Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2295/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) X6 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı Manaf qızı, onun vəkili Fərəcova Qəndab İmran qızı və cavabdehin vəkili X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-420/2019 saylı qətnaməsi ilə iddia tələ bi qismən təmin olunaraq, Cavabdeh aşağıdakı cehiz əşyaları - yataq otağındakı əşyalar: yataq otağı dəsti: yataq, geyim şkafı, 2 ədəd tumba, güzgülü kamot və oturacağı (Erto firması), ümumi dəyəri - 10000 manat; Yumuşaq mebel dəsti: 1 ədəd divan, 2 ədəd kreslo, 2 ədəd jurnal stolu (Erto mebel), ümumi dəyəri -4200 manat; Qonaq otağı dəsti: güzgülü komot, şüşəli şkaf, güzgü, güzgüalt, stol, 8 ədəd stul (Erto mebel), ümumi dəyəri - 11700 manat; Uşaq otağı: tək divan (Yağmur mebel), dəyəri- 800 manat; Mətbəx mebeli: avadanlıqlar və mebel (Teka firması), ümumi dəyəri - 6400 manat; Teka firmasının istehsalı olan bir ədəd paltaryuyan maşın, dəyəri - 1000 manat; Teka firmasının istehsalı olan bir ədəd qabyuyan maşın, dəyəri - 1000 manat; Teka firmasının istehsalı olan bir ədəd mikrodalğalı soba, d əyəri - 684 manat; Teka firmasının istehsalı olan bir ədəd qaz sobası, dəyəri - 400 manat; Bir ədəd aspirator, dəyəri - 720 manat; Panasonic markalı bir ədəd soyuducu, dəyəri - 3350 manat; Pierre Cardin firmasının istehsalı olan bir ədəd Stol və dörd ədəd stul, ümumi dəyəri - 700 manat; Teka firmasının istehsalı olan bir ədəd soba, dəyəri - 818 manat; Mətbəx avadanlığı (qabyuyulan və kran), dəyəri 250 manat; Tək gümüşü uzun taclı güzgü, dəyəri - 800 manat; Qırmızı oturacaq (pufik) dəyəri - 150 manat; LG firmasının istehsalı olan, 3 ədəd televizor, ümumi dəyəri – 2230 manat; Bir ədəd qara rəngli televizor altı, dəyəri - 120 manat; Dörd ədəd çilçıraq, ümumi dəyəri - 1600 manat; Dörd ədəd xalça, ümumi dəyəri - 2000 manat; İki ədəd yataq işığı (naçnik divardan asılan), ümumi dəyəri - 280 manat; Dörd ədəd pərdə və dörd ədəd günlük, ümumi dəyəri - 3200 manat; Qonaq Servisi mavili qızılı rəngli (Royal Gallery), dəyəri - 4470 manat; On iki nəfərlik, çəhrayı ağ servis, dəyəri - 1200 manat; Farfor qab mağazasından alınmış leopar servis, dəyəri - 520 manat; Qrafin və altı ədəd bakal (kompot dəsti), dəyəri - 600 manat; Farfor mağazasından alınmış, bir ədəd meyvə qabı 450 manat; Royal Gallery mağazasından alınmış, uzun qızılı güldan qızılı qulplu, dəyəri 944 manat; Royal Gallery mağazasından alınmış, ağ rəngli bir ədəd qızılı güldan, dəyəri- 600 manat; Röyal Gallery mağazasından alınmış Qrafin və on iki ədəd bakal, (qızlı rəngli kompot dəsti), dəyəri- 864 manat; Ağ rəngli şərab dəsti (Qrafin və altı ədəd bakal), dəyəri - 340 manat; Altı ədəd bogema bakal, dəyəri - 180 manat; Tom firma sının istehsalı olan, on iki ədəd xrustal stəkan dəsti, dəyəri - 250 manat; Tom firmasının istehsalı olan, on iki ədəd xrustal armudu stəkan dəsti, dəyəri - 260 manat; Tom firmasının istehsalı olan, on iki ədəd nəlbəki dəsti, dəyəri - 240 manat; On iki ədəd desert qızılı boşqab, dəyəri - 320 manat; On iki ədəd qızılı nəlbəki dəsti, dəyəri - 280 manat; Bogema firmasının istehsalı olan, şərab üçün altı ədəd bakal, dəyəri - 180 manat; Şüşəvaza, dəyəri - 40 manat; İki ədəd şüşə güldan, ümumi dəyəri- 40 manat; İki ədəd şüşə şamqabı, ümumi dəyəri - 30 manat; İki ədəd mələk şam qabı, ümumi dəyəri- 35 manat; Dörd ədəd şirniyyat üçün qızılı rəngli uzunsov qab, ümumi dəyəri - 416 manat; Yaşıl rəngli, iki ədəd konfet qabı, ümumi dəyəri - 208 manat; Üç ədəd (bir böyük, iki balaca) gül qabı, ümumi dəyə ri- 110 manat; Uzunsov şüşə güldan, dəyəri - 35 manat; Şamdan mozayka, dəyəri- 80 manat; Bir ədəd ləpə qabı, dəyəri- 200 manat; Tom firmasının istehsalı olan, bir ədəd uzunsov xrustal qab, dəyəri - 178 manat; Bir ədəd ayaqlı, şüşə meyvə qabı - 80 manat; İki rəngli çiyələk qabı, dəyəri- 60 manat; Tom firmasının istehsalı olan, bir ədəd xrustal meyvə qabı - 150 manat; Bir ədəd tozsovuran,dəyəri - 250 manat; Siemens firmasının istehsalı olan, bir ədəd ütü, dəyəri – 186 manat; Bir ədəd ağ rəngli güldan, dəyəri - 45 manat; Tom firmasının istehsalı olan, iki ədəd xrustal mürəbbə qabı, ümumi dəyəri - 120 manat; Zelhome firmasının istehsalı olan, üç ədəd gümüşü rəngli güldan, ümumi dəyəri - 135 manat; Beş ədəd padnos, ümumi dəyəri - 250 manat; İki ədəd qonaq üçün çəngəlbıçaq dəsti, dəyəri - 2500 m anat; On altı ədəd, qızılı və gümüşü rəngli boşqabaltılıqları, ümumi dəyəri - 240 manat; Tom firmasının istehsalı olan, on iki ədəd xrustal rozetka, ümumi dəyəri - 180 manat; Zelhome firmasının istehsalı olan, iki ədəd kral şam qabı, ümumi dəyəri - 30 manat; Salfetka üçün yetmiş ədəd aksesuarlar, ümumi dəyəri - 210 manat; Dörd ədəd qonaq üçün gümüşü qaşlı duz qabı, ümumi dəyəri - 80 manat; 25 ədəd süfrə, dəyəri - 1625 manat; Qırx ədəd salfetka, dəyəri - 240 manat; Bir ədəd qızılı rəngli güzgü, dəyəri - 55 manat; Bir ədəd şamdan, dəyəri - 50 manat; İki ədəd ağ rəngli güldan, ümumi dəyəri - 50 manat; Ambiance firmasının istehsalı olan, iki ədəd kəpənəkli güldan,ümumi dəyəri - 360 manat; Ambiance firmasının istehsalı olan, bir ədəd ağ rəngli vaza, dəyəri - 450 manat; İki ədəd qızılı rəngli mə lək, ümumi dəyəri - 50 manat; coin casa firmasının istehsalı olan, bir ədəd gümüşü rəngli qab, dəyəri - 60 manat; Zelhom firmasının istehsalı olan, bir ədəd uzunsov güldan dekor, dəyəri - 30 manat; Zelhom firmasının istehsalı olan, iki ədəd qənd qabı, ümumi dəyəri - 25 manat; Jurnal stolu üçün altı ədəd süfrə, ümumi dəyəri - 240 manat; Altı ədəd adi stəkan, ümumi dəyəri - 55 manat; Zelhome firmasının istehsalı olan ağ rəngli, balıq formalı çaynik, dəyəri - 35 manat; çay, şəkər qabı,duz qabi (taxta) dəyəri - 45 manat; Zelhom firmasının istehsalı olan, bir ədəd ağ rəngli su qabı, dəyəri - 25 manat; Mətbəx saatı (Madam coco), dəyəri - 45 manat; Bir ədəd içi yazılı dekor boşqab, dəyəri - 70 manat; Eyfel qülləsi – dekor, dəyəri - 35 manat; Bir ədəd çaynik, dəyəri - 15 manat; Tefal firmasının is tehsalı olan, ağ rəngli, bir ədəd çaydan, dəyəri - 100 manat; Phyulones firmasının istehsalı olan, bir ədəd çörək qızardan dəyəri120 manat; mətbəx aksesuar dəsti, dəyəri - 55 manat; Gümüşü qara rəngli, 8-li, qaşıq dəsti, dəyəri - 56 manat; Bir ədəd ağ rəngli şüşə ləpə qabı, dəyəri - 35 manat; Bir ədəd ağ ulduzlu konfet qabı, dəyəri - 60 manat; İki ədəd ağ rəngli, kiçik şüşə konfet qabı, dəyəri- 35 manat; Versace firmasının istehsalı olan, altı ədəd kasa ümumi dəyəri- 50 manat; Duz qabı, dəyəri - 12 manat; Altı ədəd duz və istiot qabı, ümumi dəyəri - 30 manat, On iki ədəd araq rumkaları, ümumi dəyəri - 40 manat; Bir ədəd gümüşü rəngli çörək qabı, dəyəri - 50 manat; Zelhome firmasının istehsalı olan, on altı ədəd boşqab, ümumi dəyəri - 100 manat; Bir ədəd alma formalı çaynik, dəyəri - 20 man at; Zelhom firmasının istehsalı olan iki ədəd şüşə keks qabı, ümumi dəyəri - 40 manat; Zelhom firmasının istehsalı olan on səkkiz ədəd bakal, ümumi dəyəri - 180 manat; Səkkiz ədəd bəzəkli stəkan, ümumi dəyəri - 40 manat; Zelhom firmasının istehsalı olan, dörd ədəd pivə bakalı, ümumi dəyəri - 24 manat; Altı ədəd armudu formalı rozetka, dəyəri - 25 manat; Karaca, Zelhom firmasının istehsalı olan on iki ədəd turşu göyərti qabı, ümumi dəyəri - 180 manat; Karaca firmasının istehsalı olan, on iki ədəd kiçik, ağ rəngli balaca qablar - 120 manat; Altı ədəd dördkünc formalı boşqab, ümumi dəyəri - 45 manat; Yağ qabı, dəyəri - 20 manat; On iki ədəd qazan dəsti, ümumi dəyəri - 700 manat; On beş ədəd saxlama qabı, ümumi dəyəri - 80 manat; Panasonic firmasının istehsalı olan, bir ədəd ət çəkən maşın, dəyəri - 270 manat; Tefal firmasının istehsalı olan,bir ədəd şirəçəkən maşın, dəyəri - 200 manat; Yeddi ədəd ləyən, ümumi dəyəri - 70 manat; Tefal firmasının istehsalı olan doğrama aparatı, dəyəri - 200 manat; Tərəvəz və s. doğramaq üçün beş ədəd taxta, ümumi dəyəri - 40 manat; Mikser, dəyəri 70 manat; İki ədəd oxlov, ümumi dəyəri - 20 manat; Üç ədəd qəhvəyi rəngli saxlama qabı, ümumi dəyəri - 65 manat; Bir ədəd duz saxlama qabı, dəyəri - 20 manat; Yeddi ədəd sobada yemək bişirmək üçün qablar, ümumi dəyəri - 200 manat; Bir ədəd qəhvəyi rəngli zibil qabı, dəyəri - 20 manat; Bir ədəd qəhvə üyüdən aparat, dəyəri - 70 manat, Zelhome firmasının istehsalı olan bir ədəd ağ rəngli tort qabı, dəyəri - 50 manat; Bir ədəd ağ rəngli adi kompot qabı, dəyəri - 20 manat; Bir ədəd yaşıl qızılı, böyük güld an, dəyəri - 250 manat; Bir ədəd chanel böyük naçnik, dəyəri - 190 manat; Bir ədəd mavi rəngli tort qabı və altı ədəd boşqab, ümumi dəyəri - 120 manat; Yemək qızdırmaq üçün bir ədəd gümüşü qaşlı qab, dəyəri - 110 manat; Bir ədəd çay isti saxlamaq üçün çaydan, dəyəri - 110 manat; Bir ədəd qızılı yolka bəzəkli qab, dəyəri – 20 manat; 3-lü balıq balıq qabı, dəyəri 45 manat; Zelhome firmasının istehsalı olan qırmızı rəngli Sirkə qabı, dəyəri - 20 manat; Qırmızı rəngli qablar, dəyəri - 60 manat; Bir ədəd düşbərəbükən avadanlıq, dəyəri - 15 manat; stəkan altlığı, dəyəri - 20 manat; İki ədəd böyük meyvə qabı, dəyəri - 120 manat; Dörd ədəd ağ rəngli konfet qabı, ümumi dəyəri - 80 manat; İki ədəd yeni il kasası, ümumi dəyəri - 30 manat; Bir ədəd yolka çərəz qabı, dəyəri - 18 manat; İki ədəd duz qab ı, ümumi dəyəri - 15 manat; Zelhome firmasının istehsalı olan üç ədəd ağ rəngli yumru, şüşə dekor, ümumi dəyəri- 24 manat; Bir ədəd gümüşü stəkan, dəyəri - 30 manat; Borcam firmasının istehsalı olan, soba üçün qab - 30 manat; Səkkiz ədəd qara rəngli bakal, dəyəri - 160 manat; İki bıçaq dəsti, dəyəri - 75 manat; Bir ədəd bibər qazan, dəyəri - 25 manat; İki ədəd ağ rəngli, böyük meyvə qabı, dəyəri - 70 manat; Yüz ədəd çay dəsmalı, ümumi dəyəri 800 manat; Polo və Zelhome firmasının istehsalı olan dörd ədəd mətbəx önlüyü, ümumi dəyəri - 76 manat; Chanel firmasının istehsalı olan, iki ədəd yastıq üzü, ümumi dəyəri – 45 manat; İyirmi beş ədəd cam dəsmalı, ümumi dəyəri - 625 manat; Roberto Cavalli, LV, Madam coco, X13, Zelhome, Blum Arene, Soft Cotton firmalarının istehsalı olan qırx ədəd əl-üz d əsmalı, ümumi dəyəri - 800 manat; Blumarene, Roberto firmalarının istehsalı olan yeddi ədəd üst örtyü, ümumi dəyəri - 588 manat; İki ədəd pakraval dəsti, ümumi dəyəri720 manat; Yeddi ədəd yastıq, ümumi dəyəri - 210 manat; Tac firmasının istehsalı olan iki ədəd yorğan, ümumi dəyəri - 140 manat; On səkkiz ədəd pastel dəsti, ümumi dəyəri 1800 manat; Bıçaq-qaşıq dəsti, ümumi dəyəri - 300 manat; On beş ədəd krem, ümumi dəyəri - 150 manat; Dekorativ şamlar, sabunlar, ümumi dəyəri - 50 manat; Madam coco firmasının istehsalı olan sabunqabı, dəyəri - 30 manat; English home sabun dəsti, dəyəri 40 manat; Hamam üçün zibil qabları, gümüşü rəngli tualet təmizləyən, dəyəri - 60 manat; Beş ədəd iri qutuda yerləşdirilmiş ağ, sarı, qara, qızılı rəngli alt geyimlər (qutuda berrak ag rəng, matilda firmasi qır mızı, intimissimi, etam və s koftalar, şəpitlər, pijamalar, dəsmallar və s) - 800 manat; Şəkil üçün albom, dəyəri - 35 manat; Üç ədəd sabunqabı dəsti, ümumi dəyəri - 24 manat; Chanel firmasının istehsalı olan daraq qabı və güzgüsü, dəyəri- 70 manat; Bir ədəd polsilən, dəyəri - 25 manat; Gips ləvazimatları, rezin qəliblər, dəyəri - 100 manat; Chanel, Versace, Tiqron firmalarının istehsalı olan altı ədəd ayaqaltlıqları, dəyəri 120 manat; Hamam vannası və vedrəsi, dəyəri - 30 manat; Bir ədəd paltarasılqanı, dəyəri - 35 manat; Bir ədəd ütü stolu, dəyəri - 70 manat; Doqquz ədəd divan yastığı, ümumi dəyəri - 135 manat və dəyəri - 42 manat olan altı ədəd jülyen qablar və ya onların dəyərinin alınaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişd ir Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), V.Həsənov və Ş.Məmmədova, 2(103)9562/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-420/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə- iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, 1.Əyyarı 750 olan 1 ədəd qızıl dəsti (komplekt-sırğa, üzük, boyunbağı, qolbağ) 4500 (dörd min beş yüz) manat, əyyarı 750 olan 1 ədəd qolbağ 700 (yeddi yüz) manat, əyyarı 750 olan 1 ədəd nişan üzüyü, İtaliya modeli, ağ qızıl 1250 (bir min iki yüz əlli) manat, əyyarı 750 olan 1 ədəd nişan üzüyü, İtaliya modeli, ağ rəngli 1000 (min) manat, əyarı 750 olan 1 ədəd üzük 400 (dörd yüz) manat, əyarı 750 olan 1 ədəd sırğa (gül formasında) 490 (dörd yüz doxsan) manat, əyarı 750 olan 1 ədəd sırğa (sallanma) 450 (dörd yüz əlli) manat olan əmlaklar, əmlaklar yerində olmadıqda, əmlakların cəmi dəyəri 8790 (səkkiz min yeddi yüz doxsan) manat Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia mübahisələndirilən qalan hissədə təmin edilməmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh valideynlərinə məxsus olan Bakı şəhəri, XXX nömrəli mənzilində qalmış, dəyəri 10850 (on min səkkiz yüz əlli) manat olan qızıl-zinət əşyalarının, mümkün olmadıqda onun dəyərinin, dəyəri 110230 (bir yüz on min iki yüz otuz) manat olan mebel və cehiz əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən - iddia tələbinin qızıl-zinət əşyalarının təmin edilməsi hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassatorun dəlili ondan ibarətdir ki, tələb olunan əşyalar iddiaçının özü tərəfindən aparılmışdır. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 77.1, 88-ci maddələrinə əsasən əsaslı hesab edir. Prosessal məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X8 kass asiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Manaf qızı, onun vəkili Fərəcova Qəndab İmran qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət v ermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı təmin edilməyən hissəsi mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsi qətnaməni həmin hissədə yoxlamışdır. Apelyasiya Məhkəməsi iş üzrə aşağıdakı sübutlara istinad etməklə mübahisəyə hüquqi qiymət vermişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 18 saylı mütəxəsis r əyindən görünür ki, iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarının xx.xx.2019-cu il tarixinə olan bazar dəyəri 9140 manat təşkil edir. Belə ki, əyyarı 750 olan 1 ədəd qızıl dəsti (komplemkt-sırğa, üzük, boyunbağı, qolbağ) 4500 manat, əyyarı 750 olan 1 ədəd qolbağ 800 manat, əyyarı 750 olan 1 ədəd nişan üzüyü, İtaliya modeli, ağ qızıl 1250 manat, əyyarı 750 olan 1 ədəd nişan üzüyü, İtaliya modeli, ağ rəngli 1000 manat, əyarı 750 olan 1 ədəd üzük 400 manat, əyarı 750 olan 1 ədəd sırğa (gül formasında) 490 manat, əyarı 750 olan 1 ədəd sırğa (sallanma) 700 manat təşkil edir. Apellyasiya instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, iddiaçı və cavabdehi tanıyır. İddiaçı XXX cavabdeh XXX anasına məxsus evdə yaşayırdı. xx xxx 2018-ci il tarixdə XXX çox pis vəziyyətdə evdən çıxmışdır. Bunun səbəbini XXX ona belə izah etmişdir ki, cavabdehi başqa qadınla müəyyən edib. XXX evdən çıxıb, atası evinə gələrkən özü ilə qızılları aparmayıb. Hətta o, bu barədə cavabdeh XXX anası XXXdən və XXXin özündən xahiş etmişdir ki, XXXnin qızıllarını qaytarsınlar. Əşyaların götürülməsi üçün gedəndə, XXXin evin qıfılını dəyişməsi səbəbindən evə daxil ola bilməmişlər. Şahid qismində dindirilmiş X3 və X7 şahid X1 ifadəsinə uyğun məzmunda ifadə vermişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını və sübutları tədqiq edib hesab etmişdir ki, İddiaçı qızıl-zinət əşyalarının hədiyyə edilməsi, əşyaların mövcudluğu işin mübahisəsiz halıdır. Cavabdeh tərəf qızıl-zinət əşyalarının olmasını, lakin iddiaçının həmin əşyaları özü ilə aparmasını göstərsədə, qızılın a parılması ilə bağlı etirazını sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının evdən çıxıb getməsi onun qızı-zinət əşyalarını özü ilə aparması anlamına gəlmək üçün qəti əsas vermir. Çünki iddiaçı da iddia ərizəsində və izahatında tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehdə qalmasını iddia edir. Məhkəmə kollegiyasının iclasında dindirilən şahidlər iddiaçının atası evinə gələrkən özü ilə heç bir qızıl-zinət əşyaları gətirmədiyini bildirmişlər. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçının tələb etdiyi külli miqdarda dəyəri olan əmlakların cavabdeh tərəfdə olması təsdiq olunaraq qaytarılması qət edilmişdir. Qarşı tərəf həmin hissəni mübahisələndirməmişdir. Bu faktın təsdiqi iddiaçı tərəfin verdiyi izahatların həqiqiliyinə güvəni art ırır. Birinci instansiya məhkəməsi qızılların qiymətləndirilməsi ilə bağlı işə mütəxəsis cəlb etmiş, bununla bağlı rəy alınmışdır. Kollegiya hesab edir ki, qızıl-zinət əşyaları ilə bağlı rəy qeyd olunan sahədə təcrübəli mütəxəsis tərəfindən təqdim olunmuş fotoşəkillərə baxış keçirilməklə verildiyindən, mötəbər sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya icraatında sübutlara düzgün qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nik ah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qə
Məhkəmə qərarları › İş №2(102)-2295/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2295/2020
30.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver