Məhkəmə qərarları › İş №2(102)-2275/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2275/2020

30.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2275/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) X8 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-ci il tarixli qətnaməsindən cavabdehlər X5 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(061)-138/2018 saylı qətnaməsi ilə (hakim M.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzə rilərinə onların iddiaçı X2 torpağın mülkiyyətə verilməsinə dair JN-794A KOD 61100028 saylı şəhadətnamə əsasında mülkiyyətinə verilmiş və digər iddiaçı olan oğlu İddiaçı2 ilə birlikdə istifadələrində olan 0,05 ha həyətyanı torpaq sahəsinə qanunsuz müdaxilələrinə son qoyulması vəzifəsi qoyulmasə qət edilmişdir, iddia qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən, məruzəçi), L.Süleymanov və A.Bayramov, 2(104)1851/2019 saylı mülki iş) hazırki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(061)-138/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X5 və Cavabdeh2 qarşı cavabdehlərin onların mülkiyyətinə qanunsuz müdaxiləsinə son qoyulması və həyətyanı torpaq sahələrindən apardıqları su arxının öz hesabına doldurularaq ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbi onunla əsaslandırmışlar ki, cavabdehlər qanunsuz olaraq onların həyətindən su arxı çəkib aparıblar və bunu onunla əsaslandırırlar ki, güya öz həyətlərini sulamaq üçün suvarma suyunu başqa yerdən gətirə bilmirlər. Halbuki ümumi camaatın istifadə etdiyi arxdan cavabdehlər öz həyətlərinə su arxı çəkə bilərlər. Belə ki, hazır su arxı vardır ki, illərdir camaat həmin su arxından istifadə edir. Bununla bağlı dəfələrlə cavabdehlərə xəbərdarlıq etsələr də cavabdehlər sözlərinə məhəl qoymayaraq mülkiyyətlərinə qanunsuz müdaxilələrini davam etdirməklə su arxını həyətlərindən aparmaqda davam edir və həm həyətyanı t orpaqlarının şoranlaşmasına, həm də həyətlərindən istədikləri kimi istifadə edə bilmədiklərinə şərait yaradırlar. Cavabdehlər onlara edilmiş xəbərdarlıqlara, müraciətlərə əhəmiyyət verməyərək həyətlərindən apardıqları su arxını doldurmurlar və ümumi camaatın istifadəsində olan su arxından həyətlərinə su çəkib aparmağı qərəzli olaraq həyata keçirmək istəmirlər. Onlar da məcbur qalıb məhkəməyə müraciət etməli olublar. Odur ki, cavabdehlərin onların mülkiyyətlərinə qanunsuz müdaxiləsinə son qoyulması və həyətyanı torpaq sahələrindən apardığı su arxının öz hesabına doldurularaq ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçilar XXX qızı və İddiaçı2 iddia tələbinin artırılması barədə məhkəməyə ərizə verərək bildirmişlər ki, iddia ərizəsində bəhs etdikləri mülkiyy ətlərində olan torpaq sahəsinə dair JN 794 B, kod 61100028 saylı Şəhadətnamədə həyətyanı torpaq sahəsinin sahə ölçüsü 0,07 hektar və JN 794A kod 61100028 Torpağa dair Şəhadətnamədə isə həyətyanı torpaq sahəsinin sahəölçüsü 0,05 hektar qeyd edilmişdir. Həmin sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilir. Odur ki, cavabdehlərin 0,05 hektar olan onlara məxsus torpaq mülkiyyətlərinə qanunsuz müdaxilələrinə son qoyulması və həyətyanı torpaq sahələrindən apardıqları su arxının öz hesablarına doldurularaq ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər X5 və Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərə k, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçıların iddiasını təmin edərkən onların sübutlarını düzgün qiymətləndirməmiş, qarşı tərəfin heç bir hüquqi əsası olmayan iddia tələbinin mahiyyətinin nədə ifadə olunması bəlli olmayan iddialarını təmin edərkən MPM-nin 88, 106.1, 217.3. 217.4-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə qətnaməni qət edərkən mülkiyyətçinin mülkiyyətinə müdaxilənin nədən ibarət olmasını göstərməmişdir. Onlar iddiaçının həyətyanı torpaq sahəsindən əvvələr su aparmışlar. 2 ildir ki, iddiaçılar su arxını doldurub onların həyətyanı torpaq sahəsinə su vermirlər. Bu səbəbdən onların bütün meyvə ağacları qurumuşdur. Onların müdaxiləsinin nədən ibarət olması qətnamədən görünmür. Məhkəmədə cavabdehlərin iddiaçıların mülkiyyətinə hansı qəsdin, hansı müdaxiləni etmələri müəyyən edilmədiyi halda məhkəmə onların üzərinə iddiaçılara məxsus 0,05 ha həyətyanı torpaq sahəsinə müdaxiləyə son qoyulmasını qət etmişdir. Onların belə bir müdaxiləsi yoxdur. 2 il bundan qabaq iddiaçılar tərəfindən bağlanmış su arxının keçdiyi torpaq sahəsi iddiaçıların mülkiyyətində yox, bələdiyə mülkiyyətindədir. İşdə su arxının bələdiyə mülkiyyətində olan torpaq sahəsindən keçməsini təsdiq edən bələdiyə arayışı vardır. Bələdiyyə də su arxının bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsindən keçməsinə etiraz etmir. Belə olan halda onların iddiaçıların mülkiyyətinə müdaxilədən söhbət gedə bilməz. Prosessal məsələlər və tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçılar onların istifadəsində olan torpaq sahəsindən cavabdehlərin su arxı çəkmələrini istəmirlər və hesab edirlər ki\. Bu onların hüquqlarını pozur. Qarşı tərəf isə su arxının məhz həmin ərazindən çəkilməsini tələb edir. El ə cavabdeh tərəfin müdaxilənin nədən ibarət olması ilə bağlı dəlilinə tərəflərin tələb və etirazlarında aydınlıq gətirilir. Ona görə məhkəmə tərəfindən müdaxilənin nədən ibarət olması dəlilinin aydınlaşdırılmaması barədə kassasiya şikayətinin dəlili əsaslı deyil. İşə baxan məhkəmələr aşağıdakı sübutları tədqiq etmişlər: Təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, hər iki tərəf Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Tərtər rayon Bəyimsarov kəndində məskunlaşmışlar və qonşu yaşayırlar. Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair JN-794A KOD 61100028 saylışəhadətnamənin surətindən görünür ki, X2 mülkiyyətlərində 0,05 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair JN-794B KOD 61100028 saylışəhadətnamənin surətindən görünür ki, X2 mülk iyyətində 0,07 ha torpaq sahəsi vardır. Tərtər rayon Bəyimsarov kənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 09 saylı arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün X5 və X1 həyətyanı torpaq sahələrinə gedən su arxı torpaqlar islahata gedən ildən hal-hazıra kimi X2 və oğlu İddiaçı2 həyətyanı torpağından keçir. Azərbaycan RspublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyestri Xidməti tərəfindən daxil olmuş xx.xx.2017-ci il tarixli 7/633 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Torpaq Məsələləri və digər qanunvericilik aktlarına uyğun olaraq tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Tərtər rayon Bəyimsarov kəndi ərazisində Torpağın mülkiyyətə verilməsi nə dair JN 794 B KOD 61100028 saylı və JN 794A KOD 61100028 saylı Şəhadətnamə əsasında X4 məxsus olan və hazırda oğlu İddiaçı2 istifadəsində olan həyətyanı torpq sahələrindən mübahisələndirilən su arxı keçən həyət naturada tərəflərindən ölçülərək sərhədləri müəyyən edilib. Ölçü zamanı müəyyən olub ki, JN 794A saylı Şəhadətnamə ilə mükiyyətə verilən sahə 0,05 ha göstərilməsinə baxmayaraq faktiki olaraq naturada 0,95 ha JN 94B saylı Şəhadətnamə ilə mülkiyyətə verilən isə sahə 0,07 ha kəndin bölgü layihəsində 0,07 ha qanuni və 0,03 ha Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. Hər iki torpaq sahəsi sənəd üzrə 0,05 və 0,07 ha həyətyanı məqsədi ilə X2 və İddiaçı2 mülkiyyətinə verilmiş torpaq sahəsidir. Hər iki həyətdə normadan artıq olan 0,045 ha və 0,03 ha torpaq sahələri isə kənd təsərüfatı təyinatlı bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. Mübashisələndirilən su arxı JN 794A saylı Şəhadətnamə ilə mülkiyyətə verilən 0,05 ha torpaq sahəsinin içərisindən keçir və həmin torpaq sahəsi X3 məxsusdur. Həmin su arxı xəritə də əvvəlcədən mövcud olmamış və hazırda mövcud deyildir. Həmin su arxının altında qalan torpaq sahəsi iddiaçılar X6 və İddiaçı2 qanuni mülkiyyətinə verilən 0,05 ha həyətyanı torpağın tərkib hiussəsi olduğundan və həmin 0,05 ha müəyyən qədər azaldığından həmin su arxının iddiaçıların həyətindən keçməklə onlara ziyan vurmuşdur. Cavabdeh tərəf olan X5 və Cavabdeh2 iddiaçı X2 JN 794 saylı Şəhadətnamə ilə mülkiyyətinə verilən 0,05 ha həyət torpağında normadan artıq bələdiyyə mülkiyyətinə məxsus olan 0,045 ha torpaq sahəsindən iddiaçının inşa etdirdiyi evin qarşı tərəfindən yeni arx çəkilməklə aparmaları mümkündür. Göründüyü kimi, qeyd olunan rəylə kassasiya şikayətinin dəlillərinə ətraflı cavab verilmiş və iş baxan məhkəmələr həmin sübuta intinad edərək iddianı qismən təmin etmişlər. O cümlədən, su arxının keçdiyi torpaq sahəsinin iddiaçıların qanuni istifadələrində olması, həmin sahədən rəsmi olaraq su arxının keçməsinin nəzərdə tutulmaması, cavabdehlərin su ilə təminatının iddiaçıların torpağından keçmədən alternativ qaydada həyata keçirilməsinin mümkünlüyü, su arxının iddiaçılara zərər vurması halları müvafiq mütəxəssis rəyi ilə təsdiq olunmuşdur. İddiaçılar və cavabdehlər qonşu olmaqla hər birilərinə məxsus olan həyətyanı torpaq sahələri ilə bağlı hüquqlarını sərbəst, heç kəsin müdaxiləsi olmadan həyata keçirməli, bir-bir ilərinə mane olmamalı, hər birinə məxsus torpaq sahələrindən istifadəyə onlardan hansınınsa tərəfindən yaradılmış məhdudiyətlərə son qoyulmalıdır. Əks təqdirdə bu hal mülkiyyətçinin ona məxsus olan əmlakından sərbəst surətdə istfadə etməsi hüququnun pozulması sayıla bilər. Azərbaycan Respublikasının milli qanunvericiliyi, həm də Azərbaycan Respublikasının tərəfdər çıxdığı“İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət və ondan sərbəst istifadə hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam ver mək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində yer alan və ümumi xarakter daşıyan norma əmlakdan maneəsiz istifadə prinsipini təsbit edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını d üzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehlər X5 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar