Məhkəmə qərarları › İş №2(102)-2292/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2292/2023

13.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2292/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMMC-yə qarşı və "xxxx" MMMC-nin cavabdehlər İddiaçı1 və Cavabdeh2nə qarşı bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARİ (Açar sözlər: müdaxilənin və maneənin aradan qaldırılması, çıxarışın etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə (bundan sonra - "xxxx" MMMC) qarşı müdaxilənin və maneənin aradan qaldırılm ası tələbinə dair, iddiaçı "xxxx" MMMC-nin cavabdehlər İddiaçı1 və Cavabdeh2nə qarşı çıxarışın etibarsız hesab olunması tələbinə dair bir icraatda birləşdirilmiş işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-136/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsindən "xxxx" MMMC tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMMC xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş və hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi ev 9 B ünvanıdır. Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 9 B, 1-ci mərtəbənin 2-ci səviyyəsi ümumi sahəsi 589.8 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı2, həmin ünvanda 582.30 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi isə İddiaçı1 xüsusi mülkiyyətindədir.

2. İddiaçı1 adına verilmiş 23 noyabr 2019-cu il tarixli çıxarışda daşınmaz əmlakın ümumi sahəsinin 603,1 kv.m olduğu qeyd edilsə də, sonradan sahənin ölçüsü dəqiqləşdirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 oktyabr 2021-ci il tarixdə yeni çıxarış verilmişdir. Yeni çıxarışda daşınmaz əmlakın ümumi sahəsinin 582.30 kv.m olduğu qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş üzrə icraat (İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMMC-nə qarşı İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi ev 9B ünvanında yerləşən 582.30 kv.metr və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi ev 9B ünvanında yerləşən 589.8 kv.metr qeyri-yaşayış sahələrinə cavabdehin nümayəndələri və qeyriləri tərəfindən olunan müdaxilənin və maneənin aradan qaldırılması tələbinə dair iş)

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi ev 9B ünvanında yerləşən 582.30 kv.metr və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi ev 9B ünvanında yerləşən 589.8 kv.metr qeyri-yaşayış sahələrinə cavabdehin nümayəndələri və qeyriləri tərəfindən olunan müdaxilənin və maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılıb ki, qeyd olunan qeyri-yaşayış sahələri mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. İddiaçı1 məxsus olan qeyri-yaşayış sahəsi əsas sahə olmaqla binanın zirzəmi mərtəbəsində, İddiaçı2 məxsus qeyri-yaşayış sahəsi isə binanın birinci mərtəbəsində yerləşir və hal-hazırda mülkiyyətçi həmin sahəni “Kreativ” uşaq inkişaf mərkəzinə icarəyə vermişdir. Bu sahələrin yerləşdiyi bina hazırda cavabdeh MMMC-nin idarəçiliyində olmaqla nümayəndələri tərəfindən edilən müdaxilələr nəticəsində iddiaçılar mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlakdan istifadə edə bilmirlər. Belə ki, hər dəfə İddiaçı1 mülkiyyəti olan və zirzəmi qatında yerləşən sahəyə istər baxış keçirən, istərsə də istifadə etmək istəyən zaman cavabdehin əməkdaşları səs-küy salaraq, gah polis çağırır, gah da mübahisəni elə həddə çatdırırlar ki, kimsə onlara cavab verməli olsun və onlar da bundan istifadə edərək şikayət etsinlər. Bu cür nəticələrlə qarşılaşmamaq üçün faktiki olaraq hazırkı vəziyyətdə əmlak ından istifadə edə bilmir. İddiaçı2 məxsus olan birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürən cəmiyyətin nümayəndələri hər dəfə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enən zaman cavabdehin nümayəndələri tərəfindən edilən maneə ilə rastlaşırlar. Sonuncu dəfə yükləmə həyata keçirmək üçün 4 saat bu cür maneəni dəf etmək məcburiyyətində qalmışlar və bu saatlarda da “Kreativ” uşaq cəmiyyəti enerjisiz qalmışdır ki, bu da orada olan azyaşlı uşaqların aldıqları tədrisə ciddi şəkildə maneə törətməklə bərabər, həm də mənəvi sıxıntı da vermişdir.

5. Cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı2 əmlakına hər-hansı müdaxilə və maneədən söhbə t gedə bilməz. Sayğaclar barədə ilk növbədə qeyd etmək istəyir ki, sayğac kənarda yerləşir, tərəflərindən aidiyyəti orqanlara müraciət olunmuşdur ki, binanın özündə yerləşdirilsin. Digər tərəfdən, sakinlərin mənzillərə köçürülməsi üçün heç bir məhdudiyyət qoyula bilməz, elə bir şey ola da bilməz. Tərəflərindən Binəqədi Rayon Məhkəməsinə müraciət etmələrinin səbəbi, zirzəminin tək İddiaçı1 yox, sakinlərə məxsus olmasıdır. Bu səbəbdən çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Belə ki, zirzəmi sahəsi ümumiyyətlə satıla bilməzdi, zirzəmi ümumi istifadə üçün bir sahədir. Bunun qeyri-yaşayış sahəsi adı altında satılması qanuna uyğun deyildir. Zirzəmi sahəsi özəlləşdirilə bilməz, çünki digər sakinlərin hüquqları pozulmuş olacaqdır, bina sakinləri üçü n nəzərdə tutulmuş zirzəmi sahələri də sakinlərə məxsus olmalıdır. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

6. Məhkəmə iclasında cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, həmin binada komendant olaraq çalışır, İddiaçı2 əmlakına hər-hansı müdaxilə və maneə yoxdur, sayğaclar zirzəmidə yerləşir. Bir dəfə həmin uşaq bağçasının işıqları sönmüşdü, ona müraciət etdilər, sadəcə onun belə bir səlahiyyəti yoxdur ki, sayğaclar olan yerə icazə versin, sonra "xxxx" ASC-nin əməkdaşları gəlib işığı bərpa etdilər. Başqa halda heç bir maneədən söhbət gedə bilməz. İddiaçı1lə bağlı isə qeyd edir ki, zirzəmi ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Onun adına olan çıxarış qanunsuzdur. Bina sakinləri avtomobillərini orada saxla yır. Ona qadağa qoya bilməzlər. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. Ona görə də, iddia tələbinin rədd olunmasını xahiş edir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)7152/21 nömrəli qətnaməsi ilə (hakim G.Babazadə) iddia təmin edilərək, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi ev 9B ünvanında yerləşən 582.30 kv.metr qeyri-yaşayış sahəsindən və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi ev 9B ünvanında yerləşən 589.8 kv.metr qeyri-yaşayış sahəsindən iddiaçılara təyinatı üzrə istifadəyə müdaxilə edilməsi Cavabdeh1 MMMC-nin nümayəndələrinə və qeyrilərinə qadağan edilməsi və həmin qeyri-yaşayış sahələrindən istifadəyə yaradılan maneələrin (İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəs i üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmə, İddiaçı1 mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobillərinin yerləşdirilməsi, mülkiyyətçinin özünün istifadəsinə edilən maneə) Cavabdeh1 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndələri və qeyriləri tərəfindən aradan qaldırılması qət edilmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək cavabdehin hərəkətlərini iddiaçıların mülkiyyət hüquqlarına müdaxilə hesab etmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.5, 157.1, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır İkinci iş üzrə icraat (İddiaçı Cavabdeh1 MMMC-nin cavabdehlər İddiaçı1 və Cavabdeh2nə qarşı iş)

10. İddiaçı Cavabdeh1 MMMC cavabdehlər İddiaçı1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 9B ünvanda yerləşən 603.1 kv.m. zirzəmi sahəsinə dair İddiaçı1 adına verilmiş xx.xx.2019-cu il və 12 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 9B ünvanda yerləşən 603.1 kv.m. zirzəmi sahəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşir. Həmin bina dövlət qeydiyyatına alınmış, bina mənzil mülkiyyətçilərinin idarəçiliyinə verilmişdir. Bina sakinlərinin ümumi yığıncağının qərarına əsasən MTK-nın bazasında Cavabdeh1 MMMC yarad ılmış və xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra da, adı çəkilən yaşayış binası kompleksinin idarəçiliyi MMMC-yə keçmişdir. Qeydiyyata alınandan sonra bina kompleksinin başqa sahələri ilə yanaşı mübahisələndirilən mülkiyyət sənədi olan çıxarışın aid olduğu 603.1 kv.m. zirzəmi sahəsi də MMMC-nin maneəsiz istifadə və idarəçiliyinə alınmışdır, lakin 2020-ci ilin noyabr ayında cavabdeh gələrək, binanın zirzəmisinin ona aid olduğunu bildirmiş, adına olan çıxarışı təqdim edərək sahədən maşınların çıxarılmasını tələb etmiş və giriş-çıxış qapısını bağlamaq istədiyindən mübahisə çıxmışdır. Binanın zirzəmisi ümumi istifadə üçün nəzərdə tutulduğu, satılmasına və ya başqa yolla özgəninkiləşdirilməsinə yol verilmədiyindən, məsələnin həlli üçün çıxarışı vermiş digər Cavabdeh2nə mü raciət edilmiş, lakin nəticəsi olmamışdır.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmişdir.

13. Məhkəmə Ekspertiza Mərkəzinin 10/5513 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə İddiaçı1 məxsus ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin həmin binanın zirzəmi sahəsində A-E və 1-6 oxları arasında yerləşdiyi və bütünlüklə yaşayış binasının tərkib hissəsini əhatə etdiyi, həmçinin, çıxarışa əsasən 582.3 kv.m. qeyd olunan sahəyə yalnız zirzəminin sahəsi (A-E və 1-6 oxları arasındakı) daxil olduğu, lift şaxtasının sahəsinin isə həmin 582.3 kv.m. sahəyə daxil olmadığı müəyyən olunmuşdur. İddiaçı1 məxsus qeyriyaşayış sahəsi tədqiq olunan binanın tərkib hissəsi olmaqla binanın zirzəmisində yerlə şdiyindən, həmin qeyri-yaşayış sahəsinin yaşayış binasından ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(001)173/22 nömrəli qətnaməsi ilə (hakim G.Abbasova) iddia rədd edilmişdir.

15. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin iş üzrə iddiaçı Cavabdeh1 MMMC-nin mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından və iddiaçı idarəçiliyə qəbul etdiyi həmin binanın bu əmlakını təhvil almasına dair hər hansı sübut təqdim etmədiyindən onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 139.1, 157, 158-c i maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadı "xxxx" MMMC-nin cavabdeh İddiaçı1 və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMMC-nə qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki işlər bir icraatda birləşdirilmişdir.

18. Birinci iş üzrə cavabdeh "xxxx" MMMC apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əslində qeyd edilən iddia ilə bağlı hər hansı mübahisə yoxdur. Burada MTK ilə sonra yaradılmış MMMC-nin köhnə idarəçiləri ilə yeni idarəçiləri arasında mübahisəli mövqelərin dən irəli gəlmiş qərəzdir. Hazırkı iş üzrə iddiaçılar ər-arvaddırlar. Bina kompleksinə nəzarəti həyata keçirən MMMCnin idarəçiliyinin bina sakinlərinin seçimi ilə yeni sədrə keçməsi bina tikənlərin mövqeyinə uyğun olmadığından, hər vasitə ilə süni mübahisələr yaradılır. Elektrik sayğaclarının olduğu yer və 582.3 kv.m sahə binanın zirzəmi mərtəbəsi olmaqla avtomobillərin saxlama qarajı sahəsi kimi bina sakinlərinin ümumi istifadəsindədir. Binanın idarəçiliyi yeni sədrə keçəndən sonra İddiaçı1 603.10 kv.m. qeyr-yaşayış sahəsinə dair mülkiyyət sənədini təqdim edərək oranı zəbt etmiş və giriş qapısını bağlamış, orada söküntü, tikinti işləri aparmışdır. Buna görə də Binəqədi Rayon Məhkəməsində təqdim edilmiş mülkiyyət sənədinin etibarsızlığı tələbi ilə iddia qaldırılmışdır. İddiaçı1 hazırkı idd iasında isə məhkəməyə təqdim etdiyi sənədlərdə qeyri-yaşayış sahəsinin ölçüsü 582,3 kv.m, yerləşdiyi binanın isə 10 mərtəbəli olduğu göstərilmişdir. Halbuki, mübahisəli zirzəminin yerləşdiyi bina 18 mərtəbəlidir. Mülkiyyət sənədi mübahisəli olduğundan onun etibarsızlığı ilə bağlı Binəqədi Rayon Məhkəməsində iddia qaldırılıb. Həmin iş üzrə yekun qərar qəbul edilənədək hazırkı işin icraatı dayandırılmalı idi.

20. İkinci iş üzrə iddiaçı "xxxx" MMMC apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən mübahisənin meydana gəlməsi ilə bağlı tərəflərin qarşılıqlı münasibətini, ilk növbədə mübahisəli çıxarışın aid olduğu 582.30 kv.m. zirzəmi sahəsinin bin anın zirzəmi mərtəbəsində və ümumi binaya xidmət edən mühəndis qurğuların yerləşməsi üçün nəzərdə tutulduğunu və yerləşdiyini nəzərə almalı idi.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-136/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) "xxxx" MMMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə kollegiyası 1-ci iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnam ə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Məhkəmə kollegiyası 2-ci iş üzrə də apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli qeyri-yaşayış sahəsinə və ya onun bir hissəsinə mülkiyyət hüququnu, yaxud həmin əmlakların onun idarəçiliyinə təhvil verildiyini təsdiq edən sübutlar təqdim etməli idi. İş materiallarında olan DƏDRX-nin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 9B ünvanında yerləşən, ümumi sahəsi 582,30 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı1 adına qeydiyyatdan keçmişdir. Ekspert rəyi ilə qeyri-yaşayış sahəsinin tədqiq olunan binanın tərkib hissəsi olmaqla binanın zirzəmisində yerləşdiyi, lift şaxtasının sahəsinin isə həmin 582.3 kv.m. sahəyə daxil olmadığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunanlar a əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi bu nəticə Mülki Məcəllənin 140-cı maddəsinin də tələbinə uyğundur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olmaqla əsassızdır və mübahisələndirilən qətnamənin ləğvi üçün əsas təşkil etmir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları və tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apellyasiya şikayətində irəli sürülən dəlillərlə bağlı nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təq dim edilməmişdir. MMMC-nin nümayəndəsi apellyasiya baxışı zamanı iş üzrə təkrar ekspertiza keçirilməsini, yaxud mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilməsi barədə vəsatət versə də, məhkəmə kollegiyası həmin vəsatəti əsassız sayaraq təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur və ekspert rəyinin məzmunu aydındır və qarşıya qoyulan suallara müfəssəl cavab verilmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq ekspert rəyinin mötəbərliyini qəbul etmiş və təkrar ekspertiza keçirilməsinə, yaxud mübahisəli sahəyə baxış keçirilməsinə lüzum görməmişdir.

25. Məhkəmə kollegiyası birinci iş üz gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.2, 152.5, 157.1, 157.4-cü maddələrinə, MPM-in 14.2, 77.1-ci maddələrinə; ikinci iş üzrə gəldiyi nəticənin hüquqi əsas kimi isə Mülki Məcəllənin 14.3, 139.1, 157.2, 158.4, 158.2, 164.1, 164.2-ci maddələrinə, MPM-in 4.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 26. "xxxx" MMMC kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1, 119.6, 35.1ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, “Yasamal-32 " MMMC xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Fəaliyyəti Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 9B saylı binanı - birgə idarə etmək və qanunvericilikdə müəyyənləsdirilmiş hədlərdə barəsində sərəncam verməsini tələb kimi hüquqları əhatə edir. MMMC-nin idarəçiliyinə ilkin sədr olaraq xx.xx.2019-cu il tarixdən X4 rəhbərlik etmiş, xx.xx.2020-ci il tarixdən isə idarəçilik yeni (hazırda olan) sədr X1. Bununla bağlı dəyişiklik xx.xx.2020-ci il tarixdə reyestrdə qeydə alınmışdır. MMMC-nin fəaliyyətinin aid olduğu Bakı səhəri, Yasamal rayonu, X9 küçəsi, 9B ünvanında yerləşən hündür mərtəbəli yaşayış bina kompleksi "xxxx" MTK tərəfindən inşa edilmişdir və layihəyə əsasən zirzəmi mərtəbəsi binaya xidmət edən kommunikasiya, mühəndis qurğuların və texniki avadanlıqların yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Etibarsızlı ğı tələb olunan çıxarışın aid olduğu Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 9B ünvanda yerləşən 603.1 kv.m. zirzəmi sahəsi, həmin ünvanda mövcud və "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının zirzəmi mərtəbəsində yerləşir. Cavabdeh İddiaçı1 mübahisəli zirzəmi sahəsinə onun adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı və bu barədə ona çıxarış verildiyindən əldə etdiyi hüququndan binanın zirzəmi sahəsini fərdi istifadəsinə almış və bina sakinlərinin istifadəsinə imkan vermir. Mübahisəli zirzəmi sahəsi yaşayış binasının zirzəmi mərtəbəsində yerləşdiyi və bina sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulduğu və özəlləşdirilib fərdi istifadəsinə yol verilmədiyi üçün həmin sahəyə dair Cavabdeh2 tərəfindən çıxarış verilmişdir. Bu da cavabdeh üçün xüsu si hüquqların yaranmasına və bina mülkiyyətçilərin qanunla verilən hüququn məhdudlaşdırılmasına səbəb olmuşdur. Göründüyü kimi iş üzrə müəyyən edilən işin mübahisəsiz halına görə mübahisənin tənzimlənməsi aid olunan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ təsbit olunmuş qeyd olunan Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən,... mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi),...) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Qeyd olunan maddi normanın tələbindən də aydın şəkildə görünür ki, adı keçən m übahisəli 603,1 kv.m. yaşayış binasının zirzəmi mərtəbəsində yerləşməklə, həmin mərtəbəni tam əhatə etdiyi baxımında mənzil mülkiyyətçilərin ümumi mülkiyyətinə aid edilir. Yəni fərdi qaydada tək şəxsə aid edilməsi yol verilməzdir. Bu baxımdan aydın şəkildə görünür ki, Cavabdeh2 qeyd olunan mübahisəli zirzəmi sahəsinə mülkiyyət hüququnu digər cavabdehin adına fərdi qaydada qeydə alınmasında haqlı olmamışdır. Apelyasiya məhkəməsinin şikayətə baxılma həddi və istiqaməti bu yönümdə olmalı və maddi normalar da buna uyğun tətbiq edilməli idi. Lakin apellyasiya kollegiyası zirzəmi ilə bağlı qeyd olunan maddi normaların tələbi tətbiqi əsasdan deyil, cavabdehin adına çıxarışın mövcud olduğu baxımından həll etmişdir. Əslində gəldiyi qənaətin əsası kimi istinad etdiyi çıxarış hazırkı iş üzrə mübahi sələndirilr. Həm də qeyd olunan maddi hüquq normaları həmin çıxarın verilməsini inkar edir.

28. İş üzrə iddia tələbində mübahisələndirilən 603,1 kv.m. sahənin binanın zirzəmi mərtəbəsində yerləşdiyi və binaya ümumi xidmət edən mühəndis qurğularının yerləşdirilməsi üçün nəzərdə tutulduğu işin mübahisəsiz hallarından biridir. Bunun əksinin sübut etmə yükü iddiaçıya aiddir. Mübahisələndirilən 603,1 kv.m. sahənin binanın zirzəmi mərtəbəsində deyil, fərdi qaydada mülkiyyətə verilməsinə imkan verən, binanın digər mərtəbəsində yerləşdiyinə dair dəlilin sübut etmə yükü isə cavabdeh tərəfə aiddir. Lakin cavabdeh tərəf belə bir sübut təqdim edə bilməmişdir və iddiaya etirazı kimi məhkəmədə bunla bağlı göstərdiklərinin sübutuna dair hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası qətnamə qəbul edərkən, tərəflərin münasibətini nəzərə almamış, onlara aid edilən hüquq və vəzifələrinin qanunvericiliklə tənzimləyən hüquq normalarının tələblərini nəzərə almadan, iş üzrə müəyyən edilən sübutlarları deyil, cavabdeh tərəfin göstərdiklərini üstün tutmuşdur. Bu da qeyd olunan prosessual hüquq normasının tələblərinə ziddir. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, ev 9B ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı1 tərəfindən məhkəməyə təqdim edilmiş adına olan mülkiyyət sənədi olan çıxarışda qeyri-yaşayış sahələri qeyd olunmuşdur. Halbuki, hazırkı iş üzrə mübahisə olunan sahə qeyri-yaşayış deyil, binanın zirzəmi mərtəbəsində yerləşir. Belə olan halda mübahisə edilən və barəsində apellyasiya icraatında birləşdirilmiş iki icraatda mübahisələndirilən binanın z irzəmi sahəsinə ən azından yerli baxış keçirilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 13, bənd

1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə

32. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

33. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

34. Maddə 152.2. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

36. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

37. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

39. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

40. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxs lərə də mənsub ola bilər.

41. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

42. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mənzil Məcəlləsi

43. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

44. Maddə 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.1. mə nzil hüququnun tanınması; 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması;... 9.2.6. bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulan başqa üsullarla.

45. Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir.

46. Maddə 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

47. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzi lli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

48. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.

49. Maddə 36.1. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir.

50. Maddə 36.4. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur: 36.4.1. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; 36.4.2. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə.

51. Maddə 37.1. Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir.

52. Maddə 37.2. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. Mülki Prosessual Məcəllə

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası ki mi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə «İddiaçı2 mülkiyyətində olan Bakı şəhə ri, Yasamal rayonu, X9 küçəsi ev 9B ünvanda yerləşən 589 kv.metr qeyri-yaşayış sahəsindən iddiaçıya təyinatı üzrə istifadəyə müdaxilə edilməsi Cavabdeh1 MMMC-nin nümayəndələrinə qadağan edilməsi və həmin qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin (İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmədə) Cavabdeh1 MMMC-nin nümayəndələri tərəfindən aradan qaldırılması» hissəsində dəyişdirilmədən saxlanmalı, qalan hissədə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına görə ləğv edilib yenidən baxılması uçün göndərilməlidir.

65. Belə ki, apelyasiya instansiyası məhkəməsi İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi ev 9B ünvanda yerləşən 589 kv.metr qeyri -yaşayış sahəsindən təyinatı üzrə istifadəyə müdaxilə edilməsinin Cavabdeh1 MMMC-nin nümayəndələrinə qadağan edilməsi və həmin qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin (İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmədə) Cavabdeh1 MMMC-nin nümayəndələri tərəfindən aradan qaldırılmasını qət etməkdə haqlı olmuşdur.

66. Çünki 9B ünvanda yerləşən və İddiaçı2 mülkiyyətində olan 589 kv.metr qeyriyaşayış sahəsindən təyinatı üzrə istifadə edilməsi üçün mülkiyyətində olan sahəni işıqlandırmaq üçün binanın zirzəmi hissədə yerləşən sayğaca yükləmə etmək məqsədi ilə zirzəmiyə maneəsiz daxil olmaq hüququ var. Bu hüquq Mənzil Məcəlləsinin 12 və 35-ci maddələrində İddiaçı2 üçün tanınmış hüquqdur və bu hüququ p ozulduğu halda həmin Məcəllənin 9.2.2-ci maddəsinə əsasən mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınmasını tələb edə bilər. Kassasiya şikayətinin dəlilləri qətnamənin İddiaçı2 aid hissədə ləğv olunmasına əsas vermir.

67. Lakin apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 MMMC-nin iddia tələbi üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 MMMC-nin verdiyi iddia üzrə subyektiv hüququnun olmaması barədə nəticəyə gələrkən, ümumiyyətlə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin (MMMC-nin) hüquqi şəxs kimi hüquqlarının nədən ibarət olması, funksiyası, yaradılmasının məqsədləri, vəzifələrini müəyyən edən qanuni əsasları və nizamnamədən irəli gələn səlahiyyətləri təhlil etməmişdir.

68. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində MMMC-nin yaradılmasının hüquqi əsasları, hüquq və vəzifələri dəqiq müəyyən edilmişdir.

69. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqı nda qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.

70. Həmin Məcəllənin 123-cü maddəsində MMMC-nin vəzifələri müəyyən edilmişdir. Bu vəzifələrdən biri də çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etməkdən ibarətdir (123.0.8-ci maddə).

71. Mənzil Məcəlləsinin 35-ci maddəsinə görə binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq) çoxmənzilli binanın ümumi əmlakı sayılır. Çoxmənzilli binanın ümumi əmlakı ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

72. Ümumi mülkiyyətə sahiblik etmək, ondan istifadə etmək və bu mənzil və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüququ çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ayrılmaz hüququdur.

73. MMMC çoxmənzilli binanın sahə mülkiyyətçilərini birləşdirən hüquqi şəxsdir və yuxarıda qeyd olunduğu kimi Mənzil Məcəlləsinin 123.0.8-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək səlahiyyəti vardır.

74. Apelyasiya instansiyası məhkəməsi "xxxx" MMMC-nin subyektiv hüququnu bu normalar əsasında təhlil etməmişdir.

75. Cavabdeh1 MMMC-nin iddiasını rədd edərkən məhkəmələrin əsaslandırması ondan ibarət olub ki, MMMC mübahisəli qeyri-yaşayış sahəsinə və ya onun bir hissəsinə mülkiyyət hüququnu, yaxud həmin əmlakların onun idarəçiliyinə təhvil verildiyini təsdiq edən sübutları təqdim etməmişdir.

76. Nəzərə alınmalıdr ki, əvvəla bu iddia irəli sürüləndə zirzəminin “təhvil verilmiş” əmlak kimi deyil, mülkiyyətçilərin ümumi istifadəsində saxlanmalı olan əmlak kimi hüquqi statusunun müəyyən olunması tələb olunur.

77. Bundan başqa, çoxmənzilli binanın ümumi əmlakının, ümumi paylı mülkiyyət hüququ ilə binanın sahə mülkiyyətçilərinə məxsus olması qanunla (Mənzil Məcəlləsinin 35ci maddəsi ilə) müəyyən olunmuşdur. Bu halda zirzəmiyə Cavabdeh1 MMMC-nin subyektiv hüququnun yaranmasını təsdiq etmək üçün "təhvil verilməsi barədə sübutun olmaması” barədə yanaşma ziddiyyətlidir. Məhkəmə bu c ür təhvil verilmənin zəruriliyinin hüquqi əsasını göstərməmişdir.

78. Apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən Mülki Məcəllənin 140-cı maddəsinə istinad etmişdir.

79. Lakin bu zaman Cavabdeh1 MMMC-nin nümayəndəsi tərəfindən iddianın dəqiqləşdirilməsi haqqında mülki işin 105-ci səhifəsində olan ərizəyə qiymət verilməmişdir. Belə ki, Cavabdeh1 MMMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nin 30 oktyabr 2019-cu il tarixli, 29 saylı protokoldan çıxarışın və maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 9B ünvanda yerləşən 603.1 kv.m. zirzəmi sahəsinə dair mülkiyyət hüququnun təsbiti haqqında İddiaçı1 adına verilmiş xx.xx.2019-cu il və 12 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etib arsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

80. Lakin birinci instansiya məhkəməsi həmin ərizəni müzakirə etməmiş, ümumiyyətlə ərizəyə münasibət bildirməmişdir. Doğrudur ki, MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişmək, iddia tələbinin həcmini artırmaq və ya azaltmaq hüququndan işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər olan dövrdə istifadə edə bilər. Lakin həmin normada müddət baxımından bu qaydadan istisna halı da müəyyən edilərək deyilir ki, məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunla şana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, mülki prosessual qanunvericilik, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı, habelə bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyi hallarda müvafiq prosessual hərəkətlərin məhkəmə baxışı mərhələsində də mümkünlüyünü nəzərdə tutmuşdur.

81. İstənilən halda məhkəmə iddianın dəyişdirilməsi barədə ərizəyə münasibət bildirməli idi. Çünki iddia tələbinin məhz dəyişdirilmiş variantda məzmunu reyestr qeydiyyatına əsas olmuş sənədlərin etibarsızlığını ehtiva edirdi. Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh1 MMMC-nin nümayəndəsi iddianın dəyişdirilməsi barədə ərizə verənədək verdiyi izahatında zirz əmiyə dair verilmiş çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin alınması üçün müraciət edildiyini, lakin ona cavab verilmədiyini bildirmişdir (səh. 36).

82. Nəzərə alınmalıdır ki, hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi məhkəmələrdə işə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.

83. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüqu q normalarına uyğunluğu kimi qəbul olunur. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.

84. Yuxarıda qeyd olunan hallar, apelyasiya instansiyası məhkəməsi qətnaməsinin Cavabdeh1 MMMC-nin cavabdeh İddiaçı1 qarşı hissədə, habelə İddiaçı1 iddiası üzrə gəlinən hissədə qanuni hesab olunmasına imkan vermir. Buna görə qətnamə həmin hissədə ləğv olunmalıdır.

85. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyə t kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

86. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-136/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi «İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi ev 9B ünvanda yerləşən 589 kv.metr qeyri-yaşayış sahəsindən iddiaçıya təyinatı üzrə istifadəyə müdaxilə edilməsi Cavabdeh1 MMMC-nin nümayəndələrinə qadağan edilməsi və həmin qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan m aneələrin (İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmədə) Cavabdeh1 MMMC-nin nümayəndələri tərtəfindən aradan qaldırılması» hissəsində dəyişdirilmədən saxlanılsın. Qalan hissədə qətnamə ləğv edilsin və yenidən baxılması uçün göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar