Məhkəmə qərarları › İş №2(102)-2266/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2266/2022

16.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2266/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1nə və Cavabdeh5 Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlundan (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əliyev Zaur Əli oğlund an ibarət tərkibdə, İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə, "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1nə və Cavabdeh5-yə qarşı qiymətləndirmənin ləğv edilməsi, hərracın nəticələrinin, protokolların etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9023/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 fevral 20 20-ci il tarixli icra vərəqəsinə əsasən, İddiaçı (bundan sonra – iddiaçı) 29.881,88 ABŞ dolları əsas borc, müqavilə müddətindən sonrakı dövr üçün illik 5%-lə hesablanmış 3664,60 ABŞ dolları borc, cəmi 33.546,48 ABŞ dolları (ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə), dövlət rüsumu kimi ödənilmiş 30 manatın 20 manat hissəsi tutularaq Cavabdeh5-yə (bundan sonra – Kredit təşkilatı) ödənilməli, tələb ipoteka predmeti olan iddiaçının mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 183.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunacaq məbləğ hesabına Kredit təşkilatına olan borc ödənilməli, iddiaçı ən geci 1 ay ərzində həmin mənzili tərk etməli, i ş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi 200 manat iddiaçıdan, 100 manat Kredit təşkilatından tutularaq dövlət büdcəsinə, 150 manat isə iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

2. İcra vərəqəsi Cavabdeh1nə (bundan sonra – İcra şöbəsi) göndərilmiş və 21 sentyabr 2020-ci il tarixli sifarişi əsasında ipoteka predmeti "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, həmin MMC tərəfindən sözügedən əmlakla bağlı 16 oktyabr 2020-ci il və 02 noyabr 2020-ci il tarixlərdə hərraclar keçirilmiş, hərraclar baş tutmamış elan edildiyindən, Kredit təşkilatına ünvanlanmış 05 noyabr 2020-ci il tarixli məktubla əmlakın təkrar hərracdakı satış qiymətindən 25%-dən az olmayan qiymətlə, yəni 116662,50 manata alınması ona təklif olunmuşdur.

3. İcra şöbəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm ətinin (DƏDRX) Bakı Şəhər Ərazi İdarəsinə ünvanladığı 13 aprel 2021-ci il tarixli məktuba əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzil hərracda qalib gəlmiş Kredit təşkilatına №51/03 saylı, 24 noyabr 2020-ci il tarixli protokol əsasında satıldığından kredit təşkilatının adına rəsmiləşdirilməsi xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" MMC-yə, "xxxx" MMC-yə, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə, İcra şöbəsinə və Kredit təşkilatına (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra şöbəsinin ona məxsus ipoteka ilə yüklü edilmiş mənzilin hərracdan satılması barəsində qərarın iddia verilməsi və iş üzrə apellyasiya şikayəti verilməsilə əlaqədar ləğv edilməsi, ona məxsus mənzilin qiymətləndirilməsinə dair "Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” MMC-nin hesabatının etibarsız hesab edilməsi, ona məxsus mənzilin satılması ilə əlaqədar "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC ilə hərracı udan şəxs arasında bağlanmış "Hərracın yekunları barədə” müqavilə qüvvəsinə malik protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışın ləğv edilməklə, həmin mənzilə onun adına yeni çıxarış verilməsi, Kredit təşkilatına qanunsuz keçirilmiş hərracın qalibi kimi ipoteka predmeti olan mənzilin hərracdan satılması və alınması ilə əlaqədar ödədiyi pul vəsaitinin Kredit təşkilatına geri qaytarılması barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(001)-175/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş və qətnamə ona göndərilmədiyi üçün qətnamədən kassasiya şikayəti verilməmişdir. Kredit təşkilatına hərracın qalibi olması ilə əlaqədar ipoteka predmeti olan mənzilin hərracdan satılması və alınması ilə əlaqədar ödədiyi məbləğ onun özünə geri qaytarılmalıdır. 05 avqust 2020-ci il tarixdə İcra şöbəsində icra işinin başlanması haqqında qərar 13 iyul 2020-ci il tarixdə ona poçt vasitəsilə çatdırıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən xəbərdar olmuşdur. Qətnamənin ona rəsmi qaydada verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Beləliklə, icra qurumu hərrac və qiymətləndirmə keçiril məsi barədə qanunsuz hərəkətlər etmiş, nəticədə məcburi dayandırılmalı olan icra işi üzrə qanunazidd hərraclar və qiymətləndirmə keçirilmiş, əmlakı qanunsuz olaraq satılmışdır. İcra hərəkətlərindən, hərrac və qiymətləndirmədən, onun iştirakını təmin etmədən əmlakının satılmasından xəbəri olmamışdır və bununla da ona qarşı qanunsuz hərəkətlər edilmiş, əmlakı qanunazidd olaraq özgəsinə satılmışdır.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-2318/2020 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia tələbi rədd olunmuşdur.

7. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hərracın təşkilatçısı "Külək” MMC tərəfindən iddiaçıya məxsus əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının po zuntusu müəyyən edilmədiyindən, əksinə hərracın keçirilməsinə dair prosedur "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra -"İpoteka haqqında” Qanun) tələblərinə riayət edilməklə keçirildiyindən iddia tələblərinin təmin edilməsi üçün əsas yoxdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 416-cı, “İpoteka haqqında” Qanunun 44-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 1

0. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9023/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, hərracın keçirilməsi 21 noyabr 2018-ci il tarixdən sonra qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxt barədə tərəflərə bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişin alınmasına dair qəbzlər iş materiallarına əlavə olunmu şdur. Bundan başqa, hərracın keçirilmə vaxtı və yeri barədə “Birja” və “Atribut” qəzetlərində elanlar verilmişdir. Beləliklə, iddiaçı hərrac barədə məlumatlı olmadığına istinad etsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Hərracın keçiriləcəyinə dair bildirişi ünvan sahibi poçt xəbərnaməsinə imza edərək qəbul etmiş və bu da onun hərracın keçirilməsi barədə məlumatlı olduğunu sübut edir. Bundan başqa, iddiaçının rəsmi qaydada qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri və SMS göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən e-məhkəmə elektron məhkəmə sistemi vasitəsi ilə prosessual hüquqlarından istifadə edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi öz mövqey ini “İpoteka haqqında” Qanunun 1.0.1, 34.1.1, 34.1.3, 34.1.4, 41.2, 41.3-cü və həmin Qanunun 28 dekabr 2018-ci il tarixindən sonra qüvvədə olan 42.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - “İcra haqqında” Qanun) əsasən iş üzrə iddia verildikdə icra məcbu ri dayandırılmalı olduğu halda dayandırılmamışdır. İddiaçı hərracın keçirilməsi barədə rəsmi olaraq xəbərdar edilmədiyi halda hərrac keçirilmiş və mənzili satılmışdır. Bundan əlavə, vəsatətlər təmin edilməmiş, çəkişmə prinsipi pozulmaqla qətnamə qəbul edilmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

17. Hazırkı iş üzrə iddianın rədd olunması barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə

18. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və f orması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

19. Maddə 416.1. Müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıq da isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Qanun

21. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətini n 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

22. Maddə 43.4. (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

23. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka pre dmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

24. Maddə 43.7. (bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) Hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının q eydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. MPM

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması na və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdu r. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını açıq-aşkar əsaslandırmamışdır.

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9023/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar