Məhkəmə qərarları › İş №2(102)-2266/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2266/2023

31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2266/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qanunsuz həbsə almanın və məhkum etmənin nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)1216/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən v erilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: I. İddiaçı1 aid hissədə:

1. İddiaçı1 07 may 2017-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona ittiham elan olunmuş və Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 2. 25 yanvar 2018-ci il tarixdə İddiaçı1 Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. 3. 29 yanvar 2018-ci il tarixdə barəsində CM-in 274-cü maddəsi ilə istintaq olunan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsi ilə xitam verilmişdir.

4. Tərtər Rayon Məhkəməsinin 02 a prel 2018-ci il tarixli hökmü ilə İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.

5. O, təyin olunmuş cəzanın bitməsi ilə azadlığa buraxılmışdır.

6. Sonradan İddiaçı1 Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə CPM-in 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmış, Tərtər Rayo n Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı1 Azərbaycan Respublikası CM-in 331.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər hərbi prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsindən həmin Məcəllənin 329.2.1 və 329.2.2-ci maddələrinə tövsif edilmişdir.

7. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin 30 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı1 barəsində CM-in 329.2.1 və 329.2.2-ci maddələri ilə istintaq olunan cinayət işi nin icraatına əməldə cinayət tərkibi olmadığına görə CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. II. İddiaçı2 aid hissədə:

8. İddiaçı2 14 may 2017-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona ittiham elan olunmuş və Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 9. 12 avqust 2017-ci il tarixdə İddiaçı2 Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. 10. 29 yanvar 2018-ci il tarixdə barəsində CM-in 274-cü maddəsi ilə istintaq olunan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsi ilə xitam verilmişdir.

11. Tərtər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmü ilə İddiaçı2 Azərbaycan Respublikası C inayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.

12. O, təyin olunmuş cəzanın bitməsi ilə azadlığa buraxılmışdır.

13. Sonradan İddiaçı2 Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə CPM-in 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmış, Tərtər Rayon Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qəra rı ilə İddiaçı2 Azərbaycan Respublikası CM-in 331.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər hərbi prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsindən həmin Məcəllənin 329.2.1-ci maddəsinə tövsif edilmişdir.

14. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin 30 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı2 barəsində CM-in 329.2.1-ci maddəsi ilə istintaq olunan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə CPM-in 39.1.2-ci maddəsinə əsasən xita m verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara vurulmuş mənəvi zərərə görə onların hər birinə 70000 manat; İddiaçı3 vurulmuş maddi zərərə görə 43880 manat; İddiaçı4 vurulmuş maddi zərərə görə 45350 manat; İddiaçı5 vurulmuş maddi zərərə görə 17600 manat; İddiaçı1 vurulmuş maddi zərərə görə 37400 manat və İddiaçı2 vurulmuş maddi zərərə görə 159000 manat məbləğində kompensasiyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 dair hissədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır.

17. Sonradan iddiaçılar İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı2 vurulmuş mənəvi zərərə görə 100000 manat və maddi ziyana görə 175200 manat olmaqla, cəmi 275200 manat məbləğində kompensasiyanın, İddiaçı1 vurulmuş mənəvi zərərə görə 100000 manat və maddi ziyana görə 10400 manat olmaqla, cəmi 110400 manat pulun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

18. İddia belə əsaslandırılmışdır, iddiaçılar “Tərtər işi” adlanan cinayət işi çərçivəsində müddətdən art ıq hərbi xidmət qulluqçuları kimi hərbi xidmətdə olarkən 2017ci ilin may və iyun aylarında saxlanılmış və işgəncələrə məruz qalmışlar. Onlar qanunsuz olaraq hərbi xidmətdən tərxis olunmuşlar. Bununla da iddiaçılar fiziki, maddi və mənəvi ziyana məruz qalmış, peşəkar hərbçi karyerasından məhrum edilmişlər. Özləri və ailələri hazırda da stress və sarsıntı keçirir, hər hansı maddi gəlir və iş yerləri yoxdur. Bu səbəbdən, yəni təhqiqat və istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində onlara vurulmuş mənəvi, fiziki və maddi ziyana görə iddiaçılar kompensasiya almalıdır. İddiaçı1 hadisələr baş verən zaman MAXE olaraq xidmət müqaviləsi əsasında xidmət göstərirdi. Aylıq əmək haqqı məbləği 1250 manat idi. Ən son əmək haqqını 2017-ci ilin aprel ayında almışdır. İddiaçı həmin tarixdən etibarə n 2018-ci ilin avqust ayına qədər (N saylı hərbi hissədə yenidən xidmətə başlayana qədər), yəni 16 aylıq faktiki qazancından məhrum olmuşdur. Bu isə 20000 manat edir. Məruz qaldığı işgəncələrlə bağlı azadlığa çıxdıqdan sonra çəkdiyi müalicə xərcləri 1500 manat təşkil edir. Valideynləri ağır psixoloji iztirab keçirmiş, xüsusilə anası 2 dəfə infarkt keçirdikdən sonra 26 oktyabr 2018-ci ildə dünyasını dəyişmişdir. Amansız işgəncələr səbəbi ilə imza etdiyi etirafedici ifadə ilə qanunsuz olaraq 1 il müddətində azadlıqdan məhrum olunmuşdur. Həbsi ilə əlaqədar, sələmçidən 15000 manat borc almışdır. Həmçinin azadlıqdan məhrum edildiyi üçün "xxxx" ASC-nin Tərtər filialına və “Molbulak” Bank Olmayan Kredit Təşkilatına olan kredit borclarını vaxtında ödəyə bilməmiş və həbsi ilə əlaqədar səlahiyyətli dövlət orqanları bankı məlumatlandırmadığı üçün kredit borcu üzərinə 900 manat faiz yaranmışdır. İddiaçının ümumi maddi ziyana görə tələbi 37400 manat təşkil edir. Digər İddiaçı2 zabit olaraq 20082028-ci illəri əhatə edən 20 illik müqavilə əsasında xidmət göstərmişdir. Vəzifəsi üzrə aylıq əmək haqqı 1200 manat təşkil edirdi. Son dəfə əmək haqqını 2017-ci ilin aprel ayında almışdır. Məruz qaldığı işgəncələrin onda yaratdığı psixoloji, fiziki və mənəvi sarsıntılar səbəbi ilə o, işə geri dönmək istəməmişdir. Heç şübhəsiz ki, ona qarşı bu cinayət baş verməsə idi, ömrünün geri qalanını hərb sahəsində keçirməyə razı idi. O, 11 illik (132 aylıq) qazancından məhrum olmuşdur. Bu isə 158400 manat təşkil edir (132 ay x 1.200 = 158400). İşgəncə səbəbi ilə 500 manat müalicəsinə xərcləmişdir. İddiaçının ümumi maddi ziyana görə tələbi 158900 manat təşkil edir. İddiaçılara fiziki, maddi və mənəvi zərər vuran şəxslərdən bəziləri müəyyən edilərək məhkum edilsələr də, qalan əhəmiyyətli hissəsi bu günədək azadlıqdadır. Zərərçəkmiş şəxs qismində tanındıqları cinayət işləri üzrə məhkum olunan şəxslər onlara və bu iş üzrə digər hərbçilərə işgəncə verən zaman dövləti təmsil etmişlər, yəni adi mülki vətəndaş kimi yox, müvafiq hərbi hissələrin vəzifəli şəxsləri kimi çıxış etmişlər, təhqiqat və ibtidai istintaq orqanının funksiyalarını həyata keçirmişlər, dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün bir sıra hərbi hissələrin əraziləri (703 saylı hərbi hissənin Marquşevan ərazisindəki köhnə qərargah binası, N saylı hərbi hissənin Mingəçevirdəki köhnə binası və s.), hərbi hissələrin qulluqçuları (məsələn, N saylı hərbi hissə və s.) onların ixtiyarına verilmişdir. Bu səbəbdən də, onların gördüyü qanunazidd fəaliyyətə görə məsuliyyətinin dövlətin üzərinə düşməsi də qanuni və məntiqlidir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(006)346/2022 nömrəli qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddia qismən təmin edilmiş, İddiaçı2 vurulmuş mənəvi zərərə görə 20000 manat məbləğində pulun və 13200 manat maddi ziyanın, İddiaçı1 vurulmuş mənəvi zərərə görə 20000 manat məbləğində pulun və 10400 manat maddi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər iki iddiaçı təqsirl əndirilən şəxs qismində cəlb edilmiş, barələrində həbs qətimkan tədbiri seçilmiş, iddia ərizəsində qeyd etdikləri kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılmış, həmçinin onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı ordu sıralarından tərxis olunmuşlar. İddiaçılara bununla bağlı həm mənəvi, həmçinin işsiz qaldıqları dövr ərzində hər ay aldıqları əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur.

21. Məhkəmə iddiaçıların hər birinə ödənilməli mənəvi ziyanın həcmini 20000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə almasını göstərmişdir.

22. İddiaçılara vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı2 tərxis olunmamışdan öncə ortalama 1200 manat əmək haqqı, İddiaçı1 isə hər ay ortalama 800 manat əmək haqqı almışdır. Göründüyü kimi, iddiaçılar iş yerindən və aylıq stabil gəlirdən məhrum olmuşlar. Həbsdə qaldıqları müddət nəzərə alınaraq İddiaçı2 13200 manat (1200x11), İddiaçı1 isə 10400 manat (800x13) məbləğində maddi ziyan dəymişdir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2-ci, Cinayət Prosessual Məcəllənin 57.1, 58.1, 58.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 4, 5, 6, 7, 12-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

24. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(006)346/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)-1216/2023 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovun və M.Ə.Rüstəmlinin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(006)346/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sa xlanılmışdır.

26. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, hər iki iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barələrində həbs qətimkan tədbiri seçilmiş, kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılmış, həmçinin onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı ordu sıralarından tərxis olunmuşlar, həmçinin işsiz qaldıqları dövr ərzində hər ay aldıqları əmək haqqından məhrum olmuşlar. Bu müddət ərzində ailələrindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, nüfuzlarına xələl gəlmiş, barələrində mənfi fikir formalaşmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd etmişdir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

28. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)-1216/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 43.3, 1096, 1100, 1101-ci, Mülki Prosessual Məcəllənin 387.2.8-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5 və 7-ci, “Büdcə sistemi haqqında” Qanunun 15 və 17-ci, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 19-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamənin” 9.23-cü bəndi pozulmuşdur. Belə ki, hazırki halda vurulmuş ziyana görə Maliyyə Nazirliyi deyil, aidiyyəti pozuntunu törədən orqanı cavabdeh qismində cəlb edilməlidir. İddiaçılara münasibətdə cavabdeh heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, i ddiaçıların kompensasiya tələbinin cavabdeh Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçıların tələbi onların barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır.

30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

31. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

33. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

34. Azərbaycan Respublikasının Konst itusiyasının 68-cı maddəsinin İİ hissəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 35. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqaviləd ə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətləri ni onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tən behin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 37. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən vurulmuş ziyanın b u Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinə əsa sən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə v urulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. 38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və d igər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 39. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrü bəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin hazırki kassasiya şikayətinin dəlillərinə oxşar olan apellyasiya şikayətinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

43. Kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq “İnsan hüquqları haqqında Ümumi Bə yannaməsi”nin 3cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində, BMT-nin “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.

44. İddiaçıların qanunsuz cinayət məsuliyyətinə cəlb edilmələri, barələrində həbs qətimkan tədbiri seçilmələri və məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaları işin mübahisəsiz hallarıdır.

45. Həmçinin iddiaçılar vurulmuş maddi və mənəvi ziyana görə müvafiq kompensasiyanın verilməli olması və kompensasiyanın məbləği də mübahisə olunmur.

46. Hazırki kassasiya şikayətində mübahisələndirilən yeganə hal, iddiaçıya vurulmuş ziyana görə məsuliyyətin Azərbaycan Respublikası Maliyyə Na zirliyinin üzərinə qoyulmasının əsassızlığıdır.

47. Kassasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Yəni dövlət orqanlarının fəaliyyəti nəticəsində hər hansı şəxsə ziyan vurulduqda, Azərbaycan Respublikası qanunla müəyyən olunan hədlərdə məsuliyyət daşıyır. 48. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqa t, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

49. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsai tindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

50. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçılara kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.

51. Məhz bu hallar nəzərə alınmaqla, birinci instansiyası məhkəməsi iddianı qismən təmin edərkən, iddiaçılara vurulan ziyanın “Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi”ni qət etmişdir.

52. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)-1216/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar