Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2294/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: bağışlama müqaviləsinin ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10173/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşi n halları: İddiaçı 21 aprel 1996-cı il tarixdə cavabdeh X4 ilə rəsmi nikaha girmiş, birgə nikahdan dörd uşaqları olmuşdur. Bakı şəhəri 7 saylı Notariat Kontorunda təsdiq edilmiş 06 iyun 2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı fərdi yaşayış evini və eyni tarixli başqa bağışlama müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 114,2 kv.metr ölçüdə qeyri yaşayış sahəsini Cavabdeh2 bağışlamışdır. 24 iyun 2016-cı il tarixdə X2 həmin əmlaklar üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 11 avqust 2016-cı il tarixdə Cavabdeh2 Bakı şəhərinin 7 saylı notariat kontorunda təsdiq olunmuş alqı-satqı müqavilələrinə əsasən mülkiyyətində olan yuxarıda göstərilən yaşayış və qeyri-yaşayış sahələrini Cavabde h1 satmışdır. Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Bundan sonra İddiaçı həmin bağışlama və alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə məhkəmədə iddia qaldırmış, Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin may ayında İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Bakı şəhəri 7 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bağışlama müqavilələrinin Cavabdeh2 təhdidi nəticəsində fərdi yaşayış evində 4 uşağı ilə birlikdə yaşamaqda davam etmək və qeyri-yaşayış sahəsindən əldə olunan gəlirin ailənin ehtiyaclarına sərf olunması şərti ilə bağışlamasını və müqavilələrdə həmin şərtlərin nəzərdə tutulmasını notariusdan xahiş etməsini, lakin müqavilələrin mətni ilə tanış olmaq üçün ona şərait yaradılmamasını, alqı-satqı müqavilələrinin isə uydurma əqd olmaqla formal xarakter daşımasını əsas göstərməklə bağışlama müqaviləsinin ləğv, alqı-satqı müqaviləsinin isə etibarsız hesab edilməsinə, yaşayış və qeyri-yaşayış sahələrinin ona qaytarılmaqla mülkiyyət hüququnun bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 saylı, 30 iyul 2018-ci il tarixli qərardadı ilə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 saylı, 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hak im: Z.Ə.Axundova) İddiaçı iddiası bağışlama müqaviləsinin rədd olunmasına dair hissədə rədd edilmişdir. İddiaçı məhkəmənin 30 iyul 2018-ci il tarixli qərardadından şikayət vermiş, həmin məhkəmənin 2(003)-2273/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qərardadı ilə şikayət təmin olunmadığından iş MPM-in 269-cu maddəsinin tələbinə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7460/2019 saylı, 16 may 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 saylı, 30 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5338/2019 saylı, 23 avqust 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiy a şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12978/19 saylı, 06 noyabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilərək Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2019 saylı, 30 iyul 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Xəzər rayon Məhkəməsinə qaytarılmışdır. Bakı Şəhəri Xəzər Məhkəməsinin 2(003)-26/2020 saylı, 24 yanvar 2020-ci il tarixli qərardadı ilə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair hissədə iş üzrə icraata MPM-nin 261.0.2-ci maddəsinin tələbinə əsasən xitam verilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-26/2020 saylı, 20 fev ral 2020-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4581/2020 saylı, 02 iyun 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək Bakı Şəhəri Xəzər Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-15/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim: Ə.S.Qəhrəmanov) İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı Xəzər Rayon Məhkəməsinin həm 30 iyul 2018-ci il tarixli və həm də 25 iyun 2021-ci il tarixli qətnamələrindən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək həmin qətnamələrin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilmələrini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10173/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 saylı, 30 iyul 2018-ci il tarixli və 2(003)-15/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə ic raatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək Cavabdeh2 bağışlama müqavilələrini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmasını, bağışlama müqavilələrinin Fərman Dadaşevin təzyiqi altında bağlanmasını, alqı-satqı müqavilələrinin isə görünüş üçün bağlanmaqla formal xarakter daşımasını, qətnamənin işdə olan sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1 Daşınmaz əmlakların və ya həmin əşyaya hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiql əndikdə etibarlı sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxl ayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflər arasında hazırkı mübahisənin yaranmasına iddiaçının bağışlama müqaviləsinin qanun pozuntusu ilə bağlanmasını iddia etməsi səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 668.1-ci maddəsinə əsasən daşınmaz əmlakların və ya həmin əşyaya hüquqların bağışlanması zamanı bağış lama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Həmin Məcəllənin 679.1-ci maddəsində bağışlamanın şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin mümkünlüyü müəyyən olunmuşdur. İşdən görünür ki, bağışlama müqavilələri iddiaçının bilavasitə iştirakı ilə notariatda təsdiq olunmaqla bağışlanmış, heç bir şərtdən və öhdəlikdən asılı edilməmişdir. İddiaçı müqavilənin mətni ilə tanış olmağa ona şəraitin yaradılmamasını iddia etsə də, müqavilələrin məzmunundan görünür ki, müqavilənin doğuracağı hüquqi nəticələr onun iştirakçılarına izah olunmuş, tərəflər müqavilələrin imzalamaqla onların etibarlı olmasını təsdiq etmişlər. Eləcə də həmin müqavilələrə əsasən cavabdehin əldə etdiyi əmlaklara dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bağışlama m üqaviləsinin ləğv edilməsi üçün əsaslar olmadığından kollegiya iddia tələbini həmin müqavilələrə aid hissədə və həm də alqı-satqı müqavilələrinə aid hissədə əsassız saymışdır. Apellyasiya instansiyası məhkəməsinə görə alqı-satqı müqavilələrinin etibarsız sayılması üçün Mülki Məcəllənin 337-349-cu maddələrində müəyyən edilmiş əsaslardan heç biri yoxdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İd diaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10173/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2294/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2294/2022
20.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver