Məhkəmə qərarları › İş №2(102)-2308/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2308/2019

15.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2308/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi və vəkili Camalzadə Şəfa Məhəmmədəli qızının Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9410/2018 nömrəli iş üzrə 02 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim R.H.Hüseynova) 2(011)-6437/2017 nömrəli, 15 avqust 2017-ci il tarixli, qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı məxsus ünvan 1 ünvanına Cavabdeh tərəfindən tərtib edilmiş 22.02.2016-cı il tarixli 080415 saylı aktın qismən ləğv edilməsi, həmin akta əsasən təyin edilmiş cərimə borcunun 1728 manat müəyyən edilməsi, cərimənin qalan hissəsinin, yəni 3456 manat məbləğin abonentin **********0003 saylı hesabından silinməsi vəzifəsinin Cavabdeh İstehsalat Birliyinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), S.F.Hacıyev və F.Ş.Talışınski ) 2(103)-9410/2018 nömrəli iş üzrə 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqus t 2017-ci il tarixli, 2(011)-6437/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin 25.07.2005-ci il tarixli 30 saylı icarə müqaviləsinə əsasən ona Pirşağı qəsəbəsində 1200 m2 torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində müəyyən tikinti işləri aparmış, yaşayış və qeyri-yaşayış sahələri inşa etmiş, kommunal müqaviləsi əsasında su, qaz, elektrik xətləri çəkdirmişdir. Sözügedən torpaq sahəsini hər hansı kommersiya və sahibkarlıq məqsədləri ilə istifadə etməmişdir. Cavabdeh tərəfindən ona 080415 saylı tarixi olma yan akt göndərilmiş və həmin aktla aydın olmuşdur ki, ona məxsus torpaq sahəsinə baxış keçirilmiş, guya orada sayğacdan kənar təbii qazla qidalanan 4 ədəd istilik sistemləri aşkar edilmiş və həmin istilik sistemlərindən istifadə edilməklə qanunsuz olaraq 51840 m3 qazdan istifadə edilmişdir. Aşkar olunmuş fakta görə cavabdeh tərəfindən ona 5184 manat cərimə hesablanmışdır. Aktı nəzərdən keçirərkən, həmçinin məlum olmuşdur ki, aktın bütün rekvizitləri doldurulmamış, akt müvafiq qaydada təsdiq edilməmiş, tarix göstərilməmişdir. Eyni zamanda aktın tərtibatında iştirak etmədiyi halda adından saxta imza edilmişdir. Göstərilənlərə əsasən, iddiaçının barəsində tərtib edilmiş 080415 saylı tarixi olmayan aktın və həmin akt əsasında təyin edilmiş 5184 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxa rılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi və vəkili Camalzadə Şəfa Məhəmmədəli qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9410/2018 nömrəli iş üzrə 02 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLAR İ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)9410/2018 nömrəli iş üzrə 02 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Bakı şəhər Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin “Bələdiyyə mülkiyyətində olan (yaşayış və qeyriyaşayış) torpaq sahəsinin icarəyə verilməsi haqqında” 26 iyul 2005-ci il tarixli xxx nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı ünvan1 massivində yerləşən ümumi sahəsi 1200 m2 təşkil edən qeyri yaşayış sahəsi bağçılıq məqsədilə icarəyə verilmişdir. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xxxxxxxxxx saylı aktın surətindən görünür ki, ünvan 2 ünvana təkrar baxış keçirilmiş və müəyyən edilmişdir ki, həyətyanı sahədə sayğacdan kənar 4 ədəd müxtəlif ölçüdə qeyri standart istilik sistemindən istifadə olunur. Aktın doğruluğu X3, X4 tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Qeyd olunan akt İddiaçı tərəfindən imzalanmamışdır. 29 fevral 2016-cı il tarixli QİS-n in görəcəyi işlər barədə tələblərdən görünür ki, ünvan 1 ünvanına 22.02.2016-cı il tarixli xxxxx nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış, qaz işlədicilərindən 2 ədəd kvadrat şəkilli istilik sisteminin maksimal saatlıq sərfi 24m3 saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 51840 m3 təbii qaz itkisi müəyyən edilmişdir. 28.06.2016-cı il və 23.04.2016-cı il tarixli məktublardan görünür ki, İddiaçı müraciətinə baxılmış və ona bildirilmişdir ki, ünvan 2 ünvanda həyətyanı sahədə sayğacdan kənar 4 ədəd müxtəlif ölçüdə qeyri standart istilik sistemindən istifadə olunduğu aşkarlanmışdır. **********0003 saylı abonent saldosundan görünür ki, iddiaçıya məxsus ünvan 3 ünvana 03.05.2012ci ildə Sma rt G-4 İtron Diafraqma tipli 1202AQ**********0 nömrəli sayğac quraşdırılmış, abonentin 2016-cı ilin fevral ayına 5184 manat borcu vardır. Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli məktubundan görünür ki, 16.07.2005-ci il tarixli 30 saylı icarə müqaviləsi ilə 1200 kv.m torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Həmin torpaq sahəsindən İddiaçı tərəfindən heç bir iş fəaliyyəti kimi istifadə edilmir, fərdi yaşayış evi kimi istifadədir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh-nin müvafiq məktubu əsasında Sabunçu rayon Prokurorluğunda yoxlama aparılmış, toplanmış materiallar dəqiqləşdirilmələr aparılması ilə əlaqədar Cavabdeh-yə geri qaytarılmışdır. Birinci və apellyasiya məhkəmələri qeyd etmişlər ki, mübahisəli mül ki hüquq münasibəti 29.02.2016cı il tarixdə yaranmış, buna görə də ölkə daxilində təbii qazın dəyəri qeyd olunan tarixədək qüvvədə olan tariflərə uyğun olaraq hesablanmalı, «Respublika ərazisində təbii qazın pərakəndə satış tarifinin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 02 dekabr 2013-cu il tarixli 13 nömrəli Qərarı tətbiq edilməlidir. Həmin Qərara əsasən təbii qazın əhali istehlakçı qrupu üzrə pərakəndə satış tarifi hər 1000 m3 üçün (ƏDV ilə) 100 manat müəyyən edilmiş və bu tarif 03 dekabr 2013-cü il tarixindən qüvvəyə minmişdir. İddiaçı sayğacdankənar təbii qazdan istifadə üçün orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə 5184 manat məbləğində cərimə hesablanması, yəni iddiaçının 24 saat təbii qazdan istifadə etməsi, eləcə də hes abat dövrü olaraq cəriməni 90 gün nəzərə alınmaqla təyin edilməsi ağlabatan deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2012-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na əsasən qaz sayğacının olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Cavabdeh-nin müvaviq sənədlərindən göründüyü kimi, Nazirlər Kabinetinin qeyd olunan norması nəzərə alınmamış, əsassız olaraq 24 saat iş rejimi əsas götürülmüşdür. Həmçinin mövcud Qaydalara görə qaz sayğacı iki halda, birincisi sayğacın texniki pasportunda göstərilmiş müddətdə növbəti, ikincisi isə qaz sayğacı zədələndiyi halda növbədənkənar dövlət yoxlamasından keçirilməlidir. Qaz paylayıcısı istehlak çıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, Cavabdeh-nin əməkdaşları tərəfindən hər ay istehlakçıya məxsus sayğaca uyğun hesab təqdim edir və onun vəziyyəti barədə məlumatlı olur. Buna görə də, sayğacdankənar təbii qazdan istifadə üçün hesabat dövrü olan 90 gün əvəzinə, 1 ay yəni 30 gün nəzərə alınmaqla cərimə təyin edilməsi daha məqsədə müvafiq və ağlabatandır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakç ıların mənafeylərinin müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3.-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmi n Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə gö rə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qət namə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun ol sun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9410/2018 nömrəli iş üzrə 02 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi və vəkili Camalzadə Şəfa Məhəmmədəli qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsinin MK-nın 2(103)-9410/2018 nömrəli iş üzrə 02 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar