Məhkəmə qərarları › İş №2(102)-2286/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2286/2022

23.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2286/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın naturada bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-462/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakıları müəyyən etdi: İşin halları 1.İddiaçı (bundan sonra iddiaçı) və Cavabdeh (bundan sonra cavabdeh) Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilən 13 mart 2006-cı il tarixli, 000343 saylı Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən “Mehriban” kafesini satın almışlar. a.Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və cavabdehin ümumi paylı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən əsas sahəsi 470,4 kv metr, köməkçi sahəsi 445,9 kv metr olmaqla, ümumilikdə 916,3 kv metr sahəyə malik olan əmlakın Cavabdehla onun arasında hər iki tərəfə bərabər pay verilməklə naturada bölünməsi, həmin əmlakın onun tərəfindən icarəyə veri lən daşınmaz əmlakın girişindən sol tərəfdə yerləşən 284,2 kv metr sahəyə malik zalını, köməkçi sahələr olan 35,5 kv metr sahəyə malik dəhliz, 6,9 kv metr sahəyə malik sanitar qovşaq, 7,8 kv metr anbar və 160,1 kv metr sahəyə malik eyvanın yerləşdiyi hissələrin ona aid pay hissəsi olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılıb ki, o, ortağı – Cavabdeh ilə birlikdə 916,3 kv metr ümumi sahəsi olan “Mehriban” adlanan kafenin mülkiyyətçisidir. Kafenin təmirinə 30000 manatdan artıq xərc çəkmiş, təmirdən sonra aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh kafe binasını icarəyə verilməli idi. Cavabdeh notarial qaydada təsdiqlənmiş icarə müqaviləsinə əsasən binanın bir hissəsini X1 xx.xx.2022-ci il tarixədək icarəyə vermişdir. Hazı rda “Mehriban” kafesinin qeyd edilən hissəsi onun mülkiyyətində olmaqla X2 tərəfindən istifadə edilməkdədir. Aralarında yaranmış fikir ayrılığı səbəbindən cavabdeh bir qrup şəxslə kafeyə gedərək icarəçi Elşən Bayramova özünü əmlakın mülkiyyətçisi kimi təqdim etmiş və 01 iyun 2019-cu il tarixədək həmin əmlakı tərk etməyəcəyi təqdirdə onu oradan çıxaracağını bildirmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlə birlikdə mübahisəli kafenin ümumi mülkiyyətçisidir, 916,3 kv metr ümumi sahəsi olan kafe binasının ikidə bir hissəsinin naturada ayırlmasını tələb etmək hüququ vardır. 4.İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 213.1, 213.2, 213.3, 213.4, 213.5, 214.1, 215.3, 215.5, 215.6 və 220.3-cü maddələrinə istinad etmişdir. 5.Cavabde hin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, iddia ərizəsində qeyd olunan “Mehriban” adlanan kafe binasına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Ona görə də iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ əmələ gəlməmişdir. 6.Binəqədi Rayon Məhkəməsinin (hakim M.Rüstəmli) 2(001)-5261/2019 nömrəli, 02 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. 7.Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, mübahisəli ünvan 1 ünvanda yerləşən kafe binasını tərəflər dövlət əmlakının özəlləşdirilməsi proqramına uyğun olara satın almış, bu barədə onlara 13 mart 2006-cı il tarixli, 000343 saylı “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə verilmiş, lakin həmin əmlak üzərində nə i ddiaçının, nə də ki, cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatın alınmamışdır. Daşınmaz əmlakın fiziki bölgüsünü isə həmin əmlaka mülkiyyət hüququ olan şəxs tələb edə bilər. 8.Məhkəmə belə nəticəyə gəlib ki, iddiaçı hüquqi mənada mülkiyyətçi olmadığı üçün cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 139.1, 139.3, 178.1, 213.1, 213.2, 223.2, 223.4, 220.2 və 220.3-cü, MPM-nin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 10.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Apellyasiy a Məhkəməsi mülki kollegiyasının (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Fuad Talışınski, Rəşad Həsənov) 2(103)-462/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a.Kassasiya şikayətinin dəlilləri 13.İddiaçı (Vəkil3 Sücaət oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. 14.Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova kü çəsi-205 ünvanında yerləşən kafe binasının satın alınması haqqında xx.xx.2006-cı il tarixli, 000343 saylı şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Şəhadətnamədən göründüyü kimi mülkiyyət hüququ əsasında sahiblik hüququnu təsdiqləyən sənəddir, Azərbaycan Respublikasının MM-in 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası MMnin 139-1.1.5-ci maddəsinə və Daşınmaz əmlakın dövlət reyestri ha qqında Azərbaycan Respublikası qanunun 8.0.5-ci maddəsinə əsasən kafe binasının satın alınması haqqında xx.xx.2006-cı il tarixli, 000343 saylı şəhadətnamə dövlət reyesterində qeydiyyat üçün əsas hesab edildiyi üçün həmin əmlaka dair paylı mülkiyyətçilərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmamasının paylı mülkiyyətin mülkiyyətçisinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququnu istisna etmir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları

15. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır Tətbiq edilən hüquq Mülki Məcəllə 16.Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyat ına alınmalıdır. 17.Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 18.Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 19.Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur 20.Maddə 213.2 Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 21.Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən üm umi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 22.Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 23.Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 24.Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki Prosessual Məcəllə 25.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 26.Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 27.Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 28.Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hü ququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 29.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 30.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir 31.Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin aktı bütövlükdə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 32.Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 33.Kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və apellyasiya şikayəti sürülmüş dəlillərlə eyüni məzmunludur, həmin dəlillərə və iddiaçı tərəfindən təqdim edilmiş sübutlara apellyasiya instansiya məhkəməsi tərəfindən obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış, bundan sonra isə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. 34.Məhkəmələr haqlı olaraq hesab etmişdir ki, mübahisənin predmeti olan kafe binasına görə tərəflərin adına verilmiş 000343 saylı “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 13 mart 2006-cı il tarixli Şəhadətnamə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə deyil, dövlət əmlakının satına alınmasına dai r sənəddir. Həmin sənəd üzrə tərəflər daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququna malikdirlər, əmlak üzərində sərəncam hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan sonra əmələ gəlir. Kafe binasına mülkiyyət hüququ dövlət qeydiyyatına alınandan sonra iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmaq hüququ istisna olunmur. 35.Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-462/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar