Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2300/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədov Əhməd Abbas oğlu, Cavabdeh: Ləğv prosesində olan ASC “xxxx” Sığorta Şirkətinin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3723/2020 saylı qətnaməsindən verdiyi kasasiya şikayətinin mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh ASC “xxxx” Sığorta Şirkətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehdən maddi zərərə görə 5.000 ma nat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh Ləğv prosesində olan ASC “xxxx” Sığorta Şirkəti qətnamədən kasasiya şikayəti verib və kasasiya şikayətini Şirkətin qanuni təmsilçisi kimi XX və vəkili XX imzalayıb. Lakin kasasiya şikayətinə vəkil XX səlahiyyətini özündə ehtiva edən order əlavə edilməyib. Eyni zamanda kasasiya şikayətinə əlavə edilmiş sənədlərin siyahısından görünür ki, kasasiya şikay ətinə hazırki mülki işə aidiyyəti olmayan vəkil X1 hüquqi yardım göstərdiyi X2 iştirak etdiyi başqa bir iş üzrə verilmiş order əlavə edilib. Bundan başqa işə kasasiya şikayətinin əsli deyil, kserosurəti əlavə edilib. Mülki iş materiallarını öyrənib, kasasiya şikayətini nəzərdə keçirib hesab edirəm ki, aşağıdakılara görə kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 407.4-cü maddəsinə əsasən, kasasiya şikayətinə vəkilin orderi əlavə olunur. Həmin Məcəllənin 408.1.1, 408.1.3-cü maddələrində göstərilər ki, kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa; kasasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə kasasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan, kasasiya şikayətini mülki işlə birlikdə baxılması üçün kasasiya instansiyası məhkəməsinə göndərib. Ona görə də hesab edirəm ki, cavabdeh Ləğv prosesində olan ASC “xxxx” Sığorta Şirkətinin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və kasasiya şikayəti mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 411-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARA A L D İ M: Cavabdeh Ləğv prosesində olan ASC “xxxx” Sığorta Şirkətinin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və kasasiya şikayəti mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul
Məhkəmə qərarları › İş №2(102)-2300/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2300/2021
30.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver