Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2297/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12075/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra – iddiaçı) İddiaçı (bundan sonra – cavabdeh) keçmiş gəlinidir.
2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(001)325/2020 nömrəli qətnaməsi ilə cavabdehin oğlu Nümayəndə ilə hazırkı iş üzrə iddiaçı arasında 06 oktyabr 2009-cu il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin ümumi uşaqları – 30.09.2010-cu il təvəllüdlü X5 və 07.09.2011-ci il təvəllüdlü X3 ataları Nümayəndə, 01.11.2014-cü il təvəllüdlü X4 və 01.11.2014-cü il təvəllüdlü X2 isə iddiaçının yanında saxlanılması, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə hazırkı iş üzrə iddiaçının, ½ hissəsinə isə Nümayəndə payının müəyyən olunması qət edilmişdir.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(001)741/2021 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının Nümayəndə qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)-4021/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə qeyd olunmuşdur ki, iddiaçının köçmək istədiyi ünvan 1 ünvanında yerləşən evə dair hazırkı iş üzrə cavabdehin adına 1994-cü ildə texniki pasport tərtib olunmuş və texniki pasportda evin mülkiyyətçisi kimi hazırkı iş üzrə cavabdeh göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İlkin olaraq cavabdeh iddiaçıya qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 2 ünvanına istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bundan sonra, iddiaçı cavabdehə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onun ünvan 1 ünvanında cavabdeh tərəfindən tikilmiş özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi cavabdeh və onun ailə üzvləri tərəfindən o həmin evə gəlin köçməzdən 2 il əvvəl tikilmişdir. Həmin fərdi yaşayış evi 2 ayrı evdən ibarətdir. Onun qeydiyyatda olduğu ünvan və cehiz əşyalarının olduğu ünvanlar tamamilə ayrı-ayrı evlərdir. Cavabdeh həmin evlərdən birini kirayəyə verir. Həmin evlərdən yalnız birinin hüquq müəyyənedici sənədi vardır. Digəri isə, öz başına tikilidir. Özbaşına tikili birgə nikah dövründə tikilmişdir. Bu səbəbdən də, ərarvadın hər ikisinin həmin ev üzərində hüquqları vardır. Əvvəllər cavabdehə qarşı iddia qaldırmış, lakin iddia tələbi səhv evlə bağlı qaldırıldığından, təmin edilməmişdir.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-7228/2021 nömrəli iş üzrə 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim M.Rüstəmli) cavabdehin iddiaçıya qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir.
8. Birinci instansiya məhkəməsinin 2(001)-7228/2021 nömrəli iş üzrə 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli) iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli evin cavabdehə məxsus olduğunu bildirsə də, bunun la bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, cavabdeh isə həmin evin onun tərəfindən deyil, arvadı tərəfindən onun özünə məxsus torpaq sahəsində inşa olunduğunu bildirmişdir.
10. İddiaçının köçürülməsini xahiş etdiyi evin cavabdehə (keçmiş qayınatasına) və ya onun arvadına (iddiaçının keçmiş qayınanasına) məxsus olmasından asılı olmayaraq, iddia təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehin və onun arvadının nə ailə üzvü, nə də ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 15-ci fəslində göstərilən başqa ailə üzvü deyildir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1, 30.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, Konstitusiyanın 43-cü maddəsi, qanunun analogiyasının tətbiqi imkanları nəzərə alınmalı olduğu halda, nəzərə alınmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-12075/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansia məkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi ev dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə özbaşına tikili hesab edilsə də, ölkə qanunvericiliyində özbaşına tikilidən istifadə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmasa da, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarının və oradan istifadə etmələrinin birbaşa qadağan edilmədiyi nəzərə alınmalıdır. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyə cəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.
15. İddiaçı mübahisəli evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etməmiş və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməmişdir. Tərəflərin ailə münasibətləri pozulmuş, iddiaçı oranı tərk etmişdir.
16. Beləliklə, apellyant nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə yuxarıda qeyd olunan arqumentlərin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.
17. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil1) kasasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normaları düzgün tətbiq etməmişdir. Hazırki mülki işə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 69-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Qanunun analogiyası tətbiq edilərkən tərəflərə münasibətdə sosial kirayə hüquq münasibətlərini tənzimləyən normalar daha uyğundur. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin evə hazırda mülkiyyət hüququ olmasa da, gələcəkdə belə bir hüquq mövcud olacaqdır. Bu mövqe ilə məhkəmə iddiaçının əşya hüququnu pozmuşdur. Digər tərəfdən, iddiaçının həmin evə köçürüləcəyi halda, gözlənilən mülkiyyət hüququna heç bir xələl gəlmir və gələcəkdə də gəlməyəcəkdir. Hazırda fərdi yaşayış evi özbaşına tikilidir və həmin evə mülkiyyət hüququ mövcud deyildir. Mübahisəyə Konstitusiyanın 43-cü maddəsi tətbiq edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı cavabdehin (Vəkil2) etirazı daxil olmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, istər birinci, istərsə də apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmiş, həmçinin qətnamənin ləğvinə səbəb olacaq prosessual hüquq normaları pozulmamışdır. Cavabdehin arvadının həmin evə gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi X1 06 mart 2006-ci il tarixli sərəncamı ilə alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. İddiaçı, həmçinin, cavabdehin ailə üzvü deyildir. Odur ki, kassasiya şikayətinin dəlilləri əs assızdır. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq: Mənzil Məcəlləsi
23. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
24. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır.
36. Nəzərə alınmalıdır ki, iddiaçı məhkəməyə ünvanladığı yazılı ərizələrində mübahisəli tikilinin onun yaşamaq üçün həmin ünvana köçməsindən ən azı 2 il əvvəl inşa edildiyini təsdiq etmişdir.
37. Mübahisəli tikili dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinə aid olmadığı üçün qüvvədə olan Mənzil Məcəlləsinin həmin yaşayış sahələri üzrə kirayəçinin ailə üzvlərinin hüquq və vəzifələrini tənzimləyən 68-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz.
38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə k ollegiyası Qərara aldı: İddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12075/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.