Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2298/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X9 və X2 ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət X1rşı “əmanətin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)12728/2019 nömrəli iş üzrə 18 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikas ı Maliyyə Nazirliyinin Dövlət X1rşı “əmanətin qaytarılması” tələbinə dair iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmanət bankına qoyduqları 21075 manat pul 5000 min dəfə düşdüyü üçün 5000ə vurulub əlavə faizlə hesablanması və yeni manata keçid vaxtında 5000 dəfə dəyərlənib və 5000 minə bölünüb əlavə faizləri hesablanmasını, 2015-ci ilin əvvəlində 33%, axırında isə 50% devalvasiya olunmasını nəzərə alaraq, 01.01.2016-cı il tarixinə kimi onun əmanətini hesablayıb göndərilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə Cəbrayıl əmanət kassasına 07900012 saylı hesabına 10.000 manat pul qoymuşdur. 23.02.1993-cü ildə X8 şöbəsinə 200.000 rubl və 782 saylı hesaba 04.05.1993-cü ildə rubl, cəmi 210.757,06 rubl pul qoymu şdur. Bu pulların hesablanaraq ala bilmədiyi üçün, 15.01.2016-cı ildə Cənab Prezidentə müraciət etmişdir. Həmin ərizəyə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun X7 tərəfindən cavab verilmişdir. Məktubda həmin pulların dövlətin varisi “xxxx” tərəfindən verilməsi göstərilmişdir. Lakin dəfələrlə “xxxx”a müraciət etmələrinə baxmayaraq pullarını ala bilməmişdir. Nəhayət Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Ancaq “xxxx” 1992-1993-cü illərdə əmanət bankına qoyulmuş pullara dair heç bir öhdəlik götürmədiyini bildirmişdir. Sonradan 09.01.2018-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 2-ci dəfə ərizə ilə müraciət etmişdir. Yenə də, Maliyyə Nazirliyinin Dövlət Borcunun X7 1994-cü ildən güclü inflyasiya, yəni 5000 min manata qədər pulların dəyərdən düşdüyünü və 2007-ci ildə Yeni Azərbaycan manatına keçməsini bəhanə gətirir. Dövlət əmanət bankına qoyduğu pulların sığortası dövlət tərəfindən nizamlanır və bütün hallarda, o cümlədən, inflyasiya zamanı faizlər hesablamayla ödənilməlidir. 2015-ci ildə inflyasiya olarkən əmanətçilərin pullarını 1 manatın 1 ABŞ dollarına keçirməklə əmanətçiləri inflyasiyadan qorumaq olmuşdur. O, pullarını Dövlət Bankına qoyduğu üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun X7 1994-cü ildən 1 manatın 1 ABŞ dollarına keçirməklə bu günədək ən azı 30 %lə hesablanıb verilməlidir. Ən azı 30 % ona görə ki, 1994-cü ildən bu günədək inflyasiya davam etməkdədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) 16 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət X1rşı “əmanətin qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Zaur Əliyev və Rafael Eyvazov) 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12728/2019 nömrəli iş üzrə 18 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işi n faktiki hallarına heç bir hüquqi qiymət verməmiş, yalnız tərəflərin izahat və dəlillərini sadalamaqla kifayətlənmiş, qətnaməsi sadəcə öz mülahizələrinə görə qəbul etmişdir. Prosessual məsələlər: İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı tərəfindən 19921993-cü illərdə X8 rayon şöbəsinə cəmi 210.7 57,06 rubl məbləğində əmanət yerləşdirilmişdir. Halhazırda iddiaçı adına qoyulmuş əmanətin, yəni 210.757,06 rubl məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun X4 tutulmasını və əmanətə 1994-cü ilə kimi faizlər hesablanmaqla manata çevirib 01.01.1994-cü ildən ABŞ dollarına keçməklə qaytarılan günədək faizlərin hesablanmasını xahiş edir. Həmçinin iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən eyni məzmunlu iddia ərizəsi ilə cavabdeh “xxxx” ASC-nə qarşı müraciət edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.02.2017-ci il tarixli qətnaməsi ilə həmin iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iddia dövlət orqanı olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət X1rşı qaldırılmışdır. Halbuki yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi və ya onun nəzdində fəaliyyət göstərən struktur orqanı Dövlət Borcunun X7 keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri qarşısında əmanətin qaytarılmasına dair hər hansı öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respub likası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli, 602 saylı Fərmanına əsasən 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının əmanətçiləri olan və həmin bankın hüquqi varisi “xxxx” ASC-də bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq fərdi birdəfəlik ödəmələr verilsin. Azərbaycan Respublikası 2012-ci il 14 mart tarixli, 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respubl ikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi “xxxx” ASC-də bu Qaydaların qüvvəyə mindiyi tarix şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikasının vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, fərdi birdəfəlik ödəmələrin verilməsinin prinsipləri, halları və şərtləri müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən əmanətçi 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Bankının Azərbaycan Respublikası Bankında əmanəti olan və bu Qaydalar qüvvəyə mindiyi tarixə Bankda əmanət qalığını saxlamış Azərbaycan Respublikası vətəndaşları və ya onların vərəsələridir. Məhkəmələr tərəfindən haqlı olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 14.03.2012-ci il tarixli, 602 saylı Fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının vətəndaşlarının Əmanət Banklarının filiallarına qoyduqları əmanətin qaytarılması müəyyən edilmiş və həmin Qaydalar 01.01.1992-ci il tarixədək qoyulmuş əmanətlərə aid edilmişdir. İddiaçının əmanət hesabları 01 yanvar 1992-ci ildən sonra açıldığı müəyyən edilmişdir. Beləliklə Azərbaycan Respublikası Prezidentinin 14.03.2012-ci il tarixli, 602 saylı Fərmanı ilə təsdiq edilmiş Qaydalar İddiaçı ad ına əmanət hesabına, hesab 1992-ci il 1 yanvar tarixindən sonra açıldığından, şamil edilmir. “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14.03.2012-ci il tarixli, 602 saylı Fərmanından görünür ki, Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanətləri yerləşdirdikləri dövrdə qüvvədə olmuş SSRİ-nin “Banklar və bank fəaliyyəti haqqında” Qanununda və Azərbaycan Respublikası “Banklar və bank fəaliyyəti haqqında” 1992-ci il 7 avqust tarixli X6 öhdəliklərinə görə dövlətin məsuliyyəti nəzərdə tutulmamışdır. Belə ki, 14 mart 2012-ci il tarixli 602 nömrəli “Keçmiş SSRİ Əmanət Bankı nın Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1 və 3.2-ci bəndlərindən aydın olur ki, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının hüquqi varisi “xxxx” ASC-dir və bu Bank birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla m üəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.2-ci maddəsinin tələblərinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət X1rşı “əmanətin qaytarılması” tələbinə dair iddiası əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən haqlı olaraq rədd edilmişdir. hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edərək iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olu nmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12728/2019 nömrəli iş üzrə 18 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2298/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2298/2020
01.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver