Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2304/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və “X7” Açıq Səhmdar Cəmiyyəti) iş üzrə QƏRARİ Açar sözlər: icra qeydinin ləğv edilməsi, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı “icra qeydinin ləğv edi lməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-627/2*24 nömrəli, 21 fevral 2*24-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X7” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bank) ilə X5 (borcalan) arasında bağlanmış 17.*7.2*21-ci il tarixli, **7mk/21 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 23.*7.2*21-ci il tarixli **7mk1/21 saylı əlavə kredit müqaviləsinə əsasən bank borcalana 24 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 25.*** manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün İddiaçı "xxxx" ASC ilə 17.*7.2*21-ci il tarixli, **7mki/21 nömrəli ipoteka müqaviləsi bağlayaraq, mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi 12* ünvanda istifadəsində olan *.*5168 ha torpaq sahəsində yerləşən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus 112,5 kv.m sahədən ibarət olan fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.
3. Evin ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 25.*7.2*21-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Kreditorun tərtib etdiyi 17.*2.2*22-ci il tarixli maliyyə arayışına əsasən, X3 həmin kredit müqaviləsi üzrə bank qarşısında əsas kredit borcu üzrə 23237,87 manat, faiz borcu üzrə 914,5* manat, cər imə borcu üzrə 33,83 manat olmaqla, cəmi 24.186,2* manat məbləğində kredit borcu qalmışdır.
5. X2 və İddiaçı ünvanlanan 17.*2.2*22-ci il tarixli bildirişlər tərtib edərək, bank qarşısında yaranmış borc 2* gün müddətində ödənilməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə yaranmış borc məbləğinə dair notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat vermişdir. Bildirişlər 18.*2.2*22-ci il tarixdə poçt zərfində X3 və İddiaçı yaşadığı Gəncə şəhəri, X9 küçəsi, ev 12* ünvanına göndərilmiş, lakin bildirişlər 24.*2.2*22-ci il tarixdə “ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır.
6. Bankın Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə “bildirişin qeydə alınmasına dair” ərizəsi əsasında ipoteka predmetinə tutmanın yönəl dilməsi barədə bildiriş dövlət qeydiyyatı orqanında qeydə alınmışdır. 7. "xxxx" ASC iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə borcun ipotekaya yönəldilməsi haqqında icra qeydinin verilməsi barədə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş və notarius tərəfindən 16.*3.2*22-ci il tarixli, 8İ-58*3 nömrəli reyestrlə təsdiq olunmuş icra qeydi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin Notariat ofisinin 16.*3.2*22-ci il tarixli, 8İ-58*3 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 12* ünvanda yerləşən fərdi yaşayış evi bankın xeyrinə yüklü edilmişdir. İcbari tibbi sığortadan istifadə etmək istəyərkən şəxsiyyət vəsiqəsinin qeyri-aktiv olduğu aşkar edilmişdir. Şəxsiyyət vəsiqəsinin qeyri-aktiv olmasına səbəb Gəncə İnzibati Məhkəməsinin 17.*4.2*23-cü il tarixli, 2-1(114)-1553/2*23 saylı qərarı ilə sözügedən ünvandan qeydiyyatdan çıxarılması olmuşdur. Bundan sonra araşdırma zamanı məlum olmuşdur ki, cavabdehin 16.*3.2*22-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə ş əhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12* ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldilmişdir. Qeyd olunan icra sənədi qanunsuz və əsassızdır. Məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdehdən vəkil sorğusu əsasında 16.*3.2*22-ci il tarixli, 8İ-58*3 reyestrlə təsdiq olunmuş icra qeydi işində olan sənədlərin təsdiq edilmiş surətlərini almışdır. İcra qeydi işində olan sənədləri tədqiq etdikdə müəyyən olunur ki, icra qeydinin verilməsinin hüquqi əsası 17.*7.2*21-ci il tarixli, **7mki/21 nömrəli ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş və onun sifarişli poçtla ipoteka qoyana göndərilməsinə dair sənəd və icra qeydinin aparılacağı barədə bildirişin surəti və onun sifarişli poçtla göndərilməsinə dair sənəd olmuşdur. Qeyd olunan sənədlərlə icra qeydi verilməsi kobud pozuntudur. İpoteka müqaviləsində ipoteka predmetinə tutmanın icra qeydi əsasında aparılmasına dair hər hansı müddəa yoxdur. Həmin müqavilənin 7.1-ci maddəsində göstərilir ki, bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr fikir ayrılıqları və tələblər tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Tərəflər arasında olan mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Belə çıxır ki, notarius icra qeydi verərkən o qənaətə gəlib ki, tərəflər arasında mübahisə yoxdur. Ancaq icra qeydi işində bununla bağlı hər hansı sənəd yoxdur. Notarius tərəfindən icra qeydi hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslar üzrə borcun alınması ilə ba ğlı verildikdə notarius tərəfindən ilk öncə “Notariat haqqında” Qanunun 76-cı maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Təlimat”ın 161, 162, 17*.1-ci bəndlərinin tələblərinə riayət etməli idi. İcra qeydinin verilməsinə əsas olmuş bildirişlərin məzmunu notariusun gözündən qaçmışdır. İcra qeydi işinin 14-cü səhifəsində olan 17.*2.2*22-ci il tarixli bildirişin 4-cü bəndində göstərilir ki, borc 2* gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Qeyd olunan bildir işdən açıq-aşkar görünür ki, ipoteka predmeti ilə bağlı notarius icra qeydi verə bilməz. Çünki 17.*7.2*21-ci il tarixli, **7mki/21 saylı ipoteka müqaviləsinin 1.1-ci maddəsində göstərilir ki, ipoteka predmeti Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12*-dir. İcra qeydi işinin 18-ci səhifəsində olan İddiaçı ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsi barədə 17.*4.2*22-ci il tarixli bildirişdə borc öhdəliyinin 21 gün ərzində icra edilməməsinə görə icra qeydi verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Bildirişin 6-cı abzasında göstərilir ki, “borc 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Gənc ə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12* ünvanında yerləşən *,*5168 ha torpaq sahəsi və onun üzərində yerləşən 112,5 kv.m sahəsi olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi proseduru başlanılacaqdır. Göründüyü kimi, icra işində olan bildirişlərlə icra qeydinin verilməsi qeyri-mümkündür. İcra işində olan İddiaçı adına ünvanlanan ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ona çatmamışdır. Həmin bildirişin ona çatmamasını icra işində 11-ci səhifəsində olan ərizə və 17-ci səhifəsində olan poçt sənədi təsdiq edir. Belə ki, 11-ci səhifədə olan 223318***58*2 saylı ərizəyə əlavə olunmuş sənədlər siyahısının 5 və 7-ci bəndlərində bildirişin sifarişli poçtla göndərilməsi göstərilir. Əslində isə göndərilməsi yox, çatmasını təsdiq edən sənədi əlavə etməli idi. Elə bir sənəd i sə iş materiallarında yoxdur. İcra işinin 17-ci səhifəsində olan poçt sənədində isə heç bir imza yoxdur.
10. X5 və "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
11. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(125)-5411/2*23 nömrəli, 2* noyabr 2*23-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.*7.2*21-ci il tarixli **7mk-1/21 saylı əlavə kredit müqaviləsinə əsasən Mehman İsmayılovun müqavilənin qüvvədə olduğu müddət ərzində 23.237.87 manat əsas borcu, 914.5* manat faiz borcu, 33.83 manat dəbbə pulu borcu olmaqla, cəmi 24.186,2* manat məbləğ ödəməli olması, habelə iddiaçının və üçüncü şəxs qismində cəlb edilmiş borcalanın hazırkı məhkəmə iclaslarında bu halı inkar etməməsi, icra sənədində qeyd edilən borc məbləğinin mübahisəsiz olduğunu sübut edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, bank icra qeydinə əsasən borcludan və ipoteka qoyandan 23.237.87 manat əsas borc, 914.5* manat faiz borcu, 33.83 manat dəbbə pulu borcu olmaqla, cəmi 24.186,2* manat borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.
13. Digər bir şərt isə tələbin Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti çərçivəsində irəli sürülməsidir ki, iş materiallarından da göründüyü kimi, müqavilə 23.*7.2*21-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır ki, bu halda müqavilənin qüvvədə olma müddəti hələ başa çatmamış icra qeydi aparılmışdır. Bütün bunlarla yanaşı, məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunun mənasından da göründüyü kimi, tələbkarın borcluya icra qeydinin verilməsindən əvvəl bildiriş göndərməməsi icra qeydinin verilməsini istisna edən edən başlıca amildir. Yəni bu məlumatın göndərilmədiyi halda icra qeydinin aparılması mümkün deyil. Tələbkar bu məlumatın göndərilməsi ilə bağlı üzərinə düşən vəzifəni icra etmiş, icra qeydinin verilməsi ilə bağlı müraciət etməzdən əvvəl borcalana, habelə ipoteka qoyana müvafiq məlumatı göndərmişdir, həmin bildirişlərin sözügedən ünvandan “ünvanda yaşamır” qeydi ilə geri qaytarılması tələbkarın qanunun tələbinə riayət etmədiyini göstərmir, yaxud da bu hal icra qeydinin ləğv edilməsinə əsas ola bilməz. Digər tərəfdən, həm ipoteka qoyan iddiaçı, həm də borcalan üçüncü şəxs hazırkı məhkəmə iclaslarında sözügedən bildirişdən məlumatsız olmalarını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər. Həmçinin, kredit müqaviləsi üzrə borcun olduğunu inkar etməyən iddiaçı və borcalanın icra qeydindən əvvəl borclarının olmasından xəbərsiz olmalarını məhkəmə inandırıcı hesab etmir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, MPMin 14.2, 77.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*4)-627/2*24 nömrəli, 21 fevral 2*24-cü il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılaraq, iddia təmin edilmiş, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilərək 16.*3.2*22-ci il tarixli, 8İ-58*3 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv olunması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi ipoteka saxlayan tərəfindən bildirişin ipoteka qoyanın və digər şəxsin ünvanına sifarişli poçt göndərişi və elektron üsulla göndərilməsi, habelə bildirişin müvafiq reyestrdə qeydə alınması müəyyən edildiyi zaman aparıla bilər. Müvafiq bildiriş təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməmişdirsə, tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. İşin hallarından isə görünür ki, tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya bildiriş göndərilmiş olsa da, həmin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ər izəyə əlavə olunmamış, notarius isə qanunvericiliyin tələbini pozaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir.
18. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 217.3, 217.4, 384.*.2-ci, “İpoteka haqqında” Qanunun 36.1, 36.2, 37.1, 38.1, 39.2-ci, “Notariat haqqında” Qanunun 76-cı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2***-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161, 162-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2 sentyabr 2***-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiqlənmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinad edərək əsaslandırmışdı r. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Üçüncü şəxs "xxxx" ASC (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən 18.*2.2*22-ci il tarixdə borcalan Mehman İsmayılova və ipoteka qoyan İddiaçı borc öhdəliyi icra edilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. Bildirişlərin göndərilməsi barədə poçt qaimələrində “ünvanda yaşamır” qeyd edilmişdir. Bildirişlər borcalan və ipoteka qoyanın rəsmi qeydiyyatda olduqları ünvana göndərilmiş, borcalan və ipoteka qoyanın yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvan barəsində MAPS arayışları, eləcə də bildirişlərin göndərilməsi barədə poçt qaimələri birinci instansiya məhkəməsində iş üzrə elektron kabinetə əlavə edilmişdir. 18.*2.2*22-ci il tarixdə göndərilmiş bildiriş 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılmış və 24.*2.2*22-ci tarixində bildiriş DƏDRX-də qeydə alınmışdır. Göründüyü kimi, qanunvericiliklə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər poçta təqdim edildiyi vaxtdan 5 təqvim günü keçdikdən sonra çatdırılmış hesab olunur. Apellyasiya instansiyası məhkəməsi isə maddi hüquq normasını düzgün tətbiq edə bilməmiş və bildirişləri çatdırılmamış hesab etmişdir. Bundan əlavə, ipoteka predmeti olan əmlak hərrac yolu ilə "xxxx" ASC tərəfindən əldə edilmiş və buna dair hərrac protokolu imzalanmışdır. X1 2*22-ci ildə “hərrac protokolunu n etibarsız sayılması” tələbinə dair iddia qaldırmış və sözügedən icra qeydini də iddia ərizəsinə əlavə etmişdir. Həmin iş üzrə Yasamal Rayon Məhkəməsinin *3.1*.2*22-ci il tarixli e-2(**4)-4454/2*22 saylı qərardadı ilə iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.1*.2*22-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qeyd olunan qərardadlar və hərrac protokolu da birinci instansiya məhkəməsində iş üzrə elektron kabinetə əlavə olunmuşdur. Bu da onu göstərir ki, iddiaçının icra qeydinin aparılmasından 2*22-ci ildən tam məlumatı olmuş və üzərindən 1 ildən artıq vaxt keçdikdən sonra icra qeydini mübahisələndirmişdir.
21. Şikayət həmçinin onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsində tətbiq edilən maddi hüquq norması kimi qeyd edilən normalara istinad edilmişdir. Lakin məhkəmə qeyd olunan hüquq normalarının ziddinə olaraq icra qeydini ləğv etmişdir. Həmin normaların tələbinə görə icra qeydi ləğv oluna bilməzdi. Göründüyü kimi məhkəmə icra qeydini ləğv etməsini hər hansı bir hüquq norması ilə əsaslandıra bilməmişdir. Bundan əlavə, əgər bildiriş çatmadığına görə məhkəmələr tərəfindən kütləvi halda icra qeydlərinin ləğv edilməsi üçün əsas hesab olunacaqdırsa, o zaman “İpoteka haqqında” qanunun 36.1-ci maddəsinə və icra qeydinin alınmasına nə lüzum var idi?
22. Üçüncü şəxs şikayətini Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 36.1-ci, “Notariat haqqında” Qanunun 76-cı, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162, 169-1-ci bəndin ə, “Poçt haqqında” Qanuna istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 24. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bil ər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 25. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədl ərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edil miş formada bildiriş göndərməlidir.... Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndər ilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2 sentyabr 2***-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiqlənmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” İ. Notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması
1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qey di almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli;[3] b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. 27. “İpoteka haqqında” Qanun M a d d ə
1. Əsas anlayışlar 1.*. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.*.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;... 1.*.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur;... M a d d ə
2. İpoteka haqqında qanunvericilik 2.1. İpoteka ilə bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.... Maddə
26. İpoteka saxlayanın hüquq və vəzifələri 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır:... 26.1.7. bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək. M a d d ə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öh dəliyin, yaxud onun bir hissəsinin icrasının 9* təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. M a d d ə
36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.... 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Apellyasiya instansiyası məhkəməsinin ak tı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüququ normaları pozulduğuna görə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
32. Belə ki, işin müəyyən olunmuş halları bu qərarın 1-7-ci paraqraflarında əksini tapmışdır.
33. İddiaçı onunla "xxxx" ASC arasında bağlanmış 17.*7.2*21-ci il tarixli, **7mk/21 saylı əsas kredit müqaviləsi üzrə borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi barədə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 16.*3.2*22-ci il tarixli icra qeydinin ləğv olunmasını xahiş edir. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, ipoteka müqaviləsində ipoteka predmetinə tutmanın icra qeydi əsasında aparılmasına dair hər hansı müddəa yoxdur, habelə icra qeydi verilərkən qanunla müəyyən edilmiş qaydalara riayət olunmamış, bankın ona göndərdiyi 17.*2.2*22ci il tarixli bildiriş ona çatdırılmamışdır. Həmçinin bildirişinin məzmununda, borc ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə xəbərdarlıq əksini tapmamışdır.
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçının ipoteka müqaviləsində ipoteka predmetinə tutmanın icra qeydi əsasında aparılmasına dair hər hansı müddəanın olmadığı barədə dəlili əsassızdır. Çünki ipoteka müqaviləsinin 3.1-ci bəndində ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması hüququnun olması barədə şərt əksini tapmışdır.
35. Həmçinin, iddiaçının “icra qeydi işinin 14-cü səhifəsində olan 17.*2.2*22-ci il tarixli bildirişin 4-cü bəndində borc 2* gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə məlumat”la bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil də əsassızdır. Çünki iddiaçıya ünvanlanan 17.*2.2*22-ci il tarixli bildirişdə borc ödənilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə açıq və aydın ifadə olunan xəbərdarlıq əksini tapmışdır (bax: səh 37).
36. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bank tərəfindən göndərilən bildirişin ona çatdırılmadığı barədə dəlili ilə razılaşaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi ipoteka saxlayan tərəfindən bildirişin ipoteka qoyanın və digər şəxsin ünvanına sifarişli poçt göndərişi və elektron üsulla göndərilməsi, habelə bildirişin müvafiq reyestrdə qeydə alınması müəyyən edildiyi zaman aparıla bilər. Müvafiq bildiriş təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməmişdirsə, tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra q eydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. İşin hallarından isə görünür ki, tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya bildiriş göndərilmiş olsa da, həmin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmamış, notarius isə qanunvericiliyin tələbini pozaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi bu nəticəni “İpoteka haqqında” Qanunun 36.2, 37.1, 38.1, 39.2-ci maddələrinə, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə və “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinad etmişdir.
38. Məhkəmə kollegiyası a pellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşmır.
39. Belə ki, notariat fəaliyyəti zamanı icra qeydləri borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün aparılır. Bu icra qeydləri müxtəlif əsaslar üzrə yaranmış borcların tutulması üçün aparıla bilər. İcra qeydlərinin aparılması əsasları və qaydaları “Notariat haqqında” Qanunun 76-cı maddəsində müəyyən edilmişdir. Həqiqətən də həmin normada icra qeydinin aparılması üçün müraciət etmiş şəxsin, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsi tələb olunur. Eyni zamand a həmin bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.
40. Apellyasiya instansiyası məhkəməsi də həmin normanın bu tələbinə istinad etməklə, tələbkar tərəfindən bildirişin ipoteka qoyana göndərilməsi faktını icra qeydinin aparılması üçün yetərli saymamış, bildirişin borcluya çatdırıldığını təsdiq edən sənədin olmamasına istinad etməklə iddianı təmin etmişdir.
41. Lakin nəzərə alınmalıdır ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsində ipoteka müqaviləsi əsasında tutmanın ipotekaya yönəldilməsi barədə icra qeydinin aparılması üçün, başqa əsaslar üzrə yaranmış borcların tutulması qaydalarından fərqli qayda nəzərdə tutulmuşdur.
42. Belə ki, həmin normaya görə, «ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir».
43. Göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydaları, “Notariat haqqında” Qanunun 76-cı maddəsindəki tənzimləmədən istisna təşkil edir. Bu qaydalar “İpoteka haqqında” Qanunun 36-cı maddəsində tənzimlənir. Həmin normaya görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
44. Göründüyü kimi “İpoteka haqqında” Qanunun 36-cı maddəsində ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin “çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır.
45. Əksinə, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bi ldiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra artıq təqdim olunmuş sayılır.
46. Təsadüfi deyildir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2 sentyabr 2***-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiqlənmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda da ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün təqdim olunmalı sənədlərin siyahısında, “ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd” nəzərdə tutulmamışdır.
47. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi al maq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.
48. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi “ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd”in təqdim olunmadığını əsas tutub iddianı təmin etməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
49. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
50. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı tərtib olunmalıdır.
51. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir.
52. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə a ktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2*11-ci il tarixli Qərarı).
53. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*4)-627/2*24 nömrəli, 21 fevral 2*24-cü il tarixli qətnaməsi tam ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.