Məhkəmə qərarları › İş №2(102)-2267/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2267/2023

09.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2267/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və N saylı dövlət notariat kontoruna qarşı QƏRARİ iş № 2(102)-2267/23 Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi Bakı şəhəri, 09 avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), X11 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və N saylı dövlət notariat kontoruna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair Bakı Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 2(107)-1212/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 və İddiaçı qardaşdırlar.

2. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi ev 23 ünvanda yerləşən 4 saylı mənzil xx.xx.1994-cü ildən X9 mülkiyyətində olmuşdur.

3. X18 xx.xx.2000-ci ildə ölmüşdür və onun mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi ev 23 ünvanda yerləşən 4 saylı mənzil miras qalmışdır.

4. Mirasqoyanın övladları olan Cavabdeh1 və İddiaçı həmin miras əmlakdakı paylarından anaları X5 xeyrinə imtina etmişlər və əmlakın analarının m ülkiyyətinə keçməsinə razılıq vermişlər.

5. Bakı şəhəri 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlaka dair mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə miras qoyanın arvadı X5 adına hüquqi qeydiyyatdan keçmişdir.

6. Bundan sonra X12 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi ev 23 ünvanda yerləşən 4 saylı mənzil xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsi əsasında oğlu Cavabdeh1 bağışlamışdır.

7. Cavabdeh1 isə öz növbəsində həmin mənzili xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında öz oğlu Cavabdeh2 bağışlamışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 39 saylı dövlət notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 39 saylı dövlət notariat kontorunda 2B-35 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X20 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı 1991-ci ildən ömürlük gözdən əlildir. Doğum haqqında şəhadətnamədən göründüyü kimi, anası X12, atası X18 olmuşdur. ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1994-cü il tarixdə mərhum X9 adına ilkin qeydiyyata alınmış, lakin 39 saylı dövlət notariat kontorunun xx.xx.2020-ci il tarixli, 2B-35 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. xx.xx.2000-ci il tarixdə notariat ofisinə aparılarkən iddiaçı İ qrup gözdən əlil olmuş, ona imza etdiyi əqdin hüququ nəticələri düzgün izah edilməmişdir. Həmin vaxt onun yanında nəyə imza etdiyini izah edən həyat yoldaşı və ya hər hansı digər şəxs olmamışdır. Halbuki, kor şəxs notariat hərəkətlərinin aparılmasında iştirak edirsə, ona həmin hərəkətlərin mahiyyəti izah edilməlidir. Həmin notariat hərəkətlərinin aparılması qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. İddiaçının atası X18 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, vəfatından sonra mərhumun vərəsələri - arvadı X12, oğlanları Cavabdeh1 və İddiaçı notariat kon toruna getmiş və iddiaçı gözdən əlil olduğu üçün notariat kontorunda ona sənədlərə imza etdirilmişdir ki, hər iki oğul miras əmlakın analarının adına rəsmiləşdirilməsinə razılıq versinlər. Bundan sonra iddiaçı özünə məxsus evdə yaşamağa davam etmişdir. Həmin vaxtdan sonra iddiaçı mübahisə predmeti olan evin anasının adına rəsmiləşdirildiyini və gələcəkdə anasının vəfatından sonra vərəsə kimi miras əmlakda payın olmasını güman etməyə başlamışdır. Lakin xx.xx.2021-ci il tarixdə iddiaçının anası X12 vəfat etmiş və iddiaçı vərəsəlik işinin açılması üçün notariat kontoruna müraciət edərkən iddiaçıya məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 23 ünvanında yerləşən 4 saylı mənzil mərhumun adına deyildir. Belə ki, Cavabdeh1 anasının uzun müddətdir “Şizo freniya paranoid forma" xəstəliyindən əziyyət çəkməsindən və öz əməllərinin faktiki xarakterini dərk edə bilməməsindən, onları idarə etmək qabiliyyətinin olmamasından istifadə edərək mübahisə predmeti olan mənzili əvvəlcə öz adına, daha sonra isə bağışlama yolu digər cavabdeh olan Cavabdeh1 öz oğlu Cavabdeh2 adına rəsmiləşdirmişdir. Sonuncu dəfə mübahisə predmeti ilə bağlı notariat hərəkəti 2018-ci il tarixdə baş tutmuş, ruhi xəstəlikdən əziyyət çəkən və etdiyi hərəkətlərin mahiyyətini dərk etməyən X1 Vaqif Mirzə oğlu tərəfindən notariat ofisinə aparılaraq 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində mənzilin digər Cavabdeh2 bağışlanmasına notarial qaydada razılıq vermişdir. Bütün bunları iddiaçı yalnız anasının ölümündən bir ay sonra öyrənmişdir. X3 1975-ci ildən başlayaraq “Şi zofreniya paranoid forma” xəstəliyindən əziyyət çəkmişdir. Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən əldə edilmiş X6 aid stasionar xəstənin tibbi kitabçasından çıxarışdan da göründüyü kimi, şəxs dəfələrlə stasionar müalicələrdə olmuş və vəziyyəti getdikcə kəskinləşmişdir. Bu da Cəmilə Səfərovanın həmin notarial ərizənin və digər hüquqi hərəkətlərin edilməsi zamanı öz hərəkətlərinin faktiki mənasını dərk etmədiyini təxmin etməyə kifayət qədər mötəbər əsas verir. Göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2000-ci il il tarixli, 2-B 35 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notariat hərəkətlərinin aparılması haqqında Təlimatın tələblərinə zidd olduğundan, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. O, qeyd olunanlara əsa sən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı 2021-ci ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq ünvan 2 ünvanında yerləşən 4 saylı mənzilin bağışlanmasına dair X3 ilə Cavabdeh1 arasında bağlanmış əqdin, sonradan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4254/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelly asiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-975/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə ilə mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4254/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2000-ci il tarixdə notariat ofisinə aparılarkən İ qrup gözdən əlil olmuş, ona imza etdiyi əqdin hüququ nəticələri düzgün izah edilməmiş, onun yanında nəyə imza etdiyini izah edən həyat yoldaşı və ya hər hansı digər şəxs olmamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, 2(008)-4254/2021 saylı iş üzrə məhkəmə araşdırması zamanı İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda, ə lavə etmişdir ki, atası X9 xx.xx.2000-ci il tarixdə vəfatından sonra o, anası və qardaşı Cavabdeh1 ilə notariat kontoruna getmiş, orada o, miras əmlakı olan ünvan 3 ünvanında yerləşən mənzildən anasının xeyrinə imtina etmiş, onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Belə ki, anası və qardaşı ona bildirmişlər ki, anasının ölümündən sonra mənzil onunla qardaşı arasında bölünəcəkdir. Eyni zamanda, məhkəmənin nəzərinə çatdırılır ki, məhkəmə, xx.xx.2021-ci il tarixli qətnaməsində sübutlara hüquqi qiymət verərkən göstərmişdir ki, məhkəmə iclasında aparılan dinləmələr və iddiaçının özünün izahatına əsasən isə məlum olmuşdur ki, iddiaçı atası X9 xx.xx.2000-ci il tarixdə vəfatından sonra anası və qardaşı Cavabdeh1 ilə notariat kontoruna gedərək orada ona qarşı aldatma, zorakılıq, məcburetmə olmadan miras əmlak olan ünvan 4 ünvanında yerləşən mənzildəki payından anasının xeyrinə imtina etmiş, mənzilin onun adına rəsmiləşdirilməsinə razılıq vermiş və özünün bildirdiyinə görə hesab etmişdir ki, anasının ölümündən sonra mənzil onunla qardaşı arasında bölünəcək. Hesab edir ki, məhkəmənin sözügedən qətnaməsi ilə göstərilənlərə artıq hüquqi qiymət verilmişdir. O, qeyd olunanlara əsasən, həmçinin iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, İddiaçı onun həyat yoldaşıdır. O, gözdən l qrup əlildir. Mübahisəli ev qayınatası X9 mülkiyyətində olmuşdur. X18 vəfat etdikdən sonra həmin miras əmlakın analar ının adına rəsmiləşdirilməsi üçün Cavabdeh1 İddiaçı notariat ofisinə apararkən imza etdirdikləri sənədin nə olduğu düzgün izah etməmişdir. Qayınanası xx.xx.2021-ci ildə vəfat etmiş, lakin Cavabdeh1 ona və həyat yoldaşına qayınanasının ölüm xəbərini verməmişdir. Qayınanasının ölümü barədə sonradan xəbər tutmuşlar. İddiaçı anasının ölüm xəbərini adıqdan sonra vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət edərkən, məlum olmuşdur ki, ev X3nın adında deyil. Cavabdeh1 anasının xəstəliyindən istifadə edərək evi ilk olaraq öz adına, sonra isə oğulunun adına rəsmiləşdirmişdir.

12. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin (X4) 2(008)-4068/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz miras payından anası X5 xeyrinə şüurlu surətdə imtina etmiş və 20 ilə yaxın müddətdə hərəkətsizlik nümayiş etdirmiş, sözügedən mənzil anası tərəfindən qardaşı Vaqifə, sonradan onun tərəfindən oğlu Elçinə bağışlama edildikdən sonra onlara qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, hazırda isə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə iddialarla məhkəmə müraciət etsə də, Bakı şəhəri 39 saylı dövlət notariat kontorunda 2B35 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiasının nə hüquqi, nə də faktiki əsası vardır.

14. Məhkəmə daha sonra bildirmişdir ki, cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilmişdir.

15. Məhkəmə öz mövqeyini əsaslandırarkən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayca n Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013- cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-4068/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. X12 1975-ci ildən “Şizofreniya paranoid forma” xəstəliyindən əziyyət çəkmiş və 1990-1995-ci illər ərzində müxtəlif vaxtlarda 4 dəfə stasionar müalicədə olmuşdur. Bu hal Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci iltarixli, 2(008)- 4254/2021 saylı qətnaməsi ilə təsdiq edilmişdir. Bu da onu göstərir ki, normal vəziyyətdə xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsi həqiqi iradə ifadəsi ola bil məyəcəyi üçün, yalnız X5 xəstəliyindən dolayı öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə bağlana bilər. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Hesab edirik ki, X3nın həqiqi iradəsi daxilində cavabadeh tərəfindən bu cür hərəkətlərə yol verilməsi mümkünsüzdür və bu hal yalnız o halda baş verə bilər ki, X3 Cavabdeh1 tərəfindən ya aldadılaraq, ya da hədəqorxu və ya zor tətbiq edilməklə xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsini imzalamışdır. Çünki hansı valideyn ömürlük gözdən əlil övladını yaşayacaq tək evindən məhrum edə bilər? Həmçinin mərhumlar X18 və X16 sözügedən mənzili əldə etdiyi andan etibarən iddiaçı orada yaşamış, hətta ailə həyatı qurduqdan sonra da həmin mənzildə yaşamağa davam etmişdir. Lakin Cavabdeh1 ailə həyatı qurduqdan sonra iddiaçı yox, məhz o başqa mənzilə köçürülmüşdür. Belə ki, hazırki vəziyyətdə belə mərhumların iddiaçı barəsində niyyəti açı-aşkar şəkildə görülməkdədir ki, onlar gələcəkdə sözügedən yaşayış mənzilinin iddiaçıya məxsus olmasını istəmişlər. Lakin Cavabdeh1 hadisələrin normal axışına müdaxiləedərək mərhum X18 vəfat etdikdən sonra hər vəchlə X7 öz yanına aparmağa çalışmış və buna da nail olmuşdur. Əsas məqsəd isə başından bəri hər detalına kimi qurulmuş planırahatlıqla həyata keçirmək olmuşdur. Məhz i ddiaçının xəbəri olmasın deyəanasını ondan uzaqlaşdırsın və vəziyyətdən öz xeyrinə dələduzcasına faydalansın. Belə ki, ilk xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsi, sonra isə ikinci xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi imzalansa da, “mənzilin yeni mülkiyyətçiləri” iddiaçıya qarşı necə “mərhəmətli” davranmışlarsa, bu müddət ərzində iddiaçı faktiki sahiblik etdiyini və gələcəkdə ata evi kimi həmin mənzilinin ona qalacağına ümid edərkən həmin evin kimə məxsus olduğunu, iki dəfə mülkiyyətçinin dəyişdiyini belə bilməmişdir. Hətta mülkiyyətçilərdən heç biri iddiaçıya qarşı sözügedən mənzili tərk etməsini belə dilə gətirməmişdir. Lakin bu iddiaçıya göstərilmiş mərhəmət deyil, məhzməkirli planların qüsursuz davam etdirilməsi üçün bilərəkdən maneələrin, yəni birbaşa iddiaçının aradan qaldırılmasına yönəlmiş incəliklə düşünülmüş detaldır. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Qeyd edək ki, X18 vəfatetdikdən sonra iddiaçının Cavabdeh1 tərfindən anası X12 ilə birlikdə 39 saylı dövlət notariat kontoruna aparılarkən Cavabdeh1 ona bildirmişdir ki, anasına məxsus həmin miras əmlaka yenə də Cavabdeh1 ilə birlikdəiddiaçı da vərəsə olacağı üçün X8 qalmış miras əmlakdan anasının xeyrinə imtina etsin. İddiaçı məhz bu məqsədlə sözügedən notariat kontorunda əlavə heç kimin iştirakı olmadan atasından qalmış miras əmlakdan anasının xeyrinə imtina etmişdir. Lakin Cavabdeh1 anasının “Şizofreniya paranoid forma” xəstəliyindən və iddiaçının ömürlük görmə qabiliyyətinin olmamasından su i-istifadə edərək anası X6 məxsus ünvan 5 ünvanda yerləşən mənzili iddiaçının xəbəri olmadan 27 iyun 2003-cü il tarixli mənzilin bağışlanma müqaviləsi əsasında özünün mülkiyyətinə keçirilməsinə nail olmuşdur. Eləcə də, sözügedən mənzil yenidən cavabadeh Cavabdeh1 tərəfindən öz oğlu Cavabdeh2 adına keçirilərək hər ehtimala qarşı daşınmaz əmlaka vicdanlı sahib statusu verməyə çalışmışdır. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də b u pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən sözügedən iddiaya müddət tətbiq etməklə səhvə yol verməsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən vacib əhəmiyyətli yanılmanın təsiri altı nda sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamənin əldə edilməsi dolayısı ilə iddiaçını yuxarıda qeyd edilmiş mənzilə dair mülkiyyət hüququndan qanunsuz şəkildə birdəfəlik məhrum etmişdir. Nəticə etibarilə sözügedən mübahisə mülkiyyət hüquqlarından məhrumedilmə halı olduğu üçün iddia müddəti tətbiq edilə bilməz.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X13 və nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X14) 2(103)-1212/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədə n qüvvədə saxlanılmışdır.

20. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfin məhkəmədə verdiyi izahatlardan göründüyü kimi iddiaçı 2000-ci ildə notarial qaydada ərizə verməklə miras əmlakdakı payından imtina etdiyindən xəbərdar olmuş, bunu edərkən həmin mənzilin anasının adına keçdiyini bilmiş və gələcəkdə anası vəfat etdikdən sonra özünün də anasının vərəsəsi kimi həmin əmlakda payının olduğunu güman etmişdir. Cavabdeh isə öz etirazında iddiaçının özünün könüllü şəkildə həmin ərizəni imzaladığını bildirmişdir. Həmçinin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-4254/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı atası X9 xx.xx.2000-ci il tarixdə vəfatından sonra anası və qardaşı Cavabdeh1 ilə notariat kontoruna gedərək miras əmlak olan Bakı şəhəri, Sa bunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 23 ünvanında yerləşən 4 saylı mənzildəki payından anasının xeyrinə imtina etmiş, mənzilin onun adına rəsmiləşdirilməsinə razılıq vermiş və özünün bildirdiyinə görə hesab etmişdir ki, anasının ölümündən sonra mənzil onunla qardaşı arasında bölünəcəkdir. X12 qeyd olunan əqdlər bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək vəziyyətində olmaqla fəaliyyət qabiliyyətli və anlaqlı olmuş, mübahisələndirilən bağışlama müqaviləsi üzrə notariat əməliyyatı aparılarkən qanunun və tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş tələblərə riayət olunmuşdur. X12 öz iradə ifadəsinin təzahürü kimi və şüurlu şəkildə hərəkət etməklə mülkiyyətində olan daşınmaz əmlak üzərindəki sərəncam vermək hüququndan istifadə edərək əmlakı Cavabdeh1 bağışlamış, sonuncu, bağışlanılan əmlakı qəbul edərək öz mülkiyyətinə keçirdikdən sonra da onu evdə qeydiyyatda olan X5 və öz oğlu Cavabdeh2 razılıq ifadəsi əsasında sonuncuya hədiyyə etmişdir. Hədiyyə alan Cavabdeh2 üzərinə hədiyyə ilə bağlı hər hansı öhdəlik və şərt qoyulmamış, o, hədiyyə verilən daşınmaz əmlakı qəbul etmiş və sonradan bağışlama müqaviləsi əsasında öz mülkiyyətinə keçirmişdir.

21. Kollegiya bildirmişdir ki, iddiaçının miras əmlakdakı payından imtina etməsinə dair ərizə verərkən aldadılmasına dair dəlili əsassız olmuşdur.

22. Bundan başqa kollegiya qeyd etmişdir ki, iddiaçı özünün birinci qrup gözdən əlil olmasına və notariat orqanında ərizəni imzalayarkən ona hərəkətlərinin mahiyyətinin izah edilmədiyini göstərmişdir. Lakin iş materiallarına əlav ə edilmiş vərəsəlik işindən görünür ki, İddiaçı miras əmlakdakı payından imtina barədə ərizəni özü şəxsən imza etmiş, ad və soyadını özü şəxsən qeyd etmişdir. Qeyd edilən yazının və imzanın iddiaçıya məxsus olması onun tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, iddiaçının həmin sənədin məzmunundan xəbərsiz olmasına dair dəlili də əsassız hesab edilməlidir.

23. Apellyasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən müddətin tətbiq edilməsi ilə bağlı gəldiyi nəticənin düzgün olmamasi ilə bağlı olmuşdur. Kollegiya şikayətin həmin dəlilini də müzakirə edərək onun əsassız olması qənaətinə gəlmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2000-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi, iddiaçı həmin şəhadətnaməni onun verilməsindən 22 ilə yaxın müddət keçdikdən sonra mübahisələndirmişdir.

24. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1212/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən idd iaçı (Vəkil2 oölu) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassator kassasiya şikayətini apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

28. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

29. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətlərində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi- prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli 2(103)1212/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar