Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2270/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh LPO "xxxx" QSC-yə qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-765/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB QSC-nin İddiaçı qarşı iddiası təmin edilməklə ondan əsas borc olaraq 116495 manat, faiz borcu olaraq 43238.04 manat, cərimə borcu olaraq 10000 manat, iddia ərizəsinə məhkəmədə baxılmasından ötrü dövlət rüsumu olaraq 20 manat, ümumilikdə 169753,04 manat məbləğində kredit borcunun tutularaq iddiaçıya ödənilməsi, tələbin İddiaçı məxsus ipoteka ilə yüklü olan Bakı şəhəri Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0,05443 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, bir otaqlı, 10.4 kv.metr yaşayış, 29.09 kv.metr köməkçi sahədən ibarət olan 613A nömrəli bağ evinə və Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsə bəsində istifadədə olan 0.1162 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, bir otaqlı, 14.41 kv.m yaşayış, 39,74 kv.m köməkçi sahədən ibarət 613 nömrəli bağ evinə yönəldilməsi, ipoteka predmetlərinin hərracdan satılması, borcun satışdan əldə ediləcək vəsait hesabına ödənilməsi və İddiaçı həmin bağ evlərindən çıxarılması qət edilmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2972/2022 nömrəli, xx.xx.2016-ci il tarixli qətnaməsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsindən ibarət 616 saylı bağ sahəsi üzərində İddiaçı icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh LPO "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağın 0,05 hektarının naturada ayrılaraq ona təhvil verilməsi, ayrıca yolunun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən 613 və 613A bağ sahələri ona atasından və dayısından miras qalmış, 616 saylı bağ sahəsinə bitişik istifadə edilmişdir. 616 saylı bağ sahəsinə onun icarə hüququ Bakı şəhəri Xəzər rayon məhkəməsinin 04 iyul 2016-ci il tarixli qətnaməsi ilə tanınmış və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Seriya RX ******* saylı çıxarış verilmişdir. Hər üç bağ sahəsi bu günə kimi vahid bağ sahəsi kimi onun tərəfindən istifadə edilmiş, sərhədləri müəyyən edilməmişdir. Belə bir halda, bağın bir hissəsinin hərracdan satılma sı onun qanunla qorunan hüquqlarının kobud surətdə pozulmasına səbəb olacaqdır. Odur ki, hesab edir ki, onun üzərində icarə hüququ tanınmış və mübahisə predmeti olmayan ümumi ölçüsü 0,10 ha olan 616 saylı bağın 0,05 ha hissəsi naturada ayrılaraq ona təhvil verilməli, ayrıca çıxış yolu müəyyən edilməlidir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1372/2020 nömrəli, xx.xx.2020- ci il tarixli qərardadı ilə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-torpaqşünaslıq ekspertizasının 10/3042 saylı xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsi bir tərəfdən qonşu torpaq sahəsi ilə, digər tərəfdən isə id diaçının faktiki istifadəsində olan torpaq sahələri ilə əhatə olunduğuna, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində 616 saylı bağ sahəsinin yerləşdiyi hissənin faktiki olaraq birbaşa giriş-çıxışı olmadığına, həmçinin mülki iş materiallarında və təqdim olunmuş mütəxəssis rəyində sənəd üzrə 616 saylı bağ sahəsinə hər hansı tərəfdən giriş-çıxışın olmasına dair məlumat mövcud olmadığına görə, həmin bağ sahəsinin naturada ayrılması texniki baxımdan mümkün deyildir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhramzadə) iddia təmin edilməmişdir.
7. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair ekspertin rəyini sübut kimi qəbul edərək hesab etmişdir ki, mübahisəli Bakı şəhəri Xəzər rayonu, Mər dəkan qəsəbəsində yerləşən 616 saylı bağın 0,05 hektarının naturada ayrılaraq iddiaçıya təhvil verilməsi texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi təmin edilməməlidir
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 224.1, 224.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qanuni əsaslarla istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsi, "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində istifadədə olan 0.05443 ha torpaq sahəsində yerləşən 61За nömrəli bağ evi və 0.01162 ha torpaq sahəsi olan 613 nömrəli bağ evi bi r-birilərinə birləşikdir və naturada ayrılmamışlar. Həmin ipoteka predmetləri satılacağı halda 616 saylı bağ sahəsinin özgəninkiləşdirilməsi təhlükəsi yaranacaqdır. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və iş üzrə səhv nəticəyə gəlmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10599/2021, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c)Kassasiya instansiyasında birinci icraat
12. İddiaçı apelyas iya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (məruzəçi), Ə.Əliyev, İ.Xəlilov, iş N 2(102)-4759/2022) qətnamə ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə şərh edilən göstərişləri ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 224-cü maddəsini nəzərdən keçirsə də, həmin normanın dispozisiya şərtlərini işin halları baxımından düzgün qiymətləndirməmişdir.
14. Belə ki, məhkəmələr tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunub-olunmaması, tutma yönəldilmiş əm lakların hərracdan satılıb-satılmaması, həmin bağ sahələrinin mülkiyyətçilərinin (və ya mülkiyyətçisinin) kim olması araşdırılmadığından, iş materiallarından 613 və 613A bağ sahələrinin hazırkı mülkiyyətçilərinin kim olması müəyyən edilmir. Halbuki, torpaq sahəsinin naturada ayrılması tələbinə dair işlər üzrə qiymətləndirmədə ilk addım mülkiyyətçilərin müəyyən edilməsi olmalıdır. Bu hal iddia tələbinin kimə qarşı yönəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
15. Nəzərə alınmalıdır ki, həmin bağ sahələrinin "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilməsi hazırkı iddia tələbinin Banka qarşı irəli sürülməsi üçün əsas ola bilməz. Çünki, əmlakın Bank qarşısında ipoteka ilə yüklü edilməsi hələ Bankın həmin əmlakların mülkiyyətçisi olması demək deyildir.
16. Digər tərəfdən, Mülki Prosessua l Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
17. Hazırkı iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tələbini qabaqlayıcı tədbir qismində irəli sürmüşdür ki, bağın bir hissəsinin hərracdan satılması onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmasın.
18. İddiaçının hansı pozulmuş hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud hansı hüququnun təsdiqi üçün məhkəməyə müraciət etməsi iddia ərizəsindən müəyyən olunmur. Gələcəkdə baş verməsi ehtimal edilən hüquq pozuntusu ilə bağlı məhkəməyə müraciət edilməsi isə yolverilməzdir.
19. MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, iş məhkəm ədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
20. Kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda şərh edilən göstərişlərə uyğun olaraq işin məhkəmədə baxılmalı olmasına hüquqi qiymət verməklə, mübahisəni həll etməlidir. ç)Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2023-ü il tarixli qərardadı ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), N.Cəfərov və İ.Şirinov, iş N 2(103)-765/2023) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri ilə əlaqədar xx xxxxxxx 1963-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 613 və 613a saylı bağ (evlərinin) sahələrinin (Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü olmuşdur) hal-hazırda kimin mülkiyyətində olub-olmaması, tutmanın həmin bağ sahələrinə (evlərinə) yönəldilib-yönəldilməməsi, hərracdan satılıb-satılmamaları barədə məlumatların, o cümlədən tarixləri göstərilməklə onların əldə edilməsi üçün əsas olmuş bütün hüquq müəyyənedici sənədlərin, o cümlədən hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqavilələrinin (qiymətləri göstərilməklə) yaxud digər əqdlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikasının İq tisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanmışdır.
23. Sorğu ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********03 3-21-330/2- 3603/2023 saylı, 03 fevral 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən 0.25 hektar torpaq sahəsi olan 613 saylı bağ sahəsi 115 nömrəli xx.xx.1988-ci il tarixli bağın icarəyə verilməsi haqqında müqavilə əsasında X2 icarəsinə verilmişdir. Onun razılığı ilə bağ sahəsinin 0.12 hektar hissəsi 613a saylı bağ sahəsi kimi İddiaçı İskəndər oğlunun adına keçirilmişdir və onunla 19197 nömrəli xx.xx.1988-ci il tarixli müqavilə bağlanılmışdır.
24. Yerdə qalan 0.12 hektar hissəyə dair 613 saylı bağ sahəsi kimi X6 ilə xx.xx.1983-ci il tarixli 115 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 613 sayh bağ evi xx.xx.2000-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır.
25. Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmiş 2V-1-73 reyestr nömrəli xx.xx.2007-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 14.41 kv.m yaşayış, 39.74 kv.m köməkçi sahədən ibarət **********4011302 reyestr nömrəli 613 saylı bağ evi xx.xx.2007-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, hazırda mülkiyyətindədir.
26. Məlumat olaraq bildiririk ki, Bakı A pellyasiya Məhkəməsinin mülki işlər üzrə koliegiyasının xx.xx.2010-cu il tarlxli 2(103)-2501/2010 nömrəli Qətnaməsi ilə X3 icarəsində olmuş 613 saylı bağın 0.06 hektar torpaq sahəsinə, həmin bağ sahəsində yerləşən tikilinin 1/2 hissəsinə X1 vərəsəlik hüququnun tanınması qət edilmişdir. Həmin qətnamə əsasında 613 saylı bağ sahəsinin 0.06 hektar hissəsi xx.xx.2013-cü il tarixdə X1 adına qeydiyyata alınmış, alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Hazırda 613K saylı 0.06 hektar bağ sahəsi kimi X4 mülkiyyətindədir.
27. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 613a saylı bağ evi xx.xx.1988-ci il tarixli 19197 nömrəli müqavilə əsasında xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra bağ evinə dair qeydiyyat vəsiqəsi xx.xx.2007- ci il tarixli dövlət reyestrindən çı xarışla əvəzlənmiş, Mərdəkan qəsəbəsində istifadəsində olan 0.05443 hektartorpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 10.04 kv.m yaşayış, 29.09 kv.m köməkçi sahədən ibarət **********21-11301 reyestr nömrəli 613a saylı bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyətindədir.
28. İddiaçı mülkiyyətində otan Mərdəkan qəsəbəsi 613 və 613a saylı bağ evləri QSC Bank Standart KB-nin xeyrinə ipoteka ilə yüklüdür. Həmin bağ evlərinin reyestr məlumatlarında hərracla bağlı müraciət aşkar olunmamışdır.
29. İddiaçı mülkiyyətində olan əmlaklar üzərində hər hansı əməliyyatın aparılmaması barədə Yasamal rayon İcra şöbəsinin xx.xx.2012-ci il tarixli xx/xx-1420/5 nömrəli bildirişi daxil olmuşdur.
30. Həmçinin sorğunun icrası ilə ə laqədar müvafiq sənədlərin İdarə tərəfindən təsdiq edilmiş surətləri də cavab məktubuna əlavə edilmişdir
31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yeni apellyasiya baxışı zamanı həm tərəflərin izahatları, həm də alınmış rəsmi sənəd və məlumatlarla bugünədək Bakı şəhər Yasamal Rayon Məhkəməsini 01 oktyabr 2012-ci il tarixli qətnaməsi 10 ildən artıq bir müddətdə icra olunmadığı, yəni tutmanın yönəldiyi bağ sahələrinin hərracdan satılmadığı, 613 və 613A bağ sahələrinin hazırkı mülkiyyətçisi elə iddiaçının özü olduğu təsdiq olundu. Deməli iddiaçı bu cür iddia tələbini özünə qarşı yönəltmişdir.
32. Başqa sözlə, 613 və 613A bağ sahələrinin "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilməsi də, hazırkı iddia tələbinin ona qarşı irəli sürülməsi üçün əsas ola bilməzdi. Çünki, ipote ka ilə yüklü edilmə ipoteka saxlayanın qeyd olunan bağ sahələrinin mülkiyyətçisi olması demək deyildir.
33. Bundan əlavə, iddia ərizəsinin məzmunundan görünə bilər ki, iddiaçı tələbini qabaqlayıcı tədbir qismində irəli sürmüşdür ki, ipoteka ilə yüklü edilmiş bağların hərracdan satılması onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmasın. Ancaq hazırki vəziyyətdə, iddiaçının hansı pozulmuş hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud hansı hüququnun təsdiqi üçün məhkəməyə müraciət etməsi iddia ərizəsindən müəyyən olunmur. Gələcəkdə baş verməsi ehtimal edilən hüquq pozuntusu ilə bağlı məhkəməyə müraciət edilməsi isə yolverilməzdir.
34. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamşdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, id diaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddia üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsi n yaxud hüququn verdiyi imkandan istifadə edərkən qanunvericiliyin imperativ və dispozitiv şərtinə əməl etsinlər. Əks halda mülki hüquqda hüquqdan sui-istifadənin qadağan edilməsi institutunu yaranmasına da zərurət və əsas olmazdı.
35. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MPM-in 261.0.1, MPM-in 384.0.5-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin bu iş üzrə olan 2(103)-765/2023saylı,xx.xx.2023-cü il tarixli qərardadını ləğv edərək işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının MPM- nin 387.2, 387.2.8 maddələri düzgün tətbiq edilməmiş, qeyd edilən normaların tələbləri baxımından düzgün olmayan qərardad çıxarılmışdır.
38. Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin məcəllənin 372.1 və 372.7-cimadələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarının pozuntusuna dair mövqeyini ifadə edərək qeyd etmişdir ki, həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiya məhkəməsin həmin məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birnci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri hə cmində yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.1 və 372.7 maddələrinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin mübahisələndirilən hissəsində yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi həmin məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət edilməsini şikayətin dəlillərindən aslı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən prosessual normaları istinad edərkən onun apellyasiya şikayətini guya qismən “təmin etmiş” Bakı şəhər Xəzər Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsini ləğv etməkdə qanunsuzluğa yol vermişdir. Belə ki, həmin qətnamənin ləğv edilməsinə dair tələbi onun apellyasiya şikayətində öz əksini tapsa da, iddiasının təmin edilməməsi və məhkəmədə baxılmaması əsası ilə qətnamənin ləğv edilməsi yuxarıda qeyd edilən MPMin normaları və konstitusdiya məhkəməsinin qərarı baxımından tamamilə qanunsuzdur. Apellyasiya Məhkəməsi həmin iddiaya guya məhkəmədə baxılmaması əsası ilə qətnaməni ləğv edərək işin icraatına xitam verərkən həmin mübahisəyə hansı orqanda baxılmasını göstərməli idi. Lakin nədənsə apellyasiya məhkəməsi bunu etməməklə çıxarmış olduğu qərardadın bir daha qanunsuz olduğunu təsdiqləmişdir. b) Kassas iya şikayətinə qarşı etirazın dəlilləri
40. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayətini əsassız hesab edirlər. Kassasiya şikayətinə etiraz apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə eyni məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
47. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:
48. Maddə 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu h alda məhkəmə işə mahiyyəti üzrə baxmışsa;
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
52. Qanunu n tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Qərardaddan kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ni ləğv edərək iş üzrə icraata xitam verərəkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halına yol verməmişdir.etmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
56. Kassasiya şikayətinin digər dəlili apellyasiya məhkəməsinin iddiaya məhkəmədə baxılmaması əsası ilə qətnaməni ləğv edərək işin icraatına xitam verərkən həmin mübahisəyə hansı orqanda baxılmasını göstərmədiyi barədədir.Məhkəmə kollegiyası həmin dəlillə əlaqədar qeyd edir ki, apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, hazırki vəziyyətdə, iddiaçının hansı pozulmu ş hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud hansı hüququnun təsdiqi üçün məhkəməyə müraciət etməsi iddia ərizəsindən müəyyən olunmur. Gələcəkdə baş verməsi ehtimal edilən hüquq pozuntusu ilə bağlı məhkəməyə müraciət edilməsi isə yolverilməzdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.Yəni, apellyasiya məhkəməsi mübahisə olmadığını müəyyənləşdirmişdir.Əgər hüquq pozuntusu, mübahisə yoxdursa, hər hansı bir orqana müraciət edilməsinin göstərilməsindən də söhbət gedə bilməz.
57. Doğrudur, Azərbaycan Respublikasının MPM-in 262.3-ci maddəsinə əsasən MPM-in 261.0.1-ci və maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən maddə o hald a tətbiq ediləcəkdir ki, hüquq pozuntusu olsun, bu pozuntunun həlli məhkəməyə deyil, başqa bir orqana aid olsun. Lakin, yuxarıda qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi kassasiya kollegiyasının da razılaşdığı iddiaçının hər hansı pozulmuş hüququnun və ya qanunla qorunan mənafeyinin olmasını müəyyən etməmişdir.
58. İş üzrə icraata xitam verilməsi üçün əsas olduğu üçün apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən də apellyasiya instansiyası məhkəməsi MPM-in 387.2, 387.2.8 maddələrinin pozuntusuna yol verməmiş, əksinə həmin maddələrin tələbinə riayət etmişdir.
59. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, kassasiya şikayətin in dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2023-cü il tarixli 2(103)-765/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.