Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2275/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Şəki regional “ ASAN xidmət” mərkəzində Notariat ofisi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 aprel 2025-ci il tarixli 2(107)-242/2025 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Şəki rayonu, İnçə kəndində 0,3 ha torpaq sahəsində yerləşən 68,6 kv metr yaşayış, 81,6 kv metr yardımçı, 150.2 kv metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur.
2. İddiaçı (etibarnamə əsasında Cavabdeh2) ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı Şəki rayonu, İnçə kəndində yerləşən, 68,6 kv metr yaşayış, 81,6 kv metr yardımçı, 150,2 kv metr ümumi sahədən ibarət fərdi yaşayış evini və 654 kv metr torpaq sahəsini 15000 manata Cavabdeh4 satmışdır. Cavabdeh4 ilkin olaraq 3500 manatı İddiaçı ödəmiş, daha sonra xx.xx.2022-ci il tarixli qəbzlə 3500 manat və xx.xx.2022-ci il tarixli qəbzlə 7000 manatı Cavabdeh2 ödəmişdir.
3. Şəki rayonu, İnçə kəndində 0,0654 ha torpaq sahəsində yerləşən 150,2 kv metr ümumi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh4 mülkiyyətindədir.
4. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-1452/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı q arşı fərdi yaşayış evindən çıxarılma və evin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı Cavabdeh4 mülkiyyətində olan Şəki rayonu İnçə kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçı Cavabdeh4 təhvil verilməsi qət edilmişdir.
5. Cavabdeh4 Cavabdeh2 tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyi, sonuncu ilə barışdığını, onun barəsində hər hansı şikayət və tələbinin olmadığına dair xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən, xx.xx.2022-ci il tarixli qərarla Cavabdeh2 barəsində aparılan cinayət təqibinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k, 30 mart 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticə kimi Ələkbərov Elşən Nəsib oğlunun adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum ərindən qalan və Şəki rayonu İnçə kəndində yerləşən, xx.xx.2012-ci il tarixdə adına sənədləşdirdiyi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Xəstə olmağı səbəbli mütəmadi olaraq müalicə olunur. Bir müddət əvvəl evdə olduğu zaman ona təqdim olunmuş Şəki Rayon Məhkəməsinin qətnaməsini oxuduqda məlum olmuşdur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh4 m ülkiyyətində olan Şəki rayonu İnçə kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçı Cavabdeh4 təhvil verilməsi qət edilmişdir. Bunun nə olması barədə soruşduqda məlum olmuşdur ki, guya o, evini Cavabdeh4 satmışdır. Belə ki, olanlarla bağlı Elşənlə əlaqə saxladıqda, oğlu Qafqazın ona borcu olması səbəbli evi oğlunun onun adına sənədləşdirdiyini, qalan borcunu tam ödəyib qurtarandan sonra evi qaytaracağını bildirmişdir. Alqı-satqı müqaviləsindən onun məlumatı olmamışdır və həmin müqavilə üzrə hər-hansı vəsait əldə etməmiş, o cümlədən onun iradəsinin ziddinə satılmış evin müqabilində hər-hansı bir vəsait ailəsinin ehtiyaclarına sərf edilməsi imkansızdır. Bütün olanlardan sonra, xəstəliyindən istifadə edən oğlu Qafqaz və Elş ənin əlbir olaraq onu aldadaraq mülkiyyətini əlindən almaq istəmələri ona məlum olan kimi həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
8. Cavabdeh4 tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, həmin alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının oğlu Cavabdeh2 həmin prosesdə anası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli etibarnamə əsasında çıxış etmişdir. Həmin etibarnamə iddiaçı tərəfindən oğluna verilərkən iddiaçı notariat kontoruna şəxsən özü gedərək etibarnaməni imzalamış və ona heç bir hədə-qorxu və ya təsir olmamışdır. Həmin etibarnamə ilə iddiaçı oğlu Qafqaza mülkiyyətində olan fərdi yaşayış evinin və digər daşınmaz əmlakların üzərində sərəncam vermək səlahiyyətini vermişdir. Sözügedən fərdi yaşayış evi və 0,3 ha tor paq sahəsinin 0.0654 ha hissəsi satılarkən tərtib edilmiş bölgü sxemindən də iddiaçının xəbəri olmuşdur. Hətta həmin daşınmaz əmlak satılarkən yetkinlik yaşına çatmış ailə üzvlərinin də (o cümlədən gəlininin) razılığı alınmışdır. Göründüyü kimi iddiaçının istinad etdiyi hala dair (müqavilə bağlanarkən məlumatsız olması, aldadılması və s. barədə) iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 izahatında bildirmişdir ki, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi uydurma əqddir. Cavabdeh2lə Cavabdeh4 arasında borc münasibəti olmuşdur. Alqı-satqı müqaviləsi borcun müqabilində bağlanmışdır. Alqı-satqı müqaviləsi formal olaraq bağlanmış, ödəniş bir neçə dəfəyə həyata keçirilmiş, ödənilən pullar el ə ASAN Xidmətin binasında Cavabdeh4 geri qaytarılmışdır. Cavabdeh4 tərəfindən prokurorluğa borcla bağlı şikayət olmuşdur. Həmin şikayətdən sonra məsələnin bağlanması üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Prokurorluqda cinayət işinə xitam verildikdən sonra Cavabdeh4 Qafqazın ona borcunu qaytardığını qeyd edir. Necə ola bilər ki, həmin tarixdən sonra yenə borc qaytarılsın.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, onun Cavabdeh4 borcu olmuşdur. Cavabdeh4 tərəfindən prokurorluğa şikayət edilmişdir. Elşən, o və Məmməd adlı vəkil birlikdə ASAN Xidmət mərkəzinə getmişlər. Əvvəlcə bağışlama müqaviləsi bağlamaq istəmişlər. Lakin bağışlama alınmadığı üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı üzrə ödəniş hissə-hissə olmuşdur. 3500, 4000 və 7000 manat ödəni ş olmuş, o həmin pulları götürüb elə ASAN Xidmətin binasında Elşənə qaytarmışdır. İndi də onun təxminən 10.000 manat borcu mövcuddur. Borcunu qaytaracaqdır. Evin bir hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasının səbəbi də məhz borcun dəyəri hissəsində müqavilənin bağlanması ilə bağlı olmuşdur. Evin qiyməti 67000 manatdır. Notariusdan xahiş etmişlər ki, borcun məbləği həddində qiymət yazılsın.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Qafqazla onun arasında borc münasibətinin olması düzdür. Lakin Qafqaz tərəfindən ona olan borc tamamilə ödənilmişdir. O, Qafqazla notariusa elə evi almaq məqsədilə getmişdir. Hər hansı borc müqaviləsi bağlamaq niyyətləri olmamışdır. Qafqaz evi satdığı üçün o evi almaq qərarına gəlmişdir. Bağ ışlama eləmək istəmişlər, lakin notarius imtina etmişdir. İş prokurorluqda olanda Qafqazın ona 18-19 min manat borcu olmuşdur. Qafqaz demişdir ki, borcun müqabilində evi satacaq. O da almağa razılaşmışdır. Torpağın bir hissəsini almışdır. Çünki hamısının dəyəri çox idi. Dayısı prokurorluqda iş gedərkən təxminən 3000-3500 manat pul vermişdir. Evi alanda onlara demişdir ki, evdə qalmayacaq, satacaqdır. Bu səbəbdən də 6 ay vaxt vermişdir ki, rahat evi boşaltsınlar. Qafqaz evi ona satdıqdan sonra aldığı puldan ona olan borcunu qaytarmışdır. Prokurorluqda borcun qaytarılması barədə ərizəni yazmasının səbəbi o olmuşdur ki, onda Qafqazın borcunu qaytarmasına inam yarandığından belə bir ərizə yazmışdır.
12. Şəki Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(075)-394/2024 nömrəli qətnaməsi ilə (h akim Kamran Musayev) iddia təmin olunmuş, 30 mart 2022-ci il tarixli, reyestrdə 4Ə-424 nömrə ilə qeyd edilmiş AN1039002 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticə kimi Ələkbərov Elşən Nəsib oğlunun adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış **********92-10301 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilkin olaraq iddia ərizəsində onun xəbəri olmadan bu müqavilənin bağlandığını, Cavabdeh4 və Cavabdeh2 tərəfindən aldadıldığını bildirmi ş, lakin sonradan iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclaslarında verdiyi izahatlarında alqı-satqı müqaviləsinin borcun müqabilində formal olaraq bağlandığını bildirmişdir. Hazırkı işdə həmin müqavilənin yalan əqd olması tam təsdiq olunmuşdur. Belə ki, tərəflərin izahatlarından mübahisəsiz müəyyən olunur ki, 30 mart 2022-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının səbəbi Cavabdeh4la Cavabdeh2 arasında borc münasibəti ilə bağlı yaranmış münaqişə olmuşdur. Cavabdeh4 tərəfindən prokurorluğa müraciət edilmiş, bunun nəticəsi olaraq Cavabdeh2 barəsində cinayət işi açılmış, borcun bir qismi cinayət təqibinin gedişində ödənilmiş, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi bağlandıqdan bir gün sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh4 tərəfindən Cavabdeh2 barəsində olan şikayət geri götürülmüş, xx.xx.2022-ci il tarixdə isə Cavabdeh2 barəsində aparılan cinayət təqibinə xitam verilmişdir.
14. Məhkəmə Cavabdeh2 alqı-satqı müqaviləsi ilə bağlı ona ödənilmiş pulların məhz elə ASAN Xidmət mərkəzində Cavabdeh4 qaytarılması barədə dediklərinə münasibətdə qeyd etmişdir ki, belə bir hal olmuş olsa belə bu Qafqazın ona ödəməli olduğu borc məbləğidir şəklində dedikləri məhkəmədə inam yatarmamışdır. Hər nə qədər məhkəmə baxışı iclasında təqdim edilmiş olsa belə, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən təqdim edilmiş səs yazısında Cavabdeh4 Qafqazın ona hazırda 15000 borcunun olması barədə dedikləri məhkəmədə daxili inamının formalaşdırılmasında rol oynamışdır.
15. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.5, 337.1, 337.3, 337.5, 340.2, 351.1, 389.1 və 404.1-ci, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 anasının razılığı ilə borcunu qaytarmaq üçün sonuncunun adına olan evi ona deyil, başqasına da olsa satıb onun borcunu qaytarmalı idi. Lakin o, anasının razılığı ilə etibarnamə əsasında anasına məxsus evi ona satmış, alıcı kimi o evin dəyərini ödəmişdir. Bundan sonra, əldə edilmiş pulla onlar onun borcunu ödəmişlər. İddiaçının niyyəti mülkiyyətində olan evin satılaraq oğlunun borcunun ödənilməsi olmuşdur ki, bunu da etmişdir. İddiaçı ilə razılaşm aya əsasən həmin ev üçüncü bir şəxsə satılmış olsaydı belə, əldə edilmiş pul məbləği ilə ona olan borc ödənilməli idi. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. İddiaçının vəkili qanunu pozmaqla onun səsini gizli yazmış, səs yazısını məhkəməyə təqdim etmiş, məhkəmə isə qanunsuz yolla əldə edilmiş səs yazısını sübut kimi qəbul etmişdir. Məhkəmə tərəfindən səs yazısı diqqətlə dinlənilsəydi, iddiaçının vəkili ilə Cavabdeh2 danışıqları, onların sövdələşmələri, əlbir olaraq hüquqdan sui-istifadə etməklə əsassız iddia qaldırmaqları müəyyən olunardı. Məhkəmə nədənsə iddiaçının vəkili tərəfindən təqdim edilmiş, qanunsuz yolla əldə edilmiş səs yazısını sübut kimi qəbul etmiş, bu azmış kimi həmin səs yazısından iddiaçının xeyrinə istifadə edərək qanunsuz qətnamə çıx armışdır.
18. Məhkəməyə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək protokolla tanış olmaq üçün şərait yaradılmasını xahiş etsə də, heç bir nəticə əldə olunmamışdır. Məhkəmə aktının surəti ona qanunvericiliyə uyğun müddətdə çatdırılmamışdır. Dəfələrlə məhkəmədən qətnamənin “Elektron məhkəmə” sisteminə yerləşdirilməsini xahiş etsə də, heç bir nəticəsi olmamış, hələ qətnamənin hazır olmadığı bildirilmişdir. Yalnız dəfələrlə müraciətlər etdikdən sonra xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsi poçt vasitəsilə ona çatdırılmışdır.
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-242/2025 nömrəli, 8 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Elman İsayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci i nstansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdirdir ki, sözügedən alqı-satqı müqaviləsi məhz Cavabdeh2 Cavabdeh4 olan borcunun pərdələnməsi məqsədilə bağlanmış və etibarsız əqddir.
21. Apellyasiya şikayətinin digər dəlili iddiaçının sübut kimi təqdim etdiyi səs yazıları ilə bağlı cavabdeh iddia edir ki, həmin çəkilişlər qanunun tələblərini pozmaqla və gizli yolla əldə edildiyindən, iş üzrə sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmin dəlilə münasibət bildirərək qeyd etmişdir ki, gizli yolla əldə edilmiş səs və ya video yazısından sübut kimi istifadənin yolverilməzliyi, əslində şəxsi həyatın gizliliyini qorumaq ehtiyacından irəli gələ n bir qaydadır. Bu qayda, əsas etibarı ilə şəxsi həyata müdaxilə edilməklə, sirr təşkil edən məlumatların başqaları tərəfindən qanunsuz şəkildə ələ keçirilməsinin və istifadəsinin qarşısının alınmasına xidmət edir. Bununla belə, qeydə alınan məlumatlar, səsi və görüntüsü yazılan tərəfin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu danışığı qeydə alan biri ilə mübahisəli münasibətləri barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başqasını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. Bu zaman səsi və görüntünü yazıya alan, məhz özü ilə əlaqəli olan bir hadisədə qarşı tərəfin şifahi şəkildə ona ifadə etdiklərini fiksə etmiş olur. Bu cür danışığın (yaxud hadisənin) bir tərəfi də elə yazını aparan şəxs olduğu üçün o, həm də mübahisəli məsələ ilə bağlı öz şəxsi həyatına dair bir məqamı qeydə almış sayılır. Bu baxımdan şəxsin iştirak etdiyi söhbəti (və ya hadisəni) mübahisə halında sübuta yetirə bilməsi üçün yazması və bu yazıdan məqsədi xaricində deyil, məqsədinə uyğun bir şəkildə istifadə etməsi (məsələn, qarşı tərəf təklikdə ifadə etdiklərini sonradan təkzib etdikdə yazını məhkəməyə təqdim etməsi), sözügedən qeydlərin qanunsuz sübut sayılmasını istisna edir. Beləliklə, başqa şəxs(lər)lə olan danışıq və görüntülərin deyil, tərəflərin özləri arasında, özü də mübahisəli hüquqi münasibətlə bağlı söhbətin yazısının həmin mübahisənin həllində istifadə olunması MPM-nin 76.3-cü maddəs indəki qadağanın məqsədi xaricindədir. Bu şərtlər çərçivəsində səs yazılarının sübut kimi qəbul olunmaması, əsas hədəfi insan hüquq və azadlıqlarının qorunması olan bir qaydadan məqsədinə zidd, yəni insan hüquqlarının pozulması ilə nəticələnəcək şəkildə istifadə edilməsi anlamına gəlir. Belə ki, bəzi hallarda qarşı tərəfin əməlini gələcəkdə danması ehtimalına qarşı şəxsin yeganə sübutetmə vasitəsi olan səs və ya video yazısından istifadə edə bilməməsi həqiqətin nəzərə alınmamasına səbəb olur. Halbuki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
22. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh4 qarşısında heç bir öhdəliyi yoxdur. Onun evi təmsilçisi olan Cavabdeh2 tərəfindən cavabdehə borclu olduğu pulu pərdələmək üçün alqı-satqı edilməklə verilmişdir. İddiaçı əqd üzrə cavabdehdən aldığı heç bir şey olmadığından qaytarma öhdəliyi də yoxdur. Cavabdeh4 tələbləri olduğu halda digər Cavabdeh2 qarşı irəli sürə bilər.
23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarını nəzərdən keçirilərkən cavabdehin qeyd etdiklərinin həqiqət olduğu öz təsdiqini tapmışdır. Lakin, həmin hallar qanuni və əsaslı qətnaməsinin ləğvi üçün ə sas hesab edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh4 8 iyul 2024-cü ildə məhkəməyə elektron ərizə göndərməklə iş materialları ilə tanış olmasına şərait yaradılmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən həmin ərizəyə heç bir reaksiya verilməsi görünmür. Bundan başqa, 24 may 2024-cü ildə qəbul edilmiş məhkəmə qətnaməsi 57 gün sonra – 21 iyul 2024-cü ildə tərəflərin, o cümlədən Cavabdeh4 elektron kabinetinə yerləşdirilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 227-ci maddəsinin tələbindən görünür ki, qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalı, tərtib edildikdən sonra hakimin elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxs lərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməlidir.
24. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.5, 337.1, 337.3, 337.5, 340.2, 351.1, 389.1 və 404.1-ci maddələrinə, “Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021- ci il 12 aprel tarixli, N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərarlarına, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh4 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə tərəfi olduğu üçün müqavilənin ləğv edilməsi tələbilə məhkəməyə mürciət etməli və məhkəmə müqavilənin ləğv edilməsi barədə iddia tələbini müzakirə etməli idi. Lakin tələb müqavilənin ləğvi deyil etibarsız hesab edilməsi olmuşdur. Müqavilənin isə etibarsızlığına heç bir əsas iş materiallarında əks olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə zəruri halları səthi araşdırmış, bu da əsasssız və qanunsuz məhkəmə qətnaməsinin qəbul edilməsinə gətirib çıxarmışdır b)
27. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
33. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
36. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
38. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlay arkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
39. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
40. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
41. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.. Mülki Prosessual Məcəllə
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayə t həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur.
53. Cavabdeh Ələkbərov Elşən Nəsib oğlunun kassasiya şikayətinin dəlilləri ilk iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstit usiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilik də hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-242/2025 nömr əli iş üzrə 8 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir