Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2300/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (X9 üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-2300/22 Açar sözlər: iddianın yolverilməzliyi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı (X9 üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı qiymətləndirmə barədə rəylərin ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (103)-5188/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30.03.2018-ci il tarixli, 2(107)304/2018 nömrəli qətnaməsinə əsasən, İddiaçı (bundan sonra – iddiaçı) 132.500 manat pulun tutularaq X5 (bundan sonra – üçüncü şəxs) verilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və icra tədbirləri çərçivəsində tutmanın borcluya (iddiaçıya) məxsus olan **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına, Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli torpaq sahəsinə və 0,78 ha torpaq s ahəsinə yönəldilməsi qərara alınmışdır. Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin 02.07.2019-cu il tarixli qərarı və 3299/2 nömrəli 02.07.2019-cu il tarixli sifariş məktubu əsasında Cavabdeh1 (bundan sonra – qiymətləndirmə xidməti) tərəfindən həmin əmlakların qiymətləndirilməsi həyata keçirilmişdir. Qeyd edilən əmlaklar hərraca çıxarılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı qiymətləndirmə xidmətinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiymətləndirmə xidməti tərəfindən ona məxsus Qəbələ şəhərində yerləşən 0,80 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair 23.08.2019-cu il tarixli QR2400 saylı “Qiymətləndirmə rəyinin” və 0.78 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair 23.08.2019-cu il tarixli QR-2400/1 s aylı “Qiymətləndirmə rəyinin” ləğv edilməsi, ona məxsus torpaq sahəsinin real bazar dəyərinin hər sotu (0,1 ha) üzrə 30000 manat, tikililərin isə ayrılıqda qiymətinin 3 000 000 manat müəyyən olunması, qiymətləndirmə xidmətindən maddi zərərin əvəzi olaraq 12000 manat və mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qiymətləndirmə xidməti tərəfindən torpaq sahələrinin qiyməti real bazar dəyərindən həddən aşağı qiymətləndirilmişdir. Eyni zamanda, qiymətləndirmə aparılarkən qanun pozuntularına yol verilməklə iddiaçının qanuni mənafeləri və maraqları pozulmuşdur. Məhkəmədə tədqiq edilmiş qiymətləndirmə xidmətinin 23.08.2019-cu il tarixli, QXM/2400/1 saylı məktubunda qey d olunmuşdur ki, iddiaçıya məxsus Qəbələ şəhər ərazisində yerləşən 0,78 ha yaşıllıq və tikinti məqsədli torpaq sahəsi bazar dəyərinə uyğun olaraq qiymətləndirilmiş və 23.08.2019-cu il tarixə bazar dəyəri 234.000 manat məbləğində müəyyən edilmişdir. İşə baxılarkən məhkəmənin əldə etdiyi "xxxx" Xidməti MMC-nin 01.06.2020-ci il tarixli, 04 saylı qiymətləndirmə barədə audit-ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus Qəbələ şəhər ərazisində yerləşən 0,78 ha yaşıllıq və tikinti məqsədli torpaq sahəsinin və 0,80 ha sahibkarlıq məqsədli torpaq sahəsinin orta bazar qiyməti ümumilikdə 553000 manat məbləğində müəyyən olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-600/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (h akim A.Paşayeva) iddia qismən təmin edilmiş, qiymətləndirmə xidməti tərəfindən iddiaçıya məxsus Qəbələ şəhərində yerləşən 0,80 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair 23.08.2019-cu il tarixli QR-2400 saylı və 0.78 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair 23.08.2019-cu il tarixli QR-2400/1 saylı qiymətləndirmə rəyləri ləğv edilmiş, iddiaçıya məxsus Qəbələ şəhəri ərazisində yerləşən sahibkarlıq və tikinti məqsədli 0.78 ha torpaq sahəsi 273000 manat və Qəbələ şəhər ərazisində yerləşən 0,80 ha sahibkarlıq məqsədli torpaq sahəsinin orta bazar qiymətinin 280000 manat olduğu əsas götürülməklə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-304/2018 saylı icra sənədinin icrasının davam etdirilməsi, ekspertiza təhqiqatının dəyəri olaraq 3000 manat məbləğində pulun qiymətləndirmə xidmətindən tutul araq "xxxx" Xidməti MMC-nin hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Məhkəmə öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 51.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun) 5, 7, 8, 9-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 205.2, 1115, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 88, 217.4-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Qətnaməd ən iddiaçı və cavabdeh qiymətləndirmə xidməti apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5188/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 24 noyabr 2021-ci il tarixli Qərardadına istinadla qeyd etmişdir ki, sözüged ən Qərardada əsasən, icra icraatı çərçivəsində ipoteka predmeti olmayan əmlaka tutma yönəldildiyi zaman hərrac keçirilənədək olan dövrdə əmlakın ilkin satış qiymətinin mübahisələndirilməsi yalnız bu qiymət əsasında hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında həyata keçirilir. Hazırkı iş üzrə iddiaçı isə qiymətləndirmə rəyinin ləğv edilməsinə dair iddianı icra məmurunun hərəkətlərindən şikayət qaydasında ona qarşı deyil, icra məmurunun sifariş məktubu əsasında iddiaçıya məxsus hərraca çıxarılmalı olan daşınmaz əmlakın qiymətləndirməsini həyata keçirmiş qiymətləndiriciyə - Cavabdeh1 MMC-yə qarşı irəli sürmüş, birinci instansiya məhkəməsi isə maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, verilmiş tələb üzrə mülki işə baxıb iddianın qismən təm in edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, bu tələbə qeyd edilən iddia əsasında və qiymətləndirməni həyata keçirmiş müəssisəyə qarşı baxıla bilməzdi. Odur ki, MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə "xxxx" Xidməti MMC tərəfindən keçirilmiş qiymətləndirmənin dəyəri olan 3000 manat məhkəmə xərcinin qiymətləndirmə xidmətindən tutulmasına münasibətdə qeyd etmişdir ki, qeyd edilən qiymətləndirmə işinin dəyərinin qiymətləndirici tərəfindən 3000 manat müəyyən edilməsi heç bir sübut və ya dəlillə əsaslandırılmamışdır. Belə ki, qiymətləndirici bu məbləğin hansı xərclər əsasında (qiymətləndiricinin daşınmaz əmlakın yerləşdiyi Qəbələ rayonuna getməsi, bu səfərlə bağlı xərclərin olması, əlavə tədqiqatın aparılması və s.) formalaşması ilə bağlı birinci i nstansiya məhkəməsində icraat zamanı heç bir sübut təqdim etməmişdir. Bundan başqa, mövcud məhkəmə praktikasında oxşar işlər üzrə həyata keçirilən daşınmaz əmlakın qiymətləndirməsi xərci görülmüş işlərin həcmindən və mürəkkəbliyindən asılı olaraq 200-400 manat civarında müəyyən edilir. Bu səbəbdən "xxxx" Xidməti MMC tərəfindən həyata keçirilmiş daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı xərcin 3000 manat müəyyən edilməsi şişirdilmiş və işin həqiqi hallarını əks etdirməyən, habelə mövcud məhkəmə praktikasına uyğun olmayan məbləğ hesab olunmalı və azaldılaraq 300 manat həddində müəyyən olunmalıdır. Həmçinin, hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən və iş üzrə icraata xitam verildiyindən, qeyd edilən məhkəmə xərci iddiaçıya aid edilməklə, ondan tutulub qiymətləndirici müəssisəyə ö dənilməlidir. Qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil3) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassator Mülki Məcəllənin 152-ci maddəsinə istinadla qeyd etmişdir ki, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır və bu hüququnun məhdudlaşdırılması Konstitusiyaya ziddir. İşin icraatına xitam verilməsi nəticəsində o, hüququndan məhrum olunmuşdur. Şikayətin digər dəlilləri (qiymətləndirmənin qanuna zidd aparılması) iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətə g örə, məhkəmə MPM-in 2.2, 217, 386, 387-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı idd iaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq “İcra haqqında” Qanun Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun Maddə
7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə
8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalar ını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 24 noyabr 2021-ci il tarixli Qərardadı Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiy mət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında t ədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o va xt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in tələblərinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1). “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 24 noyabr 2021-ci il tarixli Qərardadına əsasən, icra icraatı çərçivəsində ipoteka predmeti olm ayan əmlaka tutma yönəldildiyi zaman hərrac keçirilənədək olan dövrdə əmlakın ilkin satış qiymətinin mübahisələndirilməsi yalnız bu qiymət əsasında hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında həyata keçirilir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, müstəqil iddia tələbi qaydasında deyil, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymət ləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Bu halın iddiaçının məhkəməyə müraciət etmək hüququnu pozması barədə kassasiya şikayətinin dəlili əsassızdır. Çünki qiymətləndirmənin nəticəsindən narazı qalan tərəf icra məmurunun hərəkətindən verdiyi şikayətində bununla bağlı dəlillərini irəli sürmək imkanına malikdir və həmin dəlillərə hər bir halda qeyd olunan şikayətə baxan məhkəmə tərəfindən qiymət veriləcəkdir. Beləliklə, hazırkı tələbə qiymətləndiriciyə qarşı müstəqil iddia ərizəsi əsasında baxılmalı olmadığından apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verməklə qanuni nəticəyə gəlmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5188/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ AZ-1025, AZ-1025 Bakı şəhəri, Yusif Səfərov küç, 26, 1193-cü məhəllə Tel: (012) ***-**-** Faks: (012) 493-18-84, www.supremecourt.gov.az ================================================================ İş № 2 (102)-1713/2022 25 aprel 2022-ci il Gəncə Apellyasiya Məhkəməsinin sədri cənab Mirbahəddin Hüseynova İddiaçı X1 cavabdehlər X7 və X3 qarşı “evə köçürmə” tələbinə dair mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 421-ci maddəsinə əsasən Sizə qaytarılır. Qoşma: mülki iş İ cild “ ” vərəqə. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ AZ-1025, AZ-1025 Bakı şəhəri, Yusif Səfərov küç, 26, 1193-cü məhəllə Tel: (012) ***-**-** Faks: (012) 493-18-84, www.supremecourt.gov.az ================================================================ İş № 2 (102)-1713/2022 25 aprel 2022-ci il Tərtər rayonu, Hacıqərvənd kəndi X4 Bərdə şəhəri, Gəncə küçəsi 4 Bərdə rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil X2 Tərtər şəhəri, Vaqif küçəsi, ev 5 X10 X8 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(102)-1344/2022 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti- vərəq. İş № 2 ( 102)-1713/2022 25 aprel 2022-ci il Tərtər rayonu, Hacıqərvənd kəndi X4 Bərdə şəhəri, Gəncə küçəsi 4 Bərdə rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil X2 Tərtər şəhəri, Vaqif küçəsi, ev 5 X10 X8 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(102)-1344/2022 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti- vərəq.