Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2311/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X1katibliyi, cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2 iştirakı ilə, İddiaçıBakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12477/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2nə, “xxxx” ASC-yə qarşı i ddia verərək, “xxxx” MMC tərəfindən ona məxsus xxx satılmasına dair 06 iyul 2017-ci il tarixli, Y397 saylı yekun protokolun nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1158/2090 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xxx satılması məqsədi ilə “xxxx” MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 06.07.2017-ci il tarixli, Y-397 №-li protokolun etibarsız hesab edilməsi qət edilmişdir.(hakimİlkin Rüstəmli) İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi, bağ evinin yenidən qiymətləndirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12477/2019 saylı, 12 noyabr 2019-cu tarixli qətnaməsi ilə iddiaçının şikayəti təmin ediməmiş, Səbail Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(009)-1158/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.(hakimlər F.Talışınski (sədrlik edən və məruzəçi), Z.Əliyev, R.Eyvazov) İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Barəsində kassasiya şikayəti verilən qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi id diaçının apleyasiya şikayətini təmin etməyərkən, iddiaçının apelyasiya şikayətində evin qiymətləndirilməsi barədə birinci instansiya baxışının predmeti olmayan yeni tələb qoyulmasına istinad etmişdir. Hazırki kassasiya şikayəti də apelyaisya instansiyasının həmin qətnaməsinin ləğv edilməsinə yönəlməklə, faktiki olaraq yeni tələb barədə şikayətin təmin olunmasına yönəlmişdir. Bu isə Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbləri baxımından kassasiyanı qeyri-mümkün edir. Bu səbəbdən də İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)12477/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə 21.02.2020-ci il və 21.05.2020-ci il tarixli qərardadları ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2311/2020 saylı 21.02.2020-ci il və 2(102)2311/2020 saylı 21.05.2020-ci il tarixli qərardadları ləğv edilsin. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın..
Məhkəmə qərarları › İş №2(102)-2311/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2311/2020
17.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver