Məhkəmə qərarları › İş №2(102)-228/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-228/2023

24.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-228/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5077/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AB seriyalı 479127 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2011-ci il buraxılışlı, “Kia Sportage” markalı, 01- BK-981 dövlət nömrə nişanlı avtomobil İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir.

2. İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarın surətinə əsasən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə olunmuşdur.

3. İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarın surətinə əsasən Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3cü maddəsi ilə təqsirli bilinərək 30 manat məbləğində cərimə olunmuşdur.

4. İnternet üzərindən poçt v asitəsilə yazışmalarına əsasən İddiaçı "xxxx" ASC-ə sığorta ödənişi ilə bağlı müraciət etmişdir, onun müraciətinə "xxxx" ASC tərəfindən cavab olaraq dəymiş zərərin sığortaçı tərəfindən ödənilməmiş hissəsinin zərərvuran sərnişindən məhkəmə qaydasında tələb etmək hüququ izah olunmuşdur.

5. Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaçının vəkilinə ünvanladığı 16 fevral 2021-ci il tarixli 01-26-2-2021-2482 saylı məktubdan görünür ki, "xxxx" ASC tərəfindən təqdim olunmuş sənədlərə əsasən “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı avtomobil sahibinin mülki məsuliyyəti həmin sığortaçı tərəfindən icbari qaydada sığortalanmışdır. xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sportage” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəym işdir. Sığortaçı tərəfindən təqdim edilmiş sənədlərə və sərnişin barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən baş vermiş yol-nəqliyyat hadisəsində “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və həmin avtomobildə sərnişin olan Gülüstan Abdurrəhmanovanın təqsiri təqdiq edilmişdir. Sığorta tərəfindən bir surəti də Sizə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia” markalı avtomobilə dəymiş zərərə görə müəyyən edilmiş 1512 manat məbləğə mütənasiblik tətbiq edilməklə 756 manat məbləğində sığorta ödənişinin sığorta aktı imzalandıqdan sonra ödəniləcəyi bildirilmişdir. Bu səbəbdən baş vermiş sığorta hadisəsi zamanı Qanunun 58.3-2-ci maddəsinə əsasən sərnişinin də təqsiri müəyyə n edildiyindən sığorta ödənişi məbləğinin təqsirin dərəcəsinə mütənasib olaraq ödənilməsi üçün sığortaçıya müraciət edilməsi tövsiyə olunmuşdur.

6. A/002/01 saylı, xx.xx.2022-ci il tarixli müqavilədən əsasən Sifarişçi İddiaçı Kia Sportage markalı avtomobil qəza zamanı çəkilən xərc və ümumi orta bazar qiymətinin müəyyənləşdirilməsi müqabilində icraçıya bu müqavilənin müəyyən etdiyi şərtlər əsasında ƏDV olmaqla minik avtomobilinin qiymətləndirilməsi üçün 150 manat dəyərində məbləğ ödəməyi, icraçı isə müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun xidmətlərin yerinə yetirilməsini və təhvil verilməsini öhdəsinə götürmüşdür. 7. "xxxx" MMC-nin qüsur aktından görünür ki, Kia Sportage markalı, ** BK ***dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan- görülməli işlərin və xidmət haqqının dəyəri 1512,60 ma nat məbləğində müəyyən edilmişdir. 8. "xxxx" MMC-nə ödənilmiş 698 nömrəli qəbzdən əsasən 1512,60 manat məbləğində ödəniş edilmişdir.

9. Əmlakın Qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli hesabatdan müəyyən olunur ki, “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətə qaytarılması üçün ümumilikdə 2000 (iki min) manat dəyərində xərc tələb olunduğu və bundan əlavə avtomobil qəza vəziyyətində olduğu üçün ümumi bazar dəyərindən 30% köhnəlmə faizi azaldılaraq orta bazar qiyməti müəyyən edilmişdir. Yəni “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin qəzadan sonrakı bazar dəyəri, bugünki bazar qiyməti ilə müqayisə edilməklə 17500 (on yeddi min beş yüz) manat müəyyən edilmişdir. 17500 manat + 30% = 22750 manat + 1513 m anat təmir xərci = 24263 manat qəzadan əvvəlki dəyəri. 24263 manat – 17500 manat = 6763 manat dəymiş zərər. 6763 manat dəymiş zərərin 1513 manatı (dəbbə pulu hesablanmaqla) və ödənişi vaxtında etmədiyi üçün taksidən istifadəyə görə ödənilmiş 1280 manat xidmət haqqı sığorta şirkətindən (1513 + 1280 = 2793 manat), 6763 manat – 1513 manat = 5250 manat dəymiş zərər isə delikt törətmiş şəxslərin günahı ucbatından dəymişdi. 10. xx.xx.2021-ci il tarixli Nəqliyyat Xidmətləri göstərilməsi barədə müqaviləsinə əsasən İddiaçı taksi xidməti fəaliyyəti ilə məşğul olan X7 (VÖEN **********) ilə müqavilə bağlamış, icraçı sifarişçiyə nəqliyyat xidmətləri göstərməyi sifarişçi isə günlük 32 manat icraçıya haqq ödəməyi qəbul etmişdir. 11. xx.xx.2022-ci il tarixli qəbzə əsasən İddiaçı X3 hesabına 1280 manat ödə niş etmişdir. 12. 24.01.2022-ci il tarixli 139 saylı hüquqi yardımın göstərilməsi barədə müqavilədən və xx.xx.2022-ci il tarixli 20800 nömrəli qəbzdən görünür ki, hüquqi yardımın qiyməti 110 manat müəyyən edilmiş və İddiaçı tərəfindən 110 manat məbləğində ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2, Cavabdeh3 qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş zərər üçün 1512 manat, hər günü 1 manat 50 qəpik olmaqla ödəniş günü tarixinədək dəbbə pulunun, 1280 manat taksi xidmətinə ödənilən vəsait "xxxx" ASC-dən, avtomobilin bazar dəyərindən 30% aşağı düşməsinə görə dəymiş 5250 manat, mənəvi zərərə görə 3000 manat Cavabdeh2 və Cava bdeh3, 125 manat dövlət rüsumu, vəkilə ödənilmiş 320 manat xidmət haqqı müştərək qaydada cavabdehlərdən tutularaq X4 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində saat 19:30 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində "xxxx" ASC tərəfindən sığortalanmış “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı avtomobilin təqsiri ucbatından Vüqar Qəhramanov tərəfindən idarə olunan “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində sığortalı “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 ilə yanaşı, avtomobildə olan sərnişin X1 AR İnzibati Xətalar Məcəlləsinin 338.3-cü ma ddəsinə əsasən təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti dərhal məlumatlandırılmışdır. Lakin ASC tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubunda yalnış olaraq AR “İcbari Sığortalar haqqında” Qanunun 58.3-2-ci maddəsinə istinad edilərək sığorta hadisəsinin baş verməsində üçüncü şəxsin də təqsiri müəyyənləşdirildiyi üçün vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azaldılması bildirilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxs dedikdə zərərçəkən və onun ailə üzvləri və vərəsələri nəzərdə tutulur. Bu hadisə üzrə zərərçəkən Vüqar Qəhramanovdur. Həmin qanunun 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vu rulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Bakı Şəhər DYPİ tərəfindən aparılmış araşdırmada Vüqar Qəhramanovun təqsirinin olması müəyyən edilməmişdir. Əksinə ASCnin sığortalısının təqsiri müəyyən edilərək məsuliyyətə cəlb edilmişdir. O, ki qaldı sərnişinin təqsirinə, bu qanun onun üzərinə hər hansı bir məsuliyyət qoymur və sərnişinlə sığortalı arasındakı münasibətlər ayrıca hüquqi mübahisə predmetidir. “İcbari Sığortalar haqqında” AR Qanunun 4.1-ci maddəsinə əsasən Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Diqqətə çatdırır ki, baş vermiş sığorta hadisəsindən sonra "xxxx" ASC tərəfindən qüsur aktı təqdim edilməmişdir. ASC ilə əldə edilmiş razılaşmaya əsasən mülkiyyətində olan “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Service Center”ə yerləşdirilmiş, lakin "xxxx" ASC tərəfindən təmir ilə bağlı sifariş edilmədiyindən avtomobil təmir edilməmişdir. Tərəfindən "xxxx" ASC-yə 106/1141 saylı, 24 yanvar 2022-ci il tarixli ərizə ilə müraciət edilmiş, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 05/01-281 saylı cavab məktubu ilə sorğu cavablandırılmış, lakin qüsur aktı yenə də təhvil verilməmişdir. Tərəfindən 112/1141 saylı, 31 yanvar 2022-ci il tarixli vəkil sorğusu ilə Azərbaycan Respublikasının Mərkəzi Bank ına müraciət edilmiş, yalnız Mərkəzi Bankın cavab məktubu ilə qüsur aktı onlara təqdim edilmişdir. Qeyd edilən qüsur aktında avtomobilə dəymiş zərər 1513 manat məbləğində müəyyən olunmuşdur. "xxxx" ASC qeyd edilən məbləği ödəmək istəmədiyindən avtomobili təmir etdirmək məcburiyyətində qaldığından qeyd edilən vəsaiti “Kia Service Center”-ə ödəmişdir. Avtomobili xx.xx.2022- ci il tarixdə servis tərəfindən təhvil verilmişdir. İcbari sığortalar haqqında” AR Qanunun 18.1.-ci maddəsinə əsasən 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin qanunun 18.2.-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Beləliklə, 1512 x 0.1%= 1,50 (1 manat 50 qəpik.) olmaqla ödəniş tarixinədək dəbbə pulu hesablanmalıdır. Məhkəmənin diqqətinə çatdırır ki, 2 aya yaxın müddətdi avtomobilimə olan istifadə hüququmdan məhrum olmam ona maddi və mənənvi zərər vurmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək iddiaçı və ailəsi mülkiyyətlərindən istifadə edə bilməmələri nəticəsində taksi xidmə tindən istifadə etmişlər. Taksi xidməti fəaliyyəti ilə məşğul olan X7 (Vöen ********** ) xx.xx.2021-ci il tarixli müqavilə bağlayaraq onun xidmətindən istifadə etmişdir. Taksidən istifadə üçün ona 1280 manat (min iki yüz səksən) məbləğində pul ödəmişdir. Ödəmə müqavilə şərtlərinə əsasən köçürmə yolu ilə həyata keçirilmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən “əmlakın qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixində hesabat tərtib edilmişdir. Qeyd edilən ekspert rəyi nəticəsində “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətə qaytarılması üçün ümumilikdə 2000 (iki min) manat dəyərində xərc tələb olunduğu və bundan əlavə avtomobil qəza vəziyyətində olduğu üçün ümumi bazar dəyərindən 30% köhnəlmə faizi azaldılaraq orta bazar qiyməti müəyyən edilmiş dir. “Kia Sportage” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin qəzadan sonrakı bazar dəyəri, bugünki bazar qiyməti ilə müqayisə edilməklə 17500 (on yeddi min beş yüz) manat müəyyən edilmişdir. 17500 manat + 30% = 22750 manat + 1513 manat təmir xərci = 24263 manat qəzadan əvvəlki dəyəri. 24263 manat – 17500 manat = 6763 manat dəymiş zərər. 6763 manat dəymiş zərərin 1513 manatı (dəbbə pulu hesablanmaqla)və ödənişi vaxtında etmədiyi üçün taksidən istifadəyə görə ödənilmiş 1280 manat xidmət haqqı sığorta şirkətindən (1513 + 1280 = 2793 manat), 6763 manat – 1513 manat = 5250 manat dəymiş zərər isə delik törətmiş şəxslərin günahi ucbatından dəymişdi. Göründüyü kimi, avtomobilin baş vermiş yol-nəqliyyat qəzasından sonra bazar dəyərinin aşağı düşməsi nəticəsində iddiaçıya ziyan dəymişdir.Bundan başqa iddiaçı hadisə zamanı çöx böyük stres keçirmiş və sığorta ödənişlərinin ödənilməməsinə görə isə əsəb və sıxıntı keçirmişdir. Bu da iddiaçının psixoloji vəziyyətinə mənfi təsir göstərmiş, davam edən hüquqi prosedurlar zamanı keçirdiyi gərginlik, stress, neqativ emosiyalar nəticəsində ona mənəvi zərər dəymişdir Hesab edir ki, 3000 manat mənəvi zərər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

15. Cavabdeh ASC iddia tələbinə qarşı etirazını bildirərək onunla əsaslandırmışdır ki, ASC iddiaçıya qüsur aktında göstərilən 1512.6 manat məbləğin yarısını (mütənasib) ödəyəcəyini bildirmişdir. İddiaçı isə bununla razılaşmamışdır. Zərərin yarısı Cavabdeh3 tələb edilməlid ir. Göründüyü kimi sığorta ödənişinin verilməsinin gecikdirilməsi iddiaçının özünün təqsiri üzündən baş vermişdir. Həmçinin nəzərə alınmalıdır ki, öhdəliklərin icrası “Təqsirli pozuntu” nəticəsində olmadığı üçün cavabdeh "xxxx" ASC-dən mövcud olmayan pozuntu üçün məsuliyyət (dəbbə pulu ödənilməsi) müəyyən edilə bilməz. İddiaçının taksi fəaliyyəti ilə məşğul olan X7 ilə (Vöen ********** ) bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ona verilmiş 1280 manat xidmət haqqının da “Xalq Sığorta" ASC-dən tələb olunması qanunsuz və əsassızdır. İlk növbədə iddiaçının 2 aya yaxın müddətdi avtomobilinə olan istifadə hüququndan məhrum olması nəticəsində ona maddi və mənəvi zərərin dəyməsində “Xalq Sığorta" ASC-nin heç bir təqsiri yoxdur. Belə ki, sığorta ödənişinin verilməsinin gecikdirilməsi i ddiaçının özünün təqsiri üzündən baş vermişdir. Digər tərəfdən iddiaçı taksi fəaliyyəti ilə məşğul olan X7 ilə (Vöen ********** ) bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ona verilmiş 1280 manat vəsaitin ödənildiyini təsdiq edən hər hansı bir sübut Məhkəməyə təqdim etməmişdir.

16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1921/2022 nömrəli iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə ) iddia tələbi qismən təmin edilmişdir. ASC-dən 756 (yedi yüz əlli altı) manat sığorta ödənişi, hüquqi xidmətə görə 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

17. Məhkəmənin qeyd etmişdir ki, üçüncü şəxslərin baş vermiş hadisədə təqsiri müəyyən edilərsə, sığorta ödənişi ödənilərkən onun məbl əği mütənasib olaraq azaldılmalıdır. İddiaçının əmlakına ziyan vurulmasında cavabdehin sığortaladığı şəxsə məxsus avtomobildə olan sərnişin Cavabdeh3 da təqsirli olduğu üçün vurulmuş zərərə görə sığorta ödənişi sərnişinin də, təqsiri nəzərə alınaraq azaldılması qanunda birbaşa nəzərdə tutulmuşdur.İddiaçı sığorta ödənişinin tam həcmdə cavabdeh ASC tərəfindən ödənilməli olmasını iddia etsə də, həmin tələbi qismən təmin edilməli, üçüncü şəxsin məsuliyyəti nəzərə alınmaqla sığorta ödənişi mütənasib şəkildə azaldılaraq ASC-dən 756 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə hesab etmişdir ki, iddiaçı vurulmuş zərərin qalan hissəsi (756 manat) məbləğində pulun ödənilməsinə dair sığortalı avtomobildə olan sərnişin Cavabdeh3 qarşı iddia qaldırmaq hüququnun olması izah edil ib.

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki sığorta ödənişi iddiaçının cavabdehin təklifi razılaşmaması səbəbindən ödənilmədiyindən, eləcə də hər kəsin könüllü müqavilə bağlamaq hüququ olduğundan iddiaçı taksi xidmətindən istifadə ilə bağladığı müqavilə də könüllü xarakter daşıdığından göstərilən məbləğin cavabdeh ASCdən tələb etməkdə haqlı olmamışdır və bu hissədə iddia təmin edilməmişdir.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də təmin edilməmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.3, 883.1, 922.1, 925.1, 926.1, 1096.1, 1096.2, 1097.1, 1108.1,-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1,88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçı iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, qanun üçüncü şəxsi zərərçəkən kimi nəzərdə tutur. Baş vermiş yol-nəqliyyat hadisəsində sığortalı “Hyundai Elantra” markalı, 90 PY- 886 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərər vurulmuşdur. Burad a icbari sığorta olunan “Hyundai Elantra” markalı, 90 PY-886 dövlət qeydiyyat nişanlı avtomobildir. Sığorta hadisəsi baş verdikdə sığorta məbləği həddində zərər məhs sığortaçı, ASC tərəfindən qarşılanmaldır.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5077/22 nömrəli iş üzrə 24 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qətnaməsi qismən –ASC-yə qarşı avtomobilə dəymiş zərərə görə 1512 manat pul tələbinin qismən təmin olunması hissəsində ləğv edilərək,həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tam təmin olunmuşdur.

25. Apellyasiya in stansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçının tələbi 2 (iki) hissədən ibarətdir. Birinci hissədə tələb ASC-yə, ikinci hissədə isə Cavabdeh2 və Cavabdeh3 qarşı yönəlmişdir. Birinci hissədə tələb avtomobilə dəymiş zərər üçün 1512 manat, hər günü 1 manat 50 qəpik olmaqla ödəniş günü tarixinədək dəbbə pulunun, 1280 manat taksi xidmətinə ödənilən vəsaitin "xxxx" ASC-dən tutulması barədədir. İkinci hissədə tələb isə avtomobilin bazar dəyərindən 30% aşağı düşməsinə görə dəymiş 5250 manat, mənəvi zərərə görə 3000 manat Cavabdeh2 və Cavabdeh3 tutulması barədədir.

26. Məhkəmə kollegiyası birinci tələblə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb və hesab etmişdir ki, həmin hissələrdə işin halları düzgün müəyyən olunmuş və maddi və prosessua l hüquq normaları düzgün tətbiq edilmişdir.

27. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, sığortaçının sığorta ödənişini iddiaçının təklifi qəbul etməməsi səbəbindən ödəmədiyini gecikdirmə kimi qiymətləndirmır, dəbbə pulunun tutulması üçün əsas hesab etmir. Həmçinin iddiaçı taksi xidmətindən istifadə ilə bağladığı müqavilə də könüllü xarakter daşıdığından göstərilən məbləği cavabdehdən tələb etməkdə haqlı deyildir. Avtomobilin dəyərinin aşağı düşməsinin birbaşa baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı olması da əsaslı deyildir, hər bir halda istismar olunan avtomobilin qiymətinin dəyişməsi mümkün olan vəziyyətdir, avtomobilə dəymiş ziyan da 1512,60 manat məbləğində dəyərləndirilmiş və iddiaçı da bu məbləğlə razılaşmışdır. İddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təs irindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından mənəvi zərərin ödənilməsi üçün də əsaslar mövcud olmamışdır.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin ASC-yə qarşı avtomobilə dəymiş zərərə görə 1512 manat pul tələbinin qismən təmin olunması hissəsində gəldiyi nəticə ilə razılaşmamış və həmin hissədə gəldiyi nəticə işin hallarına uyğun olmayaraq və bu baxımdan həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyini qeyd etmişdir.

29. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya zərərin vurulduğu, bu zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulduğu, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması işin mübahi səsiz və aşkar halıdır.

30. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmlakına ziyan vurulmasında cavabdehin sığortaladığı şəxsə məxsus avtomobildə olan sərnişin Cavabdeh3 da təqsirli olsa da, həmin şəxs sığorta hadisəsi üzrə zərər çəkən şəxs deyildir.

31. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1,372.6,1097.1,1108.1,-ci,İcbari sığortalar haqqında Qanunun 7,58.3-2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil Nümayəndə) kassasiya şikayəti verərək xx.xx.2022-ci il tarixli qətnaməsinin iddia təmin edilməyən hissəsində ləğv edilməyərək iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məh kəməsi heç bir əsaslandırma etmədən, iddianın mənəvi zərərə görə 3000 manat pulun Cavabdeh2 və Cavabdeh3 tutulması” hissəsini əsassız hesab edərək və təmin edilməməsi qənaətinə gəlmişdir.

34. Kassator həmçinin qeyd etmişdir ki,məhkəmə hətda nəzərə almamışdır ki, cavabdeh təmir xərcini ödəsə belə avtomobilin təmir edilməsi bir zaman daxilində olur ki, bu müddətdə iddiaçı taksi xidmətindən istifadə etmək məcburiyyətində qalmışdır. İddiaçının günahı nədir? Məhkəmənin qəbul etdiyi akt hüquqa zidd əməlləri təşviq etmirmi? Belə hüquqi nəticəyə gəlinir ki, kiminlə problemim var deyə köhnə avtomobilinlə onun yeni avtomobilini vur, sonra yalnız təmir xərcini ödə. Həm onu bir müddət, təmir müddətində nəqliyyatsız qoy, həmdə avtomobilinin dəyərini aşağı sal. Üstəlik vurulmuş nəqliyyat vasitəsi sürməs inə məcbur edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

37. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyəti n həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəllə

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. M əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

51. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxt əlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

55. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5077/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar