Məhkəmə qərarları › İş №2(102)-2309/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2309/2022

27.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2309/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8731/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: Bakı ş əhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 8 saylı evin 10 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3, mənzil 40 isə mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olmuş, 24 iyun 2017-ci il tarixdə onların arasında yaşayış sahələrinin dəyişmə müqaviləsi bağlanmışdır. Dəyişmə müqaviləsinə əsasən tərəflərin yeni əldə etdikləri yaşayış sahələrinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Müqavilə əsasında əldə etdiyi mənzilin ona təhvil verilməsi Cavabdeh1 tərəfindən təmin edilmədiyindən, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 müqavilə öhdəliyini pozaraq mənzili ona təhvil verməməsini əsas göstərməklə cavabdehlərin mənzildən çıxarılmaları və mənzilin onun faktiki sahibliyinə verilməsinə dair qətnamə qəbul ed ilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdehlər İddiaçı 153.000 ABŞ dollarının tutulması barədə qarşılıqlı tələb irəli sürmüşlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin noyabr ayında Paşayeva X1 Ədalət Valeh oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə mü raciət edərək cavabdehlərin mənzilin təhvil verilməsindən boyun qaçırmalarını əsas göstərməklə onlardan dəbbə puluna görə 14.750 manat, əldən çıxmış faydaya görə 18.550 manat, ödənilməmiş kommunal xidmət haqqına görə 714.51 manat, mənəvi ziyana görə 10.000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1337/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim: C.C.Musayeva) iddia qismən təmin edilərək cavabdehlərdən maddi zərərə görə 214.51 manat, mənəvi zərərə görə 1000 manat, cəmi 1214.51 manatın iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin o lunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8731/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(006)-1337/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən və ona dəymiş maddi və mənəvi ziyanın məbləğinin düzgün müəyyən olunmadan çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi M addə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşdən görünü r ki, cavabdehlərin mənzildən çıxarılmaları və mənzilin İddiaçı təhvil verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə əsasında verilmiş icra sənədi icra edilərək mənzil iddiaçıya təhvil verilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, cavabdehlər müqavilə öhdəliklərini pozaraq mənzili İddiaçı təhvil verməkdən boyun qaçırmışlar. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehlərin mənzili təhvil verməkdən boyun qaçırmalarına dair hərəkəti n əticəsində İddiaçı maddi və mənəvi ziyan dəymişdir. Müəyyən olunmuşdur ki, cavabdehlərin iddiaçıya təhvil verməli olduqları mənzil üzrə ödənilməmiş qaz və elektrik enerjisi sərfiyyatına görə 214.51 manat məbləğində borcu olmuş, həmin borc iddiaçı tərəfindən ödənilməklə ona həmin məbləğdə ziyan dəymişdir. İddiaçı ona dəymiş maddi ziyana görə cavabdehlərdən əldən çıxmış fayda şəklində 18.550 manat tələb etsə də həmin hissədə tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Kommunal xidmət haqlarının ödənilməməsi səbəbindən ona məhkəmənin qət etdiyi kimi 214.51 manat məbləğində deyil, 714.51 manat məbləğində ziyan dəyməsi də, iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə həmin hissələrdə iddianı rədd etmişdir. Məhkəmə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etmişdir. İddiaçı cavabdehlərin hərəkəti nəticəsində ona mənəvi ziyan dəyməsini iddia edərək həmin ziyanı 10.000 manat məbləğində qiymətləndirsə də, məhkəmə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsaslanaraq iddiaçıya mənəvi zərər dəyməsi nəticəsinə gəlmiş və iddianı həmin hissədə 1000 manat məbləğində təmin etmişdir. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından, kassasiya şikayətini n dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8731/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar