Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2287/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13824/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Şahin Abdullayev) 2(009)-1970/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə (3-cü şəxslər Səbail rayon İcra və Probasiya Şöbəsi və “xxxx” ASC) qarşı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Aida Hüseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə (3-cü şəxslər Səbail rayon İcra və Probasiya Şöbəsi və “xxxx” ASC) qarşı “əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş x6 hərracdan ilkin satış dəyərini n müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması və mənzilin dəyərinin 250000 ABŞ dolları müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut ki mi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Yasamal Ray on Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-214/2016 saylı qətnaməsi ilə xx.xx.2012-ci il tarixli, 047/M saylı kredit müqaviləsi üzrə 22996,87 ABŞ dolları əsas borc, 3526,09 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) cərimə borcunun, həmçinin xx.xx.2012-ci il tarixli 047 A/M saylı kredit müqaviləsi üzrə 5000 ABŞ dolları əsas borc, 320,08 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) faiz borcunun cavabdeh X2 tutularaq “xxxx” ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 13 saylı evin 9/13/11 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına cavabdeh X3 “xxxx” ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin İddiaçı verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 120000 ABŞ dolları müəyyən edilməsi, ipoteka predmeti olan mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 23,34%-i, yəni 07 manatı iddiaçıya aid edilməsi, qalan 76,66%-i, yəni 23 manat məbləğində pul vəsaitinin X2 birgə qaydada tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Səbail rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)214/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbu l olunmuş, “X1 Mərkəzi” MMC-nin hərracın nəticələri haqqında Y-61 №-li xx.xx.2019-cu il tarixli protokoluna əsasən, Səbail rayon icra və probasiya şöbəsinin sifariş məktubu əsasında İddiaçı mülkiyyətinə olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 13 saylı evin 9/13/11 saylı mənzilin hərracı keçirilmiş və ipoteka predmeti ilkin satış qiyməti 120.000 ABŞ dolları hərraca çıxarılmış və təkrar hərracdan sonra 76500 ABŞ dollara “xxxx” ASC-yə satılmışdır. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyətində olmuş mənzilin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, həmin hal iddiaçı üçün preyudisial əhəmiyyətə malik olduğundan, iddiaçının mülkiyyəti ndə olan mənzilin açıq hərracdan satılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qiymət əsasında həyata keçirildiyindən, iddia tələbi əsaslı hesab edilə bilməz və bu səbəbdən də təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bil məz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13824/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəm
Məhkəmə qərarları › İş №2(102)-2287/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2287/2020
02.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver