Məhkəmə qərarları › İş №2(102)-2288/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2288/2022

04.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2288/2022 04.03.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2022-ci il tarixli 2(103)2314/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.01.2022-ci il t arixli, 2(001)-715/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu X1 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, 11.01.2022-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barədə bildirişi şəxsən qəbul etmişdir. İş üzrə məhkəmə baxış iclası 27.01.2022-ci il tarixə, 14:00-a təyin edilsə də, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-715/20 22 saylı, 27.01.2022-ci il tarixli qərardadının ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-715/2022 saylı, 31.01.2022-ci il tarixli qərardadı ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil 27.01.2022-ci il tarixli, 2(001)-715/2022 saylı qərardadının ləğv edilməsinə dair vəsatəti təmin edilməmişdir. İddiaçı yenidən 27.01.2022-ci il tarixli ərizənin baxılmamış saxlanılması haqqında qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsi 04.02.22-ci il tarixli qərardadı ilə iddiaçının şikayətini təmin etməmiş, 31.01.2022-ci il tarixli qərardadını dəyişdirmədən saxlamış, şikayətə baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının 10 fevral 2022-ci il tarixli 2(103)2314/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı «pul tələbi» nə dair mülki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından mülki iş Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi qərardadını belə əsalandırmışdır ki, iddiaçı məhkəmənin iddia ərizəsinin baxılmamış saxlanılması barədə 27.01.2022-ci il tarixli qərardadını mübahisələndirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi 04.01.2022-ci il tarixli qərardadla “Binəqədi Rayon Məhkəməsinin 2(001)-715/2022 saylı, 31.01.2022-ci il tarixli qərardadından” verilmiş şikayəti təmin etməmiş, baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Yaranmış vəziyyət işə apelyasiya qaydas ında baxılmasını qeyrimümkün edir. Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olduğu göstərilmədiyindən kassasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, iddiaçı kassasiya şikayətində 31.01.2022-ci il qərardadından verdiyi şikayətin mümkünlüyü üçün prosessual əsasların olduğuna istinad etsə də, iddiaçının şikayəti 31.01.2022-ci il tarixli qərardaddan deyil, 27.01.2022-ci il tarixli qərardaddan olmuşdur. Bu şikayətə isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən baxılmamışdır. Buna görə də Bakı Apellyasiya Məhkəməsi şikayəti qeyri-mümükün hesab edərək Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün birinci instansiyası məhkəməsinə göndərmişdir. Kassasiya şikayətində apelyasiya məhkəməsinin bu mövqeyinin əsassızlığına dair heç bir dəlil göstərilməmiş, pozuntunun nədən ibarət olduğu göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 408.1.5. maddəsinə əsasən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;. 404-1.1. maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci və 408.1.5-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.5-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2022-ci il tarixli 2(103)2314/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apel

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar