomobil şinlərinin və avtomobil yağlarının Azərbaycana gətirilməsi və həmin malları sataraq əldə edilmiş gəlirin bölüşdürülməsi ilə 2014-cü ildə şifahi razılıq bağlanmış və iddiaçı bu məqsədlə cavabdehlərin təklifi ilə Rusiya Federasiyasında yerləşən şirkətin hesabına 174.316 ABŞ dolları pul köçürülmüşdür.
44. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, köçürülən 174.316 ABŞ dollarının müqabilində qeyd edilən mallar Azərbaycan Respublikasına gətirilmiş, gətirilmiş mallar vaxtında satılmadığı üçün tərəflər arasına hazırki iş üzrə mübah isə yaranmışdır.
45. Bununla bağlı cavabdehlərin bildirdiklərindən də görünür ki, onlarla iddiaçı arasında həqiqətən də yuxarıda qeyd edilən məzmunda şərikli fəaliyyətlə bağlı 2014-cü ildə şifahi müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı Rusiya Federasiyasından malların gətirilməsi üçün tələb edilən məbləği köçürməli, onlar isə malların gömrük rəsmiləşdirilməsindən keçirilməsinin, anbarda saxlanılmasının xərclərini çəkməli, malların satışdan sonra çəkilmiş xərclər çıxıldıqdan sonra qalan gəlir üç yerə bölünməli idi. Qeyd edilən biznesə iddiaçı tərəfindən 135.700 manat, onlar tərəfindən isə 120.000 manat pul qoyulmuşdur. 46. 2015-ci ilin əvvəllərində Azərbaycan Respublikasında infilasiya baş verdiyi üçün malların satışında müəyyən durğunluq yarandığından iddiaçı onlaradan m üxtəlif orqanlara şikayət etmiş, bu şikayətlərin qarşısını almaq üçün malları dəyər dəyməzinə sataraq, iddiaçının şərikli fəaliyyətə qoyduğu pulun bir hissəsini nəğd şəkildə, bir hissəsini isə mal şəkilində sonuncuya ödəmişlər.
47. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər tərəfindən iddiaçıya nağd şəkildə 54300 manat, mal şəkilində 73018 manat olmaqla cəmi 127318 manat pul ödənilmişdir.
48. Beləliklə işin halları ilə tərəflər arasında yaranan mübahisə şərikli iş faəliyyəti ilə bağlı olduğu üçün isə baxan məhkəmə bu fəaliyyət nəticəsində cavabdehlərin götürdüyü öhdəlikləri onlardan asılı olan səbəblərə görə icra edib etməməsini araşdırmalı və şərikli fəaliyyət nəticəsində bu fəaliyyəti aparan şəxslərin öz risklərinə görə məsuliyyət daşımalarını nəzərə a lmaqla işin hallarına qiymət verməli olduğu halda apellyasiya instansiyası məhkəməsi iddiaçının bu fəaliyyət nəticəsində Rusiya Federasiyasına 174.316 ABŞ dollar pul keçirdiyini, bu məbləğdən ona 127.318 manat pulun qaytarıldığını müəyyən etməklə cavabdehlərin qalan məbləği də qaytarmalı olmalarına dair birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
49. Beləliklə işin hallarından göründüyü kimi apellyasiya instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edi lməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
51. Şərh edilənləri və Azərbaycan Respssublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9722/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.