Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2297/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, “Leyla Şıxlinskaya” xəstəxanasına və qeyrisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6758/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx xxxx 2018-ci il tarixdə Azərbaycan DHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasına müraciət etmiş və aparılmış müayinələrdən sonra ona “Alt göz qapaqlarının piy yastıqları və dəri büküşləri, süni gelin olması” diaqnozu təyin edilmişdir. Təyin olunmuş diaqnoza uyğun olaraq “Alt blefaroplastika, süni gelin çıxarılması” əməliyyatı icra edilmişdir. Bundan sonra İddiaçı xx xxxxx 2019-cu il tarixdə “Alt göz qapaqlarının piy yastığı və dəri büküşü” diaqnozu ilə “Leyla Şıxlinskaya” klinikasına müraciət etmiş və ona təkrar olaraq “Bleforoplastika” əməliyyatı icra edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin noyabr ayında İddiaçı cavabdehlər Cava bdeh1, “Leyla Şıxlinskaya” xəstəxanasına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Az.DHTİ-nin Plastik və X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək gözlərinin altında şişkinliyin olması ilə əlaqədar rəfiqəsinin məsləhəti ilə “Leyla Şıxlinskaya” Hospitalının həkimi Cavabdeh1 müraciət etdikdə sonucunun həmin şişkinliyin əməliyyat yolu ilə aradan qaldırılmasının mümkünlüyünü ona bildirməsini, bundan sonra həkimin təklifi ilə 1500 manat ödədikdən sonra Cavabdeh1 Ə.Əliyev adına Az.DHTİ-nin Plastik və X1 üzərində əməliyyat aparılmasını, əməliyyatdan sonra onun sağ gözündə dartınma və yaşarma əmələ gəlməsini, həkimin məsləhət bildiyi müalicəni almasına baxmayaraq nəticəsiz qalmasını və bundan sonra həkimin onu “Leyla Şıxlinskaya” Hospitalında yenidən əməliyyat etməsini, lakin buna baxmayaraq sağ gözündə dartınma və yaşarmanın kəsilməməsini və təyin etdiyi müalicənin də heç bir nəticə verməməsini əsas göstərməklə cavabdehlərdən onun xeyrinə müştərək qaydada 50.000 manatın maddi, 100.000 manatın isə mənəvi ziyana görə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-855/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Z.A.Hacıyev) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6758/20 20 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçı larının izahatları Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh1 vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğ v edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinlə yib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının sağ gözündə iki dəfə əməliyyat aparılmış və həmin əməliyyatlar və ondan sonrakı müalicə tədbirləri təyin edilmiş diaqnoza və onun vəziyyətinə uyğun olmuş, icra edilmiş cərrahiyyə əməliyyatları taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Məhkəmə kollegiyası həmin nəticəyə gələrkən işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Tədqiqat və Tədris Birliyinin xx xxxx 2019-cu il tarixli rəyinə əsaslanmışdır. Həmin rəyə görə İddiaçı müraciət etdiyi hər iki tibb m üəssisəsində ona təyin edilmiş diaqnozlar aparılmış müvafiq müayinələr əsasında düzgün olmuşdur. İddiaçıya hər iki klinikada operativ müdaxilələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Belə ki, ilkin cərrahiyyə əməliyyatı zamanı əvvəllər vurulmuş süni gelin çıxarılması tam mümkün olmadığından əməliyyat etaplı şəkildə icra edilmiş və bu zaman cərrahiyyə əməliyyatları taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Göstərilənlərlə əlaqədar hesab olunmuşdur ki, iddiaçıya göstərilmiş tibbi xidmət və üzərində icra edilmiş cərrahiyyə əməliyyatları səhiyyə sistemində mövcud olan təlimatlara uyğun aparılmışdır. İşin müəyyən olunmuş həmin hallarına istinad edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməm işdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işin müəyyən olunmuş hallarına uyğun çıxarılmış, bu zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmiş və qətnamənin ləğv edilməsi üçün əsas verən qanun pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6758/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2297/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2297/2021
17.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver