Məhkəmə qərarları › İş №2(102)-2269/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2269/2025

24.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2269/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 cavabdehlər “X2 Kompleksi” Mənzil Tikinti Kooperativi, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iş üzrə icraata xitam verilməsi, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 cavabdehlər “X2 Kompleksi” Mənzil Tikinti Kooperativ i, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Cavabdeh3nə qarşı “mənzillərin sökülməsi ilə əlaqədar mənzillərin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzillərin faktiki sahəsindən artıq sahəli mənzillərlə təmin edilmələri, mənzillə təmin olunanadək kirayə haqqının və mənəvi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)90/2025 nömrəli iş üzrə 12 mart 2025-ci il tarixli qərardadından iddiaçılar İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 tərəfindən verilmiş kassasiya şikayətinə 24 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 15 aprel 2014-cü il tarixli. 173 nömrəli sərənc amına əsasən “X2 Kompleksi” MMC-nin 11 aprel 2014-cü il tarixli müraciətini nəzərə alaraq Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 5859 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən “X2 Kompleksi” MMC tərəfindən həll edilməsi qərara alınmışdır.

2. Bakı şəhəri Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin ümumi sahəsi 101,30 kv.m. olan 35 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı6, Bakı şəhəri Səbail rayon u, X1 küçəsində yerləşən 2 saylı evin, ümumi sahəsi 69 kv.m. olan 49 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı5 Qüdrət oğlunun, Bakı şəhəri, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin ümumi sahəsi 60 kv.m. olan 50 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı2, Bakı şəhəri, Krasin (hazırki Q.Abbasov) küçəsində yerləşən 2 saylı evin 47 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı1, Bakı şəhəri, Səbail rayonu, X1 küçəsində yerləşən 2 saylı evin, ümumi sahəsi 95,8 kv.m. olan 20 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı7 mülkiyyətindədir. 3. “X2 Kompleksi” MTK tərəfindən İddiaçı5 Qüdrət oğluna, İddiaçı7, İddiaçı1, İddiaçı2, İddiaçı6 ünvanlanmış 20 sentyabr 2022-ci il tarixli pretenziya məktublarına əsasən, həmin şəxslərə mənzillərin faktiki sahəsinin hər kv.m görə 2100 manat he sablanmaqla İddiaçı1 119 kv.m faktiki sahəyə görə 250000 manat, İddiaçı2 119 kv.m faktiki sahəyə görə 250000 manat, İddiaçı5 Qüdrət oğluna 121 kv.m faktiki sahəyə görə 255000 manat ödənilməklə mənzillərin alqı – satqı müqaviləsinin bağlanması təklif olunmuşdur.

4. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ünvan 1 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında Aktın surətinə əsasən ünvan 2 ünvanda yerləşən zirzəmi, 5 mərtəbəli yaşayış binasına vizual baxış keçirilərkən məlum olmuşdur ki, Q.Abbasov küçəsi, 2 saylı ünvanda yerləşən yaşayış binası 4 girişli, zirzəmi, 5 mərtəbəli olub, 1935-ci ildə inşa edilmişdir. Bina relyefli ərazidə yerləşdiyindən zirzəmi mərtəbəsi yaşayış sahəsi kimi istismar edilir. Binanın planda qabarit ölçüləri 78.40 x 10.50 metrdir. Mərtəbəarası örtükləri ağac materialından, pilləkənləri isə yığma dəmir-beton elementlərdəndir. Damı yastı tipli olub yumşaq materiallarla örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Çoxmənzilli yaşayış binasında hal-hazırda yalnız 10 mənzil istismar edilir. Baxış zamanı yaşayış binasında aşağıda qeyd edilən qüsurlar müşahidə olundu: yaşayış binası fiziki cəhətdən köhnəlmişdir; binanın arxa fasad divarında müxtəlif ölçülü çatlar yaranmışdır; arxa fasad divarında atmosfer sularının təsirindən suvaq qatları və horgu məhlulları aşınmışdır; binanın ön fasad hissəsində son zamanlarda təmir işləri aparıldığından çat və aşınmalar müş ahidə edilmədi; zirzəmi mərtəbəsində torpaq təmasda olan divarlarda suvaq qaltları aşınmış, daxili bəzək elementləri yararsız vəziyyətə düşmüşdür, bəzi girişlərdə atmosfer sularının ümumi sahələrə sızması nəticəsində dəmir betondan olan çətir elementlərinin beton mühafizə qatları aşınmış armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır; binanın arxa fasad divarında sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir; binanın arxa fasad hissəsində yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşından hörülmüş divarlarda sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmış və sonradan inşa edilmiş əlavə sahələrə keçid yaradılmışdır; binanın ön fasad hissəsində bəzi mövcud eyvanlar müxtəlif inşaat mat erialları ilə tikilərək genişləndirilmişdir; binanın əksər mənzillərində mərtəbəarası örtükləri sökülmüşdür; əksər mənzillərin qapı və pəncərələri sökülmüşdür; yuxarıda qeyd olunmuş bu qüsurlar (əlavə sahələr və yenidənqurma işləri) binanın əlavə yüklənməsinə və binanın yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur; yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir; yaşayış binası memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Yaşayış binasına keçirilən baxış zamanı mənzillərə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. ünvan 2 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün təhlükəlidir. Yaşayış binasının yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. İş ü zrə qəbul edilmiş məhkəmə aktları

5. İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 qızı cavabdehlər “X2 Kompleksi” MTK, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən yaşayış binasının və onun mənzillərinin sökülməsinin, iddiaçıların mənzillərdən istifadə və sahiblik hüququnu həyata keçirmələrinə maneələr yaratmağın qadağan olunması, binanın dağıdılmış hissələrinin əvvəlki yararlı vəziyyətdə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, 100 manat dövlət rüsumunun cavabdeh “X2 Kompleksi” MTK-dan tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda cavabdeh “X2 Kompleksi” MTK tərəfindən iddiaçılarla h ər hansı razılıq əldə olunmadan birgə iddiaçılara məxsus mənzillərin yerləşdiyi yaşayış binasının sökülməsinə başlanılmışdır. Cavabdehin iddiaçılara “pretenziya”sında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli, 173 nömrəli sərəncamının icrası məqsədilə ünvan 4 ünvanında yerləşən istismar müddəti başa çatmış yaşayış binasının sakinlərinin köçürülərək sökülməsinin nəzərdə tutulduğu, yaşayış binasının qəzalı vəziyyətdə olduğu, təklif olunan məbləğlə razılaşılmadığı təqdirdə mənzilin alınması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçıların cavabdehə cavab məktubunda Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 173 nömrəli sərəncamının və bu sərəncamla birgə iddiaçıların və Kooperativin üzərinə hansısa vəzifə qoyulmasının, binanın texniki cə hətdən yolverilməz vəziyyətdə olmasının qeyd edildiyi rəyin məlum olmadığı, binanın mülkiyyətçisinin Azərbaycan dövləti olduğu və həmin rəy əsaslı olarsa dövlətin zəruri qanuni tədbirləri həyata keçirə biləcəyi, birgə iddiaçıların mənzillərini satmaq fikirlərinin olmadığı və Azərbaycan Respublikası qanunvericiliyində əmlakın Kooperativ tərəfindən birtərəfli qaydada məcburi alınmasına imkan verən heç bir əsasın olmadığı bildirilmişdir. Buna baxmayaraq iddia ərizəsinə əlavə olunan video materiallardan göründüyü kimi, cavabdeh qəsdən hər vəchlə, bütün qanunsuz üsul və vasitələrdən istifadə edərək birgə iddiaçıların yaşamaq hüququnu məhdudlaşdırmağa, onların və ailə üzvlərinin mənzillərindən istifadə etmələrinə imkan verməməyə, kommunal xidmətləri dayandırmağa və dözülməz bir vəziyyət yaratmağ a, özbaşınalıq və sui-istifadə yolu ilə yüksək vəzifəli şəxslərin adından istifadə etməklə hədə-qorxu gəlməyə və təzyiq göstərməyə davam edir. İddiaçılara məxsus evlərin şüşə və qapıları sındırılır. Kənar və normal reputasiyaya malik olmayan şəxslərin binaya, mənzillərə soxulması və fəsadlar törətmələri təşkil olunur. Son bir həftədə binanın qaz, elektrik təchizatını kəsmiş, su təchizatını məhdudlaşdırmış, qəsdən mənzillərə su axıtmış, insanların, xüsusilə yaşlıların və azyaşlı uşaqların yaşamaq haqqını qeyri-insani bir şəkildə mümkünsüz etməyə yönələn hərəkətlərə yol vermişdir. Hazırkı şəraitdə birgə iddiaçıların mənzillərində yaşamaları qeyri-mümkün olduğundan, onlar müxtəlif yerlərdə məskunlaşmağa məcbur olmuş, evlərindən didərgin salınmışlar. Kooperativ iddiaçılara təzyiq və hədə-qor xu göstərir. Birgə iddiaçıların təhlükəsiz şəraitdə yaşamaq, mülkiyyətindən maneəsiz istifadə etmək, mənzil toxunulmazlığı, şəxsi həyatın toxunulmazlığı kimi konstitusion hüquq və azadlıqları kobud şəkildə pozulur. Aidiyyatı orqanlara şifahi və yazılı şəkildə dəfələrlə müraciət edilsə də, effektiv tədbirlər görülmür, cavabdehin özbaşınalıqlarına son qoyulmur.

7. İddiaçılar tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 5 ünvanında yerləşən, faktiki sahəsi 135 kv.m olan 35 saylı mənzilin sökülməsinə görə cavabdeh “X2 Kompleksi" MTK tərəfindən İddiaçı6 Kooperativ tərəfindən Bakı Səhər İcra Hakimiyyəti başçısının xx.xx.2014- cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əl avə olmaqla 175 kv.m sahəsi olan, 4 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı6 məxsus əşyaların təhvil verilməsi və həmin əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi; xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı6 təhvil verilənədək aylıq 1500 manat kirayə haqqının, İddiaçı6 vurulmuş mənəvi ziyana görə 20000 manat kompensasiyanın, 168 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ünvan 5 ünvanında yerləşən, faktiki sahəsi 121 kv.m olan 49 saylı mənzilin sökülməsinə görə cavabdeh “X2 Kompleksi” MTK tərəfindən İddiaçı5 Qüdrət oğluna Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən m ənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 158 kv.m sahəsi olan 3 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı5 Qüdrət oğluna məxsus əşyaların təhvil verilməsi və həmin əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı5 Qüdrət oğluna təhvil verilənədək aylıq 1200 manat kirayə haqqının, İddiaçı5 Qüdrət oğluna vurulmuş mənəvi ziyana görə 20000 manat kompensasiyanın, 165 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi, ünvan 5 ünvanında yerləşən, faktiki sahəsi 119 kv.m olan 50 saylı mənzilin sökülməsinə görə cavabdeh “X2 Kompleksi” MTK tərəfindən İddiaçı2 Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ün vanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 155 kv.m sahəsi olan 3 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı2 məxsus əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı2 təhvil verilənədək aylıq 1200 manat kirayə haqqının, İddiaçı2 vurulmuş mənəvi ziyana görə 20000 manat kompensasiyanın, 165 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ünvan 5 ünvanında yerləşən faktiki sahəsi 119 kv.m olan, 47 saylı mənzilin sökülməsinə görə cavabdeh “X2 Kompleksi” MTK tərəfindən İddiaçı1 Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 155 kv.m sahəsi olan 3 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı1 məxsus əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı1 təhvil verilənədək aylıq 1200 manat kirayə haqqının, İddiaçı1 vurulmuş mənəvi ziyana görə 20000 manat kompensasiyanın, 165 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ünvan 5 ünvanında yerləşən faktiki sahəsi 160 kv.m. olan 20 saylı mənzilin sökülməsinə görə cavabdeh “X2 Kompleksi” MTK tərəfindən İddiaçı7 Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında ye rləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla sahəsi 208 kv.m olan 4 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı7 məxsus əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı7 təhvil verilənədək aylıq 1500 manat kirayə haqqının, İddiaçı7 vurulmuş mənəvi ziyana görə 20000 manat kompensasiyanın, 168 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi - haqqında qətnamə qəbul edilməsini, cavabdehlərin əməllərində cinayətin əlamətlərinin mövcudluğu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişlər.

8. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yerləşən 20 saylı mənzil xx.xx.2016-cı il tarixli, seriya RX ******* saylı Daşınmaz Əmlakın dövlət reyestrindən çıxar ışa əsasən İddiaçı7 məxsusdur. İddiaçı7 hazırki iş üzrə cavabdehlərə qarşı birgə iddiaçılarla eyni mövqedən çıxış etdiyinə görə iş üzrə icraata tərəf qismində qoşulmaq barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə icraatın davam etdiyi dövrdə birgə iddiaçılara məxsus mənzillərin yerləşdiyi yaşayış binasının söküntüsünün qadağan edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardadlar çıxarılmışdır. Lakin adı çəkilən qərardadların icrası təmin edilməmiş, Kooperativ və ona havadarlıq edən cavabdehlər Cavabdeh3 və Bakı şəhər İcra Hakimiyyəti birgə iddiaçılarla razılaşdırmadan, binanın qəzalı vəziyyətdə olması məhkəmə qərarı ilə təsdiq edilmədən, habelə birgə iddiaçıların mülkiyyət hüquqlarına xitam verilmədən onlara məxsus mənzillərin sökülməsi üçün əlbir olmaqla b ütün qanunsuz üsul və vasitələrdən istifadə etmişlər. Beləliklə, birgə iddiaçılara məxsus mənzillərin yerləşdiyi yaşayış binası cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Cavabdeh3 və “X2 Kompleksi” Mənzil Tikinti Kooperativi tərəfindən sökülmüşdür. Halbuki, qeyd olunan yaşayış binasının sökülməsi üçün heç bir qanuni əsas, məhkəmə qərarı olmamış, birgə iddiaçıların mülkiyyət hüququna xitam verilməmiş, birgə iddiaçılarla razılaşma əldə olunmamışdır. Cavabdehlər birgə iddiaçılara məxsus mənzillərə mülkiyyətçilərin razılığı olmadan zorla daxil olaraq mənzilləri sökmüşlər. İddiaçılardan bir neçəsinə - İddiaçı5 Qüdrət oğluna, İddiaçı6 məxsus şəxsi əşyaların taleyi barədə ümumiyyətlə məlumatı yoxdur. Birgə iddiaçılar dörd aydan artıq müddətdir ki, mənzillərindən məhrum edilmiş, evsiz-eşiksiz qalmı ş, əlavə xərclərə düçar olmaqla şəxsi vəsaitləri hesabına müxtəlif yerlərdə məskunlaşmağa məcbur olmuşlar. Cavabdehlər tərəfindən hər vəchlə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək birgə iddiaçıların təhlükəsiz və sağlam şəraitdə yaşamaq, mülkiyyət hüququnun müdafiəsini tələb etmək imkanlarının qarşısı alınmış, mənzil toxunulmazlığı azadlıqları pozulmuş, şəxsi və ailə həyatlarına ciddi müdaxilə edilmişdir. Habelə birgə iddiaçılar cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarının müdafiəsi məqsədilə hüquqi yardımdan istifadə etməyə və nümayəndə - vəkilə xidmət haqqı ödəməklə əlavə xərclər çəkməyə məcbur olmuşlar. Cavabdehlər tərəfindən birgə iddiaçılara vurulan ziyan sadəcə maddi ziyanla məhdudlaşmamış, onların xeyli müddət kommunal təchizatlardan məhrum bur axılması, mənzillərinin pəncərə və qapılarının sındırılması, kənar şəxslərin yaşayış binasına buraxılması ilə sakinlərə ciddi narahatlıq törədilməsi, evlərə su axıdılması, onların şəxsi əşyalarını götürmələri üçün imkan belə vermədən mənzillərindən didərgin salınmaları, çoxsaylı məhkəmə proseslərinə cəlb edilmələri, hədə-qorxuya məruz qalmaları və nəhayət, mənzillərinin qanunsuz sökülməsi ilə ciddi mənəvi ziyan vurulmuşdur. Ona görə də, cavabdehlər birgə iddiaçılar qarşısında onlara vurulan maddi və mənəvi ziyana görə birgə məsuliyyət daşıyırlar. Birgə iddiaçılar onlara məxsus olan mənzillərin şəraitindən aşağı şəraitdə olmayan, mənzillərin faktiki sahəsinə 30% əlavə edilməklə təmirli mənzillə təmin edilməli və mənzillər onlara təhvil verilənədək kirayə haqqı ödənilməlidir. Nəzərə almaq la zımdır ki, birgə iddiaçılara məxsus mənzillər Bakı şəhərinin Bayıl adlanan ərazisində, coğrafi baxımdan əlverişli ərazidə yerləşməklə, birbaşa dəniz mənzərəli, yaxşı təmirli mənzillər olmuşdur. Birgə iddiaçılar ailə üzvləri ilə birlikdə uzun illər həmin mənzillərdə yaşamış, yaxın ərazilərdə fəaliyyət göstərmiş, qeyd olunan ərazidə mövcud olan mühitə uyğunlaşmışlar.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2023-cü il tarixli, e-2(009)134/2023 saylı qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia rədd edilmişdir.

10. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-90/2025 nömrəli iş üzrə 12 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Qa sımov (sədrlik edən və məruzəçi), G.Axundova və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı6 məxsus ünvan 5 ünvanında yerləşən, faktiki sahəsi 135 kv.m olan 35 saylı mənzilin sökülməsinə görə həmin mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 162 kv.m sahənin hər kv.m 2280 manatdan hesablanmaqla 369360 manat məbləbində pul vəsaitinin “X2 Kompleksi" MTK tərəfindən İddiaçı6 ödənilməsi, 29 noyabr 2022-ci il tarixdən 369360 manat məbləğində pul vəsaitinin İddiaçı6 ödənildiyi günə qədər hər ay 1000 manat məbləğində kirayə haqqının “X2 Kompleksi" MTK tərəfindən İddiaçı6 ödənilmısi, İddiaçı5 Qüdrət oğluna məxsus ünvan 5 ünvanında yerləşən, faktiki sahəsi 121 kv.m olan 49 saylı mənzilin sökülmə sinə görə həmin mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 145,2 kv.m sahənin hər kv.m 2280 manatdan hesablanmaqla 331056 manat məbləbində pul vəsaitinin “X2 Kompleksi" MTK tərəfindən İddiaçı5 Qüdrət oğluna ödənilməsi, 29 noyabr 2022-ci il tarixdən 331056 manat məbləbində pul vəsaitinin İddiaçı5 Qüdrət oğluna ödənildiyi günə qədər hər ay 900 manat məbləğində kirayə haqqının “X2 Kompleksi" MTK tərəfindən İddiaçı5 Qüdrət oğluna ödənilməsi, İddiaçı2 məxsus ünvan 5 ünvanında yerləşən, faktiki sahəsi 119 kv.m olan 50 saylı mənzilin sökülməsinə görə mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 142,8 kv.m sahənin hər kv.m 2280 manatdan hesablanmaqla 325584 manat məbləbində pul vəsaiitinin “X2 Kompleksi" MTK tərəfindən İddiaçı2 ödənilməsi, 29 noyabr 2022-ci il tarixdən 325584 manat məbləğində pul vəsaitinin İddiaçı2 ödənildiyi günə qədər hər ay 900 manat məbləğində kirayə haqqının “X2 Kompleksi" MTK tərəfindən İddiaçı2 ödənilməsi, İddiaçı1 məxsus ünvan 5 ünvanında yerləşən, faktiki sahəsi 119 kv.m olan 47 saylı mənzilin sökülməsinə görə mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 142,8 kv.m sahənin hər kv.m 2280 manatdan hesablanmaqla 325584 manat məbləbində pul vəsaitinin “X2 Kompleksi" MTK tərəfindən İddiaçı1 ödənilməsi, 29 noyabr 2022-ci il tarixdən 325584 manat məbləğində pul vəsaitinin İddiaçı2 ödənildiyi günə qədər hər ay 900 manat məbləğində kirayə haqqının “X2 Kompleksi" MTK tərəfindən İddiaçı2 ödənilməsi, İddiaçı7 məxsus ünvan 5 ünvanında yerləşən, faktiki sahəsi 160 kv.m olan 20 saylı mənzilin sökülməsinə görə həmin mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 192 kv.m sah ənin hər kv.m 2280 manatdan hesablanmaqla 437760 manat məbləbində pul vəsaitinin “X2 Kompleksi" MTK tərəfindən İddiaçı7 ödənilməsi, 29 noyabr 2022-ci il tarixdən 369360 manat məbləğində pul vəsaitinin İddiaçı7 ödənildiyi günə qədər hər ay 1000 manat məbləğində kirayə haqqının “X2 Kompleksi" MTK tərəfindən İddiaçı7 ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə rədd edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 168 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82,5 manat məbləğində pul vəsaitinin “X2 Kompleksi" MTK-dan tutularaq İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 ödənilməsi, ekspertiza tədqiqatına sərf olunmuş 100 manat məbləğində pul vəsaitinin “X2 Kompleksi" MTK-dan tutularaq Azərbay can Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, mütəxəssis rəyinin verilməsinə sərf olunmuş 900 manat məbləğində pul vəsaitinin “X2 Kompleksi" MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-90/2025 nömrəli iş üzrə 12 mart 2025-ci il tarixli qərardadı ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), G.Axundova və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi iddianın Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Cavabdeh3nə qarşı rədd olunduğu hissələrdə ləğv olunaraq həmin hissələrdə iş üzrə icraata xitam verilməsi, İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 eyni tələblərlə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının tələbləri aşağdakılardan ibarətdir: - iddiaçılara məxsus mənzillərin sökülməsinə görə cavabdeh “X2 Kompleksi" MTK tərəfindən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla təmirli mənzilin verilməsi; - iddiaçılara məxsus əşyaların təhvil verilməsi və həmin əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi; - xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi iddiaçılara təhvil verilənədək aylıq kirayə haqqının ödənilməsi, - iddiaçılara vurulmuş mənəvi ziyana görə kompensasiyanın ödənilməsi, cavabdehlərin əməllərində cinayətin əlamətlərinin mövcudluğu barədə xüsus i qərardad çıxarılması.

14. Birinci tələb yalnız cavabdeh “X2 Kompleksi" MTK-ya, digər tələblər isə MTK ilə yanaşı digər cavabdehlərə - Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Cavabdeh3nə qarşı yönəlmişdir. Tələbin məzmunundan görünür ki, iddiaçılar onlara məxsus mənzillərin cavabdehlər tərəfindən söküldüyünü iddia edir və bununla bağlı vurulmuş mənəvi ziyana görə kompensasiya, yaşayış sahəsi iddiaçılara təhvil verilənədək aylıq kirayə haqqı ödənilməsini və iddiaçılara məxsus əşyaların təhvil verilməsi və həmin əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi vəzifəsinin üzərinə qoyulmasını tələb edir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Cavabdeh3 inzibati orqan hesab olunduğundan və onlara qarşı yönəl miş tələblərə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalı olduğundan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2023-ci il tarixli, e-2(009)-134/2023 nömrəli qətnaməsi iddianın qeyd olunan orqanlara aid rədd olunduğu hissədə ləğv edilməli və iş üzrə icraata bu hissələrdə xitam verilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası İPM-nin 2.2-ci maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 3.1-ci bəndinə, MPM-in 261.0.1 və 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçılar (Vəkil1) kassasiya şikayə ti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 27, 29, 31, 32, 33, 60-cı, Mənzil Məcəlləsinin 5.1, 5.2, 5.3, 28.3, 28.4, 28.4-1, 28.6, 28.7, 85-ci Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, MPM-in 31.2, 88 və 394.1-ci maddələrinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəmənin iş üzrə icraata xitam verilməsi ilə bağlı hüquqi mövqeyi birgə iddiaçılara cavabdeh icra hakimiyyəti orqanları tərəf indən qəsdlə və açıq-aşkar şəkildə vurulmuş ziyanın ödənilməsindən cavabdehlərin yayınmasına, dövlət orqanı kimi səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyətçilərə qarşı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edərək əsassız iddia tələblərinə baxılmasına nail olduğu halda, cavabdeh dövlət orqanlarına münasibətdə iddia tələblərinə baxılmasından imtina olunmasına şərait yaratmışdır. Nəticə etibarilə, birgə iddiaçılar uzun illər boyu baxılan iddia tələblərinin nəticəsiz qalması ilə üzləşmiş, əsassız yerə iş üzrə icraata xitam verilmiş, yenidən inzibati məhkəmə icraatı qaydasında hüquqi müdafiə vasitələrindən istifadə olunması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin fərqli hüquqi mövqeləri birgə iddiaçıların ədalətli məhkəmə araşdırması və məhkəmə əlçatanlığı h üquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçıların mülkiyyət və mənzil hüquqları ardıcıl surətdə pozulmuşdur ki, birgə iddiaçılar kimi çıxış edən vətəndaşlar həyatlarının əhəmiyyətli hissəsini Bakı şəhərinin “Bayıl” adlanan hissəsində keçirmiş, həmin ünvanda ailələri ilə birlikdə yaşamış, oxumuş, işləmişlər. Hal-hazırda onların mülkiyyət hüququna xitam verilmədən, binanın qəzalı vəziyyətdə olmasıməhkəmə qərarı ilə öz təsdiqini tapmadan birgə iddiaçıların əvvəlcə kommunal xidmətlərdən məhrum edilməsi, mənzillərinə ziyan vurulması, qapı-pəncərələrinin sındırılması, mənzillərinə su axıdılması, kənar və normal reputasiyaya malik olmayan şəxslərlə üz-üzə buraxılaraq təhlükəsiz şəraitdə yaşamalarının qarşısının alınması və daha sonra evlərindən didərgin salınması, qeyri-müəyyən və acınacaqlı vəziyyətə buraxılmaları Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan layiqli və təhlükəsiz şəraitdə yaşamaq, şərəf və ləyaqətə hörmət, mülkiyyət hüququ kimi mühüm fundamental hüquqların və Avropa İnsan Hüquqları Konvensiyasının mülkiyyət hüququnun qorunmasına dair presendentlərinin heçə sayılmasından başqa cür anlaşıla bilməz. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmasının səbəbi isə qanundan və mövcud hüquqi təcrübədən irəli gələn hüquqlarının qarşısının alınması, cavabdehlər tərəfindən insan həyatına hörmətsiz və laqeyd münasibət nümayiş etdirilməsi, qanuni mülkiyyətçi olduqları halda sanki bir “əşya” kimi mənzillərindən çıxarılıb kənara buraxılmaları, çoxsaylı qanunsuz təzyiqlərlə üzləşmələri olmuşdur. Bundan başqa hazırkı iş üzrə yaşayış binasının qəzalı vəziyyətdə olm asına və ya mülkiyyətçilərin mülkiyyət hüquqlarına xitam verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları olmadığı halda, məhkəmə öz xidməti vəzifəsindən yayınmaqla, icraatında olan işi araşdırmaq və əsaslı, qanuni məhkəmə qərarı çıxarmaq yerinə, bu işlə əlaqəsi olmayan və nəticəsi qeyri-müəyyən olan digər işlər üzrə qərar qəbul edildiyi təqdirdə mülkiyyətçilərə hər hansı kompensasiya ödəniləcəyi qənaətinə gəlməklə kifayətlənməklə ədalət mühakiməsi orqanının təyinatından kənar mövqeyə xidmət etmişdir. Habelə, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən 2 saylı yaşayış binasının istismar müddətinin bitməsi ilə bağlı sökülməsi haqqında sərəncamının 15 aprel 2014-cü il tarixli olması, buna baxmayaraq söküntü işlərinə 8 il sonra – 2022-ci ildə başlanılması da binanın qəzalı və ya təhlükəli vəziyyətdə olmamasına, hazırki söküntünün sahibkarlıq məqsədlərinə xidmət etdiyinə və cavabdeh icra hakimiyyəti orqanlarının Kooperativə himayədarlıq etməklə mülkiyyətçilərin hüquqlarını heçə saymalarına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ilk növbədə, birgə iddiaçılar tərəfindən cavabdeh “X2 Kompleksi” MTK-ya qarşı“mülkiyyət hüququnun müdafiəsinə dair” iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edilərək, ünvan 5 ünvanında yerləşən yaşayış binasının və onun mənzillərinin sökülməsinin, iddiaçıların mənzillərdən istifadə və sahiblik hüququnu həyata keçirmələrinə maneələr yaratmağın qadağan olunması, binanın dağıdılmış hissələrinin əvvəlki yararlı vəziyyətdə bərpa olunması vəzifəsinin cavabdehin üz ərinə qoyulması, 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh “X2 Kompleksi” Mənzil Tikinti Kooperativindən tutularaq birgə iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə icraatın davam etdiyi dövrdə iddiaçı Cavabdeh3 birgə iddiaçılara qarşı Səbail Rayon Məhkəməsinə müraciət edərək, “X2 Kompleksi” MTK tərəfindən kompensasiya verilməklə sakinlərin mülkiyyət hüququna xitam verilməsini xahiş etmişdir. Həmin işlər üzrə məhkəmə aidiyyatı cavabdeh sakinlər – birgə iddiaçılar tərəfindən mübahisələndirilmişdir. Lakin Səbail Rayon Məhkəməsinin hakimləri tərəfindən bir qayda olaraq məhkəmə aidiyyatına dair vəsatət təmin edilməmişdir. Məhkəmə iş materiallarında olan birgə iddiaçıların mülkiyyət hüquqlarının pozulmasında icra hakimiyyəti orqanlarının cavabdehliyini təsdiq edən sübutları nəzərə almadan, birgə iddiaçıların nümayəndələri tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2022-ci il tarixli, 16(103)-153/2022 saylı qərardadında ifadə olunmuş hüquqi mövqeyə baxmayaraq iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə əsassız və qanunsuz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, şikayətdə irəli sürülən dəlillərin hüquqi və faktiki əsaslara söykənmədiyi qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

20. Maddə 262.1. İş üzrə icraat a xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

23. Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərək ətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

24. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

25. Maddə 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015ci il tarixli qərarı

26. Bənd 7.1. İnzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. Bənd 16.3. Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraa tı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qərardad iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilmiş, prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçıların Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh3nə qarş ı olan tələbləri onların inzibati orqan kimi ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara vurulmuş ziyana görə kompensasiya tələbləri olmaqla, inzibati mübahisədir və həmin mübahisəyə hal-hazırda mülki qaydada baxılması üçün qanuni əsaslar mövcud deyildir.

32. İnzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələr subyekt və predmet baxımından digər məhkəmə icraatı növlərindən fərqlənir. Ona görə də məhkəmə təcrübəsində mübahisələrin aidiyyəti məsələsi həll edilərkən iddianın subyekti, mübahisənin predmeti müəyyən edilməli, habelə məhkəmə aidiyyətinə dair prosessual normaların tətbiqində vahid mövqe formalaşmalıdır. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyrimüəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair 2013-cü il 13 iyun tarixli Qərarı).

33. İnzibati hüquq münasibətləri digər hüquq münasibətlərindən başlıca olaraq subyekt tərkibinə və predmetinə görə fərqlənir. İnzibati, yəni publik hüquq münasibətlərinin obyektini məhz dövlət idarəçiliyi və yerli özünüidarəetmənin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər təşkil edir. Bu münasibətlərdə tərəflərdən biri qismində mütləq şəkildə inzibati orqan və ya qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyekt çıxış edir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir.

35. İddiaçıların iddia tələblərini belə əsaslandırılblar ki, Kooperativ və ona havadarlıq edən cavabdehlər Cavabdeh3 və Bakı şəhər İcra Hakimiyyəti birgə iddiaçılarla razılaşdırmadan, binanın qəzalı vəziyyətdə olması məhkəmə qərarı ilə təsdiq ed ilmədən, habelə birgə iddiaçıların mülkiyyət hüquqlarına xitam verilmədən onlara məxsus mənzillərin sökülməsi üçün əlbir olmaqla bütün qanunsuz üsul və vasitələrdən istifadə etmiş, yaşayış binası cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Cavabdeh3 və “X2 Kompleksi” Mənzil Tikinti Kooperativi tərəfindən sökülmüşdür. Halbuki, qeyd olunan yaşayış binasının sökülməsi üçün heç bir qanuni əsas, məhkəmə qərarı olmamış, birgə iddiaçıların mülkiyyət hüququna xitam verilməmiş, birgə iddiaçılarla razılaşma əldə olunmamışdır. Cavabdehlər birgə iddiaçılara məxsus mənzillərə mülkiyyətçilərin razılığı olmadan zorla daxil olaraq mənzilləri sökmüşlər.

36. Göründüyü kimi, iddiaçıların tələbləri cavabdeh inzibati orqanların qanunsuz faktiki xarakterli hərəkətləri ilə əsaslandırılmış, bunun nəticəsində pozulmu ş hüquqların bərpası tələb edilmişdir. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq, bu cavabdehlərə qarşı tələbləri inzibati mübahisə hesab edərək, onlara aid hissədə iş üzrə icraata mülki icraat qaydasında baxılmalı olmayan iş kimi xitam vermişdir.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-90/2025 nömrəli iş üzrə 12 mart 2025-ci il tarixli qəra rdadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar