Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2268/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X13 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı zəbt olunmuş binanın boşadılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1866/19 saylı, 06 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil oğlu tərəfind ən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X13 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehin mərkəzin balasında olan taxta fin evdən köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(066)-1783/2018 nömrəli (hakim Q.Abbasov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X13 Təsərrüfatı Mərkəzinin balansında olan taxta fin evdən köçürülməsi; İş üzrə 10 (on) manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Gəncə Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Rəhman Muradov - sədrlik edən və məruzəçi, Şəfiqə Əliyeva və Ədil Məmmədov) 2(104)-1866/2019 saylı, 06 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Göygöl Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(066)-1783/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1866/19 saylı, 06 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün yeni apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə tanış olarkən məlum olur ki, qətnamədə işin halları deyil, yalnız qarşı tərəfin əsassız dəlillərinə istinad edilmişdir. Bununla da Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88, 106.1, 217.1, 217.3, 217.4-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Məcburi köçkün olduğu üçün dövlət rüsumu ödəməkdən azad olduğu halda, birinci instansiya məhkəməsi iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun ondan tutulmasını qət etmişdir. Qətnamə qət edilərkən həm maddi, həm də prossesual hüquq normaları düzgün tətbiq edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X13 Təsərrüfatı Mərkəzinə ərizə ilə müraciət edərək Gəncə şəhəri Hacıkənd qəsəbəsi “alma bağı” adlanan məkanda məskunlaşmalarına icazə verilməsini xahiş etmiş və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirli yi Meşələrin İnkişafı Departamenti X13 Təsərrüfatı Mərkəzi ilə Cavabdeh, X1, X2 və X4 arasında əməkdaşlıq sazişi bağlanmış və sonunculara Gəncə şəhəri Hacıkənd qəsəbəsi “alma bağı” adlanan məkanda müvəqqəti yaşamalarına razılıq verilmişdir. Cavabdeh 5 nəfər ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən Gəncə şəhəri Kəpəz rayonu ərazisində məcburi köçkün ailələri üçün salınmış 1500 ailəlik Yeni qəsəbədə mənzillə təmin olunmasına baxmayaraq X13 Təsərrüfatı Mərkəzinin balansında olan taxta fin evdən çıxmaqdan imtina etmişlər. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlak iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X13 Təsərrüfatı Mərkəzinin mülkiyyətindədir və cavabehin müvəqqəti istifadəsinə verilmişdir. Eləcədə tərəflər arasında bağlanmış əməkdaşlıq sazişinə əsasən müəssisə tərəfindən ərazinin boşadılması barədə bildiriş verildiyi təqdirdə Cavabdeh və digərləri mübahisə yaratmadan ərazini qəbul etdikləri vəziyyətdə boşaldaraq dərhal müəssisəyə təhvil vermələri barədə öhdəlik götürmüşlər. Məhz bu baxımdan apelyasiya kollegiyası hesab etmişdir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya kollegiyası qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 153.1, 157.4 və Torpaq Məcəlləsinin 111-ci maddəsi ilə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsin in 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.1-ci maddəsinə görə, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Kasasiya kollegiyası hesab edir ki, kasasiya yoxlaması zamanı apelyasiya kollegiyasının madd i hüquq normalarının tələblərinə riayət etməklə mübahisəni mahiyyəti üzrə düzgün həll etdiyi müəyyən edilir. Lakin kasasiya şikayətinin dəlilləri əsasında yoxlama aparılarkən müəyyən edilir ki, apelyasiya kollegiyası dövlət rüsumunun cavabdehdən tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən prosessual hüquq normasının pozuntusuna yol vermiş, bu barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. Belə ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən iddiaçı büdcə təşkilatı oduğundan dövlət rüsumu ödəməkdən azaddır. Həmin Məcəllənin 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər də dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. İş materiallarından da məlum olur ki, Cavabdeh Kəlbəcər rayonundan məcburi köçkündür. Bu hal birinci instansiya məhkəməsində mübahisəyə baxılarkən müəyyən olunsa da, birinci instansiya məhkəməsi iddianı təmin etməklə yanaşı, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulmasını qət etmiş, apelyasiya məhkəməsi də işə baxarkən birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş göstərilən prosessual pozuntuya münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni dəyişdirmədən saxlamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi- qismən Cavabdeh 10 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, iş üzrə dövlət rüsumu dövlət büdcəsinə aid edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1866/19 saylı, 06 may 2019-cu il tarixli qətnaməsi- qismən Cavabdeh 10 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilsin. İş üzrə dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2268/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2268/2020
01.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver