Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2287/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): vəsiyyətnamənin etibarsızlığı ilə bağlı mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsızlığı” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1286/2025 nömrəli 8 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0,549 ha torpaq sahəsi 1900-cu il təvəllüdlü X22 mülkiyyətində olmuşdur (“Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış).
2. Cavabdeh iddiaçının atası əmi oğludurlar.
3. Qüdrət Səlimovanın dörd oğlu olmuşdur: İsabala Musa oğlu (iddiaçının atası Abbasağanın atası), X28 (onun digər üç övladı ilə bərabər Musa və İbrahim adında oğlanları var), X55 (cavabdehin atası, cavabdehdən başqa övladı yoxdur), X56 (övladı yoxdur).
4. İddiaçı xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, miras qoyan X16 Musa oğlunun nəvəsidir.
5. Cavabdeh xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Mübahisəli torpağın yerləşdiyi evdə qeydiyyatdadır. Onun atası xx.xx.1937-ci il tari xdə Bakı şəhərində doğulmuş X55, anası xx.xx.1960-cı il tarixdə İmişli rayonunda doğulmuş X34r. Cavabdehin valideynlərinin nikahı xx.xx.2005-ci il tarixdə rəsmiləşdirilmişdir (AZ-İ seriyalı, 161797 №-li “Nikah haqqında şəhadətnamə”).
6. Qüdrət Səlimova iddiaçının atasının nənəsi, cavabdehin isə öz nənəsidir (atasının anası).
7. Cavabdehin atası Yusif Məmmədov xx.xx.2006-cı il tarixdə ölmüşdür (AZ-İ seriyalı, 196041 №-li “Ölüm haqqında şəhadətnamə”).
8. Cavabdehin anası Nailə Məmmədova mübahisəli evdə 1990-cı ildən qeydiyyatdadır və yaşayır.
9. Qüdrət Səlimova xx.xx.1987-ci il tarixdə Bakı şəhərində ölmüşdür (AZİİ seriyalı, 346509 №-li “Ölüm haqqında şəhadətnamə”).
10. Qüdrət Səlimova vəfat edən günə kimi övladları xx.xx.1937-ci il təvəllüdlü Yusif Məmmədov (xx.xx.2006-cı il tarixdə ölmüşdü r) və xx.xx.1936-cı il təvəllüdlü Yaqub Məmmədov (xx.xx.2010-cu il tarixdə ölmüşdür) ilə bir ünvanda qeydiyyatda olmuşlar.
11. Qüdrət Səlimovanın ölümündən sonra onun yalnız bir qanun üzrə vərəsəsi – övladı Yəhya Məmmədov mübahisəli əmlakdan tam irs almışdır (Bakı Şəhəri 39 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-61 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”. Şəhadətnamə bu iş materiallarında yoxdur, amma işdə olan digər qətnamədə öz əksini tapıb. Bu şəhadətnaməni iş üzrə tərəflər mübahisələndirilmir). 12. “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” Yəhya Məmmədovun adına qeyd edilən daşınmaz əmlaka dair “Çıxarış” verilmişdir.
13. Yəhya Məmmədov həmin 0,549 ha torpaq sahəsindən 0,06 ha hissəsini oğlu X7, 0,06 ha hissəsini digər oğlu X20 bağışlamışdır.
13. Qalan 0,429 ha hissəsini isə onunla hazırkı iş üzrə iddiaçı arasında xx.xx.2017ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* №-li “Alğı-satqı müqaviləsi” əsasında iddiaçıya satmışdır. Həmin sahə hazırda da iddiaçının mülkiyyətindədir (**********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017 qeydiyyat tarixli “Çıxarış”).
14. X57 xx.xx.2004-cü il tarixli vəsiyyətnamə əsasında ölən günədək ona məxsus olan bütün əmlakını övladı olan cavabdehə vəsiyyət etmişdir.
15. Eyni zamanda, X51 xx.xx.2010-cu il tarixli vəsiyyətnamə əsasında ölən günədək ona məxsus olan bütün əmlakını cavabdehə vəsiyyət etmişdir (hazırda mübahisələndirilən vəsiyyətnamə).
16. Həmin vəsiyyətnamə 17 saylı Notariat Kontorunda tərtib edi lmiş, Yaqub Məmmədovun savadsız olması ilə əlaqədar öz xahişi əsasında əvəzinə X23 imzalamış, X35 və X31 şahidlik etmişlər.
17. Yaqub Məmmədov xx.xx.2010-cu il tarixdə ölmüş, xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılmış, hazırki işdə cavabdeh miras qoyan Yaqub Məmmədovun vərəsəsi hesab edilmişdir (17 saylı Notariat Kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 84.1.19/46 nömrəli, xx.xx.2012-ci il tarixli məktubu). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Yaqub Məmmədovun adından tərtib olunmuş xx.xx.2010-cu il tarixli “Vəsiyyətnamənin” etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunl a əsaslandırılmışdır ki, vəsiyyətnaməyə əsasən Yaqub Məmmədov bütün əmlakını cavabdehə vəsiyyət etmişdir. Vəsiyyətnamə etibarsızdır. Vəsiyyətnamədə iradə ifadəsi qüsurludur. Belə ki, Yaqub Məmmədov iddiaçının babası X48 qardaşıdır. Cavabdehin anası X14 Məmmədovun qardaşı X3 rəsmi nikaha daxil olduğu arvadıdır. X48 Yəhya Bala, Yaqub və Yusif adlı üç qardaşı və bir bacısı olmuşdur. Onların ataları X36 xx.xx.1951-ci il tarixdə ünvan 3 ünvanında yerləşən əmlakı oğlu X86 vermişdir. X95 həmin torpaq sahəsində 4 ev tikmişdir. Həmin evlərdən birini müvəqqəti yaşayış üçün böyük qardaşı olan İsa Məmmədova, digər bir evi isə qardaşı Yaqub Məmmədovun istifadəsinə vermişdir. Yaqub Məmmədov xx.xx.2010-cu il tarixinədək öldüyü günə qədər həmin evdə tənha yaşamışdır. X95 kiçik qardaşı Yusif Məmmədovu xx.x x.1997-ci il tarixində qəflətən xəstələndiyindən Məktəb küçəsi, ev 54 ünvanında yerləşən mənzilə gətirmişdir. Həmin dövrdə qeyri-rəsmi olaraq Yusif Məmmədov ilə birlikdə yaşayan X1q etməyi bəhanə gətirərək onun yanında yaşamağa icazə verməsini israrla xahiş etdiyi üçün X95 həmin evdə onun müvəqqəti yaşamasına icazə vermişdir. xx.xx.2005-ci il tarixdə Yusif Məmmədov 68 yaşında olarkən Nailə Məmmədova ilə sonradan rəsmi nikah bağlamışdır. Daha sonra Nailə X2 və oğlu cavabdehi Məktəb küçəsi, ev 54 ünvanına qeydiyyata almağı xahiş etmişdir. X95 buna razılıq verməsə də, İsa Məmmədova dəfələrlə israrlı xahişlərdən sonra onların razılığını almağa nail olmuşdur. Nailə Məmmədova və cavabdehin ögey bacısı X8 Məmmədovun ölümünə 48 gün qalmış, cavabdeh isə Yusif Məmmədovun ölümündən 1 il 20 gündən son ra həmin ünvana daimi qeydiyyata düşmüşlər. X84 Məmmədovun müvəqqəti istifadəsində olan evini zəbt etmək istəmiş və evə dair sənədləri tələb etmişdir. Yaqub Məmmədov ona etirazını bildirdikdə onu şərləyərək həbs etdirəcəyinə dair hədələmişdir. Yaqub Məmmədov xx.xx.2010-cu il tarixində vəfat etmişdir. X84 Məmmədovun müvəqqəti yaşadığı evi onun ölümündən sonra heç bir hüquq müəyyənedici sənəd olmadan başqa şəxslərə satmışdır. Yaqub Məmmədovun adından tərtib olunmuş və onun öz imzası ilə təsdiq olunmuş kifayət qədər sənəd mövcuddur. Yusif Məmmədovun adına tərtib olunmuş xx.xx.1994-cü il tarixli vəsiyyətnamə və xx.xx.2007-ci il tarixdə həmin vəsiyyətnamənin ləğvinə dair ərizə Yaqub Məmmədovun öz imzası ilə təsdiq olunmuşdur. X53 Məmmədovun ölümündən çox az müddət əvvəl onunla nikaha daxil olma sı, Yaqub Məmmədovu dəfələrlə təhdid edərək evə dair sənədləri tələb etməsi, Yusif Məmmədov və Yaqub Məmmədovun müəmmalı ölümü, Yaqub Məmmədovun ölümündən sonra qanunsuz şəkildə onun evini kənar şəxslərə satması - bütün bunlar Nailə Məmmədova və oğlu Cavabdeh Yaqub Məmmədova zorakılıq göstərərək və ya onu hədələməklə vəsiyyətnamə tərtib etməyə məcbur etdiklərini deməyə əsas verir. X26 əvəzindən tamamilə ona yad bir şəxs olan X23 tərəfindən imzalanmış, mərhuma digər yad şəxslər olan X35 və X31 isə guya buna şahidlik etmişlər. Yaqub Məmmədovun “savadsızlığı” səbəbindən vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması qeyri-mümkündür. Vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə başqa şəxsin imzalaması üçün ciddi bir səbəb olmalı və bu səbəb fiziki problemlərlə bağlı olmalıdır. Şəxsin savadsızlı ğı dedikdə onun heç bir təhsil səviyyəsinə, oxuma-yazma qabiliyyətinə sahib olmaması başa düşülür. Yaqub Məmmədov orta məktəbi bitirmiş və kollec təhsili almışdır. Ümumiyyətlə bir sənədi imzalamaq üçün hər hansı xüsusi savad göstəricisinə zərurət yoxdur. Bundan başqa, Yaqub Məmmədov tərəfindən şəxsən öz imzası ilə təsdiq olunmuş digər vəsiyyətnamə və sənədlərin mövcudluğu onun savadsız olmasına dair fikri tamamilə aradan qaldırır. Vəsiyyətnamədə şahid kimi qeyd olunan şəxslər isə cavabdehin anası Nailə Məmmədovanın direktor vəzifəsində çalışdığı 187 nömrəli orta məktəbin işçiləridir və bu saxta sənədləşdirmədə məhz tabeliyində olduqları məktəb direktorunun diqtəsi ilə iştirak etmişlər.
20. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün sub yektiv hüququ yoxdur. Ona görə ki, iddiaçı birinci dərəcəli vərəsələr dairəsinə aid deyildir. Yaqub Məmmədov cavabdehin atasının əmisidir. İsa Məmmədov 1995-ci ildə ölüb. İddiaçının atası X30 ola-ola iddiaçı vəsiyyətnamənin etibarsızlığı məsələsini qaldıra bilməz. Tərəflər arasında başqa məhkəmələrdə vərəsəliklə bağlı mübahisələr vardır. Həmin işlərdə iddiaçının əsassız tələbləri rədd olunmuşdur. Cavabdehin iddiası əsasında Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X18 miras qalmış, ünvan 4 ünvanında yerləşən 0,549 ha torpaq sahəsinin Yusif Məmmədova məxsus miras payının 1/4 hissəsinə Cavabdeh və Nailə Məmmədovanın vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və hər birinin miras paylarının müəyyən edilmə si Bakı səhəri 39 saylı notariat ofisinə həvalə edilmiş, həmin torpaq sahəsi ilə bağlı X21 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən - 3/4 hissədə etibarsız hesab edilmiş, X11 adına tam mülkiyyət hüquqlarına dair aparılmış, qeydiyyat qismən - 3/4 hissədə silinməklə eyni nisbətdə çıxarış ləğv edilmiş, X11 həmin torpaq sahəsinin 0,06 ha hissəsini X7 bağışlamasına dair “bağıslama müqaviləsi”, həmin torpaq sahəsindən 0,429 ha hissənin Musayev X5 barədə alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, X12, X29, Musayev X50 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyat silinməklə çıxarışlar ləğv edilmişdir. Hazırda həmin iş apellyasiya məhkəməsinin icraatındadır. Həmin işin icraatı iddiaçının əsassız iddiası üzrə başlanmış hazırkı işlə bağlı dayandırılıb. Həmin işin hall arından və qətnamədən aydın olur ki, miras qoyan X22 Musa adlı ərindən 5 övladı (4 oğlan, bir qız) olmuş, bunlardan da 4 oğlan vərəsə olmuşlar Yəhya Bala, İsa (bəzi yerlərdə "İsabala" şəklində yazılır), Yaqub və Yusif. Cavabdeh Yusif Məmmədovun övladıdır və həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəsidir. İddiaçı isə İsa Məmmədovun nəvəsidir. Həsənağanın atası Abasağa da sağdır. xx.xx.2023-cu il tarixli qətnamə ilə müəyyən edilmişdir ki, Maştağa qəsəbəsində olan 55 sot ölçüdəki mübahisəli dədə-baba torpaq sahəsini də o, vərəsəlik yolu ilə deyil, əhəmiyyətsiz və etibarsız alqısatqı əqdi ilə adına rəsmiləşdirmişdir. O, mülkünü alqı-satqı müqaviləsi ilə saxta sənədlərlə vərəsəlik işi açdıran və digər vərəsələrdən xəbərsiz bütün mülkü haqsızcasına öz adına rəsmiləşdirən X73 (bu şəxs İddiaçı a tasının əmisi olmuş, artıq vəfat etmişdir), guya ki, alqısatqı yolu ilə "almışdır" ki, bu da görünüş üçün bağlanmış əqd hesab olunaraq məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Göründüyü kimi, İddiaçı vərəsə deyildir. Bu üzdən onun bu cür tələblə məhkəmədə iddia qaldırmağa hüquq yoxdur. İddiaçı Abasağa oğlunun vərəsəlik dərəcəsi növbəliliyinə görə ondan öncə olan varislər vardır, bu üzdən də onun vərəsəlik mübahisəsinə heç bir aidiyyəti yoxdur.
21. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)5135/2024 nömrəli qətnamə ilə (hakim Tahirə Əsədova) iddia tələbi rədd edilmişdir.
22. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia təmin edilə bilməz. b) Apellyasiya inst ansiyası məhkəməsində icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1286/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 noya br 2024-cü il tarixli qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmişdir.
26. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, 2022-ci ildə hazırki mülki iş üzrə tərəflər arasında məhkəmə mübahisəsi yaranmışdır. İddiaçı Cavabdehlər İddiaçı, 39 saylı Notariat Ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Şəxsin 1 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli torpaq sahəsinin 1/4 hissəsinə onun və anası X32 vərəsəlik hüquqlarının tanınması, əmisi X38 vəsiyyət üzrə vərəsəsi olaraq ona məxsus 1/4 hissəyə onun vərəsəlik hüququnun tanınması, həmin torpaq sahəsi ilə bağlı Bakı Şəhəri 39 saylı Notariat Ofisi tərəfindən X21 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun ü zrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən - 3/4 hissədə etibarsız hesab edilməsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 1 saylı Ərazi İdarəsi tərəfindən X11 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən - 3/4 hissədə silinməsi, eyni nisbətdə çıxarışın ləğvi, həmin torpaq sahəsindən 0,429 ha hissənin Musayev X6 ilə bağlı 13 saylı Notariat Ofisində bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-171 reyestr nömrəli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi və “DƏDRK və Reyestri” PHŞ-in 1 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın tam silinməsi, çıxarışın tam ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
27. Cavabdeh anası X49 eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs qi smində cavabdehlər İddiaçı və 39 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddia tələblərinin təmin olunması, miras əmlakdan 1/4 hissəyə onun və Cavabdeh vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
28. Hər iki iddiaya dair mülki işə baxmış Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə hər iki iddianın qismən təmin edilməsini, X18 miras qalmış mübahisəli torpaq sahəsinin Yusif Musa oğluna məxsus miras payının 1/4 hissəsinə Cavabdeh və X32 vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və hər birinin miras payının müəyyən edilməsinin 39 saylı Notariat Ofisinə həvalə edilməsini, həmin əmlakla ba ğlı 39 saylı Notariat Ofisi tərəfindən X21 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – 3/4 hissədə etibarsız hesab edilməsini, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X87 1 saylı Ərazi İdarəsi tərəfindən X11 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən - 3/4 hissədə silinməklə eyni nisbətdə çıxarışın ləğv edilməsini, X11 həmin torpaq sahəsinin 0,06 ha hissəsini X7 bağışlamasına dair xx.xx.2017-ci il tarixli “Bağışlama müqaviləsinin”, 0,06 ha hissəsinin X20 bağışlamasına dair xx.xx.2017-ci il tarixli “Bağışlama müqaviləsinin”, həmin torpaq sahəsindən 0,429 ha hissənin Musayev X6 barədə xx.xx.2017-ci il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsini, “DƏDK və Reyestri” PHŞ-in 1 saylı Ərazi İdarəsi tərəfindən X4, X13, habelə İddiaçı adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın silinməklə çıxarışın ləğv edilməsini, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
29. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki işlə əlaqədar həmin işin icraatı dayandırılmışdır.
34. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X39 xx.xx.1987-ci il tarixdə öldükdən sonra mübahisəli torpaq onun birinci növbə vərəsələri - oğlanları İsabala Musa oğlu, X88, Yaqub Musa oğlu və Yusif Musa oğlu tərəfindən faktiki olaraq qəbul edilmiş və sonuncular həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq miras əmlakı idarə etmişlər. Onların dördü də ölmüşdür. Yusif Musa oğlu (cavabdehin atası) ölən günə qədər mübahisəli torpaqda yerləşən fərdi yaşayış evində yaşamışdır. Cavabdeh anası X49 ilə həmin evdə qeydiyyatdadırlar və yaşayırlar. X15 Qüdrət Ağaəli qızının övladı olduğundan, ölümünədək ailəsi ilə birlikdə anasından miras qalmış evdə yaşamaqla miras əmlakı qəbul etdiyindən, məhkəmə onun qanun üzrə birinci növbə olan vərəsələri – oğlu (hazırki cavabdeh) və arvadının ona çatacaq miras əmlakdan paylarını müəyyən etmişdir. X38 xx.xx.2010-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və iddiaçı Cavabdeh artıq miras qoyanın vərəsəsi olaraq tanınmışdır (Cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir).
30. Həmin qətnamə ilə iddiaçı Cavabdeh “X44 məxsus 1/4 hissəyə vəsiyyət üzrə vərəsəsi olaraq vərəsəlik hüququnun tanınması barədə” iddia tələbinin rədd edilməsinin səbəbi ondan ibarət olmuşdur ki, X44 məxsus miras payına münasibətdə iddiaçı Cavabdeh notarius tərəfindən artıq vərəsə kimi tanınmışdır və bununla bağlı hər hansı mübahisə mövcud deyil.
31. Hazırki mülki iş üzrə iddiaçı olan İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Sabunçu Rayon Polis İdarəsinə müraciət edərək bildirmişdir ki, mərhum qohumu X38 xx.xx.2010-cu il tarixli vəsiyyətnaməsi Bakı Şəhəri 17 saylı Notariat Kontorunda saxtalaşdırılmış, faktiki olaraq mərhumun özünün savadlı və yazı qabiliyyətli olmasına baxmayaraq notarius tərəfindən guya onun savadsız olması nəzərə alınmaqla vəsiyyətnamə mərhumun əvəzindən tamamilə ona yad bir şəxs olan X23 adlı şəxs tərəfindən imzalanmış, mərhuma digər yad bir şəxslər olan X35 və X31 adlı şəxslər isə guya buna şahidlik etmiş, halbuki, qeyd olunan şəxslərin üçü də, xeyrinə vəsiyyət edilən Cavabdeh anası Nailə Məmmədovanın direktor vəzifəsində çalışdığı 187 nömrəli orta məktəbin işçiləri olmuş və bu saxta sənədləşdirmədə məhz tabeliyində olduqları məktəb direktorunun diqtəsi ilə iştirak etmişlər.
32. Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə “cinayəti işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, İddiaçı vəsiyyətnamənin saxtalığına dair göstərdiyi xüsusatların təsdiqi kimi istintaq orqanına bir ədəd CD-ni təqdim etmişdir. Həmin CD-də bir ədəd 15 dəqiqə 51 saniyə müddətli səsyazma var. Həmin səs yazma müstəntiq tərəfindən xidməti kompüter vasitəsi ilə dinlənilərkən müəyyən olunmuşdur ki, səsyazmada İddiaçı “Həci” kimi müraciət etdiyi bir nəfər şəxsə (dinləmədə iştirak edən İddiaçı deməsinə görə isə) X10 müraciət edərək mərhum qohumu X38 adından 17 saylı Notariat Kontorunda tərtib olunmuş xx.xx.2010-cu il tarixli vəsiyyətnamədən məlumatlı olub-olmadığını soruşur. Sonuncu heç bir vaxt mərhum Yaqub Məmmədov ilə heç bir Notariat Kontoruna getmədiyini, onun əvəzindən heç bir sənədi imza etmədiyi bildirir. Bundan sonra İddiaçı qeyd olunan vəsiyyətnaməni Nizami Məmmədova təqdim edir, sonuncu həmin vəsiyyətnaməni nəzərdən keçirərək vəsiyyətnamədə əks olunan imzanın onun imzasına bənzədiyini bildirsə də yenə də tam əminliklə mərhum Yaqub Məmmədov ilə heç bir Notariat Kontoruna getmədiyini, onun əvəzindən heç bir sənədi imzalamadığını təsdiqləyir. İddiaçı bununla bağlı gedən məhkəmə prosesində şahidlik etməyi ona təklif etdikdə isə Nizami Məmmədov ehtiyatlanaraq imtina etməyə başlayır.
33. Həmçinin, İddiaçı istintaq orqanına mərhum qohumu Yaqub Məmmədovun xx.xx.1958-ci il tarixli Bakı Sovet Ticarəti Texnikumunda 2-ci kursdan 3-cü kursa keçirilməsi, sinif nümayəndəsi seçilməsi barədə Sənaye və Texnologiya Kollecinin xx.xx.2023-cü il tarixli 124 №-li arxiv arayışını, arayışda qeyd olunan müvafiq əmirlərin surətlərini, mərhum X63 Notariat Arxivinə ünvanladığı xx.xx.2007- ci il tarixli əlyazma ərizələrinin surətlərini təqdim etmişdir. 34. xx.xx.2010-cu il tarixli vəsiyyətnamədə şahid qismində iştirak etmiş X35 və X19 öldükləri müəyyən edilmişdir.
35. Firəngiz Quliyevanın Cavab deh anası Nailə Məmmədovanın həmin dövrdə direktor vəzifəsində çalışdığı 187 nömrəli orta məktəbin bufetində oğlu X33 ilə birlikdə çalışdığı müəyyən edildiyindən Həmidağa Quliyevin izahatı alınmışdır.
36. Həmidağa Quliyev xx.xx.2010-cu il tarixli vərəsəlik işi, anasının həmin vərəsəlik işində şahidlik etməsi ilə bağlı heç bir məlumatının olmadığı, anasının savadsız olduğu səbəbindən anasının hansısa bir sənədləşdirmə işlərində iştirak etməsinin inandırıcı olmadığını, anasının məktəbin direktoru ilə notariat kontoruna getmiş olduğu təqdirdə onun bunu biləcəyəni, anasının adından icra olunmuş imza və xəttin anasının imzasına və xəttinə bənzərliyinin müəyyən olunmadığını bildirmişdir. 37. "xxxx" MMC-dən alınmış məlumata əsasən vəsiyyətnamə tərtib edilən gün və saatda X9 istifadəsində olmuş ** *-***-**-** nömrəli mobil telefonun anten dairəsinin 17 saylı Notariat Kontorunun yerləşdiyi inzibati ərazi vahidində qeydə alınmadığı müəyyən edilmişdir.
38. Nizami Məmmədov izahatında göstərmişdir ki, 1974-cü ildən 2021-ci ilədək olan müddət ərzində 187 nömrəli orta məktəbdə pedaqoq və direktor müavini işləyib. X74 qəsəbə sakini və məktəbin direktoru olmuş Nailə Məmmədovanın qaynı kimi tanıyıb. Yaqub Məmmədov ilə münasibəti yaxşı olmuşdur. Təxmini xatırlayır ki, 2010-cü ilin avqust ayının sonlarında Yaqub Məmmədov məktəbə gələrək bildirmişdir ki, artıq xəstədir, qocalıb, özünə məxsus torpaq sahəsini ona qocalığında dayaq duran qardaşı oğlu, Nailə xanımın oğlu Qüdrətə vəsiyyət etmək istəyir, ondan notariat kontoruna gedərək vəsiyyətnamə yazmaqda ona köməklik etməyini xahiş etmiş, onlar 17 saylı Notariat Kontoruna getmişlər. Orada Yaqub notariusa iradəsini bildirmiş, notarius vəsiyyətnaməni tərtib etmiş, Yaqub, latın qrafikalı əlifba ilə oxuya bilmədiyi üçün həmin vəsiyyətnaməni oxuyaraq düzgün tərtib olunmasına əmin olaraq əvəzinə imza atmağı xahiş etmiş, o, vəsiyyətnamədə Yaqubun iradəsinə zidd hər hansı bir artıq söz yazılmadığını müəyyən etmiş, bu barədə Yaquba demiş, həmin vəsiyyətnaməyə onun əvəzindən imza çəkmişdir. Bundan sonra notarius bildirmişdir ki, vəsiyyətnaməyə başqa şəxs imza etdiyi üçün bunu təsdiq edən iki nəfər də əlavə şahid olmalıdır. Bundan sonra o, notariat kontorunun binasından bayıra çıxmış, içəridə gedən proseslərdən məlumatı olmamış, təxminən saat yarımdan sonra Yaqub oradakı işlərini bitirdikdən sonra onlar birlikdə Maştağa qəsəbəsinə qayıtmış, h əmin vaxt orada şahidlik edən qadınları görməmiş, yalnız sonradan artıq bu hadisə barədə araşdırma başlandıqdan sonra həmin vəsiyyətnamədə şahid kimi adları qeyd olunmuş iki nəfər qadının iştirak etdiyini bilmiş, şahid qadınlardan yalnız X24 tanıdığını, lakin notariat kontorunda Firəngizi görmədiyini bildirmişdir. Son vaxtlar ona bir nəfər Həsənağa adlı qəsəbə sakini yaxınlaşaraq vəsiyyətnamədəki imza ilə bağlı onu sorğu-sual etməyə başlamışdır, o, həmin hadisədən artıq xeyli müddət keçdiyi üçün heç bir notariusda olmadığını bildirmiş, lakin sonradan həmin şəxs ona vəsiyyətnamədəki imzasını göstərəndən sonra o, həmin vəsiyyətnaməyə imza atdığını xatırlamışdır. Həsənağa məhkəmədə onlara şahidlik etməyi xahiş etmiş, lakin o, razılaşmamışdır. Məmmədov Nizami o mobil telefonun anten dairəsinin 17 saylı Notariat Kontorunun yerləşdiyi inzibati ərazi vahidində qeydə alınmadığını onun yaşadığı yerlə notariat kontorunun yaxın məsafədə olduğu ilə izah etmişdir.
39. Qeyd edilən qərara əsasən vəsiyyətnamənin orta ixtisas təhsilli, yazıb-oxumaq qabiliyyətli, əqli və fiziki cəhətdən sağlam olan X38 tərəfindən deyil, guya savadsız olması göstərilməklə digər bir şəxs, vəsiyyətnamənin tərtib olunduğu vaxtda və yerdə faktiki olaraq orada olmaması sübuta yetirilmiş X23 tərəfindən imzalanması, vəsiyyətnamənin tərtib olunduğu vaxtda və yerdə faktiki olaraq orada olmamaları sübuta yetirilmiş mərhumlar X35 və X19 şahidliyi ilə təsdiq edilməsi, vəsiyyətnaməni tərtib etmiş sabiq notariusun istintaq orqanından qərəzli olaraq yayınması əsaslarından vəsiyyətnamənin saxta yolla tərtib edilməsi faktı tə sdiq edilmiş, baş vermiş hadisədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 308.1, 313-cü maddələrin tərkib əlamətləri olduğu müəyyən edilmiş, lakin hadisədən artıq 13 ildən artıq bir müddət keçdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
40. Sabunçu Rayon Məhkəməsinin 6(008)-84/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Sabunçu RPİ-nin İstintaq Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “cinayəti işinin başlanmasının rədd edilməsi barədə” qərarın ləğv edilməsi, toplanmış material üzrə əlavə araşdırmanın aparılması qərara alınmışdır.
41. Material üzrə aparılmış əlavə araşdırmanın yekunu olaraq Sabunçu RPİ-nin İstintaq Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə “cinayəti işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir.
42. Təkrar aparılmış araşdırma zamanı bir neçə şahid təsdiq etmişlər ki, Yaqub Məmmədov öz iradə ifadəsi ilə Cavabdeh xeyrinə vəsiyyətnamə qoymuşdur. Belə ki, Cavabdeh anası Nailə Məmmədova qoca və xəstə olan Yaqub Məmmədova qulluq etmişdir. Yaqubun onlardan başqa heç kimi yox idi.
43. Bundan başqa, araşdırma aparmış müstəntiq tərəfindən müəyyən edilmişdir ki, vəsiyyətnamədə şahid kimi adları qeyd edilmiş X27 və X25 vəsiyyətnamə verilən ərəfədə Nailə Məmmədovanın direktoru olduğu 187 nömrəli orta məktəbdə işləməmişlər və onların qulluq mövqeləri Nailə Məmmədovadan asılı olmamışdır. Bu hal onu təsdiq edir ki, Nailə Məmmədovanın vəsiyyətnamədə şahid kimi adları qeyd edilmiş Firəngiz Quliyeva və Nazilə Əbülfəzovaya təsir etmək imkanı olmamışdır.
44. İzahatı alınmış Cavabdeh polis orqanı tərəfindən təkrar aparılmış araşdırma zamanı vəsiyyət qoyan Yaqub Məmmədovun əvəzində vəsiyyətnaməni imza etmiş Nizami Məmmədovun istifadəsində olmuş mobil telefonun anten dairəsi vəsiyyətnamənin tərtib edildiyi yer kimi göstərilən 17 saylı Notariat Kontorunun yerləşdiyi inzibati ərazi vahidində qeydə alınmadığı ilə bağlı bildirmişdir ki, həmin nömrəli mobil telefonun Nizami Məmmədovun üstündə olub-olmaması, olmuşdursa, anten dalğası dairəsinin, yəni şəbəkənin hansı ölçüdə olması, olmamışdırsa, bunun səbəbləri araşdırılmamışdır, ümumiyyətlə, bu növ sübutu mötəbər hesab etmək mümkün deyildir, bəlkə telefon üstündə olmayıb, bəlkə, telefonu evində, yaxud iş yerində unudub, bəlkə telefon həmin zaman qapalı olub, bəlkə, telefonun şarjı olmadığı səbəbindən qapalı olub, anten dalğas ı tutmayıb, bəlkə, telefonu evində ve iş yerində şarja qoyaraq buraxıb gedib, hal-hazırda, bunları xatırlama, yada salmaq da mümkün deyildir, çünki şahid Nizami Məmmədovun 70dən çox yaşı vardır, xəstədir, yaddaşı da əvvəlki zamanlarda olduğu kimi deyildir, üstəlik de Əfqanıstan müharibəsindən aldığı kontuziyaları vardır.
45. Əlavə araşdırma zamanı notarius X40 izahatında göstərmişdir ki, Yaqub Məmmədov savadsız və fiziki cəhətdən məhdud hərəkət qabiliyyətli olmasını bildirdikdə o, ona özünün tanıdığı və etibar etdiyi şahidlərlə birlikdə gəlməyi təklif etmiş, Yaqub Məmmədov xx.xx.2010-cu il tarixdə şahidləri ilə birlikdə notariat kontoruna gəlmiş, şahidlərə də hüquq və vəzifələrini izah etmiş, daha sonra onların razılığı ilə vəsiyyətnaməni tərtib etmış, hər hansı qanun pozuntusuna yol vermə mişdir.
46. Məhkəmə kollegiyası, cavabdeh tərəfindən iddiaçının bu kimi iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmaması ilə bağlı qeyd etmişdir ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli qətnamənin X21 verilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ən azından X38 payına düşən 1/4 hissədə və Yusif Musa oğlu oğlunun payına düşən 1/4 hissədə etibarsız hesab edilməsi hissəsində qüvvədə qaldığı təqdirdə hazırki iş üzrə cavabdeh olan Cavabdeh həm atasının 1/4 hissəsinin qanun üzrə vərəsəsi, həm də əmisi X38 1/4 hissəsinin vəsiyyət üzrə vərəsəsi olacaqdır. Belə ki, mübahisəli əmlak X11 payına düşən 1/4 hissədə sərbəst qalmalıdır ki, cavabdeh vəsiyyətnamə əsasında vərəsəlik hüququnun həyata gerçəkləşdirə bilsin.
47. Qeyd edildiyi kimi, hazırkı iş üzrə iddiaçı olan İddiaçı məhz Yəhya Məmmədova verilmiş xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” əsasında mübahisəli torpağın təxmini 42 sotunun mülkiyyətçisi olmuşdur və həmin şəhadətnamənin Yaqub Məmmədovun 1/4 hissəsinin də etibarsız hesab edildiyi təqdirdə əmlakının müəyyən hissəsindən mərhum olacaqdır.
48. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə predmeti olan vəsiyyətnaməni mübahisələndirməyə iddiaçının subyektiv hüququ mövcuddur. Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Buna baxmayaraq işə baxmış Rayon Məhkəməsi iddia tələbini təmin etməmişdir.
49. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq iddia tələbinin həlli ilə bağlı qeyd etmiş dir ki, iddiaçı iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsi ilə əsaslandırmışdır.
50. Rayon Məhkəməsi qeyd etmişdir ki, iddiaçı vəsiyyətnaməni verən şəxsə qarşı zorakılıq və ya hədələmə tətbiq edilməsinə dair sübutlar məhkəməyə təqdim etməmişdir.
51. Bundan başqa iş materiallarından göründüyü kimi, mübahisə predmeti olan vəsiyyətnaməni vəsiyyət edənin xahişi ilə başqa şəxs imzalamış, şahidlər təsdiq etmişlər, vəsiyyət edənin savadsızlığı səbəbindən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilmişdir.
52. Rayon Məhkəməsi qeyd etmişdir ki, qanun notariusun üzərinə vəsiyyət edənin savadlı olub-olmadığını araşdırmaq öhdəliyini qoymamışdır.
53. Qeyd edilənlərə əsasən Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi sübut edilmədiyi üçün əsassızdır.
54. İş üzrə Rayon Məhkəməsinin gəldiyi qənaəti əsassız hesab edən məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2010-cu il tarixli vəsiyyətnamə 17 saylı Notariat Kontorunda tərtib edilmiş, vəsiyyət qoyan Yaqub Məmmədovun öz xahişi əsasında onun əvəzinə vəsiyyətnaməni Nizami Məmmədov imzalamış, Nəzifə Əbülfəzova və Firəngiz Quliyeva isə vəsiyyətnamənin tərtib edilməsində şahid qismində iştirak etmişlər. Vəsiyyətnamənin bu qaydada tərtib edilməsi vəsiyyətnamədə onunla əsaslandırılmışdır ki, Yaqub Məmmədov savadsız olmuşdur.
55. Rayon Məhkəməsinin qətnaməsində mübahisə predmeti olan vəsiyyətnaməni vəsiyyət edənin xahişi ilə başqa şəxsin imzaladığını, şahidlərin təsdiq etdiyini, vəsiyyət edənin savadsızlığı səbəbindən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilmişdir. La kin Rayon Məhkəməsinin bu mövqeyi heç bir mötəbər sübutla təsdiq edilmir.
56. Əksinə iş materiallarından müəyyən edilir ki, X56 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin məzunudur. Bu hal Kollecin xx.xx.2023-cü il tarixli, 124 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapmaqdadır. Digər tərəfdən vəsiyyətnaməni Yaqub Məmmədovun əvəzindən imzalamış Nizami Məmmədov öz izahatında Yaqub Məmmədovun latın qrafikalı əlifba ilə oxuya bilmədiyi üçün həmin vəsiyyətnaməni oxuyaraq düzgün tərtib olunmasına əmin olduğunu, Yaqub Məmmədovun əvəzinə ondan imza atmağı xahiş etdiyini, vəsiyyətnamədə Yaqub Məmmədovun iradəsinə zidd hər hansı bir artıq söz yazılmadığını müəyyən etdiyini, bu barədə Yaqub Məmmədova dediyini, həmin vəsiyyətnaməyə onun əvəzindən imza ç əkdiyini bildirmişdir.
57. Bundan başqa, iş materiallarından görünür ki, Yaqub Məmmədov xx.xx.2007-ci il tarixdə özü ərizə yazaraq xx.xx.1994-cü il tarixdə qardaşı Yusif Musa oğluna etdiyi vəsiyyətnaməni ləğv etmişdir. Həmin ərizənin latın qrafikası ilə yazıldığı və imzalandığı müəyyən olunur. Bu hal Yaqub Məmmədovun latın qrafikalı əlifbanı bildiyini və savadlı olduğunu təsdiq edir. Digər tərəfdən vəsiyyətnamənin vəsiyyət edənin özü tərəfindən deyil, başqası tərəfindən imzalanmasının məntiqi əsaslandırılması verilməmişdir.
58. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, qanunvericilikdə notariusun üzərinə açıq şəkildə vəsiyyət edənin savadlı olub-olmadığını araşdırmaq öhdəliyi qoyulmuş olmasa belə, bu halın araşdırılmaması notarius fəaliyyətinin ümumi məqsədinə uyğun deyil. Çünki “Not ariat haqqında” qanunun 1-ci maddəsindən də göründüyü kimi rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur. Dolayısı ilə notariuslar rəsmi və doğru sənədlərin tərtibi üçün bütün halları araşdırmalıdır. Mülki Məcəllənin 1167-ci maddəsi vəsiyyətnamə tərtib edilərkən şəxsin şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən şəxs olmalı olduğunu müəyyən edir və bunu müəyyənləşdirmək vəzifəsi həmin iradənin həqiqiliyini təsdiq edən notariusun üzərinə düşür. Dolayısı ilə notarius bu hallarla yanaşı şəxsin savadlı olub-olmamasını da araşdırmalıdır. Özünə məxsus bütün əmlakının sonrakı taleyini həll edən şəxsin vəsiyyət iradəsinin özü tərəfindən deyil, xüsusi hal hesa b ediləcək şəkildə şahidlərin iştirakı ilə başqa şəxs tərəfindən təsdiq edilməsi zamanı bu halı doğuracaq şərtlər diqqətlə yoxlanılmalı və şəxsin savadlı olub-olmamasının müəyyən edilməsindən sonra notarius tərəfindən vəsiyyətnamənin tərtibinə digər şəxslər cəlb edilməli idi.
59. Vəsiyyətnamə, ümumiyyətlə əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayıldığından, vəsiyyətnamənin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla tərtib edildiyini müəyyən edən məhkəmə kollegiyası vəsiyyətnamənin etibarsız hesab edilməli olduğu qənaətinə gəlir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
60. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi və ya birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasına dair yeni məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir.
61. Kassasiya şikayəti iddia tələbinə etirazla analoji məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. İddiaçının nümayəndəsi Vəkil1 kassasiya şikayətinə etiraz edərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
63. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər
64. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yür üdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
65. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir
66. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər
67. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
68. Maddə 1182. Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyət naməni imzalaya bilmədiyi göstərilməlidir.
69. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.
70. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəktlərinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.).
71. Maddə 1230. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər
72. Maddə 1183.1. Əgər vəsiyyət edən nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğz ini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.
73. Maddə 1183.2. Görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır.
74. Maddə 1183.3. Əgər vəsiyyət edən nitq-eşitmə görmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir
75. Maddə 1183.4. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır.
76. Maddə 1183.5. Qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
77. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
78. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
81. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
82. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
83. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
84. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
85. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
86. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
88. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
89. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər üzrə apellyasiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmışdır bu araşdırma yetərli hesab edilməklə, qəbul edilən qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
90. Məhkəmə kollegiyası kassasiya şikayətinin maddi hüquq normalarının düzgün tətbiq edilməməsi dəlillərini müzakirə edərək onları da əsassız sayır.
91. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 1183-cü maddəsinə istinad etmişdir.
92. Mülki Məcəllənin 1183.2-ci maddəsinin hazırkı hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyasına görə, kor və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır.
93. Bu maddənin dispozisiya şərtindən göründüyü kimi, qanunverici “və ya” bağlayıcısından istifadə etməklə kor və savadsızlıq hallarını bir-birindən ayırmış və bu iki halın eyni zamanda deyil, hər birinin ayrı-ayrılıqda mövcud olduğu halda vəsiyyət sərəncamının üç nəfər şahidin iştirakı ilə imzalanmalı olduğunu müəyyən etmişdir.
94. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından isə görünür ki, mübahisəli vəsiyyətnamənin vəsiyyət edən tərəfindən deyil, digər şəxs tərəfindən imzalanmasının səbəbi kimi on un savadsızlığı göstərilmişdir.
95. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin həmin maddi hüquq normasına istinad etməsi düzgün olmuşdur.
96. Həmçinin, nəzərə alınmalıdır ki, qeyd edilən normanın imperativ xarakter daşıyan tələbinə əsasən vəsiyyət edən savadsız olduqda vəsiyyətnamə iki deyil, üç şahidin iştirakı ilə tərtib edilməlidir. Hazırkı halda isə mübahisələndirilən qətnamənin yalnız iki şahidin iştirakı ilə tərtib edildiyi müəyyən olunmuşdur. Deməli, vəsiyyət edənin savadsız olması öz təsdiqini tapmış olsa belə, həmin vəsiyyətnamə tərtib edilərkən onun məzmununa dair tələbə əməl edilməməsi aşkardır.
97. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırıl mış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
98. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
99. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1286/2025 nömrəli 8 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Q