Məhkəmə qərarları › İş №2(102)-2313/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2313/2021

06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2313/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2313/21 (Açar sözlər: maddi və mənəvi zərər) Bakı şəhəri, 06 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6459/2020 nömrəli iş üzrə 25 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 06 aprel 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətinə vurulmuş maddi zərərə görə 18.334,17 manat məbləğində pul vəsaitinin (mənzilinin təmiri üçün 10.854,17 manat, su basma nəticəsində yararsız vəziyyətə düşmüş yumşaq mebel (X6 Kunc 363 klassik divan, klassik puf, kreslo) dəstinin yenisi ilə əvəz edilməsi üçün 2.280 manat, soyuducu (LG GR-B439SVQK) 1.250 manat, kondisioner (LG C126RQ mirror) 1.300 manat, Mikrodalğalı soba (Panasonic NN-DS592M) 550 manat, divara qurulmuş dəhliz paltar dolabı və asılqan (Artekol) 1.720 manat, su qızdırıcısı qazla (Termet G-1900 AQUAHEAT) 380 manat); mənzilin təmir ediləcəyi iki ay müddətində kirayə qalacağı evin kirayə haqqı 1.000 manat; ona dəymiş mənəvi zərərə görə 3.000 manat; iddia ərizəsinin tərtibinə görə tərəfindən hüquqi yardım üçün ödənilmiş 72 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumununun, ümumilikdə 22.436,17 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması; mənzilinə su axmanın qarşısının alınması üçün cavabdehə məxsus E saylı evin damında quraşdırılmış su çəninin damın üzərindən götürülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilin mülkiyyətçisidir və həmin mənzildə yaşayır. Cavabdeh isə göstərilən ünvan üzrə onun qonşusudur və 11 saylı mənzilin sahibidir. Cavabdeh son üç ildə həmin mənzildə özü yaşamasa da, mənzilini kirayə verir. O, beş mərtəbəli binanın beşinci mərtəbəsində yaşayır. Cavabdeh binanın damında düz onun mənzilinin üzərində şəxsi istifadəsi üçün qanuna zidd olaraq su çəni quraşdırmışdır. Həmin su çəninin mütəmadi daşması nəticəsndə onun mənzilini dəfələrlə su basmış və əmlakına ciddi ziyan dəymişdir. Cavabdehə bu barədə dəfələrlə xəbərdarləq etməsinə baxmayaraq, o, heç bir tədbir görməmişdir. O, hər dəfə mənzilini öz vəsaiti hesabına əsaslı təmir etdirir, cavabdeh isə hər dəfə mənzili yeni kirayəçiyə icarəyə verdiyində, onun mənzilini su basaraq əmlakına ziyan vurma halı təkrarlanır. O, 2016-cı ildə dəhlizin və mətbəxin kağızlarını, həmçinin dəhlizin döşəmə örtüyünü (Polşa istehsalı olan laminatı) dəyişməli olmuşdur. Həmçinin, su çəni quraşdırıldığı zaman binanın dövlət tərəfindən quraşdırılan dam örtüyü ciddi şəkildə zədələnmiş və yağan güclü yağış nəticəsində mənzilini yenə su basmışdır. 2017-ci ilin oktyabr ayında o, həmin dam örtüyünü də öz vəsaiti hesabına bütünlükdə yeniləmişdir. Daha sonra, yenə həmin 2017-ci ildə su çəninin mütamadi daşması nəticəsində mənzilin divarları təkrar-təkrar islandığından və qış ayları olduğu üçün qurumadığından kif bağlamışdır. Mətbəxin, hamamın və dəhlizin lambirindən ibarət asma tavanında işıqlanma üçün yerləşdirilmiş elektrik naqilləri güclü islanmaya məruz qaldığı üçün yararsız v ə təhlükəli vəziyyətə düşmüş və bu fəsadları aradan qaldırmaq üçün o, yenə öz vəsaiti hesabına əsaslı təmir etmişdir. Son təmir işləri 2018-ci ilin mart ayında başa çatmışdır. 18 iyun 2018-ci il tarixdə isə təkrarən çənin gün boyu daşması nəticəsində onun mənzilini güclü su basmışdır. Həmin gün, o, Bakı şəhərində deyil, Ramazan bayramı tətilində idi. Saatlarla çənin daşması nəticəsində evi o qədər su basmışdır ki, su artıq evin çöl qapısından bloka və qonşulara gedirmiş. Bunu görən qonşular onunla mobil telefonla əlaqə saxlayıb vəziyyəti xəbər vermiş və o, istirahətini yarımçıq qoyaraq, ailə üzvləri ilə gecəyarı dərhal dincəldiyi rayondan Bakı şəhərinə geri dönmüşlər. Mənzilinin qapısını açdığında qarşılaşdığı mənzərə acınacaqlı olmuşdur. Hər tərəf, mənzilinin tavanı, divarları, döşəməsi, eləcədə mənzilinin əşyaları - mətbəxdəki məişət texnikası, qonaq otağındakı yumşaq dəst su içində idi. Ən təhlükəlisi isə, elektrik naqilləri yararsız vəziyyətə düşmüş, dəhlizin divarlarında quraşdırılmış avtomat elektrik qutusundan su axır, qapı zənginin islanmış naqilində qısa qapanma baş vermişdir. Əgər evə bir qədər gec gəlib çatsaydı, elektrik naqillərinin qısa qapanması nəticəsində mənzilində yanğın da törəyəcəkdir. Hadisə ilə bağlı zəng edib cavabdehi çağırmış, o isə öz laqeyidliyi və məsuliyyətsizliyi nəticəsində növbəti dəfə təkrarlanan bu mənzərəni kənardan biganəliklə seyr edir, onun iradlarına həyasızcasına: “mən nə edim ki, oldu da” - cavab vermişdir. O, cavabdehdən mənzilinin təmiri və yararsız vəziyyətə düşmüş əmlakını yeniləmək ücün əmlakına dəymiş zərəri ödəməyi tələb etdi yində isə imkanı olmadığını bildirmişdir. Daha sonra məsələ ilə bağlı 3 saylı xüsusi təyinatlı 154 saylı MKİS-ə yazılı şəkildə müraciət etmiş, müraciətinə baxılaraq həmin MKİS-nin əməkdaşları tərəfindən mənzilinə yerində baxış keçirilmiş və cavabdeh tərəfindən quraşdırılmış çəndən mənzilinə su axıdılması faktı aktlaşdırılmışdır. Aparılmış araşdırmalardan sonra MKİS-nin əməkdaşları tərəfindən dəfələrlə cavabdehə həmin su çəninin evinin damından götürülməsi ücün yazılı xəbərdarlıq göndərilsədə, o, hələ də heç bir tədbir görmür. 18 iyun 2018-ci il tarixindən hal hazırkı günə qədər onun mənzili yaşayış üçün yararsız vəziyyətdədir. Cavabdeh və onun kirayəçiləri öz yatağında rahat yatdığı zaman, onun mənzilində onların günahı ucbatından su basma nəticəsində yumuşaq dəst və yataq mebeli islandı ğı üçün, oturmağa və yatmağa yeri olmayıb. Elektrik avtomat qutusu və elektrik naqilləri çox islandığı üçün, oksidləşməyə məruz qalmış və yanğın təhlükəlisi yaranmışdır. Bu səbəbdən mənzili nəzarətsiz qoyub çıxmaq da mümkün olmamışdır. Evdə kondisioneri belə qoşmaq olmur. Cavabdeh öz həyasız davranışı ilə onu və ailəsini qıcıqlandırır. Dəhlizin və otaqların döşəmə örtüyü çox islandığı üçün qabarmış, eləcə də dəhlizin və otaqların, həmçinin, qismən mətbəxin divar kağızı qopmuşdur. Evdən və hamamdan çox pis nəmişlik qoxusu gəlir və nəmişlikdən evi həşarat basmışdır. Tavan örtüyü məruz qaldığı axıntı nəticəsində yararsız hala düşmüşdür: dəhlizdə və mətbəxdə asma tavanın içindəki işıqlanma naqilləri yararsız vəziyyətdədir, otaqda tavan qabarıb tökülür, həmçinin ləkələr var. Dəhlizdəki paltar d olabı və qonaq otağındakı divan və kreslo da axıdılan su və nəm nəticəsində ziyan görmüşdür. Belə bir vəziyyətdə mənzilinin otaqlarından və nəmə məruz qalmış ev əşyalarından istifadə mümkünsüz vəziyyətdədir. Mənzilinin ziyan görmüş otaqları və əşyalarını təmir etdirmək üçün “MV Group” təmir-tikinti şirkətinə müraciət etmiş, şirkətin mütəxəsissləri tərəfindən mənzilinin ziyan görmüş otaqlarına baxış keçirilmişdir. Hesablamalara əsasən mənzilinin təmir xərci ümumilikdə 10.854,17 manat təşkil edir. Cavabdeh ona dəymiş ziyanı könüllü olaraq ödəmədiyinə görə o pozulmuş hüquqlarının bərpası üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, cavabdehin qanuna zidd hərəkətləri və məsuliyyətsizliyi nəticəsində mənzilinə təkrar-təkrar suyun axıdılması nə ticəsində mənzilinin neçənci dəfədir ki, bərbad hala düşməsi onda əsəb gərginliyi yaradır. Cavabdehin məsuliyətsizliyi nəticəsində təkrarlanan bu hal ona və ailəsinə mənzilərində rahat yaşamağa imkan vermir. Belə ki, elektrik naqillərinə suyun dəyməsi qısa qapanmaya səbəb ola bilər. Bu da onu və ailəsini davamlı olaraq təhlükə içində saxlayır. O özü işi ilə əlaqədar tez-tez xarici ölkələrə ezamiyyətə gedir. Lakin mənzilinin belə halda olması ailəsinin belə təhlükəli mənzildə yaşamağı onu narahat etdiyindən, fikri orada qalır. Bu hal ona maddi ziyan vurmaqla yanaşı mənəvi ziyan da vurur. Ona dəymiş mənəvi zərəri 3.000 manat məbləğində qiymətləndirir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 sentyabr 2019-cu il tarixli 2(001)-4777/2019 nömrəli qərardadı ilə (hakim Fərrux Qasımov) məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2019cu il tarixli, 29044 saylı ekspert rəyinə əsasən, tədqiq olunan iddiaçıya məxsus E saylı mənzilin otaqlarının divarlarına suyun axtığı və suaxma nəticəsində otaqlara ziyanın dəyidiyi müəyyən olunur. Cavabdeh məxsus yaşayış evinə aid su çəninə gedən su xətləri kəsildiyindən, iddiaçının mənzilinin üstündə quraşdırılmış su çəninin nasazlığı nəticəsində suyun sızıb-sızmadığını müəyyən etmək mümkün olmamış, lakin Bakı şəhəri, Binəqə di rayonu 154 MKİS-in əməkdaşları tərəfindən 14 saylı mənzilə baxış keçirilmiş və bu barədə 29 iyun 2018-ci il tarixli akt tərtib olunmuşdur. Aktın məlumatlarına əsasən həqiqətəndə yaşayış evinin damında 11 saylı mənzilə aid su çəninin nasazlığı nəticəsində 14 saylı mənzilə su axıdıldığı və nəticədə 14 saylı mənzilin tikililərinə ziyan dəydiyi göstərilmişdir. Mətbəx tikilisinin sahəsi 4,7 m2, hündürlüyü 2,30m olub. Bu tikilinin tavanının və divarları üzərinə sarımtıl su sızma ləkələri müşahidə olundu. Dəhliz tikilisinin sahəsi 4,7 m2, hündürlüyü 2,30m olub. Bu tikilinin tavanının və divarları üzərinə sarımtıl su sızma ləkələri müşahidə olundu. Hamam-tualet tikilisinin sahəsi 2,8m2, hündürlüyü 2,30m olub. Bu tikilinin tavanı üzərində su sızma ləkələrinin və boyanın qabarması kimi hallar və divarın üzərinə vurulmuş kafelin 2-3 kv metrinin qoptuğu müşahidə olundu. Yaşayış otağının sahəsi 16,0 m2, hündürlüyü 2,60m olub. Bu tikilinin tavanının və divarları üzərinə sarımtıl su sızma ləkələri və döşəməyə vurulan laminat materialının bir hissəsinin deformasiyaya uğrayaraq bir-birindən aralandığı və girişçıxış qapısının su sızma nəticəsində şişərək yararsız vəziyyətə düşdüyü müşahidə olundu. Yaşayış otağının sahəsi 13,0 m2, hündürlüyü 2,60m olub. Bu tikilinin tavanının və divarları üzərinə sarımtıl su sızma ləkələri və döşəməyə vurulan laminat materialının bir hissəsinin deformasiyaya uğrayaraq bir-birindən aralandığı müşahidə olundu. Tədqiq olunan mənzilin elektrik xətləri sıradan çıxdığı müəyyən edilmişdir. E saylı mənzildə yerləşən mətbəx tikilisinə 515 manat, dəhliz tikilisinə 573 manat, hamam-ayaqyolu tikilisinə 257 manat, bir saylı yaşayış otağına 1.103 manat, iki saylı yaşayış otağına 1.182 manat təşkil etdiyi və ümumilikdə 14 saylı mənzilin tikililərinə dəymiş ziyanın məbləği aparılan hesablamalar nəticəsində mübahisəli mənzil üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 3.630 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 fevral 2020-ci il tarixli, 25377/28376 saylı ekspert rəyinə əsasən, tərəflərin iştirakı ilə tədqiqat obyekti olan əşyalara baxış keçirilmişdir. Baxış zamanı adları sadalanan əşyaların hal-hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olması və təmir-bərpasının mümkün olmaması müəyyən edilmişdir. Həmin əşyaların yararsız vəzi yyətə düşməsinin səbəbinin susızmaya aid olması qərardadın birinci sualının cavabına əsasən müəyyən edilmişdir. Mülki iş materiallarında göstərilən malların (“LG” markalı, “GR-B439SVQK” modelli soyuducu; “LG” markalı, “C126RQ mirror” modelli kondisioner”; “Panasonic” markalı, “NN-DS592M” modelli mikrodalğalı soba, “Saloğlu” markalı ikili kitab künc klassik divan, klassik puf, kreslo dəsti; “Artekol” markalı divara qurulmuş dəhliz paltar dolabı və asılqan; “Termet” markalı, “G-19-00 AQUAHEAT” modelli qaz su qızdırıcısı) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5.380 manat müəyyən edilir. Birinci instansiya məhkəməsinin 17 mart 2020-ci il tarixli 2(001)-239/2020 nömrəli qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddia tələbi qismən təmin edilərək, Cavabdeh dəymiş maddi zərərə görə 9.282 manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq 12 manatın və hüquqi yardıma görə çəkilən xərcin əvəzi olaraq 30 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 manatın 62 manatının Cavabdeh, 88 manatının isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının mənzilinə və həmin mənzildə yerləşən əşyalara maddi zərər vurulmuş və həmin zərərin məbləği ekspert rəylərinə əsasən 9.282 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 9.282 manat məbləğində vəsait tutulmalıdır. Məhkəmə iddia tələbinin mənzilin təmir ediləcəyi iki ay müddətində kirayə qalacağı evin kirayə haqqı olaraq 1.000 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən həmin müddət ərzində kirayə qalacağı, habelə ödəniləcək kirayə haqqı barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin dəymiş mənəvi zərərə görə 3.000 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də təmi n edilməməlidir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablara məruz qalması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin cavabdehə məxsus E saylı evin damında quraşdırılmış su çəninin damın üzərindən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında hər iki tərəf izahatında bildirmişlər ki, həmin su çəni artıq damın üzərindən cavabdeh tərəfindən götürülmüşdür. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunv ericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli, 03.11.2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 2(103)-6459/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-239/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh dəymiş maddi zərərə gör ə 6452 manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulması işin mübahisələndirilməyən halını təşkil edir. Kollegiya hesab edir ki, 28.02.2019-cu il tarixli ekspert rəyinə əsasən 29 iyun 2018-ci il tarixli aktda (səh.17) göstərilmiş obyektlərə vurulmuş ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində (i.v. 111-116) göstərdiyi əşyalar 29 iyun 2018-ci il tarixli aktda ziyan dəymiş əşya kimi göstərilmədiyindən həmin əşyaların ekspertiza tərəfindən müəyyən edilmiş dəyərini (5380 manat) o ödəməli deyil. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, məişət əşyalarına ziyan vurulmasına görə ekspert tərəfindən hesablanmış 5380 manat vəsaitin 2830 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Çünki, kollegiya iclasında iştirak edən iddiaçı məişət əşyalarının su axıtma nəticəsində sonradan xarab olduğunu bildirsə də, kollegiya hesab edir ki, həmin əşyalar tərtib edilmiş aktda göstərilməməklə yanaşı, elektrik cihazları olduğundan (soyuducu – 1100 manat, kondisioner – 1050 manat, mikrodalğalı soba – 300 manat, qaz su qızdırıcısı – 380 manat) su ilə təması zamanı xarab olması tədricən deyil, dərhal özünü göstərərdi. Belə olan halda, iddiaçıya vurulan maddi ziyanın məbləği məişət texnikasına vurulmuş ziyana görə müəyyən edilmiş məbləği çıxdıqdan sonra qalan məbləğ (92822830=6452) altı min dörd yüz əlli iki manat təşkil edir. Aktda mənzilin 1 saylı otağına ziyan vurulması göstərilsə də, ekspert rəyində həm də 2 saylı otağa ziyan vurma nəticəsində 1182 manat ziyan hesablanmasının əsassız olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, subasma nəticəsində bir otaqdan digərinə tədricən su sızması nəticəsində həmin otağa ziyan dəyməsinin ekspertin mənzilə baxış keçirməsi nəticəsində aşkar edilməsi inandırıcıdır. Kollegiya iddia tələbinin mənzilin təmir ediləcəyi iki ay müddətində kirayə q alacağı evin kirayə haqqı olaraq 1.000 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Belə ki, iddiaçı tərəfindən həmin müddət ərzində kirayə qalacağı, habelə ödəniləcək kirayə haqqı barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin dəymiş mənəvi zərərə görə 3.000 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı kollegiya hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablara məruz qalması barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən mənəvi zərərlə bağlı iddia tələbinin rədd edilməsi hissəsində birinci intansiya məhkəməsinin mövqeyi əsaslıdır. Kollegiya cavabdehə mə xsus E saylı evin damında quraşdırılmış su çəninin damın üzərindən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini məhkəmə iclasında hər iki tərəfin izahatında həmin su çəninin artıq damın üzərindən cavabdeh tərəfindən götürülməsini bildirməsi səbəbindən əsaslı hesab edir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin 14 saylı mənzilin 2 saylı yaşayış otağına 1182 manat ziyan dəyməsi hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ap elyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, məişət texnikasının xarab olması barədə cavabdehin iddiası əsassızdır. Həmin əşyalar elektrik cihazları olduğundan su ilə təması zamanı xarab olması tədricən deyil, dərhal özünü göstərərdi. Eyni zamanda 154 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən 29 iyun 2018-ci il tarixdə tərtib edilmiş aktla müəyyən edilir ki, su axması nəticəsində 14 saylı mənzilin 1-ci otağının tavanında, pol döşəməsində, eləcə də dəhlizin divarında oboy kağızının qopması və dəhlizdə pol döşəməsinin baş vermiş axıntının təsirindən yararsız hala düşmüşdür. Keçirilmiş ekspertiza rəyində isə göstərilir ki, 14 saylı mənzilin 2 saylı yaşayış otağına 1182 manat ziyan dəymişdir. Halbuki, su axm ası nəticəsində mənzilin 2 saylı otağına heç bir ziyan dəyməmişdir. Əgər doğurdan da su axması nəticəsində 2 saylı otağa ziyan dəymiş olsaydı, onda 154 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən 29 iyun 2018-ci il tarixdə akt tərtib edilərkən qeyd edilərdi. Həmin aktda isə 2 saylı yaşayış otağına ziyan vurulması barədə heç nə yazılmamışdır. Hesab edir ki, 14 saylı mənzilin 2 saylı yaşayış otağına 1182 manat ziyan dəyməsi hissəsində həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiya məhkəməsi sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçıla rının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin vəkili X2 iddiaçı X1, vəkili X4 və cavabdeh “X8 Kompleksi” MTK-nın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı və Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qa nunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə m ənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən 2 saylı yaşayış otağına ziyanın vurulması hissəsində mübahisələndirildiyindən və apelyasiya instans iyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı qeyd edilən hissədəyoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, ekspert tərəfindən iddiaçıya məxsus mənzilə baxış keçirilməsi nəticəsində mənzilin 2 saylı yaşayış otağına ziyan dəyməsi müəyyən edilmişdir ki, subasma nəticəsində bir otaqdan digərinə tədricən su sızması nəticəsində həmin otağa ziyan dəyməsinin ekspertin mənzilə baxış keçirməsi nəticəsində aşkar edilməsi inandırıcıdır. Odur ki, kasasiya şikayətinin bu barədə dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmə sin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6459/2020 nömrəli iş üzrə 25 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar