Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2267/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, üçüncü şəxslər X4, X5 və xxx oğlunun vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)3365/2019 saylı qətnaməsindən İddiaçı, üçüncü şəxslər X4, X5 və xxx oğlunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(023)-478/2019 saylı qətnaməsi ilə (sədrlik edə n, hakim N.Ə.Musayev) İddiaçı, həmçinin üçüncü şəxs xxx oğlunun və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, İddiaçı, xxx, xxx, xxx və X7, xxx və Gülöyşə Mustafayeva arasında notarial qaydada bağlanmış xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin, eyni zamanda daşınmaz əmlakın bölüşdürülməsinə dair xx xxxx 2018-ci il tarixli sazişin Cavabdeh1 aid hissəsində etibarsız hesab edilməsi, sonuncunun adına Qazax rayonu, Xanlıqlar kəndində yerləşən 0,085 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Reyestr Xidməti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qə t edilib. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)3365/2019 saylı qətnaməsi ilə (hakimlər N.N.Quliyev sədrlik edən, məruzəçi, R.Z.Mamedov və Ş.Q.Rzaquliyev) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Qazax Rayon Məhkəməsinin xx xxx 2019cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, İddiaçı, həmçinin üçüncü şəxs xxxun və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı “torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçı, üçüncü şəxslər xxx, xxx və xxx qətnamədən kasasiya şikayəti veriblər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabde h1 və digərlərinə qarşı iddia qaldıraraq, Qazax rayonu, Xanlıqlar kəndində yerləşən 0,085 ha torpaq sahəsinə dair bağlanmış xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın bölüşdürülməsinə dair xx xxxx 2018-ci il tarixli sazişin Cavabdeh1 aid hissədə, həmçinin həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda, üçüncü şəxs xxx və digərləri məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı “Qazax rayonu, Xanlıqlar kəndində yerləşən 0,085 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın bölüşdürülməsinə dair xx xxxx 2018-ci il tarixli sazişin Cavabdeh1 aid hissədə və onun əsasında sonuncunun adına verilmi ş hüquqların dövlət qeydiyyatı haqqında xx xxxx 2018-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhvə nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı, üçüncü şəxslər xxx, xxx və xxxun vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, üçüncü şəxslər xxx, xxx, xxx, xxx, Qazax rayon Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı, üçüncü şəxslər xxx, xxx və xxxun vəkili Vəkil izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tət biq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddiaçının və üçüncü şəxslərin iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddia tələblərinin əsassız olmasına, iddia tələblərini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 146.2, 567, 646.1-ci maddələrinin və digər mad di, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, CN-200 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qazax rayon AİK-nın xx xxxxxxxx 1997-ci il tarixli, 12 saylı Qərarı əsas tutulmaqla Qazax ray onu, Xanlıqlar kəndində yerləşən 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə xxx, xxx, xxx, İddiaçı, xxx, xxx və xxxun adına qeydə alınıb və bu barədə onların adlarına Reyestr Xidməti tərəfindən xx xxxxxxx 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verilib. Bundan sonra, xxx, İddiaçı, xxx və xxx harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair xx xxxxxxxx 2018-ci il tarixədək qüvvədə olmaqla X2 adına xx xxxxxxxx 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamə vermişlər. Eyni zamanda, xxx da harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam vermə yi xx xxxxxxxx 2018-ci il tarixədək qüvvədə olmaqla X2 adına xx xxxxxxxx 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamə verib. xx xxxx 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən xxx etibarnamə üzrə xxx, İddiaçı, xxx, xxx və xxxun nümayəndəsi kimi onların mülkiyyətində olan Qazax rayonu, Xanlıqlar kəndində yerləşən 1,0589 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,085 ha hissəsini 1.000 manata xxxa, 0,085 ha hissəsini 1.000 manata Cavabdeh1 və 0,084 ha hissəsini 1.000 manata Gülöyşə Mustafayeva satıb. xx xxxx 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Daşınmaz əmlakın bölüşdürülməsinə dair” sazişə əsasən paylı mülkiyyətin iştirakçıları olan xxx, İddiaçı, xxx, xxx, xxx, Cavabdeh1, xxx və Gülöyşə Mustafayeva qeyd olunan daşı nmaz əmlakın qarşılıqlı razılığa əsasən bölünməsinə dair razılığa gəlmişlər. Həmin sazişi də mülkiyyətçilər tərəfindən verilmiş etibarnaməyə əsasən onların adından xxx imzalamışdır. xx xxxxxx 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışa əsasən Qazax rayonu, Xanlıqlar kəndində yerləşən 0,085 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Həmçinin mülki iş materiallarının 91-92-ci vərəqələrində olan xx xxxx 2018-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətinin arxa tərəfində İddiaçı tərəfindən yazılmış ərizənin əslindən görünür ki, xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi, bölgü planı, əmlakın bölüşdürülməsinə dair saziş onun və xx xxxxxxx 2017-ci il tarixli Çıxarışda adları göstərilən ailə üzv lərinin iradəsi, istəyi və xahişi daxilində bağlanmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin, həmin torpaq sahəsinə dair bağlanmış sazişin tərəflərinin həmin müqavilə və saziş üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmələri (hazırki halda torpağın dəyərinin ödənilməməsi) müqavilənin, sazişin etibarsızlığının deyil, əks tərəfin tələbi ilə müqavilənin, sazişin ləğvi və ya dəyişdirilməsinin əsası hesab oluna bilər. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzin də müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Lakin, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara diqqət yetirmədən, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin öədənilməməsini müqavilənin etibarsızlığının əsası kimi qəbul edərək iddia tələblərini təmin etmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi iddiaçının və üçüncü şəxslərin iddia ərizələrində qeyd etdikləri digər hala, yəni mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamaq niyyətində olmamalarına, xxxə yalnız vərəsəliyin həll edilməsi ilə bağlı etibarnamə vermələrinə və sonuncu tərəfindən aldadılmalarına münasibətdə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı və üçüncü şəxslər iddia tələblərini həmin hissədə əsaslandıra və sübut edə bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işin 91-92-ci vərəqəsində olan alqı-satqı müqaviləsinin arxa tərəfində İddiaçı tərəfindən yazılmış və onun imzası ilə təsdiq edilmiş qəbzdən görünür ki, xx xxx x 2018-ci il tarixli alqısatqı müqaviləsi, bölgü planı, əmlakın bölüşdürülməsinə dair saziş onun və xx xxxxxxx 2017-ci il tarixli Çıxarışda adları göstərilən ailə üzvlərinin iradəsi, istəyi və xahişi daxilində bağlanmışdır. Bundan başqa, mülki iş materiallarından göründüyü kimi xxx iddiaçının və onun ailə üzvlərinin adlarından çıxış edərək mübahisəli 1.0589 ha torpaq sahəsinin 0.254 ha hissəsini üç müxtəlif şəxsə satmış, iddiaçı və üçüncü şəxslər isə həmin alqı-satqı müqaviləsini yalnız Kommunar xx münasibətdə mübahisələndirmişlər. Bu hal isə iddiaçının və üçüncü şəxslərin etibarnamə üzrə təmsilçi xxx tərəfindən aldadılmadıqlarını, qeyd olunan etibarnamənin məhz mübahisəli torpaq sahəsinin satılması ilə bağlı verildiyini və alqı-satqı müqaviləsinin onların iradə ifadəsinə uyğun olaraq bağl andığını sübut edir. Göründüyü kimi iddiaçı və üçüncü şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada mübahisəli torpaq sahəsinin 0.085 ha hissəsinin cavabdeh Kommunar Hüseynovun xeyrinə özgəninkiləşdirilməsi zamanı müqavilənin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından birinin mövcud olmasını (Mülki Məcəllənin 339-341, 347-ci maddələri) əsaslandıra və sübut edə bilməmişlər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və kasasiya şi kayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorların kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya in stansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı, üçüncü şəxslər X4, X5 və xxx oğlunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-3365/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2267/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2267/2020
24.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver